Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə24/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   97
işi bilə-bilə etməsini də ehtimal vermişlər.)
1
5. Bədgümanlıq insanlar arasında dostluq və 
məhəbbəti söndürür, yerinə nifaq və ikiüzlülük 
toxumlarını səpir. Bu xislətin sahibi zahirdə başqaları 
ilə normal ünsiyyət saxlasa da, batində  bədbinliklə 
bərabər riyakarlıq ruhiyyəsi güclənməyə başlayır. Bir 
sözlə, sui-zənn və  bədgümanlığın ictimai zərər və 
təsirləri bizim təsəvvür etdiklərimizdən daha çoxdur 
və yuxarıda qeyd olunanlar onun bir hissəsini təşkil 
edir.
Bədbinliyin fərdi zərərləri
Bədbinlik ictimai bir problem kimi, fərdi baxımdan 
da zərərsiz deyil və biz də burada ona aid neçə misalı 
nümunə gətiririk:
1. Bədbinlik ruhi nasazlıq, cismi narahatlıq, iztirab 
və həyəcan gətirir. Bədbin kəslər çox vaxt rahatlıq hiss 
etmir, başqalarını və hadisələri normal qarşılaya bilmir, 
ruhi aramlığa səbəb olan vasitə  və  şəxslərdən qaçır, 
narahatlıqların və ağrı-acıların azalmasında faydalı olan 
“dərdləşmə” amilindən qorxurlar. Elə  fikirləşirlər ki, 
sirləri açılacaq, yaxud başqa problemlərlə üzləşəcəklər. 
Bu səbəbdən də çox vaxt qəm-qüssəli olub, ruhdan 
düşür və nəhayət, faydasız bir üzvə çevrilirlər.
Bu hal insanda gücləndikdə, hər kəs və hər şeydən 
qorxu duyacaq, hadisələrin öz zərərinə olduğunu 
güman edəcək, insanların adi münasibətləri onu 
şübhələndirəcək, hamının onun əleyhinə çalışdığını 
təsəvvür edəcəkdir. Aydındır ki, bu vəziyyət ruhi-
1 . Ayənin nazil olma səbəbi haqda əlavə məlumat əldə etmək istəyənlər 
“Təfsiri-nümunə”nin “Hücurat” surəsinin 6-cı ayəsinə müraciət etsinlər.


98                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
psixoloji xəstəlik sayılır və əxlaq elmindən kənardır.
Adətən, bütün rəftarlar adi haldan çıxmadığı vaxta 
qədər əxlaq elminə aid olur və onları yalnız tərbiyəçilər 
və əxlaq ustadları müalicə etməlidirlər. Amma sıradan 
çıxdıqları zaman isə bir xəstəlik kimi əxlaq elminin 
predmeti sayılmırlar. İfrat dərəcədə paxıllıq, təkəbbür, 
qürur, ədavət, kin-küdurət və s. xəstəliklərin qisminə 
daxil olur. Məsələn, “Münafiqun” surəsində bədbinlik 
və  bədgümanlıq münafiqlərə xas bir sifət kimi irəli 
sürülür:
{ْﻢِﻬْﻴَﻠَﻋ ٍﺔَﺤْﻴ َﺻ  ﱠﻞُﻛ َنﻮُﺒ َﺴْﺤَﻳ...}
“Onlar (bədgümanlıqdan) hər bir qışqırığın, səs-
küyün öz əleyhlərinə olduğunu güman edirlər.”
1
Həqiqətdə, bu, onlar üçün dünyəvi  əzab sayılır! 
Əlbəttə, belə pisxislətli  şəxslərin bədbinliyi təbiidir. 
Çünki (“müqayisə” qanununa görə) özlərini başqaları 
ilə müqayisə edərək kimlərinsə onların vəziyyətindən 
xəbərdar olduqları  və onlardan qisas ala biləcəyini 
ehtimal verdikləri üçün həmişə qorxu içində yaşayırlar. 
Atalar necə  də gözəl demişlər: “Xain adam qorxaq 
olar!”
2.  Məxluqata bədbin olma bəzən insanı Xaliqə 
bədbin edir, onun dini əqidəsinə  təsir göstərir, bəzən 
o, Allahın  ədalətində, bəzən də qüdrətində  şəkk 
edir! Hətta peyğəmbərlərin dəvətinə  də  şəklə baxıb, 
bunu xalqa hökmranlıq, avam kütlənin diqqətini 
cəlb etmək kimi təsəvvür edə bilər. Bu hissin zahirən 
dinin əsaslarına etiqadlı insanlarda da baş qaldırması 
qeyri-mümkün deyildir. Fitnəkar ünsürlərin və ya 
1 . “Münafiqun” surəsi, ayə 4.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   99
münafiqlərin peyğəmbərlərin dəvətini rədd etmələri, 
çox güman ki, elə buradan qaynaqlanır.
3. Bədbin insanlar, adətən, ürəkdə başqalarının 
qeybətilə  məşğul olduqlarından səfa-səmimiyyətdən 
uzaqdırlar. Buna bəzi  əxlaq alimləri “qəlbi qeybət” 
adlandırırlar.
Bədbinliklə mübarizə yolları
Əvvəlcə bu məsələ ilə bağlı bir iradı aradan 
qaldırmaq istəyirik. O da budur ki, “bədbinlik” hissi 
insanın ixtiyarından xaric olduğundan ondan çəkinmək 
mümkün deyildir. Məsələn, insan bir mənzərəni 
müşahidə etdikdə, yaxud bir söz eşitdikdə, yaxud bir 
məsələ və şəxs haqqında fikirləşdikdə, ixtiyarsız olaraq 
bədbinlik onun fikrinə yol tapır. Belə isə necə ola bilər 
ki, onu qadağan və haram bilək? Hətta buna aid bir 
hədisi də misal çəkirlər:
ﱡﻦﱠﻈﻟاَو ُﺪ َﺴَﺤْﻟاَو ُةَ َيرﱢﻄﻟَا :ٌﺪَﺣَا ﺎﻬْﻨِﻣ ُﻢُﻠ ْﺴَﻳ ﻻ  ٌثﻼَﺛ
“Heç kim üç xislətdən canını qurtara bilməz: pis yozum, 
paxıllıq və bədbinlik.”
1
Bu  şübhəni aradan qaldırmaq üçün müxtəlif izah 
və cavablar verilib:
1. Bəziləri bədgümanlığın  şüurda zatən qadağan 
olmadığını deyir və bunu sübut etmək üçün 
Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan məşhur bir 
hədisə istinad edirlər:
 ْﻦِﻣ  ُﻪُﺟَﺮْﺨَﻤَﻓ   ،ٌجَﺮْﺨَﻣ  ﱠﻦُﻬْﻨِﻣ  ُﻪَﻟَو  ﱠﻦ َﺴْﺤَﺘ ْﺴُﻳ   ﻻ   ِﻦِﻣْﺆُﻤْﻟا   ِﰲ   ٌثﻼَﺛ
1 . “Biharul-ənvar”, 58-ci cild, səh.320.


100                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
...ُﻪَﻘﱢﻘَﺤُﻳ ﻻ ْنَا ﱢﻦﱠﻈﻟاِءﻮُﺳ
“Üç xislət möminə yaraşmır və onlardan qurtulmağın 
yolu vardır: bədgümanlıqdan qurtulmağın yolu odur ki, onu 
gerçəkləşdirməsin...”
1
2. Bəzilərinin nəzərinə əsasən, bədgümanlığın xarici 
və qəlbi təsiri qadağan edilib. Yəni insan birinə bədbin 
olduğu zaman nə ona qəlbində nifrət bəsləməli, nə 
də onunla zahirdə  rəftar və davranışını  dəyişməlidir. 
Demək, bədbinliyin gerçəkləşməməsi dedikdə, onun 
geniş (zehni və xarici) mənası nəzərdə tutulur.
Şübhəsiz, hər iki məna bədbinlikdən çəkindirən 
ayə  və  hədislərlə ziddir. Çünki ayə  və  hədislərdə 
bədbinlik zatən – istər xaricdə  təsir göstərsin, istərsə 
də göstərməsin – qadağan edilir. Əlbəttə, (əqidə  və 
imanın zehni məlumatdan fərqini nəzərə almaqla) 
qəlbi əqidələr insanda ixtiyari olduğu halda, nifrət və 
ikrah hissi isə belə deyildir.
3. Həqiqət odur ki, bədbinlik əvvəlcə qeyri-ixtiyari 
olsa da, onun davamı ixtiyari yön alır. Adətən, bu 
duyğu bir sıra gümanlardan baş qaldırır ki, nəhayət, 
tələsik  şəxsi yürütmələrlə  nəticələnir. Buna görə  də 
insan hər hansı  məsələyə qarşı obyektiv yanaşmalı, 
müxtəlif doğru ehtimallarla yaranan şübhəni tez bir 
zamanda aradan qaldırmalıdır. Rəvayətlərdə  də bu 
məsələ xüsusi olaraq vurğulanır. İmam Əli (ə) buyurur:
 ِ ْيرَﺨْﻟا  ِﰲ ﺎﻬَﻟ ُﺪِﺠَﺗ  َﺖْﻧَاَو ًاءﻮُﺳ َﻚﻴِﺧَا ْﻦِﻣ  ْﺖَﺟَﺮَﺧ ٍﺔَﻤِﻠَﻜِﺑ ﱠﻦﱠﻨُﻈَﺗ ﻻ  َو
ًﻼِﻤْﺤَﻣ
“Qardaşından eşitdiyin (məs: hər hansı şübhəli) sözdən 
1 . Yenə orada, 75-ci cild, səh.201.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə