Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə18/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

72                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
söndürməyə, özünü rahatlaşdırmağa çalışır.
3. Günahı yozmaq:  Bəzən, başqalarının eyiblərini 
faş etməklə öz əməlini adiləşdirmək və onu yozmaq 
digər bir əsas olur.
4. İstehza: Əlbəttə, istehza və masqaranın müxtəlif 
səbəb və amilləri vardır ki, ona adət edən insan bəzən 
həmin boşluğu qeybətlə doldurur.
5.  Əylənmək:  Bəzən də  səbəbsiz yerə yalnız 
əylənmək və boş vaxtı doldurmaq, yaxud məclisi 
qızışdırmaq üçün başqalarının qeybəti gedir, eyiblər 
aranır. Çünki belə  məclislərdə qeybət hamıya  şirin 
görünür. Diqqət yetirmək lazımdır ki, camaat istirahət 
və əyləncədən ləzzət aldığı kimi, kimisə güldürmək və 
başqalarını da əylənməyə çəkməkdən ləzzət alır.
6. Hadisələrə qarşı instinktiv reaksiya: İnsandakı 
bu güclü instinkt onu başqalarını (israrla) qeybətə, hər 
kəsin eyib və zəif cəhətlərini açmağa sövq edir. Bəlkə 
də, bəzilərinin nəzərində qeybətin  şirinliyi elə bu 
hissdən qaynaqlanır. Belələri başqalarının sirlərindən 
agah olmaq, eyiblərini arayıb-axtarmaqdan ləzzət alır 
və buna görə də, təkid və hərisliklə qarşı tərəfi qeybətə 
məcbur edirlər.
Bu amillər qeybətin müalicəsində, onun xaricdəki 
nümunələrini tanıtmaqda bizə kömək edə bilər.
Çox vaxt onlar insanın vücudunda özünü təbii 
göstərir, vicdan və  şəxsiyyət hissi onların büruzə 
verməyinə icazə vermir. Beləcə, ona zahiri bəzək 
verir, ürəkyandırmaq, yaxud pislikdən çəkindirmək, 
yaxud da başqalarına ibrət dərsi vermək məqsədilə 
qeybətə düşür və bunu özünə bir borc güman edir. 
Amma yuxarıda dediyimiz amillərin qurbanı olan bu 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   73
insan vicdanını boğaraq onun əzabından qurtulmaq 
üçün həqiqəti dəyişdirir və ona don geyindirir. Bu isə 
qeybətin ən təhlükəli növü olub, müalicəsi də çətindir.
Qeybətin təhlükələri
Qurani-Kərim, Peyğəmbəri-Əkrəm (s) və Əhli-beyt 
imamlarından nəql olunan rəvayətlər baxımından 
bu günahın mahiyyəti, onun fərdi və ictimai təsirləri 
diqqəti özünə cəlb edir. Əksərən bu mühüm məsələyə 
əhəmiyyət verilməsə  də,  İslamda ona çox ciddi 
yanaşılır. Qurani-Kərim və rəvayətlərdə qeybətlə bağlı 
şiddətli ibarələr görünür ki, biz onları  qısa  şəkildə 
on qismə ayırmışıq. Ümid edirik ki, verilənlər  İslam 
nöqteyi-nəzərindən bu günahın mahiyyətini başa 
düşməyə kifayət edəcək!
1. Qeybət Quran baxımından:
Qurani-Kərim qeybəti insana zidd əməl kimi sayır 
və onu şəxsin öz ölmüş qardaşının  ətini yediyi kimi 
tanıtdırır. Məlumdur ki, “insan ətini yemək”, özü də 
həmin surətdə insandan baş verə biləcək ən pis əməldir. 
Quranda bu ibarə yalnız qeybət barəsində  işlənir. Bu 
bənzətmənin səbəbi də aydındır. Çünki İslam nöqteyi-
nəzərindən müsəlman qardaşın abır-heysiyyəti qanı 
kimi möhtərəm sayılır. Peyğəmbəri-Əkrəm (s) buyurur:
ُﻪ ُﺿْﺮِﻋ َو ُﻪُﻟﺎﻣ َو ُﻪُﻣَد :ٌماﺮَﺣ  ِﻢِﻠ ْﺴُﻤْﻟا  َﲆَﻋ  ِﻢِﻠ ْﺴُﻤْﻟا  ﱡﻞُﻛ
“Müsəlmanın hər bir şeyi (başqa) müsəlmana haramdır; 
qanı, malı  və abır-heysiyyəti.”
1
  Şübhəsiz, qeybət 
müsəlman qardaşın heysiyyətini kiçildir, abrını aparır.
Diqqəti cəlb edən məsələ odur ki, Qurani-Kərimdə 
1 . “Məhəccətül-beyza”, Feyz Kaşani, 5-ci cild, səh.251.


74                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
əvvəlcə “sui-zənn” (bədgüman), sonra “eyibləri arayıb-
axtarmaq”, daha sonra “qeybət” qadağan edilir. Belə 
ki, buyurulur:
  َﻻَو ٌﻢْﺛِإ ﱢﻦﱠﻈﻟا  َﺾْﻌَﺑ ﱠنِإ ﱢﻦﱠﻈﻟا َﻦﱢﻣ اًيرِﺜَﻛ اﻮُﺒِﻨَﺘْﺟا اﻮُﻨَﻣآ َﻦﻳِﺬﱠﻟا ﺎَﻬﱡﻳَأ ﺎَﻳ}
 ﺎًﺘْﻴَﻣ ِﻪﻴِﺧَأ َﻢْﺤَﻟ  َﻞُﻛْﺄَﻳ نَأ ْﻢُﻛُﺪَﺣَأ  ﱡﺐِﺤُﻳَأ ﺎ ًﻀْﻌَﺑ ﻢُﻜ ُﻀْﻌﱠﺑ ﺐَﺘْﻐَﻳ  َﻻَو اﻮ ُﺴ ﱠﺴَﺠَﺗ
{ٌﻢﻴِﺣﱠر  ٌباﱠﻮَﺗ َﻪﱠﻠﻟا ﱠنِإ َﻪﱠﻠﻟا اﻮُﻘﱠﺗاَو ُهﻮُﻤُﺘْﻫِﺮَﻜَﻓ
“Ey iman gətirənlər! Çox vaxt zənnə – gümana 
qapılmaqdan çəkinin. Çünki zənnin bəzisi günahdır. 
(Başqalarının işlərində) axtarış aparmayın, bir-
birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş 
qardaşının ətini yeməyə razı olarmı? (Şübhəsiz,) sizin 
bundan xoşunuz gəlməz. Allahdan qorxun. Həqiqətən, 
Allah tövbələri qəbul edən və mehribandır!”
1
Bu ibarədəki sıra göstərir ki, insan əvvəlcə 
bədgümanlığa düçar olur, bu onu başqalarının 
eyiblərini arayıb-axtarmağa sövq edir və insan gizli 
eyiblərdən agah olduqda, qeybətə yol verir.
2. Qeybət imanla bir yerə sığmır:
Bərra deyir:
 ْﻦَﻣ ﺎﻳ" : َلﺎﻘَﻓ ﺎﻬِﺗﻮُﻴُﺑ  ِﰲ  ُﻖِﺋاﻮَﻌْﻟا َﻊَﻤَﺘْﺳا ﻰﱠﺘَﺣ (ص)ِﻪﻠﻟا  ُلﻮُﺳَر ﺎﻨَﺒَﻄَﺧ
 اﻮُﻌِﺒﱠﺘَﺗ ﻻ  َو َينِﻤِﻠ ْﺴُﻤْﻟا اﻮُﺑﺎﺘْﻐَﺗ ﻻ  ِﻪِﺒْﻠَﻘِﺑ ْﻦِﻣْﺆُﻳ ْﻢَﻟ َو ِﻪِﻧﺎﺴِﻠِﺑ َﻦَﻣآ َ َﴩْﻌَﻣ
 ُﻪَﺗَرْﻮَﻋ ُﻪﻠﻟا َﻊﱠﺒَﺘَﺗ ْﻦَﻣ َو ُﻪَﺗَرْﻮَﻋ ُﻪﻠﻟا َﻊﱠﺒَﺘَﺗ ِﻪﻴِﺧَا َةَرْﻮَﻋ َﻊﱠﺒَﺘَﺗ ْﻦَﻣ ُﻪﱠﻧِﺎَﻓ ْﻢِﻬِﺗارْﻮِﻋ
ِﻪِﺘْﻴَﺑ  ِفْﻮَﺟ  ِﰲ ُﻪُﺤ َﻀْﻔَﻳ
“(Bir dəfə) Peyğəmbəri-Əkrəmin (s) bizə söhbətini 
qadınlar belə evlərində eşitdilər. Həzrət buyurdu: “Ey 
1 . “Hücurat” surəsi, ayə 12.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   75
dildə iman gətirib, qəlbdə iman gətirməyənlər! Müsəlmanların 
qeybətini qırmayın və gizli işlərini arayıb-axtarmayın. Öz 
din qardaşının gizli işlərini arayıb-axtaranın Allah-Taala da 
gizli işlərini üzə çıxarar və evində rüsvay edər.”
1
Qeybətin imanla uyğun gəlməməsinə dair bunu 
demək olar ki, iman ilk növbədə mömin qardaşa 
ehtiramı vacib bildiyi halda, qeybət buna ziddir.
3. Qeybət çirkinliklərin yayılmasına şərait yaradır:
İmam Sadiq (ə) buyurmuşdur:
  َلﺎﻗ َﻦﻳِﺬﱠﻟا َﻦِﻣ َﻮُﻬَﻓ ُهﺎﻧُذُا ُﻪْﺘَﻌِﻤَﺳ َو ُهﺎﻨْﻴَﻋ ُﻪْﺗَاَر ﺎﻣ ٍﻦِﻣْﺆُﻣ  ِﰲ  َلﺎﻗ ْﻦَﻣ
 ْﻢُﻬَﻟ اﻮُﻨَﻣآ َﻦﻳِﺬﱠﻟا  ِﰲ ُﺔ َﺸِﺣﺎﻔْﻟا َﻊﻴ ِﺸَﺗ ْنَا َنﻮﱡﺒِﺤُﻳ َﻦﻳِﺬّﱠﻟا ﱠنِا} : ﱠﻞَﺟَو ﱠﺰَﻋ ُﻪﻠﻟا
{ٌﻢﻴِﻟَا  ٌباﺬَﻋ
“Möminin haqqında görüb-eşitdiklərini deyənlərə 
Allah-Taalanın  “İman gətirən camaatın içərisində 
çirkinliklərin yayılmasını istəyən kəsi ağır  əzab 
gözləyir!” – buyruğu  şamil olacaq.”
2
  Məlumdur ki, 
camaatın sirlərini, gizli eyiblərini faş etmək – bu eyiblər 
əksər hallarda dinlə bağlı olduğundan – başqalarını 
məsiyət və günaha cürətləndirir, nəticə etibarı ilə pislik 
və çirkinliklərin yayılmasına səbəb olur.
4. Qeybətin zərəri (çirkinliyi) iffətə zidd 
əməllərdən şiddətlidir:
Məşhur bir hədisdə Cabir ibn Abdullah Ənsari 
və  Əbu Səid Xudri Peyğəmbəri-Əkrəmin (s) belə 
buyurduğunu nəql etmişlər:  “Qeybət zinadan daha 
pisdir.” Bunun səbəbi hədisin davamında belə açıqlanır: 
”Zinakar tövbə etməklə Allahın məğfirətini qazanıb, 
1 . “Məhəccətül-beyza”, 5-ci cild, səh.252.
2 . “Biharul-ənvar”, 75-ci cild, səh.240.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə