Avtomobillərin təmirəyararlığı
Avtomobilin işləmə qabiliyyəti və istifadə səmərəliyi əsasən onun aqreqat ,qovşaq və detallarının etibarlığından asılıdır.
İstismar prosesində yüklərin və əhatə edən mühitin təsiri altında detalların işçi səthlərinin forması dəyişir,hərəkət edən birləşmələrdə ara boşluqlar artır ,tərpənməz birləşmələr boşalır; detalların elastikliyi ,maqnitliyi və digər xassələri itir; hissələrin qarşılıqlı vəziyyətlərinin pozulması nəticəsində dişli ötürmələrdə ilişmə şəraiti pisləşir ,əlavə yüklər və titrəmələr meydana çıxır ; isti şəraitdə işləyən hissələrin səthlərində yanıq ,qurum və ərp əmələ gəlir ,soyutma prosesi pisləşir vəs.Nəticədə avtomobilin iş qabiliyyəti aşağı düşür və onun etibarlığı azalır.
Avtomobilin etibarlığı kompleks xüsusiyyət olub onun imtinasızlığı,təmirəyararlığı ,ömüruzunluğu və saxlanma qabiliyyəti ilə qiymətləndirilir.
Dostları ilə paylaş: |