Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə14/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

56                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
ِﺔﱠﻨَﺠْﻟا  َﱃِا اﻮُﻋْﺪَﻳ ﱡ ِﱪْﻟاَو ﱢ ِﱪْﻟا  َﱃِا يِﺪْﻬَﻳ  ُقْﺪ ﱢﺼﻟَا 
“Düz danışmaq (insanları) yaxşılığa yönəldir, yaxşılıq 
da behiştə çağırır.”
1
İmam Sadiq (ə) buyurmuşdur:
 َو  َبَﺬَﻛ ُﻪﻠﻟا  َلﺎﻗ  َبِﺬَﻛ اذِا َو ،ﱠﺮَﺑ َو  َقَﺪ َﺻ :ُﻪﻠﻟا  َلﺎﻗ ُﺪْﺒَﻌْﻟا  َقَﺪ َﺻ اذِا
َﺮَﺠَﻓ
“Bəndə düz danışdıqda, Allah-Taala “O düz danışdı və 
yaxşı iş gördü!”, yalan danışdıqda isə “O, yalan danışdı və 
pis iş gördü!” – buyurar.”
2
İmam Həsən Əskəri (ə) buyurmuşdur:
ُبْﺬِﻜْﻟَا ﺎﻬُﺣﺎﺘْﻔِﻣ  َﻞِﻌُﺟ َو  ٍﺖْﻴَﺑ  ِﰲ ﺎﻬﱡﻠُﻛ  ُﺚِﺋﺎﺒَﺨْﻟا  ِْﺖَﻠِﻌُﺟ
“Bütün çirkinliklər bir evdə toplanıb və açarı da 
yalandır.”
3
Bu hədisdən aydın başa düşülür ki, yalan bütün 
günah və çirkinliklərin mənşəyidir. Aşağıda insanın 
əməlində düz danışmağın və yalanın təsirlərini qeyd 
edirik:
1. Yalan nifaq və ikiüzlülük əlamətidir. Düz 
danışıqda dil və qəlb uzlaşdığı halda, yalan isə onları 
qarşı-qarşıya qoyur. İnsanın zahiri ilə batini arasındakı 
fərq də elə buradan başlanır və yalan danışan yavaş-
yavaş nifaqa doğru yönəlir. Qurani-Kərimdə bu həqiqət 
belə açıqlanır:
 ُهوُﺪَﻋَو ﺎَﻣ َﻪّﻠﻟا ْاﻮُﻔَﻠْﺧَأ ﺎَ ِبم ُﻪَﻧْﻮَﻘْﻠَﻳ  ِمْﻮَﻳ  َﱃِإ ْﻢِﻬِﺑﻮُﻠُﻗ  ِﰲ ﺎًﻗﺎَﻔِﻧ ْﻢُﻬَﺒَﻘْﻋَﺄَﻓ}
1 . “Mişkatul-ənvar”, Təbərsi, səh.157.
2 . Yenə orada, səh.156.
3 . “Biharul-ənvar”, 72-ci cild, səh.263.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   57
{َنﻮُﺑِﺬْﻜَﻳ ْاﻮُﻧﺎَﻛ ﺎَ ِبمَو
“Allaha verdikləri vədə xilaf çıxdıqlarına və yalan 
danışdıqlarına görə (bu əməl) onların ürəyinə Allaha 
qovuşacaqları günə (qiyamət gününə) qədər nifaq 
saldı.”
1
2. Yalan çox vaxt günahlar üçün bir vasitə olur. 
Məsələn, oğru, xain, möhtəkir, vəfasız və qorxaq 
adamlar yalan danışmasalar əl-ayaqları bağlanar, işləri 
keçməz.
3. Özündənrazı, paxıl, xəbərçi, dünyagir və 
tamahkar  şəxslər məqsədlərinə çatmaq üçün, adətən, 
yalana əl atır və bununla qarşı tərəfi camaatın gözündə 
kiçildir, özlərini böyük və alicənab kimi göstərir, xalq 
arasında təfriqə salırlar.
4.  Düz danışanlar və bu xislətin sahibləri, adətən, 
günahlardan qorunmağa çalışırlar. Həmişə  əyri və 
günah işlərin aqibətini düşünərək bir zaman rüsvay 
olacaqlarından qorxub, günaha əl uzatmırlar. Bununla 
da həmin xislət onlarda bir növ sipərə çevrilir.
5.  Yalanlar çox vaxt insanı yalançılığa və digər 
günahlara sövq edir. Çünki yalan danışan şəxs xilaf və 
çirkin işini yozmaq üçün başqa-başqa yalanlara, yaxud 
yalanının üstü açılmamaq üçün digər xilaf əməllərə də 
əl atır.
Bunlar göstərir ki, həmişə düz danışmağı özünə 
vəzifə bilən insan yalan vasitəsilə baş verən bir çox 
günahlardan uzaq olur.
1 . “Tövbə” surəsi, ayə 77.


58                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
Yalan imanla uyğun gəlmir
Bir çox hədislərə  əsasən, yalan imanla ziddir və 
yalançının nişanəsi imansızlığıdır. Bütün bu hədislər 
Qurani-Kərimə  əsaslandırılıb. Belə ki, bir ayədə 
buyurulur:
{َنﻮُﺑِذﺎَﻜْﻟا ُﻢُﻫ َﻚِﺌـﻟْوُأَو ِﻪّﻠﻟا  ِتﺎَﻳﺂِﺑ َنﻮُﻨِﻣْﺆُﻳ َﻻ َﻦﻳِﺬﱠﻟا  َبِﺬَﻜْﻟا يِ َﱰْﻔَﻳ ﺎَ ﱠنمِإ}
“Yalanı ancaq Allahın ayələrinə inanmayanlar 
uydururlar. Onlar əsl yalançılardır.”
1
Mümkündür, qeyd olunan “yəftəril-kəzibə” (yalan 
uydururlar) təbiri bilə-bilə yalan danışanlara aid olsun.
İndi isə rəvayətlərə nəzər salaq:
 ُنﻮُﻜَﻳ َو : َﻞﻴِﻗ .ﻢَﻌَﻧ : َلﺎﻗ ؟ًﺎﻧﺎﺒَﺟ ُﻦِﻣْﺆُﻤْﻟا ُنﻮُﻜَﻳ :(ص)ِﻪﻠﻟا  ُلﻮُﺳَر  َﻞِﺌُﺳ
ﻻ : َلﺎﻗ ؟ًﺎﺑاّﺬَﻛ ُنﻮُﻜَﻳ َو : َﻞﻴِﻗ .ْﻢَﻌَﻧ : َلﺎﻗ ؟ًﻼﻴِﺨَﺑ
1.  Peyğəmbəri-Əkrəmdən (s) “Mömin qorxaq ola 
bilərmi?” – deyə soruşulduqda, buyurdu: “Bəli!” Soruşdular: 
“Paxıl da ola bilərmi?” Buyurdu: “Bəli!” Yenə soruşdular: 
“Yalançı necə?” Buyurdu: “Xeyr!”
2
2. İmam Əli (ə) buyurur:
ُهﱠﺪِﺟ َو ُﻪَﻟْﺰَﻫ  َبْﺬِﻜْﻟا َكُْﱰَﻳ ﻰّﺘَﺣ ِنﺎيمِ ْﻻا َﻢْﻌَﻃ ٌﺪْﺒَﻋ ُﺪِﺠَﻳ ﻻ
“İnsan yalanı – istər ciddi, istərsə də zarafat olsun – tərk 
etməyincə, imanın dadını duymaz.”
3
3. İmam Əli (ə) buyurur:
ِنﺎيمِ ْﻻا  ُﺐِﻧﺎﺠُﻣ ُﻪﱠﻧِﺎَﻓ  َبْﺬِﻜْﻟا اﻮُﺒِﻧﺎﺟ
1 . “Nəhl” surəsi, ayə 105.
2 . “Biharul-ənvar”, 72-ci cild, səh.262.
3 . Yenə orada, 72-ci cild, səh.249.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   59
“Yalandan çəkinin ki, o, imana qarşıdır.”
1
Bu bir neçə  hədisdən məlum olur ki, möminlər 
yalandan çəkinir və imanla yalan bir yerə  yığışmır. 
Buradan belə nəticə çıxarırıq ki, yalan insanın qəlbinə 
qaralıq gətirir və yalançı  kəs özünü başqaları ilə 
müqayisə edərək dinə  dəvəti asanlıqla qəbul etmir. 
Belə ki, onlar kiçik və dəyərsiz məsələlərə görə yalan 
danışdıqları üçün başqalarının mühüm sözlərinə  də 
inanmırlar. Belələri hətta möminlərin cərgəsinə  də 
qoşula bilər, lakin qəlblərinin şəkk və tərəddüddən yaxa 
qurtarması mümkün deyildir. Əlbəttə, bu, hədislərin 
ibarəsi ilə desək, “kəzzab”lara (əsl yalançılara) aiddir. 
Buna  əks olaraq düz danışanlar, adətən, tez inanır, 
özləri düz danışdıqları üçün eşitdikləri hər sözə 
əhəmiyyət verirlər. Yalançılar isə hər kəsə və hər şeyə 
qarşı ya bədbindirlər, ya da şübhə ilə yanaşırlar. Belə 
isə heç onlarda iman hissi möhkəmlənə bilərmi? Tarix 
də göstərir ki, çox vaxt münafiq, azğın və yalançılar 
ilahi peyğəmbərlərə  iftira yaxırmış, onları yalançı 
hesab edirmişlər.
Başqaları ilə özünü müqayisə hissi insanda 
psixoloji bir hal olub, bəzən bir çox işlərin həllinə 
yol açır. Məsələn, çox vaxt canilər, oğrular, xainlər 
qeyri-adi hərəkətləri ilə başqalarını  xəbərdar edirlər. 
Öz batinlərindən xəbərdar olduqları üçün başqaları 
ilə müqayisə zamanı özlərini gizlətməyə çalışır və 
nəhayət, qeyri-adi hərəkətləri ilə diqqəti özlərinə cəlb 
edirlər.
1 . Yenə orada, 78-ci cild, səh.9.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə