Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə20/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   16   17   18   19   20   21   22   23   ...   42

80                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
{ِﻪﱠﻠﻟا ِنوُد ﻦﱢﻣ ﻢُﻬَﻧوُ ُﴫﻨَﻳ ءﺎَﻴِﻟْوَأ ْﻦﱢﻣ ﻢُﻬَﻟ َنﺎَﻛ ﺎَﻣَو}
“Onlara Allahdan başqa yardım edə bilən dostlar 
tapılmayacaqdır.”
1
“Vəli” sözü zillət və bədbəxtlikdən qurtaran, nicat 
verən mənasında da işlənmişdir. “İsra” surəsində 
buyurulur:
{ ﱠلﱡﺬﻟا َﻦﱢﻣ ﱞ ِﱄَو ُﻪﱠﻟ ﻦُﻜَﻳ ْﻢَﻟَو ِﻚْﻠُﻤْﻟا  ِﰲ ٌﻚﻳِ َﴍ ُﻪﱠﻟ ﻦُﻜَﻳ ﻢَﻟَو}
“Onun mülkündə heç bir şəriki, zillət və 
bədbəxtlikdən qurtaran heç bir hamisi yoxdur!”
2
Demək, qeybət edənlər Allahın vilayət və 
himayəsindən çıxıb,  şeytanın himayəsi altına keçərək 
bütün bu nemətlərdən məhrum olurlar. “Fəla 
yəqbəluhuş-şəytan!”  (Şeytan da onları  qəbul etməz!) – 
ibarəsi də göstərir ki, şeytan özü də onlara rəhbərlik 
edə bilmədiyindən onları özbaşına buraxacaq!
10. Qeybətin təsirləri bəzən tövbədən sonra da 
qalır:
İslam rəhbərlərindən nəql olan bir hədisdə 
buyurulur:
 َﻮُﻬَﻓ  َبﺎﺗ اذِا  َبﺎﺘْﻐُﻤْﻟا ﱠنَا َناﺮْﻤِﻋ ِﻦْﺑ  َﳻﻮُﻣ ﱃِا  ﱠﻞَﺟَو ﱠﺰَﻋ ُﻪﻠﻟا ﻰَﺣْوا
َرﺎّﻨْﻟا  ُﻞُﺧْﺪَﻳ ْﻦَﻣ  ُلﱠوَا َﻮُﻬَﻓ  ْﺐُﺘَﻳ ْﻢَﻟ ْنِاَو َﺔﱠﻨَﺠْﻟا ِﻞُﺧْﺪَﻳ ْﻦَﻣ ُﺮِﺧآ
“Allah-Taala Musa ibn İmrana (ə) belə vəhy etdi: “Əgər 
qeybət edən tövbə etsə, behiştə axırıncı, tövbə etməsə
cəhənnəmə daxil olan birinci şəxs olar.”
3
Bu hədis göstərir ki, qeybət həm “həqqüllah”, həm 
1 . “Şura” surəsi, ayə 46.
2 . “İsra” surəsi, ayə 111.
3 . “Biharul-ənvar”, 75-ci cild, səh.222.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   81
də “həqqün-nas” yönünə malikdir və onun “həqqün-
nas” yönü isə insanların digər hüquqlarından üstündür. 
Çünki qeybət onların ən böyük sərmayəsi sayılan abır-
həyasını itirir və qeybət edənin qurtuluşunu hamıdan 
axıra salır. Hətta bəzi rəvayətlərdə müsəlmanın hörməti 
ən böyük “riba” sayılır. Necə ki, Ənəs ibn Malik 
Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir:
ِﻢِﻠ ْﺴُﻤْﻟا ِﻞُﺟﱠﺮﻟا  ُضْﺮِﻋ ﺎﺑﱢﺮﻟا  َبىْرَا ﱠنِا
“Şübhəsiz,  ən böyük riba (mənfəət) müsəlmanın abır-
həyasını aradan aparmaqdır.”
1
Qeybətin fərdi və ictimai təsirləri
İctimai baxımdan qeybətin təsirləri:
1. Qeybətin artdığı  cəmiyyətdə  səfa-səmimiyyət, 
birlik, qardaşlıq və dostluq kimi ən böyük mədəni 
dəyərlər itir, həmkarlığın ilkin şərti sayılan “hüsn-
zənn” (nikbinlik) və qarşılıqlı etimad aradan gedir. 
Qeybətin yayılması ilə hamı bir-birinin nöqsanlarından 
agah olur, cəmiyyətdə “sui-zənn” (bədbinlik) artır, 
həmkarlıq ruhiyyəsi isə azalır, birgə amal və ideyalar 
unudulur və nəhayət, insanlar özlərini kütlədən təcrid 
edirlər. Öncə Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan 
“Bir-birinizə qarşı paxıllıq etməyin,  ədavət (kin-küdurət) 
saxlamayın, bir-birinizin qeybətini qırmayın. Ey Allahın 
bəndələri, bir-birinizlə qardaş olun!” – hədisdən də 
müəyyən qədər başa düşülür.
2. Qeybət bir çox hallarda fitnə-fəsadı,  ədavət və 
kin-küdurət alovunu şölələndirir.  İnsanların gizli 
1 . Yenə orada.


82                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
eyibləri açıldıqda, bəzən ətrafındakılara da aid ola bilir 
və yaxud hər hansı yolla qisas almaq, kimlərinsə abır-
həyasını aparmaq istəyənlərə  dəstək verir. Bu da ki, 
onların arasında ədavət toxumunu səpir.
3. Qeybətlə  şəxsiyyət və hörmətini itirən insanın 
günahdan qorxusu azalır. Adətən, insanlar abır-
heysiyyətlərini qoruyub-saxlamaq üçün nalayiq və 
çirkin işlərdən çəkinir, yaxud belə işlərə gizli əl atırlar. 
Lakin qeybətlə günah və gizli eyibləri aşkar olduqda, 
artıq  şəxs abır-heysiyyətinin aradan getməsindən 
qorxmur. Bu özü cəmiyyətdə  fitnə-fəsadın yayılması 
üçün bir amil olur.
4. Qeybət qazanc baxımından da cəmiyyətə zərərlidir. 
Çünki maddi və iqtisadi yönlərdə insanların etibarı, 
bir-birlərinə inam və etimadı maddi sərmayələrdən 
daha önəmlidir və onsuz ticari əlaqələrin durumu 
azalacaq, yaxud tamamilə dayanacaqdır...
Fərdi baxımdan qeybətin təsirləri:
Qeybət subyektivliyinə görə də zülm, haqsızlıq və 
başqalarının hüquqlarına aşkar təcavüz sayılır. Demək, 
burada zülm nəticəsində yaranan bütün əxlaqi qüsurlar 
qeybətlə əlaqədar olacaq. Bundan əlavə, qeybət bir sıra 
yaramaz hisslərdən qaynaqlandığı üçün onun təkrarı 
ilə bu pis sifət daha da kök salır.
Beləliklə, qeybət dəyərlər baxımından həm fərdi, 
həm də ictimai əsasları laxladır. Ötən rəvayətlərdə, 
eləcə  də qeyd etdiyimiz ayədə buna dair nişanələr 
görünür.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   83
Qeybətin həddi-hüdudu
1. Qeybətin şaxələri: İlk baxışda qeybət dil vasitəsilə 
başqalarının eyiblərini faş etməyi bildirsə  də, onun 
əsl mahiyyətini nəzərə almaqla əxlaq elmi nöqteyi-
nəzərindən daha geniş  məna kəsb etdiyi, hər vasitə 
ilə – danışıq, yazı, işarə və yaxud ədalarla başqasının 
eybinin faş edilməsini ifadə edir. Məsələn, nəql olunur 
ki, bir qadın Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib-
getdikdən sonra Ayişə əli ilə onun qısaboylu olduğuna 
işarə edərkən, ona belə buyurur:
ﺎﻬِﺘﺒَﺘﻏأ ﺪَﻗ
“Sən onun qeybətini etdin.”
1
Başqa bir hədisdə deyilir ki, Ayişə bir qadının ədasını 
çıxartdıqda, Peyğəmbəri-Əkrəm (s) ona bu işi qadağan 
edir.
2
  Məlum olur ki, hətta təlif və yazılarımızda, 
başqalarının fikir və nəzərlərinin tənqidində çox diqqətli 
olmalı, qeybət doğuran hisslərdən çəkinməliyik. 
Bəzən başqasının danışığına tutulan iradlarda aşkar 
qeybət, töhmət, məzəmmət, istehza, yaxud təhqirlə 
yanaşı ifadələrə rast gəlinir. Yaxşı olar, yazılarımızda 
başqalarının heysiyyətinə toxunan “gülünc”, “ağılsız”, 
“uşaqfikirli” kimi ifadələrdən də (qarşı  tərəf məlum 
olmadığı, yaxud qeybət və  təhqiri caiz olduğu hallar 
istisnadır) çəkinək. Bəzən də kinayəli sözlərlə dinləyənə 
məqsədimizi anladırıq. Bu da qeybət sayılır. Məsələn, 
belə deyirik: “Bu gün filankəslə görüşümdə  nələr 
deyirdi...” Halbuki onu dinləyən, kimdən söhbət 
1 . “Ehyaül-ülum”, 3-cü cild, səh.145; “Məhəccətül-beyza”, 5-ci cild, 
səh.257.
2 . “Ehyaül-ülum”, 3-cü cild, səh.145.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə