Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə17/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

68                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
və belə nadanların İslam üçün təhlükəsi düşmənlərin 
təhlükəsindən az deyildir.
“Tövriyə” nədir?
Zahirindən uyğun məna başa düşülüb, danışanın 
başqa məqsəd güddüyünü bildirən ifadəyə “tövriyə” 
deyilir. Fəqihlər arasındakı məlum nəzərə görə, yalanın 
rəva görülən zəruri hallarında gərək “tövriyə”dən 
istifadə edilsin və “tövriyə” mümkün olduğu təqdirdə 
aşkar yalana yol verilməsin.
Bəzi əhli-sünnə alimlərinin nəzərlərindən belə başa 
düşülür ki, onların arasında da bu qayda mövcuddur.
“Tövriyə”ni belə də mənalandırırlar: “Tövriyə odur 
ki, insan dediyi sözün uyğun mənasını nəzərdə tutsun, 
lakin onu elə desin ki, qarşı  tərəf (eşidən kəs) onun 
başqa mənasını başa düşsün. Bununla da danışan kəs 
öz məqsədinə çatır və o, sözün uyğun mənasını seçdiyi 
halda, qarşı  tərəf başqa mənaya yönəlir. Məsələn, bir 
kəsdən “İslam Peyğəmbərinin (s) canişini kim idi?” – 
deyə soruşduqda, o, belə cavab verir: “Mən bintuhu fi 
beytihi.” (Qızı evində olan kəs!) Bunu eşidən kəs qızı 
Peyğəmbərin (s) evində olan kəsin canişin olduğunu 
başa düşür. Halbuki cavab verən  şəxsin məqsədi 
Peyğəmbərin (s) qızının onun evində olan kəsin canişin 
olmasıdır.
“Tövriyə” yalan sayılırmı və ondan 
müstəsna hallardan başqa zamanlarda 
da istifadə etmək olarmı?
Burada  əhəmiyyət kəsb edən məsələ “tövriyə”nin 
yalana xas olan ölçüləri aşıb-aşmamasını 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   69
aydınlaşdırmaqdır.
Ümumiyyətlə, bu məsələ ilə bağlı üç nəzər 
mövcuddur:
1.  Bəzi alimlərə görə, “tövriyə”  əsla yalan 
sayılmadığından zərurət zamanı da danışıqda yalana 
yol verilməmişdir.
Bu nəzərin tərəfdarları onu belə  əsaslandırırlar: 
“Sözün yalan və ya doğruluğunda meyar danışan kəsin 
məqsədi və  nəzərdə tutduğu mənadır. Buna əsasən, 
danışanın sözü ilə  məqsədi uyğun gəlirsə, sözü də 
doğru olacaq, hərçənd, qarşı tərəf onu başqa cür anlamış 
olsun. Çünki danışanın məqsədini başa düşməkdə yol 
verilən səhvin sözün yalan və ya doğruluğuna heç 
bir təsiri yoxdur. Bütpərəstlərin müqabilində  həzrət 
İbrahimin (ə) “Bəl fəələhu kəbiruhum haza, fəs`əluhum 
in kanu yəntiqun!”  (Bəlkə onların bu böyüyü bunu 
etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!)
1
 
və  həzrət Yusifin (ə) carçısının “İnnəkum ləsariqun!” 
(Ey karvan əhli, siz, həqiqətən, oğrusunuz!)
2
 – dedikləri 
sözlərini yozan müxtəlif rəvayətlər də “tövriyə”nin 
yalan sayılmadığını sübut edir. 
2.  Mərhum Mühəqqiq Qummi kimi bəzi alimlərin 
nəzərinə görə isə “tövriyə”nin yalan sayılmamağında 
meyar danışanın məqsədi və nəzərdə tutduğu məzmun 
deyil, onun zahiri mənasıdır.
3. Amma Qəzali kimi bəzilərinin kəlamlarından 
belə başa düşülür ki, “tövriyə” yalanın qisimlərindən 
biridir, lakin onun qəbahət və  fəsadı adi yalandan 
azdır.
1 . “Ənbiya” surəsi, ayə 63.
2 . “Yusif” surəsi, ayə 70.


70                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
Ola bilsin, üçüncü qrupun bu nəzəri sırf yalandan 
fərqli olaraq “tövriyə” zamanı danışanın yalan 
söyləmək fikrində olmadığından irəli gəlmişdir ki, bu 
da onun qəbahət və fəsadını nisbətən azaldır.
“Tövriyə” haqqında yeni izah
Burada zərif bir məsələyə diqqət yetirməklə mövcud 
mübahisə aradan qalxa bilər və o da budur ki, “tövriyə” 
hər bir hala aid deyil, söz və kəlamın zatən iki (və daha 
çox) məna daşıdığı yerlərə məxsusdur; belə ki, danışıq 
zamanı dinləyən  şəxs iki mənadan birini başa düşür. 
Məsələn, Yusifin (ə) carçısının o həzrətin qardaşlarına 
dediyi “İnnəkum ləsariqun!”  (Ey karvan əhli, siz, 
həqiqətən, oğrusunuz!) – ibarənin ilk mənası odur ki, 
siz hal-hazırda oğurluq etmisiniz və lakin carçı onların 
keçmişdə Yusifi (ə) atasından oğurladıqlarını nəzərdə 
tuturdu. Bu isə cümlənin zahirən başa düşülməyən 
digər mənasıdır. Yaxud bir nəfərdən “bu libası sizə 
filankəsmi hədiyyə edib?” – deyə soruşulduqda, o, belə 
cavab verir: “Allah ona uzun ömür versin!” Halbuki 
ona libası hədiyyə edən kəs başqası imiş.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   71
QEYBƏT
Namərdlərin qorxulu silahı
Dilin  ən böyük və  təhlükəli, eyni zamanda 
çox yayılan azğınlıqlarından biri qeybətdir. 
Qeybət başqasının nöqsanları  və gizli eyiblərinin 
deyilməsindən ibarətdir ki, əgər bunu eşitsə, narahat 
olacaq. Bura dini, əxlaqi, ruhi, ictimai, cismi və ümumi 
olaraq insanın zahiri görünüşü, bədən üzvləri, hərəkət 
və rəftarları, həyat yoldaşı, övladı, geyimi, evi və s. ilə 
bağlı eyiblər daxildir.
Qeybətin əsas amilləri
Qeybətin neçə əsas amili vardır:
1. Ədavət və qisas hissi: Daxildəki ədavət və kin-
küdurət  şölələrini söndürmək üçün qeybət və qarşı 
tərəfin abır-heysiyyətini aparmaq çox asan və sadə 
yoldur.
2. Paxıllıq:  Paxıl adam həmişə  bəyənmədiyi 
müqabil tərəfin sahib olduqlarını itirməyi və onun 
pisliyini istəyir, məqsədinə çatmadıqda da, onun 
etibarını  sındırmaq, abır-heysiyyətini aparmaq üçün 
nöqsanlarını faş etməklə  həsəd və paxıllıq alovunu 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə