Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə19/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

76                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
bağışlana bilər. (Çünki zina “həqqullah” (Allahın haqqı) 
qəbilindəndir.) Qeybət edən kəs isə qeybət etdiyi şəxsin 
razılığını qazanmadan bağışlanmır. (Çünki “həqqün-nas” 
(camaatın haqqı) qəbilindəndir.)”
1
Qeybətin zinadan daha pis olmasının başqa bir 
səbəbi bu ola bilər ki, qeybət cəmiyyətdə  vəhdət və 
birliyi, sevgini, səfa-səmimiyyəti, nikbinliyi aradan 
aparır, ona ağır zərbələr vurur. (Sonra bu haqda ətraflı 
söz açılacaq.) Lakin iffətə zidd əməllərin qəbahəti 
böyük olsa da, belə təsirləri yoxdur.
5. Qeybət əməllərin qəbuluna mane olur:
Məazın nəql etdiyi hədisdə deyilir: “Bəzən bəndələrin 
əməlləri günəş şüası kimi parıldasa da, səmaya aparıldıqda, 
geri qaytarılıb sahibinin üzünə vurular və bu işə  məmur 
olan mələk deyər:
ِبيَر ﱃِا ُزَوﺎﺠَﺘَﻳ  َسﺎّﻨﻟا  ُبﺎﺘْﻐَﻳ ْﻦَﻣ  َﻞَﻤَﻋ َعَدَا ﻻ ْنَا  ﱢبيَر  ِنيَﺮَﻣَا
“Pərvərdigarım mənə  əmr edib ki, qeybət edənlərin 
Rəbbimə doğru yüksələn yaxşı əməllərinin qarşısını alım!”
Keçək hədislərdə verilən izahlara uyğun olaraq 
burada da bunu deyə bilərik ki, boynunda camaatın 
haqqı olanların  əməllərinin Allah dərgahında qəbulu 
çətindir. Demək, qeybətin bu qədər pislənilməsi onun 
camaatın hüquqlarına təcavüzü, abır-heysiyyətlərinin 
itməsi kimi təsirlərinə görədir.
6. Qeybət İslamda qardaşlıq prinsipini pozur:
Peyğəmbəri-Əkrəm (s) buyurur:
 ِﻪﻠﻟاَدﺎﺒِﻋ اﻮُﻧﻮُﻛَو ًﺎﻀْﻌَﺑ ْﻢُﻜ ُﻀْﻌَﺑ  ْﺐَﺘْﻐَﻳ ﻻَو اﻮ ُﻀَﻏﺎﺒَﺗ ﻻَو اوُﺪَﺳﺎﺤَﺗ ﻻ
1 . Yenə orada, səh.222.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   77
ًﺎﻧاﻮْﺧِا
“Bir-birinizə qarşı paxıllıq etməyin, ədavət saxlamayın, 
bir-birinizin qeybətini qırmayın. Ey Allahın bəndələri, bir-
birinizlə qardaş olun!”
1
Bu hədisin son cümləsindən belə  nəticə alırıq ki, 
Allaha bəndəlik və islami qardaşlıq həsəd, kin-küdurət, 
ədavət və qeybətlə qarşı-qarşıya durur. Bir də ki, qeybət 
qardaşlıqdakı  məhəbbət və  səfa-səmimiyyətə ziddir. 
Bəlkə  də  hədisdəki iki xislətin (paxıllıq və  ədavət) 
xüsusi qeyd edilməsi onların qeybətlə əlaqəsindən irəli 
gəlir. Çünki paxıllıq, adətən,  ədavət və kin-küdurətə, 
ədavət və kin-küdurət isə qeybətə səbəb olur.
7. Qeybət yaxşı əməlləri yandırır:
Bu məzmun bir çox hədislərdə müşahidə olunur. 
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur:
َﺐَﻄَﺤْﻟَا ُرﺎّﻨﻟا  ُﻞُﻛَﺎَﺗ ماَﻛ  ِتﺎﻨ َﺴَﺤْﻟا  ُﻞُﻛَﺎَﺗ ُﺔَﺒْﻴِﻐْﻟاَو ... ٍﻢِﻠ ْﺴُﻣ  ﱢﻞُﻛ ﲆَﻋ ٌماﺮَﺣ ُﺔَﺒْﻴِﻐْﻟَا
“Qeybət hər bir müsəlmana haramdır... Həqiqətən, atəş 
odunu yandırıb kül etdiyi kimi, qeybət də yaxşı  əməlləri 
aradan aparır.”
2
Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan başqa bir 
hədisdə belə buyurulur:
 ْﻦِﻣ ُﻪْﻨِﻣ ﺎﻬﻠِﻠْﺤَﺘ ْﺴَﻴْﻠَﻓ ٍلﺎﻣ ْوَا  ٍضْﺮِﻋ  ِﰲ ٌﺔَﻤَﻠْﻈَﻣ ُهَﺪْﻨِﻋ ِﻪِﻴِﺧَ ِﻻ  ْﺖَﻧﺎﻛ ْﻦَﻣ
 ْنِﺎَﻓ ِﻪِﺗﺎﻨ َﺴَﺣ ْﻦِﻣ ُﺬَﺧْﺆُﻳ ﺎ ﱠنمِا ٌﻢَﻫْرِد ﻻَو ٌرﺎﻨﻳِد َﻚِﻟﺎﻨُﻫ  َﺲْﻴَﻟ ٌمْﻮَﻳ َ ِتيﺄَﻳ ْنَا ِﻞْﺒَﻗ
ِﻪِﺗﺂﺌﱢﻴَﺳ ﲆَﻋ  ْتَﺪﻳِﺰَﻓ ِﻪِﺒِﺣﺎﺻ  ِتﺂﺌﱢﻴَﺳ ْﻦِﻣ َﺬِﺧُا ٌﺔَﻨ َﺴَﺣ ُﻪَﻟ ْﻦُﻜَﺗ ْﻢَﻟ
“Hər kəsin boynunda din qardaşının abır-heysiyyəti, 
1 . “Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 9-cu cild, səh.118.
2 . “Biharul-ənvar”, 75-ci cild, səh.257.


78                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
yaxud malı ilə bağlı bir haqqı olsa, dirhəm və dinarın fayda 
vermədiyi gün çatmazdan öncə ondan halallıq istəsin ki, 
(yoxsa) o gün onun yaxşı  əməllərindən götürülər və  əgər 
yaxşı əməli olmasa, qarşı tərəfin (din qardaşının) günahları 
ona yüklənər.”
1
Qeybətlə yaxşı  əməllərin itməsinin səbəbi, ola 
bilsin, qeybət olunanın ictimai abır-heysiyyəti kimi 
mənəvi dəyərinin aradan getməsi, belə haqqın, adətən, 
maddi yolla əvəz edilə bilməməsidir. Allah-Taala da 
mümkün yolla onu bərpa edir; belə ki, qeybət edənin 
yaxşı  əməllərini qeybət olunanın  əməl dəftərinə 
yazır və yaxşı  əməli olmadıqda, qeybət olunanın pis 
əməllərindən itirilən abır-heysiyyəti qədər onun adına 
keçir.
Bu məzmunu biz sonuncu rəvayətdən nəticə alırıq 
və axirətdə  əvəz-əvəzin mənası elə budur! Bunlar 
qeybətin “həqqün-nas” olmasını tamamilə təsdiq edir.
8. Qeybət ibadəti dəyərdən salır:
Bir sıra rəvayətlərə görə, qeybət dəstəmaz və oruca 
nöqsan gətirir. Peyğəmbəri-Əkrəm (s) buyurur:
 ﺎﻳ : َﻞﻴِﻘَﻓ ؛ثِﺪْﺤُﻳ ﻢَﻟﺎﻣ ٌةَدﺎﺒِﻋ ِةﻼ ﱠﺼﻠِﻟ ًارﺎﻈِﺘْﻧا ِﺪِﺠ ْﺴَﻤْﻟا  ِﰲ  ُسﻮُﻠُﺠْﻟَا
ُبﺎﻴِﺘْﻏِ ْﻻَا : َلﺎﻗ ؟ ُثَﺪَﺤْﻟا ﺎَﻣَو !ِﻪﻠﻟا  َلﻮ ُﺳَر
“İnsandan bir hadisə baş verməyincə, namazın intizarı 
ilə məsciddə əyləşmək ibadətdir.” Həzrətdən “hansı hadisə!” 
– deyə soruşulduqda, buyurdu: “Qeybət!”
2
Başqa bir hədisdə belə buyurur:
ُهُءﻮ ُﺿُو  َﺾَﻘَﻧ َو ُﻪُﻣْﻮ َﺻ  َﻞَﻄَﺑ ًماِﻠ ْﺴُﻣ  َبﺎﺘْﻏا ِﻦَﻣ َو
1 . “Məhəccətül-beyza”, 5-ci cild, səh.273.
2 . “Məhəccətül-beyza”, 5-ci cild, səh.255.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   79
“Müsəlmanın qeybətini edən kəsin orucu batil və 
dəstəmazı əbəsdir.”
1
Buradan məlum olur ki, ibadət insanı Allah-Taalaya 
yaxınlaşdırır, ona mənəvi saflıq bəxş edir. Amma 
dəstəmaz, yaxud oruc halında dilini qeybətə aludə 
edənin isə mənəvi saflığı azalır və Allahın dərgahındakı 
məqamdan enir. Bunları biz, qısa da olsa, yuxarıdakı 
hədislərdən başa düşürük.
9. Qeybət insanı Allahın himayəsindən çıxarıb, 
şeytanın himayəsi altına salır:
Müfəzzəl ibn Ömərin imam Sadiqdən (ə) nəql etdiyi 
hədisdə belə buyurulur:
 ْﻦِﻣ َﻂُﻘ ْﺴَﻴِﻟ ِﻪِﺗﱠوُﺮُﻣ َمْﺪَﻫَو ُﻪَﻨْﻴَﺷ ﺎﻬِﺑ ُﺪﻳِﺮُﻳ ًﺔَﻳاوِر ٍﻦِﻣْﺆُﻣ ﲆَﻋ ىوَر ْﻦَﻣ
ُنﺎﻄْﻴ ﱠﺸﻟا ُﻪُﻠَﺒْﻘَﻳ ﻼَﻓ ِنﺎﻄْﻴ ﱠﺸﻟا ِﺔَِﻳﻻو ﱃِا ِﻪِﺘَﻳﻻو ْﻦِﻣ ُﻪﻠﻟا ُﻪَﺟَﺮْﺧَا  ِسﺎّﻨﻟا ِ ُينْﻋَا
“Mömin qardaşını camaatın gözündən salmaq, abır-
heysiyyətini aradan aparmaq məqsədilə onun eybini açanı 
Allah-Taala Öz vilayət və himayəsindən çıxarıb,  şeytanın 
himayəsinə doğru qovar və şeytan da onu qəbul etməz.”
2
Əlbəttə, bu hədis yalnız qeybətlə bağlı deyil. Hər 
halda qeybət edənlərin niyyəti qarşı tərəfin eybini faş 
edib şəxsiyyətini sındırmaqdır. Quran ayələrinə əsasən, 
möminlərin rəhbərliyini və himayəsini öhdəsinə 
götürən, onları zülmətdən (qaranlıqdan) nura (işıqlığa) 
çıxaran
3
 mütəal Allah Öz himayəsini qeybət qıranların 
üstündən götürəcək. “Vəli” sözü hami, bələdçi, rəhbər 
və köməkçi mənalarını da daşıyır. Necə ki, “Şura” 
surəsində buyurulur:
1 . Yenə orada, səh.254.
2 . “Biharul-ənvar”, 75-ci cild, səh.168.
3 . “Bəqərə” surəsi, ayə 257.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə