Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə43/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   39   40   41   42   43   44   45   46   ...   56

 
106 
Mühazirə 15 
Genişlənmə prosesinin gedişi.  
Genişlənmə prosesinin sonundakı təzyiq və temperaturun təyin edilməsi.  
 
15.1. Genişlənmə prosesinin gedişi və politrop göstəricisinin seçilməsi. 
 
Genişlənmə  prosesi  nəticəsində  yanacağın  yanmasından  alınan  istilik  enerjisinin  mexaniki  işə 
çevrilməsi baş verir. 
Şəkil  15.1-də  genişlənmə  prosesi  zamanı  qığılcımla  alışdırmalı  və  dizel  mühərriklərində 
silindrdəki təzyiqin dəyişməsi göstərilmişdir. 
z
h
b'b'' əyriləri genişlənmə prosesi zamanı silindrdəki təzyiqin dəyişməsini göstərir. Əslində, real 
mühərriklərdə genişlənmə çox mürəkkəb qanunauyğunluqla baş verir. Belə ki, bu qanunauyğunluq 
silindr  daxilindəki  qazlarla  ətraf  mühit  arasındakı  istilik  mübadiləsindən,  yanıb  qurtarma 
mərhələsində  istilik  ayrılmasından,  silindrdən  karterə  qaz  sızmasından,  temperaturun  getdikcə 
azalması nəticəsində yanma məhsullarının istilik tutumunun kiçilməsindən, xaric klapanı açıldıqdan 
sonra (b' nöqtəsi) silindrdəki qazların miqdarının azalmasından və s. amillərdən asılıdır. 
 
                                                  a)                                               b) 
Şəkil 15.1. Genişlənmə prosesi zamanı təzyiqin dəyişməsi:  
a-qığılcımla alışdırmalı mühərrikdə; b-dizel mühərrikində. 
 
Sıxma  prosesi  kimi  genişlənmə  prosesi  də  dəyişən  göstəricili  politrop  üzrə  gedir.  Belə  ki, 
genişlənmə prosesinin başlanğıcında politrop göstəricisi 0-dan 1-ə qədər artır, çünki bu müddətdə 
yanacağın  qalan  hissəcikləri  o  qədər  intensiv  yanır  ki,  qazların  temperaturu  artır.  Bundan  sonra 
politrop  göstəricisi  bir  qədər  də  artaraq  silindrdəki  qazların  adiabat  göstəricisinə  bərabər  olur. 
Bunun  səbəbi  yanıb  qurtarma  mərhələsində  ayrılan  istiliyin  silindrdən  aparılan  istiliyə 
bərabərləşməsidir.  Daha  sonra  isə  ayrılan  istiliyin  aparılan  istilikdən  kiçik  olması  nəticəsində 
politrop göstəricisinin qiyməti adiabat göstəricisindən də böyük olur. Lakin genişlənmə prosesinin 
hesabını sadələşdirmək məqsədi ilə bu prosesin sabit göstəricili politrop olduğu qəbul edilir. 
Politrop  göstəricisinin  orta  qiyməti  müxtəlif  amillərdən  asılı  olaraq  təcrübələrə  əsasən 
müəyyənləşdirilir. İstilikdən istifadə olunma əmsalının, porşenin gedişinin silindrin diametrinə olan 
nisbəti  və  soyudulma  intensivliyinin  böyüməsi  genişlənmə  prosesinin  politrop  göstəricisinin  (
2

də böyüməsinə səbəb olur. Mühərrikin yükünün və silindrin ölçülərinin (S/D const olduğu halda) 
artması isə politrop göstəricisinin orta qiymətini azaldır. Mühərrikin sürətinin böyüməsi nəticəsində 
də, bir qayda olaraq
2
 kiçilir. 
Genişlənmə  prosesinin  orta  politrop  göstəricisinin  təcrübələrdən  tapılan  qiyməti  adiabat 
göstəricisindən (
2
) çox az fərqlənir və adətən bir qədər kiçik olur. Ona görə də yeni mühərriklərin 
layihə olunmasının ilkin mərhələsində 
2
 
2
-yə görə qiymətləndirilə bilər. Bunun üçün isə xüsusi 
nomoqramlardan istifadə olunur (şəkil 15.2 və 15.3). 
Genişlənmənin adiabat göstəricisi aşağıdakı iki tənliyin birgə həlli nəticəsində təyin edilir: 
- qığılcımla alıçdırmalı mühərriklər üçün 
                                               



lg
T
lg
T
lg
k
b
z


 1
2
,                                                      (15.1) 
-dizel mühərrikləri üçün 


 
107 
 
                                                



lg
T
lg
T
lg
k
b
z


 1
2
,                                                     (15.2) 
                                                     


z
b
t
t
v
c
m
.
k



315
8
1
2
,                                                          (15.3) 
burada  
                                           






b
z
b
t
t
v
z
t
t
v
t
t
v
t
t
t
c
m
t
c
m
c
m
b
z
z
b








0
0
.                                        (15.4) 
Nomoqramlara  görə 
2
  aşağıdakı  kimi  təyin  edilir:  sıxma  dərəcəsinin 

  (dizel  mühərrikləri 
üçün  isə  sonradan  genişlənmə  dərəcəsinin 

)  və  yanmanın  sonundakı  temperaturun  (
z

qiymətlərinə görə 
1


 olduqda 
2
-nin qiymətlərinə uyğun gələn nöqtə tapılır. Verilən 

-da 
2
-
ni  təyin  etmək  üçün  tapılmış  nöqtə  əvvəlcə  üfüqi  istiqamətdə 
1


-ə,  daha  sonra  isə  köməkçi 
əyrilərə paralel olaraq verilmiş 

-ya uyğun gələn şaquli xəttin üzərinə köçürülür.  
Müasir  avtomobil  və  traktor  mühərrikləri  üçün  politrop  göstəricisinin  orta  qiyməti  aşağıdakı 
hədlərdə dəyişir:  
Qığılcımla alışdırmalı mühərriklər üçün 
30
.
1
23
.
1
2


n

Dizel mühərrikləri üçün 
28
.
1
18
.
1
2


n

Qaz mühərrikləri üçün 
35
1
25
1
2
.
.
n



Qeyd etmək lazımdır ki, şəkil 15.2 və 15.3-dəki nomoqramlara görə, qığılcımla alışdırmalı və 
dizel mühərrikləri üçün 
2
 təyin edilir. 
 
Şəkil 15.2. Qığılcımla alışdırmalı mühərriklərində 
2
k -ni təyin etmək üçün nomoqram. 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə