Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə25/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   101
düzgün bir nəticə çıxarana qədər pis fikrə düşmə.”
1
Demək, insanın ixtiyarından kənar məsələlər 
qəlbə nagahan daxil ola bilir və lakin sabit və davamlı 
bədbinlik isə ixtiyar üzündəndir. Bu məna ayə  və 
rəvayətlərlə də zahirən tam uyğun gəlir. Amma onların 
zahirinə zidd çıxmağın heç bir dəlili yoxdur. İmam 
Sadiqin (ə) Məhəmməd ibn Fəzilə “Kəzzib səm`əkə və 
bəsərəkə  ən  əxikə!”  (Müsəlman qardaşına qarşı gözünü 
və qulağını  təkzib et!) – buyruğu da bu məsələni, yəni 
doğru ehtimallara əsaslanmağı  və zehnə  gələn ilkin 
düşüncələri aradan qaldırmağı bir daha təsdiq edir.
Bədbinliyin müalicəsi
Bədbinlik haram edilərkən onun dərman və 
müalicəsi yolları da müəyyənləşdirilib. Dəfələrlə 
bildirdiyimiz kimi, ruhi-psixoloji, cismi və  əxlaqi 
xəstəliklərin müalicəsini onların yaranma səbəblərində 
axtarmaq lazımdır. Bədbinliyin amilləri ilə bağlı 
bəhsləri nəzərə alaraq belə nəticəyə gəlirik:
1.  Bədbinliyi aradan qaldırmaq üçün əvvəl 
özümüzü islah etməliyik. Özünüislah zamanı insanda 
başqalarına qarşı pis fikirlər elə  də rahat baş qaldıra 
bilmir. Bir də ki, heç vaxt başqalarını özümüz kimi fərz 
etməməliyik. Çox vaxt ola bilər ki, ətrafımızda olanlar 
bizdən üstün olsunlar. Bəşərdə olan zati müqayisə 
hissinin (özünübəyənmə)  əsla elmi və  məntiqdə rolu 
olmadığından belə hallarda onun əsasında hökm kəsə 
bilmərik.
2.  Bədbinliyə  səbəb olan mühiti və  ətrafımızı 
təmizləməli,  şər və pis adamlarla yoldaşlığı  tərk 
1 . “Kafi”, 2-ci cild, səh.362.


102                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
etməliyik. Belə rabitələrin zərərlərindən  əlavə, 
insanlara qarşı  fikirləri qaranlıqlaşdırmaqda, onları 
tamamilə  səhv tanımaqda rolu az deyildir. Bu 
səhv təsəvvürlər  əxlaqi-mənəvi zərbələrilə  bərabər 
bizi (bədbinlik üzündən) böyük şəxslərin  fikir və 
əxlaqi dəyərlərindən də  məhrum edir. Bu baxımdan 
uşaqlıqdan qalan əyri mühitin təsirlərini sağlam 
mühitlə əvəz etmək, kortəbii yaranan təlqinləri aradan 
qaldırmaq üçün əməlisaleh insanların tərcümeyi-halı 
ilə maraqlanmalı, yaxşı adamlarla oturub-durmaqla 
fikirlərimizdən təmizləməliyik. Burada xüsusilə böyük 
və misilsiz tarixi şəxsiyyətlərin tərcümeyi-halını 
mütaliə etməyimiz daha məqsədəuyğundur.
3.  Bədbinliyin fərdi-ictimai zərərlərini, özümüzə 
və  cəmiyyətə  dəyən böyük zərbələrini daim nəzərə 
almalı, keçən bəhslərlə bağlı  ətraflı düşünməliyik. 
Bilməliyik ki, bədbinliyin aldadıcı “intiqam”, yaxud 
“xudbinlik” halları bizim hisslərimizi müvəqqəti 
aram və rahat edirsə, onun əvəzedilməz zərərləri ilə 
müqayisəedilməzdir.
4.  Əgər bədbinliyimizin səbəbləri başqalarının 
kin-küdurəti, xudbinliyi, pis əməllərini yozmaq kimi 
əxlaqi pozuntularıdırsa, o zaman psixoloji təhlillərlə bu 
amilləri cilovlamalı, onları zehnin yatmış mərhələsindən 
agah və oyaq mərhələsinə yönəltməliyik. Bu proses 
əxlaqi pozuntuların müalicəsində yüksək  əhəmiyyət 
daşıyır. İnsanın rəftar və fikirlərində ciddi təsir buraxa 
bilən zehnin yatmış mərhələsində baş verən təbii hisslər 
psixoloji təhlillərlə agah mərhələyə yönəldikdə, insanın 
əhval-ruhiyyəsində müsbət təsir qoya bilir. Elə ona görə 
bu məsələyə müasir psixologiyada yüksək  əhəmiyyət 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   103
verilir.
Diqqət
Nəhayət, deməliyik ki, bədbinlik yalnız bir halda 
– insanların çoxunun azğın və yaşadıqları mühitin 
pozğun olduğu təqdirdə  məntiqli yönə malik ola 
bilər. Belə mühitdə  şübhəli kəslərə ehtimallar üzrə 
xoşbin olmaq çətindir. Çünki məlum olmayan hər 
kəsin əyri yolda və günahkar olması ehtimalı çoxdur. 
Lakin diqqət etmək lazımdır ki, insan həmin mühitdə 
də tam ehtiyatlı olaraq həqiqi mənada bədbinlik 
yaradan baxışlardan qorunmalıdır. Yəni lazımınca 
ehtiyatı gözlədiyi halda, zahirən ilk baxışda bədbinlik 
və etimadsızlıq doğuran qarşı  tərəfin rəftarlarına tez 
reaksiya verməməlidir. Bəs, nəzərdən qaçırmamalıyıq 
ki, həmin cəmiyyətdə  əməlisaleh  şəxslər də ola bilər. 
Demək, bu ümumi qayda pozğun mühitin cəmiyyətin 
əksəriyyətini  əhatə etdiyi təqdirdədir. Bundan digər 
hallarda isə kamil “hüsn-zənn”ə (xoşbinliyə)  əməl 
olunmalıdır. İmam Əlidən (ə) nəql olunan bir hədisdə 
belə buyurulur:
َرِﺮَﻏ ْﺪَﻘَﻓ ٍﻞُﺟَﺮِﺑ ﱠﻦﱠﻈﻟا  ٌﻞُﺟَر َﻦ َﺴْﺣَﺎَﻓ ِنﺎﻣﱠﺰﻟا  َﲆَﻋ ُدﺎﺴَﻔْﻟا  َﱃْﻮَﺘْﺳا اذِا
“Fitnə-fəsad müəyyən bir əsrə hakim kəsildikdə, insanların 
bir-birlərinə “hüsn-zənn”i, şübhəsiz, aldanışdır.”
1
1 . “Biharul-ənvar”, 75-ci cild, səh.197, hədis: 18.


104                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
ƏXLAQ SAYƏSİNDƏ
SAĞLAM CƏMİYYƏT
Əxlaqi normalarsız sağlam cəmiyyətdən 
söz gedə bilməz!
Bildiyimiz kimi, insan ictimai həyat tərzi keçirir 
və  şübhəsiz, “icma” onların tərəqqi və ya irticasında 
mühüm rol oynayır. Sosioloqlara görə, cəmiyyətdən 
kənar düşən insan hər  şeyi – elmi, şəfqəti, ruhi 
təkamülü, hətta danışığını  və s. – əldən verir. Buna 
müəyyən səbəblər üzündən “meşə” kimi vəhşi mühitə 
düşən və  yırtıcı heyvanların  ətrafında yaşayan insanı 
misal göstərirlər. Tarixdə belə  həyat tərzi keçirənlər 
az olmayıb. Belələri dildən, insani düşüncə  və  bəşəri 
səciyyələrdən uzaq ikən rəftar və davranışları da eynilə 
vəhşi heyvan kimi olur. Səhralıqda və ya köçəri həyat 
sürən, kiçik qəbilə formalarında yaşayanların vəziyyəti 
məlum olduqdan sonra cəmiyyətdən ayrı düşən fərdin 
taleyi aydındır! Bu və bu kimi digər faktlar sosioloqların 
“Cəmiyyət fərddən irəlidir!” – ideyasını çox gözəl 
təsdiq edir. Əlbəttə, fərd “bir canlı” kimi cəmiyyətdən 
əvvəl təsəvvür olunsa da, lakin bir “insan” kimi ondan 
geridir. Bu baxımdan ictimai əlaqələr genişləndikcə, 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə