28 Яхлаг сайясиндя саьлам щяйат
2. İffət – ehtirasları normal saxlamaq, qərizə
və meyillərdən düzgün bəhrələnmək deməkdir.
Onun ifrat tərəfi hərislik, təfrit tərəfi isə sönüklük və
reaksiyasızlıq adlanır.
3. Şücaət – qəzəb qüvvəsini normal saxlamağa,
qorxulu şeylərdən qorxmağa və qorxulu olmayanlardan
qorxmamağa deyilir. Onun ifrat tərəfi ümumiyyətlə,
qorxmazlıq və təfrit tərəfi isə qorxaqlıqdır.
4. Ədalət – ehtiras və əsəb qüvvəsinin əqlə tabe
olması, səadət və islah uğrunda onların düzgün
idarəsindən ibarətdir. Onun ifrat tərəfi zülm, təfrit
tərəfi isə köləlik, zülmə tabe olmaqdır.
Həmin alimlər mənfi və rəzil sifətləri saysız-
hesabsız bilsələr də, orta hədd olan əxlaqi fəzilətləri
bir zolaq hesab edərək, onu yalnız dairənin mərkəzi
nöqtəsinə, rəzil sifətləri isə dairənin ətrafındakı saysız-
hesabsız nöqtələrə bənzətmiş, bəzən də onu sonsuz
əyri xətlər içərisindəki iki nöqtəni birləşdirən vahid
düz xəttə oxşatmışlar.
Xacə Nəsrəddin Tusi və digər alimlərə görə, dində
adı çəkilən tükdən nazik və qılıncdan iti olan “sirat”
körpüsündə məqsəd də həmin “əxlaq normalar”ıdır.
Bəzi əxlaq alimləri bunu belə izah etmişlər: “Axirət
aləmi həqiqətdə dünya həyatının təcəssümü olduğu
üçün çox ehtimal ki, “sirat” körpüsü bu aləmdə əxlaq
normalarına riayət deməkdir.”
Gəlin görək, bu üsullar haradan yaranmışdır?
Əxlaq alimləri insan “nəfs”ini üç qüvvəyə ayırırlar:
1. İdrak qüvvəsi;
2. Mənafe hissi və ehtiras qüvvəsi (geniş mənada);
3. Zərəri dəfetmə hissi, yaxud dafiə, başqa sözlə,
Айятуллащ ял-цзма Мякарим Ширази 29
qəzəb qüvvəsi.
Bu qüvvələrin hər birinin normallığı əxlaqi
fəzilətlərdən birini təşkil edir ki, tərtiblə “hikmət”,
“iffət” və “şücaət” adlanır.
Ehtiras və qəzəb qüvvələrinin idrak qüvvəsinə
tabe olduğu zaman isə “ədalət” hasil olur. Başqa sözlə,
bu qüvvələrin hər birinin mötədilliyi ayrılıqda bir
fəzilət sayılır. Amma nə çox ola bilər ki, təcavüzyönlü
müharibə meydanında qorxu hissi keçirməyən şücaətli
insan zülmkar olsun. Burada şücaət hissi zülmə qulluq
etdiyindən belə şəxs ədalətdən uzaq düşür.
Təhqiq və tənqid
Yuxarıda qeyd etdiyimiz kimi, üsullara bir sıra
iradlar tutulmuşdur:
1. Bəzi əxlaqi səciyyələri həmin dörd üsuldan
birinə aid etmək çətindir. Misal üçün, insansevərlik və
fədakarlıq xüsusiyyətlərini “iffət”lə uyğunlaşdırmaq
olmur. Məsələn, mümkündür, bir şəxs ehtiras hissləri
mötədil olduğu halda, insansevər və ya fədakar
olmasın. Belə ki, başqalarının hüquqlarına təcavüz
etməsə və ya onların zərər çəkməsinə razı olmasa
da, fədakar olmaya bilər. Həmçinin nikbinliyi də
“hikmət”ə aid etmək olmaz, çünki nikbinlik iki şeyin
müqayisəsindən yaranır.
Bəlkə də bu dörd üsul forması antik təfəkkür
tərzindən doğmuşdur ki, onlar əksər hadisələrin
həmin üsullar üzərində qurulduğunu güman
etmiş, maddənin dörd elementdən, bədənin tərkib
hissələrinin dörddən, xasiyyətin dörddən və nəhayət,
xəstəliklərin əsasının dörddən ibarət olduğunu demiş,
30 Яхлаг сайясиндя саьлам щяйат
eləcə də bütün dərmanları dörd xassədən birinə malik
bilmişlər. İndiki zamanda bizə bəllidir ki, bu dörd
bölgünün heç biri düzgün deyil və əxlaq üsullarının
dörd hissəyə bölgüsü də elə həmin qəbildən olduğu
nəzərə çarpır.
