32 Яхлаг сайясиндя саьлам щяйат
və yaxşı xislət olduğuna şübhə etmir və onların qorxu,
paxıllıq və xudbinlik kimi əks tərəflərini də açıq-aydın
rəzilət bilir. Lakin bir sıra xislətlər də vardır ki, insan
onların yaxşı, yaxud pis olduğunu ayırd edə bilmir.
Buna əsasən, dəqiq meyar olmadan əxlaqi ölçüləri
araşdırmaq olmaz. Məsələn, müasir dövrdə Bertrand
Rassel kimi bəzi materialistlərin əqidəsinə görə, hər
hansı bir əməlin başqalarına zərəri dəyməyincə, onun
yerinə yetirilməsini məhkum etməyə bir dəlil yoxdur.
Məsələn, elə deyil ki, “tabu” (bir sıra antik adət-
ənənələrdə mövcud olan səbəbsiz qadağalar) kimi
qədim bir təfəkkürün çirkin adlandırdığı bir əməli
hökmən biz də rədd etməliyik və mütləq onun xeyir və
zərərini nəzərə almaq lazımdır.
1
Hətta Rassel bir çox pis
əməllərə başqalarına zərər yetirmədiyi təqdirdə icazə
verir. (O cümlədən, hər iki tərəfin razılığı ilə müxalif və
ya həmcinslə iffətsizliyi təbii sayır.)
Sosialist materializmi isə, bir çox ənənəvi-əxlaqi
üsulların varlı sinfin mənafeyinə xidmət etdiyini
yürütdüyündən, onlar yalnız fəhlə hərəkatının inkişaf
və davamına kömək edən qaydaları etik sayırdılar.
Həmçinin müəyyən bir məktəb və təfəkkürə tabe
olmayan qruplar tərəfindən (həya və iffət kimi) bir sıra
məsələlər barəsində yürüdülən fikirlərin artması da,
şübhəsiz, əxlaqi bəhslərdə aydın bir meyara ehtiyac
duyulduğunu göstərir.
Belə isə, ümumi rəftarlarda əxlaqi meyar nədir və
ya necə ayırd etmək olar ki, filan əməl əxlaqidir, yoxsa
əxlaqa zidd; başqa sözlə, fəzilətdir, yoxsa rəzilət? Əgər
bunu dini-məzhəbi baxımdan araşdırmaq istəsək,
1 . “Cəhani ki, mən mi-şenasəm!”, səh.68.
Айятуллащ ял-цзма Мякарим Ширази 33
vəzifəmiz tamamilə aydındır. Çünki İslam dininin haqq
olduğunu bildikdən sonra əxlaqi fəzilət və rəzilətlərin
üsullarını ayırd etmək üçün Quran və sünnədə mövcud
olan qəti sənədlərə müraciət edəcəyik. Hər halda, bunu
nəzərə almalıyıq ki, insanın təkamülünə şərait yaradan
amillər “fəzilət”, onu azğınlığa və geriyə salan amillər
isə “rəzilət” sayılır. İnsan yalnız maddi və dünyəvi
ehtiyacları baxımından diqqət mərkəzində olmamalı,
onun mövcudatdan xüsusi fərqləndirən mənəvi
yönlərinə də əhəmiyyət verilməlidir. Hətta müəyyən
bir əməl başqalarının əzab-əziyyətinə səbəb olmasa da,
onu yerinə yetirən şəxsi mənəvi qiymətdən sala bilir və
şübhəsiz, həmin əməl rəzil və çirkin iş sayılır.
Təkcə maddi yönləri nəzərə alanlar həqiqətdə insanı
yarımçıq (bəlkə də çox az) tanımışlar. Halbuki əxlaqi
üsullar insan vücudunun bütün yönləri – həm cismi,
həm də ruhu əsasında araşdırılmalıdır. Bundan da pisi
insanın mənəvi yönlərinə əsla diqqət yetirməyən və
maddi yönlərdə də yalnız bir qismə (insan əməyinə)
göz dikən sovet əxlaqıdır.
Məlum olduğu kimi, belə məktəblər insanın
varlığını düzgün işıqlandıra bilmədiyindən düzgün
nəticələr də çıxara bilməz və sözsüz, əxlaqi fəzilət
və rəzilətlərin təyinində böyük səhvlərə düçar
olacaq. Buna əsasən, əxlaqi üsulların düzgün əql və
məntiqə uyğun təyinində öncə qeyd etdiklərimiz
mütləq nəzərə alınmalıdır: insan təkamülünün bütün
yönlərinə diqqət yetirilməli, ona kömək edən amillər
ayırd edilməli, onların əsasında fəzilət və rəzilətlər
müəyyənləşdirilməlidir.
34 Яхлаг сайясиндя саьлам щяйат
Əxlaqın fərdi və guşənişin həyat tərzinə
baxışı
Görəsən, mənəvi saflaşma və əxlaqi fəzilətlərin
kəsbi cəmiyyət arasında daha yaxşı mümkündür,
yoxsa cəmiyyətdən uzaq guşənişin həyat tərzində?
Təbii olaraq bu sual çoxlarını düşündürür. Bəzi
mütəfəkkirlərin nəzərinə görə, adətən, cəmiyyətdən
uzaq düşən insanda fərdi və əxlaqi səciyyələr daha
sağlam formalaşır. Çünki əyri rəftar və hisslərin bəzisi
və ya əksəriyyəti cəmiyyətin məhsuludur. İnsan da
həsəd, paxıllıq, təkəbbür, yalan, qeybət, böhtan, riya,
kin-küdurət və bu kimi xüsusiyyətlər başqaları ilə
əlaqədə yaranır. Camaatla birgə yaşamayan şəxs nə
qeybət edir, nə qeybət eşidir, nə o başqasına, nə başqası
ona paxıllıq edir, nə riyakarlığa düçar olur, nə yalan
danışır, nə kin-küdurət bəsləyir, nə də pis gümanlara
düşür. Cəmiyyətdən ayrılıb fərdi, guşənişin həyat tərzi
keçirməyin tərəfdarları içərisində bəzi əxlaq alimləri,
zahid və abidlər qeyd edilən fikrə dair onun fəzilət və
əxlaqın inkişafına təsiri haqda digər dəlil və sübutlar
da irəli sürürlər. Onlar deyirlər ki, guşənişin insan
Allaha daha yaxşı ibadət edə bilir, münacat və raz-niyaz
zamanı Onun dərgahına tam hüzuri-qəlblə üz tutur,
yaradılışın sirlərini, digər elm və fənləri daha yaxşı
qavrayır, həqiqətləri başqalarından yaxşı ayırd edir və
düzgün nəticə çıxarmağa mane olan təəssübkeşlik, kin-
küdurət, dava-dalaş və çəkişmələr fərdi və guşənişin
həyat tərzində çox azdır. Bu səbəblərə görə də bir
çox böyük mütəfəkkirlər fərdi, guşənişin həyat tərzi
keçirmiş, ona xüsusi üstünlük vermişlər.
Bundan əlavə, cəmiyyətdə yaşayan insanın
Айятуллащ ял-цзма Мякарим Ширази 35
üzərinə, adətən, bir çox ağır vəzifə və məsuliyyət
düşür ki, çox vaxt onların öhdəsindən gələ bilmir və
ya səhlənkarlığa yol verir və nəhayət, haqq yolunu
azır. Məsələn, insan ictimai həyatda bir sıra çirkin və
yaramaz işlərlə üzləşir ki, “əmr be məruf” (yaxşılığa
dəvət) və “nəhy əz münkər” (pislikdən çəkindirmək)
vəzifəsi onu mübarizəyə çağırdığı halda, vəzifəsinin
faydasız olduğunu görüb cəmiyyətdən ayrılır, fərdi
və guşənişin həyat tərzinə üz gətirir. Hələ bir sıra
ayə və rəvayətlərdə də cəmiyyətdən uzaq düşməyin
və guşənişinliyin tərifləndiyini, müsbət olduğunu
görürük. Burada nümunə üçün bir neçə ayə və rəvayəti
qeyd etməklə kifayətlənirik:
ٍّﻼُﻛَو َبﻮُﻘْﻌَﻳَو َﻖَﺤْﺳِإ ُﻪَﻟ ﺎَﻨْﺒَﻫَو ِﻪﱠﻠﻟا ِنوُد ﻦِﻣ َنوُﺪُﺒْﻌَﻳ ﺎَﻣَو ْﻢُﻬَﻟَﺰَﺘْﻋا ﱠماَﻠَﻓ}
{ﺎٍّﻴِﺒَﻧ ﺎَﻨْﻠَﻌَﺟ
1. “Onlardan və onların Allahdan başqasına ibadət
etdiklərindən uzaqlaşdığı zaman Biz ona İshaqla
Yəqubu bəxş etdik və onların hər birini (böyük)
peyğəmbər etdik!”
1
Bu ayədə İbrahim peyğəmbərin cəmiyyətdən
ayrılıb, bir tərəfə çəkildiyi zaman peyğəmbər seçilən
övladlara sahib olduğu göstərilir.
ْﻢُﻜَﻟ ْ ُﴩﻨَﻳ ِﻒْﻬَﻜْﻟا َﱃِإ اوُوْﺄَﻓ َﻪﱠﻠﻟا ﱠﻻِإ َنوُﺪُﺒْﻌَﻳ ﺎَﻣَو ْﻢُﻫﻮُﻤُﺘْﻟَﺰَﺘْﻋا ِذِإَو}
{ﻪﺘﻤﺣﱠر ﻦﱢﻣ ﻢُﻜﱡﺑَر
2. “(Onlara dedik:) Onlardan və Allahdan başqasına
ibadət etdiklərindən uzaqlaşdığınız zaman mağaraya
1 . “Məryəm” surəsi, ayə 49.
Dostları ilə paylaş: |