154
qoşmasında təbiətə filosof gözü ilə baxan lirik qəhrəman həm real, həm də sufi aşıq
kimi çıxış edir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Ağbaba-Çıldır aşıqlarının
əksəriyyətinin yaradıcılığında dünyəvi məhəbbətlə ilahi sevgi, adiliklə qeyri-adilik,
insanla t
əbiət üzvi bir harmoniya təşkil edir. Aşıq şeirinin estetik problemlərindən
b
əhs edərkən O.Əfəndiyev yazır: “...Təbiətlə insanın vəhdətini, ahəngdar bağlılığını
b
ədii-estetik mənada təsəvvür edən aşıqlar istəkli sevgilsinin ayrılığını çəkəndə elə
bil t
əbiət özü də ona yabançı görünür. Aşığın nəzərində təbiət insansız öz mənasını
itirir” [62, 59].
R
əcəb Hifzinin “Çiçəklər” qoşmasında bu keyfiyyət qabarıq şəkildə müşahidə
olunur. Aşiqin təbiətə hikmətli baxışı qoşmanın fəlsəfi-estetik məzmununa əlvan
b
ədii çalarlar əlavə edir. Adi bir təbiət predmetinin-çiçəklərin poetik təsviri oxucuda
xoş ovqat və şuxluq yaradır:
H
ərarətdən sərxoş olmuş, bayılmış,
Yanağına çisə düşmüş, ayılmış,
Göyd
əki ulduzlar yerə yayılmış,
Ziyn
ət vermiş bu məkana, çiçəklər. [17, 37]
T
əbiətin bir parçasını poetik peyzaja köçürən incə qəlbli aşığın “yara hədiyyə
etm
ək üçün çiçəkləri qırmağa” ürəyi gəlmir. Bənddən bəndə keçdikcə Aşıq Hifzi
çiç
əkləri aşiqlə məşuqu bir-birinə bağlayan vasitə kimi mənalandırır:
Eşq nədir bilməyən çiçəyi nedər?
Çiç
əyin qoxusu canana gedər,
Durmaz, gec
ə-gündüz ağlar, zikr edər,
Inanmışdır o rəhmana çiçəklər. [17, 37]
N
əqşbəndi təriqətinin tanınmış nümayəndələrindən olan Camal Xoca dünyəvi
m
əhəbbəti tərənnüm edən şeirlərində türk gözəlinin portretini ustalıqla yaradır:
Sona boylum, t
ər fidanım tərlanım,
M
ənim kimi yüz min cana dəyərsən.
Ç
əmənim, çiçəyim, gülüm, reyhanım,
M
ən bülbüləm, sən gülşənə dəyərsən. [17, 142]
155
Bir-birind
ən maraqlı metaforalar, epitetlər vasitəsilə Camal Xoca sevgilisinin
obrazını canlandırarkən etnoqrafik detallardan məharətlə yararlanır. Milli kolorit,
b
ədii təxəyyülün genişliyi “gözəlliyi yeddi iqlimə dəyən” məşuqənin portretinin zərif
cizgil
ərinin bütövlüyünü təmin edir.
Klassik
ədəbiyyatda, o cümlədən aşıq şeirində ənənədən gələn motivlər kimi,
vüsal h
əsrəti, sevgilisinin camalına tamaşa etmək, onun uğrunda can vermək aşiqin
ən böyük arzusudur. Bu poetik ənənə Camal Xocanın qoşma və gəraylılarında orijinal
bir t
ərzdə öz ifadəsini tapır:
Azmışam eşq azarında,
Qalmışam pir nəzərində,
Canımı yar bazarında,
Ver
əydim, sonra öləydim. [17, 156]
Aşığın “Məni”, “Türkmən qızı”, “Köylü qızları” gəraylıları, “Getmə”,
“Ya
raladı”, “Sevdiyim” qoşmaları etno-milli koloritin, bəşəri duyğuların zənginliyi
il
ə diqqəti cəlb edir.
X
əstə Hasanla eyni dövrdə yaşayıb-yaratmış Aşıq Ömərinin, Qul Qaraninin,
xalq arasında Qara Zülali adı ilə tanınan Aşıq Qara Zülalinin, Aşıq Ürfaninin
şeirlərində nikbinlik və şuxluq, qız-qadın gözəlliyin məftunedici cizgiləri orijinal
deyiml
ərlə ifadə olunur. Gözəllik, məhəbbətin şirinliyi estetik ideal kimi adını
ç
əkdiyimiz el sənətkarlarının yaradıcılığında aparıcı motivdir. Aşıq poeziyasında
b
əşəri məhəbbətin estetik mahiyyətindən bəhs edərkən prof. M.Həkimov haqlı olaraq
yazır ki, “...bəşəri gözəlliyə diqqət yetirilsə, heç şübhəsiz, biz fəlsəfi bir kateqoriyaya-
göz
əllik kateqoriyasına gəlib çıxırıq. Bu gözəllik isə, şübhəsiz insanı mənən
ruhlandıran, saflaşdıran, ürəyini günəş kimi işıqlandıran xeyirxahlıq ilə bağlıdır. Aşıq
poeziyasında məhəbbətin dünyəviliyi və onun bir problem kimi həlli bədbinliyin,
t
ərkidünyalığın tamamilə əksinədir. Bu mənada aşıq yaradıcılığında həyat eşqi,
nikbinlik ön plana ç
əkilir”[85, 229].
Adını “Ürfani” saz havasında və yallısında əbədiləşdirən Aşıq Ürfaninin
şeirlərində sevgisi yolunda çəkdiyi cəfalar, göstərdiyi dözüm və sədaqət emosional və
obrazlı bir dillə ifadə olunur. Xalq arasında dolaşan rəvayətlərə görə, türkmən bəyinin
156
qızına-sevgilisi Sənəmə qovuşmaq üçün çətin maneləri aşan Ürfaninin şeirləri onun
c
əfakeş və vəfalı bir aşiq kimi səciyyələndirməyə əsas verir. Aşığın “Qədər” rədifli
qoşmasından örnək gətirdiyimiz bənddə qeyd olunan motiv qabarıq şəkildə özünü
göst
ərir:
Çeşmi-yaşdan namə yazdım, gəl indi,
Əgər loğman isən, dərdim bil indi,
D
əmir çarıq geydim, o da dəlindi,
Könül sevdiyini bulana q
ədər [12, 217].
Aşıq Ürfaninin bizə gəlib çatan şeirlərindəki dərin fəlsəfi mühakimələr,
s
əmimi duyğular, hicran möhnəti və s. çox güman ki, onun şəxsi həyatı ilə sıx bağlı
motivl
ərdir. Məhz buna görədir ki, “başına gələn macəralar və Ürfani təxəllüsü ilə
söyl
ədiyi şeirlər xalq arasında dastana dönür, haqqında hər yerdə məhəbbət və
ehtiramla danışılır” [143, 86].
XVIIII
əsrin sonu XIX sərin əvvllərində yaşayıb yaratmış Qul Qaraninin bizə
g
əlib çatan şeirləri onun yüksək təbə malik olduğunu göstərir. Çıldır, Ağbaba,
Ərdahan, Qars və digər bölgələrdə məşhur olan və bir çox ustad sənətkarlarla görüşüb
deyişən Qul Qarani haqqında müasirləri böyük ehtiramla söz açmışdır. Təsadüfi
deyildir ki, X
əstə Hasan özünü “Sözdə bir” divanisində Vaqif, Cövhəri, Aşıq Ömər
kimi s
ənətkarlarla birgə Qul Qaraninin də adını çəkir:
Vaqif d
ərddən xəbərdardır, Cövhərin qiyməti yox
Qul Qarani, Qara
Zülal, Aşıq Ömər sözdə bir [164, 30].
Qul Qarani haqqında həm Türkiyə, həm də Azərbaycan folklorşünaslığında
mü
əyyən dərəcədə bəhs olunmuşdur. Ş.Məmmədli, T.Məmmədova,V.Hacılar və
dig
ər alimlər Qul Qaranini Borçalı aşıq mühitinin yetirməsi kimi qiymətləndirirlər.
Ş.Məmmədli Qul Qaraninin əslən Borçalı mahalının Bəylər kəndindən olduğunu
qeyd edir. H
əm Türkiyə, həm də Azərbaycan folklorşünaslığında Qul Qarani
haqqında mövcud fikirlərə aydınlıq gətirməyə çalışan Ə.Şamil ustad sənətkarın
Ərdahanın Dəyirman köyündən olduğunu daha düzgün hesab edir [144, 153].
Qul Qaraninin “Gülg
əz” rədifli gözəlləməsində el gözəlinin poetik portreti
canlandırılır. Bir sıra aşıq gözəlləmələrində olduğu kimi bu qoşmada da tərif olunan
Dostları ilə paylaş: |