2. Hikməti əxlaq üsullarından bilmək və ya rəziləti
ona qarşı qoymaq düzgün deyildir. Çünki əxlaqi
səciyyələr də idrak qüvvəsi ilə yanaşı meyil, qərizə
və emosional hisslər də özünü büruzə verir ki, bu da
zəkalılığı “hüsni-əxlaq”dan (yaxşı əxlaq) hesab etməyə
imkan vermir.
3. Bütün fəzilət və əxlaqi səciyyələri ifrat və təfrit
arasında mötədil və orta hədd bilmək də əsassızdır.
Çünki bu məsələ bəzən düzgün olsa da, çox vaxt
yanlışdır. Məsələn, hikmətin düşüncənin normal
forması olduğunu demək düzgün deyildir. Çünki
(onun antoniminin ifrat tərəfi olan) “sofizm” şüur
və düşüncənin çoxluğundan doğmur. Ona görə də,
adətən, elmdə ifratın mənası yoxdur. Əksinə olaraq
“sofizm” əxlaq alimlərinə görə, bir növ fikri nasazlıq,
zehni azğınlıq deməkdir. Həmçinin ədalətin ifrat
tərəfini zülm saymaq olmaz, çünki ədalətdə ifratın
mənası yoxdur. Əgər zülmə tabe olmaq tənbəllik və
süstlükdən doğursa, onda “iffət”ə qarşı olacaq və əgər
haqqı tələb etməyin qorxusundan yaranırsa, onda qəzəb
qüvvəsinin təfrit dərəcəsi olacaqdır. Ümumiyyətlə,
ədalətdə ifratın mənası yoxdur, xüsusilə də onların
ədaləti qəzəb və ehtiras qüvvəsinin əqlə tabeliyi ilə
əlaqələndirmələri əsassızdır. Şübhəsiz, bu zaman ifrata
varmaq mənasızdır.
Buradan belə nəticə alırıq ki, əxlaqi fəzilət və
Айятуллащ ял-цзма Мякарим Ширази 31
səciyyələrdə orta hədd məsələsi şücaət və iffət kimi bir
sıra hallara şamil olsa da, həmişə ümumi yönə malik
olmayıb, bəzən ədalət və hikmətlə uyğun gəlmir. Həm
də yaxşı və pis sifətlərin dörd üsula bölünməsinin də
elə bir dəlili yoxdur və çox vaxt iradla yanaşıdır.
Beləliklə, əxlaqi fəzilətləri dörd üsula həsr etməyə
bir əsas qalmır. Əksinə insanın vücudundakı istək və
hisslərin sayı qədər yaxşı və pis əxlaqi yön ola bilər
ki, onların hər birinin inkişaf və mötədilliyi fərd və
cəmiyyətin təkamülünə faydalı və müsbət təsirli olduğu
zaman “fəzilət”, zərbə vurduğu zaman isə “rəzilət”
sayılsın. Demək, orqanizmə uyğun xəstəliklərin sayı
qədər də ruha uyğun mənəvi fəzilət və rəzilətlər
mövcuddur.
Əhli-beytin (ə) hədis və rəvayətlərində də çoxsaylı
əxlaqi fəzilətlər qeyd edilmişdir ki, onları dörd üsul
əsasında toplamaq mümkün deyil. Məsələn, “Üsuli-
kafi” kitabının “əql və cəhl qoşunları” bölümündə
imam Sadiqdən (s) nəql olunan məşhur bir hədisdə əql
və cəhlin hər birinin yetmiş beş qoşunu olduğu deyilir
ki, onların əsas hissəsi əxlaqi fəzilət və rəzilətlərə
aiddir. Yeri gəlmişkən, hədisdə qeyd olunan “qoşun”
ifadəsi dərin mənaya malikdir. Yəni əslində qərizə və
instinktiv hisslər insanın vücuduna hakim olmayıb,
əql və şüur qüvvəsinin sayəsində ehtiyacların təmini
və ya aradan qaldırılmasında mühüm rol oynayır.
Yaxşı və pis rəftarın əxlaqi meyarı
Bütün əxlaq və rəftarlar tam aşkar və aydın deyildir.
Əlbəttə, şücaət, səxavət və fədakarlıq kimi bəzi
dəyərlər o qədər aydındır ki, heç kim onların fəzilət
Dostları ilə paylaş: |