Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə15/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

60                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
Yalan insanı dəyərdən salır
Yalançı elə  təsəvvür edir ki, boyun qaçırdığı 
vəzifələrini cürbəcür hiylələrlə yoza biləcək. Belələri 
üçün  əhd-peymanı pozmaq, fürsəti  əldən vermək, 
vəzifəyə əməl etməmək və s. çox asandır. Çünki bir sıra 
saxta üzrlərlə  məsələni sadələşdirib, məsuliyyətdən 
danışaraq özünü suçsuz qələmə verəcək. Lakin 
doğruluq və düz danışmağı seçənlər bunun əksinə 
olaraq heç vaxt səhlənkarlığa yol vermir, özlərini dəyər 
və qiymətdən salmırlar.
Yalançı özünə də inanmır
Yalançılar 
ətrafdakılara inanmadıqları kimi, 
bəzən özlərinə  də etibar etmirlər. Həqiqətdə onlar 
hər şeyə, hətta öz iradə və bacarıqlarına biganədirlər, 
həyatda çətinliklərlə üzləşməkdən qorxurlar. İmam 
Əmirəlmöminin  Əlinin (ə) “Nəhcül-bəlağə”nin “qısa 
kəlamlar” bölümündə belə bir buyruğu var:
 َو  َﺪﻴِﺒَﻌْﻟا   َﻚْﻴَﻠَﻋ   ُبﱢﺮَﻘُﻳ   ! ِبا ﱠﴪﻟاﺎَﻛ  ُﻪﱠﻧِﺎَﻓ   ِباّﺬِﻜْﻟا  َﺔَﻗَدﺎﺼُﻣ  َو  َكﺎّﻳِا
َﺐﻳِﺮَﻘْﻟا  َﻚْﻴَﻠَﻋ ُﺪﱢﻌَﺒُﻳ
“Yalançı ilə dostluqdan çəkin ki, o, ilğıma bənzəyir; sənə 
uzağı yaxın, yaxını isə uzaq göstərər.”
1
Bu məsələ, yəni həqiqəti  əksinə göstərmə 
yalançılarla oturub-duranlara nisbət verilsə  də, ona 
adət nəticəsində yalançıların özünə  də keçir və onlar 
hər həqiqət və gerçəkliyə şəkk edirlər. Bu isə insanın öz 
vicdanından ayrıldığı ən dərdli haldır.
1 . “Nəhcül-bəlağə”, qısa kəlamlar 38.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   61
Yalanın mənşəyi
Öncə işarə etdiyimiz kimi, yalan, psixoloji zəifliyin 
nişanəsidir. Bəzən insanın yoxsulluğu kimlərinsə onun 
ətrafından dağılması, hər hansı  məqam və mövqeni 
əldən verməsi qorxusu onu yalana vadar edir və bura 
mal-dövlət, məqam, vəzifə  və  mənafe hissləri də 
daxildir. Bəzən  şiddətli təəssübkeşlik, ifrat dərəcədə 
sevgi və  məhəbbət, kin-küdurət və nifrət də yalana 
bais olur, insan istədiyi kəsin xeyrinə, yaxud nifrət 
etdiyi kəsin zərərinə olaraq həqiqəti gizlədir. Hətta 
özlərini müxtəlif yanlış ifadələrlə böyük, elmli və bilikli 
göstərənləri də buna misal göstərmək olar.
Həqiqətdə yalana bais olan bu mənfi sifətlər daxili-
ruhi acizlik və imanın zəifliyindən irəli gəlir. Özünə 
inanmayan ruhən zəif kəslər hər hansı  məqsədə nail 
olmaq və ya zərərdən yaxa qurtarmaq üçün yalana 
və  xəyanətə  əl atırlar.  Şücaətli, mətanətli və iradəli 
kəslər isə öz mənəvi qürurlarına sığınır, uğur və 
müvəffəqiyyətləri bunda görürlər. Allahın yenilməz 
qüdrət və qüvvəsinə kamil iman gətirənlər bütün 
nemət, bərəkət, uğur və müvəffəqiyyəti Onunku bilir, 
Onun bütün qüdrətlərdən üstün olan himayəsinə 
arxalanaraq mənfəət əldə etmək, yaxud zərəri aradan 
qaldırmaq üçün yalana lüzum görmürlər.
Bəzən də yalanın pis təsirləri və doğruluğun 
əhəmiyyəti unudulduqda, yaxud ailə ocağını dağıdan 
və sağlam ictimai həyatı pozan mühit hakim kəsildikdə, 
insanda bu rəzil sifət kök atır.
Yalan danışmağa bais olan amillərindən biri də 
insanın öz şəxsiyyətinə həqarət hissidir. Bu hissə giriftar 
olan, bəzən yalan danışmaqla onu aradan qaldırmaq 


62                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
fikrinə düşür.
Yalanın müalicəsi
Yalan doğuran amillərə diqqət yetirməklə, onun 
müalicəsi yolu da aydın olacaq. Ümumiyyətlə, onun 
müalicəsi üçün aşağıdakı üsullar məsləhət görülür:
1.  Hər  şeydən öncə bu xəstəliyə düçar olanlara 
onun acınacaqlı aqibətini, maddi-mənəvi, fərdi-ictimai 
təsirlərini anlatmaq, Quran ayələri, din rəhbərləri və 
alimlərin kəlamları  əsasında yalanın cüzi mənfəətləri 
müqabilində aqibətin bada verilməsini düzgün 
müqayisə etmək lazımdır. Həmçinin onlara yalanın 
bəzən insana verdiyi xeyrinin ani və keçici olması başa 
salınmalıdır. Çünki cəmiyyətdə insana qarşı etimad 
və inamdan böyük sərmayə yoxdur və onun böyük 
düşməni isə yalandır.
Bəziləri elə  təsəvvür edir ki, yalanın üstünün 
açılmaması ilə inam və etimadı qorumaq olar. Bu da 
yanlış  fikirdir və gec-tez yalanın üstü açılır. Buradakı 
sirri belə izah etmək olar: xarici aləmdə  hər bir 
hadisə zaman, məkan, insanlar və digər  əşyalarla 
əlaqədar baş verir. Amma xaricdə mövcud olmayan 
hadisənin müəyyən danışıqla icadı isə bütün əlaqə və 
bağlılıqlardan kənar surəti deməkdir. Hətta çox zirək və 
diqqətli olub, əlavə neçə yalanı artırmaqla, əsl yalanla 
hadisələr arasında əlaqə yaratmaq fikrinə düşülsə də, 
heç vaxt həqiqi  əlaqələrin yerini doldurmaq olmaz. 
Ona görə  də çox vaxt yalançılar neçə sualdan sonra 
çıxış yolu tapa bilməyib, aciz qalırlar. Məsələn, imam 
Əlinin (ə) bir cavanla əlaqədar yürütdüyü hökmünə 
diqqət yetirək. O cavanın atası mal-dövlətini götürüb, 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   63
bir neçə  nəfərlə birlikdə  səfərə  çıxmışdı. Səfərdən 
qayıdarkən yoldaşları onun öldüyünü iddia etdilər. 
Halbuki müttəhimlər onun qatilləri idilər. İmam Əli (ə) 
cüzi məsələlərə toxunaraq cavanın atasının xəstəliyi, 
ölümü, kəfən və dəfni haqda müxtəlif suallar soruşur 
və onlar rüsvay olurlar. Çünki onlar cavanın atasının 
xəstəlik nəticəsində öldüyü fikri ilə  əlbir olmuşdular. 
Amma onların onun harada, hansı saat və hansı gündə 
vəfat etdiyi, kimin ona qüsl verdiyi, kəfənlədiyi, namaz 
qıldığı və s. uyğun gəlməyən cavabları həqiqəti aşkar 
etdi.
Yalan danışan nə  qədər mahir olsa belə, sadə 
bir təhqiqatla yalanlarının üstü açıla bilər. Bir də ki, 
insanın yalanlarındakı saxta bağlılıqların bir həqiqəti 
olmadığından və onları düzgün yadında saxlaya 
bilmədiyindən müəyyən zamandan sonra ondan 
soruşulduqda, çaşaraq bir-birinə zidd cavablar verir ki, 
bu da yalanın üstünün açılmasına kömək edən digər 
bir amildir. “Yalançının yaddaşı olmaz!” fikri də, məhz 
bunu sübut edir, yəni insanın yaddaşı nə qədər güclü 
olsa da, yenə belə bir halda dizə çökür!
2.  Şəxsiyyətvermə: yalanın müalicəsi ilə bağlı 
ən təsirli üsullardan biri insanda şəxsiyyət hissini 
yaratmaqdır. Bildiyimiz kimi, adətən, yalan ruhi-
psixoloji amil kimi, özünü göstərən şəxsiyyətsizlik və 
həqarət hissindən doğur. Həqiqətdə yalan həmin hissi 
dəf etmək üçün bir növ vasitə olur.
Əgər yalana adət edənlər daxildə daha üstün 
qüvvə  və istedadlara malik olduqlarını, eləcə  də 
onları inkişaf etdirməklə  dəyər və  şəxsiyyətlərinin 
ucaldığını hiss edərlərsə, daha saxta şəxsiyyətə görə 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə