Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə16/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

64                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
yalana  əl atmayacaqlar. Onlara başa salmaq lazımdır 
ki, sadiq insanın əxlaqi səciyyələrlə qazandığı etimad 
və ictimai dəyəri bütün dəyərlərin fövqündə durur 
və heç bir maddi gəliri “ictimai şəxsiyyət” adlı böyük 
mənəvi sərmayə ilə müqayisə etmək olmaz. Onlar 
bu böyük sərmayə ilə digər maddi imkanlara da 
malik ola bilərlər. Belə insanlar həm xalqın nəzərində 
başıucadırlar, həm də Allah dərgahında peyğəmbərlər 
və  şəhidlərin məqamına yüksəlirlər. Qurani-Kərimdə 
düz danışanların məqamı peyğəmbər və Haqq yolunda 
şəhid olanlarla eyni qeyd olunur. Məsələn, bir ayədə 
buyurulur:
 َﻦﱢﻣ ﻢِﻬْﻴَﻠَﻋ ُﻪّﻠﻟا َﻢَﻌْﻧَأ َﻦﻳِﺬﱠﻟا َﻊَﻣ َﻚِﺌـَﻟْوُﺄَﻓ  َلﻮُﺳﱠﺮﻟاَو َﻪّﻠﻟا ِﻊِﻄُﻳ ﻦَﻣَو}
{ ًﻖﻴِﻓَر َﻚِﺌـَﻟوُأ َﻦ ُﺴَﺣَو َينِﺤِﻟﺎ ﱠﺼﻟاَو ءاَﺪَﻬ ﱡﺸﻟاَو َينِﻘﻳﱢﺪ ﱢﺼﻟاَو َينﱢﻴِﺒﱠﻨﻟا
“Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) 
Allahın nemət verdiyi peyğəmbərlər, siddiqlər (düz 
danışanlar),  şəhidlər və  əməlisalehlərlə bir yerdə 
olacaqlar. Onlar necə də gözəl yoldaşlardır.”
1
Lüğət alimi Rağib  İsfahani “Müfrədat” kitabında 
“siddiq” sözü üçün neçə məna qeyd etmişdir:
a) sırf düz danışanlar;
b) heç vaxt yalan danışmayanlar;
c) sözü və  əqidəsində doğru olanlar (onların 
doğruluğunu əməlləri təsdiqləyir).
3. Yalana adət edənlərdə Allaha imanın  əsaslarını 
gücləndirmək, onlara Allahın qüdrətinin hədsizliyi 
və bütün çətinliklərin həllinə qadir olduğunu, yalançı 
şəxsdə isə imanın zəif olduğunu başa salmaq lazımdır.
1 . “Nisa” surəsi, ayə 69.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   65
Düz danışanlar hər bir hadisədə Allaha söykənir və 
güvənir, yalançılar isə belə hallarda tək-tənha qalırlar.
4. Yalanın səbəblərini – tamah, qorxu, xudbinlik, 
təəssübkeşlik, ədavət və s. kimi əxlaqi natarazlıqların 
əsaslarını  qırmaq lazımdır ki, onlarda bu rəzil sifət 
inkişaf etməsin.
5. Onların ətraf mühitini yalançılardan təmizləmək 
lazımdır ki, təsir altına düşməsinlər.
Bu məsələ böyük əhəmiyyət daşıyır və  İslamın 
tərbiyəvi göstərişlərində özünəməxsus yer tutur. İmam 
Əli (ə) buyurur:
ُﻪَﻟ ﻲِﻔَﻳ ﻻ ﱠﻢُﺛ ُﻪﱠﻴِﺒ َﺻ ْﻢُﻛُﺪَﺣَا َﺪِﻌَﻳ ْنَا ﻻَو  ٌلْﺰَﻫ ﻻَو ﱡﺪِﺟ  ُبِﺬَﻜْﻟا ُﺢُﻠ ْﺼَﻳ ﻻ
“Yalan danışmaq caiz deyil; istər ciddi olsun, istərsə də 
zarafat. Həmçinin sizin öz övladlarınıza verdiyiniz vədinizə 
vəfa etməməyiniz də yaxşı deyildir.”
1
Demək, ata-ana (övladlarına verdiyi kiçik vədələrdə 
belə) düz danışmağa adət etsələr, övladları da yalan 
danışmaz.
Yalanın müstəsna halları
Əxlaq alimləri və fəqihlər hədislərə istinad edərək 
yalanın müstəsna hallarını qeyd etmiş və bəziləri yalan 
danışmağa iki yerdə icazə vermişlər: 1. Zərurət və 
çarəsizlik zamanı; 2. İki nəfər arasında sülh və barışıq 
yaratmaq üçün.
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
ِﻞْﺘَﻘْﻟا َﻦِﻣ َكﺎﺧَا ﱢﺞَﻧ َو ًﺎﺑِذﺎﻛ ِﻪﻠﻟﺎِﺑ ْﻒِﻠْﺣِا
“Allaha yalan and iç və günahsız qardaşını ölümdən 
1 . “Vəsailüş-şiə”, 8-ci cild, səh.577.


66                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
xilas et.”
1
Burada hər  şeydən öncə iki məsələyə diqqət 
yetirməliyik:
1. Həqiqətdə yalanın bütün müstəsna halları bir 
nöqtəyə tuşlanıb və o da budur ki, yalana yalnız onun 
mənfi təsirlərini kölgə altına salan mühüm hadisələrdə 
icazə verilir. Bu qayda təkcə yalana aid olmayıb, “meyit, 
murdar ət və nəcis yemək”, “yetimə əziyyət vermək” və 
s. kimi haram olan məsələlərdə də canı qorumaq, yaxud 
ədəbləndirmək üçün məsləhət görülür. Hədislərdə 
qeyd olunan (müstəsna) hallar nümunə kimi göstərilib. 
Məsələn, insanlar arasında sülh yaratmaq, qəlbləri 
bir-birinə qovuşdurmaq, qəlblərdən  ədavət və kin-
küdurəti yumağın faydası kiməsə  zərər yetirməyən 
yalandan mühüm olduğu üçün ona icazə verilib. 
Özünün, həm də başqalarının canı, malı və namusunu 
qoruyan, yaxud hərbi əməliyyat və gərgin hallarda bir 
müharibəyə son qoyan, qan tökülməsinin qarşısının 
alan, yaxud da amansız düşmən və peşəkar canini 
məhkum edən yalan əhəmiyyət daşıyır. Hətta bəzən, 
ər-arvad arasında baş verən bir sıra qarşıdurmalar 
ayrılığa və yaxud çəkişmələrə gətirib çıxardığı zaman 
bir yalanla aralarındakı ixtilaf aradan qaldırıla bilər. 
Bütün bu hallarda yalan daha mühüm məsləhətlərə 
görə caiz olur. Göründüyü kimi, işarə edilən hallarda 
yalanın zərər və mənfi təsirləri faydaları ilə müqayisədə 
müşahidə olunmur.
2. Burada diqqəti cəlb edən məsələ odur ki, bu 
hallarda yalan danışmağın caiz olması eynilə canı 
qorumaq üçün murdar ətin zərurət qədər yeyilməsinə 
1 . Yenə orada, 16-cı cild, səh.162.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   67
icazə verilməsinə  bənzəyir. Nəinki  şəriət müstəsna 
hallara icazə verməklə böyük günahlara cürət tapmağa, 
hər kiçik məsələdə yalan danışmağa icazə vermiş olsun.
Amma çox vaxt büdrəyişlər elə müstəsna halların 
kənarında, o “qadağan olunan məntəqə”yə  və ya 
“təhlükə  məntəqəsi”nə yaxın düşərkən baş verir. 
Rəvayətlərdə bu yerlər “himəllah” (Allahın qadağan 
etdiyi məntəqələr) və “hovləl-hima” (qadağan olunan 
sərhədlər) ünvanı ilə qeyd olunur. Belə ki, hədislərin 
birində buyurulur:
ﺎﻬﻴِﻓ َﻊَﻘَﻳ ْنَا ُﻚَﺷﻮُﻳ ﻰﻤِﺤْﻟا  َلْﻮَﺣ ْﻊَﺗْﺮَﻳ ْﻦَﻤَﻓ ِﻪﻠﻟا  َﻰﻤِﺣ ِﻪﻠﻟا ُمِرﺎﺤَﻣ
“İlahi haramlar Allahın qadağan qoyduğu məntəqələrdir. 
Kim heyvanlarını qadağan olunan sərhədlərə yaxın aparsa, 
mümkündür ki, ora girsin.”
1
Təəccüblüdür ki, əhli-sünnə alimi Qəzali “Ehyaul-
ülum” kitabında “yalanın rəva görülən halları” fəslinin 
sonunda belə yazır: “Bəziləri elə  təsəvvür edirlər ki, 
əməli fəzilətlərə dair saxta hədis qoşub, günahlara 
bilərəkdən yol vermək caizdir.” Sonra belə əlavə edir: 
“Bu batil bir fikirdir. Çünki bu işdə  məsləhət və ya 
onun faydaları yalanın mənfi təsirlərini üstələyə bilmir 
və buna heç də zərurət yoxdur. Həm də ki, bu məsələ 
ilə bağlı ayə və rəvayətlər kifayət qədərdir və bu özü 
şəri qanunlarda qarşıdurma yaradır.”
2
Lakin bizim nəzərimizcə, bu fikirlərə yalnız nadan 
və şəriətdən xəbərsizlər düşürlər ki, ürəklərini İslama 
Allah və Peyğəmbərdən çox yandığını güman etmişlər. 
Halbuki bu işin özü tamamilə  şər, fəsaddır və onun 
1 . “Fəraidul-üsul” (Rəsail), Şeyx Mürtəza Ənsari, səh.360.
2 . “Ehyaul-ülum”, 3-cü cild, səh.139.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə