Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə10/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

40                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
mənşələnir. Çünki xudbin insan əksər hallarda xalq 
tərəfindən özünə qarşı münasib rəftarı (təvəqqesi 
qədər təşəkkür və minnətdarlığı) müşahidə etmədikdə, 
onda müxtəlif fikirlər baş qaldırır. Elə güman edir ki, 
camaatın ona qarşı mövqeyi səhvdir və qərəzli surətdə 
dəyərə qarşı etinasızlıq edirlər. Nəticə etibarı ilə belə 
xalq hüquq və  fəzilətləri gözləmir, cəhalətdədir və 
onlarla əlaqə saxlamağın da mənası yoxdur.
Bunlar göstərir ki, guşənişinliyin özü bu səhv fikrə 
zəmin yaradır, cəmiyyətə qarşı bədbinliyi artırır.
5.  Sərtlik və  əsəbilik: Cəmiyyətdən uzaqlaşıb tək 
yaşayanlar adətən,  əsəbi, qaş-qabaqlı  və  sərt olurlar. 
Onlar meyilləri ilə uyğun olmayan bir söz eşitdikdə, 
yaxud bir hadisə gördükdə, tez narahat olur, necə 
deyərlər, özlərindən çıxırlar. Əlbəttə, bu nəzər ümumi 
yönə malik olmasa da, bir çox hallarda müşahidə edilir.
Lakin buna əks olaraq, camaatla birgə yaşayanlar, 
adətən, mülayim, mehriban və xoşəxlaq olur, hər şeyə 
əsəbiləşmirlər. Bunun da səbəbi aydındır. Çünki onlar 
belə hallarla çox üzləşdiyi üçün əhval-ruhiyyələri 
tarazlaşır, onlarda hövsələ, səbir və dözüm artır. 
Təbiidir ki, ictimai həyat bir sıra narahatedici hadisələrlə 
yanaşı olduğundan, insan da tədricən təmkinli olmağa 
çalışır. Bundan əlavə, fərdi həyat tərzi keçirənlər, 
adətən, az gülür, az zarafat edir, düzgün istirahət 
etmir, həyat tərzləri eyni və yorucu olur. Bu isə onlarda 
ruhi normaları  dəyişdirir. Onlar daxili gərginliklərini 
açmaq və aradan qaldırmaq  fikrinə düşmədiyindən 
həmişə ruhi-psixoloji nasazlıq və narahatlıq içərisində 
qalırlar. Bu da getdikcə sərt rəftar və əsəblərini artırır.
6. Elm və  təcrübədən məhrum olmaq: Bir çox 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   41
bilik və  təcrübələri yalnız mədəni həyatda öyrənmək 
mümkündür. Bu da həqiqətdir ki, birgə həyatın nəticəsi 
müsbət və faydalı təcrübələrdən başqa bir şey deyildir.
Yuxarıda qeyd edilən mədəni və ya guşənişin həyat 
tərzinin fayda və zərərlərinə diqqət yetirdikdə, birinci 
qrupun tərəfdarlarının məntiqli nəzər və  dəlillərinin 
üstünlüyü tamamilə aydınlaşır.
Tərki-dünyalığın müstəsna halları
Burada neçə məsələni qeyd etməyi lazım görürük. 
Bəzən insanın ictimai həyatında müstəsna hallar 
qarşıya çıxır ki, cəmiyyətdən ayrılmaq, guşənişinliyə 
çəkilmək, yaxud heç olmazsa, ictimai əlaqələri 
azaltmaqdan başqa bir yolu qalmır. Bu o zamandır 
ki, çirkin və azğın mühitdə yaşadığından ictimai 
əlaqələrin ona yalnız zərəri vardır. Keçici xəstəliklər 
yayılan  ərazilərdən uzaqlaşmaq vacib olduğu kimi, 
belə cəmiyyət və mühitlərdən də mütləq uzaqlaşmaq 
lazımdır. Peyğəmbərlərin sərgüzəştlərində  həzrət 
İbrahimin (ə), yaxud “Əshabi-kəhf”in cəmiyyətdən 
uzaqlaşması da məhz bu qəbildəndir. Yaxud imam 
Sadiqin (ə) Süfyan Suriyə buyurduğu məsləhət də elə 
bu həqiqətə toxunur. Belə ki, o həzrət buyurmuşdur:
ِداﺆُﻔْﻠِﻟ َﻦَﻜْﺳَا َداﺮِﻔْﻧِ ْﻻا  ُﺖْﻳَاَﺮَﻓ ُناﻮْﺧِْﻻا َ ﱠيرَﻐَﺗ َو ُنﺎﻣﱠﺰﻟا َﺪ َﺴَﻓ
“Zaman korlanmış, dostlar isə  dəyişilmişdir. Odur ki, 
təklik və guşənişinliyi qəlbə rahatlıq bəxş edən gördüm.”
1
Elə bu hədislə guşənişinlik və  cəmiyyətdən uzaq 
düşməyin tərəfdarlarının bir çox dəlillərinin cavabı 
aydınlaşır.
1 . “Biharul-ənvar”, 47-ci cild, səh.60.


42                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
Həmçinin pis rəftar və  əxlaqa malik olan və onu 
əsla tərk edə bilməyən insanın da camaatın onun 
pis rəftarından amanda qalması üçün guşənişinliyə 
çəkilməsi bəyənilmiş  iş sayılır. Guşənişinlik və 
cəmiyyətdən uzaq düşməyin tərəfdarlarının dəlilləri 
bəhsində  nəql etdiyimiz “rəculun mo`təzilun  fi  şi`bin 
minəş-şiab” – hədisi belələrinə işarədir.
Qeyd edilməsi lazım olan başqa bir incə  məsələ 
də odur ki, insanın ictimai əlaqələrlə yanaşı, hər 
gün dərindən düşünməsi, riya və Allaha qarşı  şəkk-
şübhədən uzaq ibadət və itaətlə məşğul olması üçün bir 
neçə saat tək-tənha qalması və guşənişinliyə çəkilməsi 
zəruridir. Bir çox böyük alim və ariflər gündəlik 
həyat proqramlarında belə  işlərə vaxt ayırmışlar. 
Mümkündür, guşənişinliyi tövsiyə edən rəvayətlərin 
bir qismi elə bunu nəzərdə tutmuş olsun!
Demək, insanın həyatında dönüş yaradan əsas amil 
ictimai əlaqələrə, cəmiyyətdən uzaq düşmək isə xüsusi 
zamanlara aiddir.
“Müraqibə” və “mühasibə”, yaxud 
məqsəd və nəticələrin araşdırılması
Əxlaq alimləri öz əsərlərində  əxlaqi səciyyələrin 
qazanılması  və  rəzil sifətlərin dəfində bu iki əsasın 
zəruriliyini qeyd etmişlər.  Şübhəsiz, bu iki faktorsuz 
heç kim ruhi və  əxlaqi təkamül dərəcələrini keçə 
bilməz.
“Müraqibət” – iş və əməldən öncə onun keyfiyyətinə 
diqqət yetirilməsi, “mühasibə” isə  əməldən sonra 
onun nəticə və təsirinin arayıb araşdırılması deməkdir. 
Bəzən onların birində  qəflət və  xəbərsizlik insanı 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   43
acınacaqlı taleyə düçar edə bilər ki, ondan xilas olmaq 
asan deyildir.
Burada insanın ruhi vəziyyəti eynilə cisminə 
bənzəyir. O, öz cisminin sağlamlığını qorumaq üçün 
müxtəlif gigiyenik qaydaları gözləməli, hər dəfə 
yeməkdən və  hər hansı bir mühitdə yaşamaqdan 
qabaq müxtəlif xəstəliklərin səbəb və  mənşəyinə 
diqqət yetirməlidir. Bəzən insan yoluxucu xəstəliklərə 
qarşı müqavimət qüvvəsi yaratmaq üçün “vaksin” 
vurdurmalı, bəzən yemək və s. ilə  əlaqədar digər 
rejimlər saxlamalı, bəzən də  dəqiq müayinədən 
keçmək üçün özünü mütəxəssis həkimə göstərməli, 
müayinədən sonra müşahidə olunan mənfi  təsirləri 
aradan qaldırmaq üçün əsaslı  şəkildə özünü cismən 
qüvvətləndirməlidir.
Əxlaqi nasazlıqlarla mübarizə aparmaq və ruhi 
sağlamlıq  əldə etmək üçün nəzərdə tutulan ölçülərə 
riayət zəruridir. Ümumiyyətlə, insani keyfiyyət və 
əxlaqi gözəllikləri qazanmağa cəhd göstərmək istəyən 
insan mütləq aşağıdakı məsələləri nəzərə almalıdır:
1. Həmişə özünü gözləməli və özündən qabaq 
hər an Allah-Taalanın onu görüb qoruduğunu diqqət 
mərkəzində saxlamalıdır. Qurani-Kərimdə buyurulur:
{ ْﺖَﺒ َﺴَﻛ ﺎَ ِبم  ٍﺲْﻔَﻧ  ﱢﻞُﻛ  َﲆَﻋ ٌﻢِﺋﺂَﻗ َﻮُﻫ ْﻦَﻤَﻓَأ}
“Hər bir kəsin nə qazandığına nəzarət edən Allah 
bunu bacarmayan bütlər kimidirmi?”
1
Bu ayədən belə başa düşülür ki, Allah-Taala insanın 
başı üstə durub, onu qoruyan şəxs kimidir. Başqa bir 
ayədə isə belə buyurulur:
1 . “Rəd” surəsi, ayə 33.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə