Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə29/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   25   26   27   28   29   30   31   32   ...   42

Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   117
Fərdi həyat
Fərd və cəmiyyətin geri qalmasında asketliyin rolu: 
Sosioloqların nəzərinə görə, hər bir halda cəmiyyətdən 
uzaq düşməyin həm fərdə, həm də cəmiyyətə vurduğu 
mənfi  təsirləri inkarolunmazdır. Bu məsələ  həm 
cəmiyyətdən uzaq düşüb tək-tənha yaşayanlar, həm də 
bir sıra ictimai-siyasi, yaxud coğrafi səbəblər üzündən 
ayrı yaşayan qəbilə və xalqlar üzərində sınaqdan keçib.
Ros “Sosiologiyanın üsulları” kitabında 
kameralarda və  təcridxanalarda yatan məhbusların 
üzərində  cəmiyyətdən uzaq düşməyin təsirlərini 
araşdırarkən yazır: “Belələrinin 10%-i bir ildən sonra 
ya ölür, ya intihar edir, ya da dəli olur. Qalanları da bir 
növ ruhi-psixoloji nasazlıqlarla üzləşirlər...”
Belələrinin ölümlə ictimai həyat arasındakı 
mübarizəsi doğrudan da qəribədir. Mümkündür, ona 
yalnız bir gül, yaxud bir hədiyyə verməklə onun birgə 
həyata olan susuzluğunu yatırmaq və ölümdən xilas 
etmək olar...
Tərki-dünyalığı seçənlərdə ruhi düşkünlük, qəm-
qüssə, süstlük, ümidsizlik və xəyallara qapılma halları 
daha çox müşahidə olunur.”
1
Bədəvi həyat sürən qəbilələrin də ictimai həyatın 
müsbət təsirlərindən məhrum qaldıqları  təbii bir 
məsələdir. Onların  əksər yönlərdə irtica və geriliyi 
belə  həyat tərzinin nəticəsidir. Hətta bir sıra siyasi 
münasibətləri və iqtisadi əlaqələrini qıran ölkələr belə, 
bəzən bir çox sahələrdə müasir inkişafdan geri qalır. Hər 
halda bütün bunların özünəməxsus səbəbləri vardır 
ki, onları  həmin xalqın mentaliteti və dövlətçiliyində 
1 . “Sosiologiya”, Samuel Kinq, səh.428.


118                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
axtarmaq lazımdır.
Amma ictimai xarakterli belə problemlər təkamül 
və tərəqqinin qarşısını alan ən böyük bəlalardan biridir.
İslam və rahiblik
İslam asketliyi, başqa sözlə, rahibliyi məhkum edir. 
Artıq bir şüara çevrilən məşhur “La rohbaniyyətə  fil-
İslam!” (İslamda rahiblik yoxdur!) – hədisi bir çox 
kitablarda nəql olunub. “Rühb” sözündən götürülən bu 
ifadə vəhşət və qorxu mənasını daşıyır. Bir termin kimi 
isə Allahdan qorxub ibadət üçün camaatdan ayrılıb, tək-
tənha yaşayan kəsə deyilir.
Tarixi fakt
Əldə olan məlumatlara əsasən, rahiblik həyat tərzi 
qədim zamanlardan Hindistan yarımadasında peyda 
olur və sonralar isə xristianlar arasında da yayılmağa 
başlayır. Bəziləri bunu (xristianlar və yaxud yəhudilər 
arasında yayılmasını) dövrün diktator və zülmkar 
rejimi ilə əlaqələndirirlər. Deyirlər ki, hakim durumun 
ağır işgəncə, qətl və təqibləri yeni ayinin tərəfdarlarını 
səhralıqlara çəkilməyə vadar edir və beləliklə, 
çoxları  fərdi həyatı seçərək onlara vəd olunan yeni 
peyğəmbərin zühurunun intizarı ilə yaşamağa məcbur 
olurlar.
1
Psixoloji fakt
Məlum olduğu kimi, millətlər arasında məğlubiyyət, 
uğursuzluq və s. problemlər cürbəcür qarşılanır. 
Məsələn, bəziləri cəmiyyətdən ayrılıb fərdi həyata 
üz tutsalar da, bəziləri isə axıradək mübarizə yolunu 
1 . “Vil Dürantın “Tarix” kitabına müraciət edə bilərsiniz.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   119
seçirlər. Rahiblik həqiqətdə  məğlubiyyətdən sonra 
çıxış yolu tapa bilməyənlərin reaksiyasıdır.
Rahibliyin tarixi-psixoloji səbəblərinə diqqət 
yetirdikdən sonra İslamın bu məsələ ilə bağlı nəzərini 
açıqlayırıq. Belə nəql edirlər ki, Osman ibn Məzun adlı 
bir şəxs (övladını əldən verdikdən sonra) özünə təsəlli 
vermək məqsədilə cəmiyyətdən ayrılıb ibadətə qapılır. 
Peyğəmbəri-Əkrəmi (s) bundan xəbərdar edirlər. 
Həzrət onu bu işdən çəkindirərək buyurur:
 ﻲِﺘﱠﻣُا ﺔﱠﻴِﻧﺎﺒﻫﱡر ﺎ ﱠنمِا َﺔﱠﻴِﻧﺎﺒﻫﱡﺮﻟا ﺎﻨْﻴَﻠَﻋ  ْﺐُﺘْﻜَﻳ ْﻢَﻟ ﱃﺎﻌَﺗَو َكَرﺎﺒَﺗ َﻪﻠﻟا ﱠنِا
ِﻪﻠﻟا ِﻞﻴِﺒَﺳ  ِﰲ ُدﺎﻬِﺠْﻟا
“Allah-Taala bizə rahibliyi rəva bilmir. Həqiqətən, 
ümmətimin rahibliyi Allah yolunda cihaddır.”
1
İslam insanın rahiblik kimi maddi ləzzətlərdən üz 
döndərməsi hissini cihad kimi İslamın əsasını qoruyan, 
fərdi və ictimai problemləri həll edə bilən sərt qüvvə 
ilə dəyişdirilməsini təklif edir. Yaxud başqa bir hədisdə 
bir nəfər imam Kazimdən (ə) belə soruşur:
  ٍﺖْﻴَﺑ  ِﰲ  َﺐﱠﻫَ َﱰَﻳ ْوَا  ِضْرَ ْﻻا  ِﰲ َﺢﻴ ِﺴَﻳ ْنَا ُﺢُﻠ ْﺼَﻳ  ْﻞَﻫ  ِﻢِﻠ ْﺴُﻤْﻟا ِﻞُﺟﱠﺮﻟا ِﻦَﻋ
ﻻ :(ع) َلﺎﻗ ؟ُﻪْﻨِﻣ ُجﺮْﺨَﻳ ﻻ
“Müsəlman şəxsin biyabanlara və yaxud evin bir guşəsinə 
çəkilməsi məsləhətdirmi?” Həzrət buyurdu: “Xeyr!”
2
İslam hətta insanın evindən və  əhli-əyalından 
ayrılıb, məlum olmayan səfər və  səyahətlərə  çıxması 
ilə də razılaşmır. Necə ki, mərhum Türeyhi “Məcməül-
bəhreyn” kitabında “La səyahətə  fil-İslam!”  (İslamda 
1 . “Biharul-ənvar”, 8-ci cild, səh.170, hədis: 112.
2 . “Biharul-ənvar”, 70-ci cild, səh.119, hədis: 10.


120                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
səyahət yoxdur!) – hədisini belə izah edir: “Burada 
müsəlmanın yaşadığı məntəqədən ayrılıb səhralıqlara 
üz tutması, kütləvi mərasimləri tərk etməsi nəzərdə 
tutulur.”
Hər halda, verilən hədisdən belə başa düşülür ki, 
rahiblik və ya cəmiyyətdən uzaqlaşmaq – istər evin 
bir guşəsinə  çəkilməklə, istərsə  də  əhli-əyal və ictimai 
həyatdan qaçaraq səyahətə çıxmaqla – İslamda məhkum 
və qadağandır. Məsələn, Qurani-Kərimdə xristianlar 
arasında yayılan rahiblik pis bir bidət sayılır və bu barədə 
buyurulur:
  َماَﻓ ِﻪﱠﻠﻟا  ِناَﻮ ْﺿِر ءﺎَﻐِﺘْﺑا  ﱠﻻِإ ْﻢِﻬْﻴَﻠَﻋ ﺎَﻫﺎَﻨْﺒَﺘَﻛ ﺎَﻣ ﺎَﻫﻮُﻋَﺪَﺘْﺑا ًﺔﱠﻴِﻧﺎَﺒْﻫَرَو
ﺎَﻬِﺘَﻳﺎَﻋِر  ﱠﻖَﺣ ﺎَﻫْﻮَﻋَر
“Onlar özləri rahibliyi icad etdilər. Halbuki Biz yalnız 
Allahın razılığını qazanmağı tapşırmışdıq. Lakin onlar buna 
layiqincə riayət etmədilər.”
1
Bunlar İslamın rahibliyə qarşı mövqeyini tamamilə 
aydınlaşdırır.
Xristianlıqda rahiblik
Xristianların mövcud tarixi göstərir ki, rahiblik 
həyat tərzi xristianlığın ilkin əsrlərində deyil, onun 
miladi tarixi ilə üçüncü əsrdən sonra Roma imperatoru 
Disyusun həzrət  İsanın (ə) tərəfdarları ilə qanlı 
mübarizələri dövründə yarandığı ehtimalı çoxdur. 
Onlar imperatora məğlub olduqdan sonra mövcud 
hakimiyyətin təzyiqlərindən dağlara və  səhralara 
sığınırlar.
2
1 . “Hədid” surəsi, ayə 27.
2 . Bax: “İyirminci əsrin ensiklopediyası”, “rəhb” kökü.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə