52 Яхлаг сайясиндя саьлам щяйат
3. Çox danışmaq insanı dəyərdən salır, səhvləri
artır, həyası azalır və xətalara yol açan həya pərdəsi
yırtıldıqda da, əyri və çirkin əməllər adiləşir. İmam
Əmirəlmöminin Əli (ə) buyurur:
ُهُؤﺎﻴﺣ ﱠﻞَﻗ ْﻦَﻣ َو ُهُؤﺎﻴَﺣ ﱠﻞَﻗ ُهُﺎَﻄَﺧ َ ُثرَﻛ ْﻦَﻣ َو ،ُهُﺎَﻄَﺧ َ ُثرَﻛ ُﻪُﻣﻼَﻛ َ ُثرَﻛ ْﻦَﻣ
َرﺎّﻨﻟا َﻞَﺧَد ُﻪُﺒْﻠَﻗ َتﺎﻣ ْﻦَﻣ َو ،ُﻪُﺒْﻠَﻗ َتﺎﻣ ُﻪُﻋَرَو ﱠﻞَﻗ ْﻦَﻣ َو ،ُﻪُﻋَرَو ﱠﻞَﻗ
“Çox danışanın səhvi çox olar, səhvi çox olanın həyası
azalar, həyası azalanın təqvası azalar, təqvası azalanın qəlbi
ölər, qəlbi ölən isə cəhənnəmə daxil olar.”
1
Buradan belə qənaətə gəlirik ki, sükut ibadətdə də
böyük rol oynayır. Bir hədisdə buyurulur:
ِﺖْﻤ ﱠﺼﻟا ِﰲ ﺎﻬْﻨِﻣ ٌﺔَﻌ ْﺴﺗ ٍءاﺰْﺟَا ُةَ َﴩَﻋ ُةَدﺎﺒِﻌْﻟَا
“İbadət on qisimdir, onun doqquzu sükutdadır.”
2
Qeyd etməliyik ki, burada sükut heç kimlə
danışmamaq, bir guşəyə çəkilib fərdi həyat tərzi
keçirmək yox, əksinə qeybət, yalan, töhmət və bu kimi
günahlardan qorunmaqdır. İnsan bu günahlardan
çəkinməklə, sağlam əhval-ruhiyyə ilə yanaşı fəzilət
də qazanmış olur. Amma danışmağın zəruri olduğu
yerlərdə sükut ən böyük eyib sayılır və insanın zəifliyini,
gücsüzlüyünü, Allahdan başqasından qorxusunu
göstərir. Bütün bunlara rəğmən, yaxşı əməllərin mühüm
bir qismi, o cümlədən, Allahı yad etmək, camaatı doğru
yola yönəltmək, “əmr be məruf” (yaxşılığa dəvət) və
“nəhy əz münkər” (pislikdən çəkindirmək), təlim-
tərbiyə və s. dilin imkanlarındandır.
1 . “Nəhcül-bəlağə”, qısa kəlamlar 349.
2 . “Məhəccətül-beyza”, 5-ci cild, səh.196.
Айятуллащ ял-цзма Мякарим Ширази 53
DÜZ DANIŞMAQ
ŞƏXSİYYƏTİN BARİZ NİŞANƏSİ
Doğruluğun dəyər və əhəmiyyəti
Şübhəsiz, doğruluq və düz danışmaq (sözdə
sadiqlik və əmanətdarlıq) sifətləri insan şəxsiyyətinin
ən bariz nişanələridir. Bu iki sifətsiz heç kimə həqiqi
insan adını vermək olmaz və hər ikisi də müştərək
bir kökdən qaynaqlanır. Çünki düz danışmaq sözdə
əmanətdarlıqdan başqa bir şey deyil və doğruluq
da əməldə sədaqət deməkdir. Sonra qeyd edəcəyik
ki, onların ictimai təsirləri də bir-birinə yaxındır.
İslam rəhbərlərinin kəlamlarında “sidqul-hədis”
(düz danışmaq) və “ədaul-əmanət” (əmanətdarlıq
və doğruluq) birgə qeyd edilib. İnsanlar da adi
söhbətlərində düz danışmaqla doğruluğu eyni mənada
işlədirlər.
Qeyd etdiyimiz kimi, düz danışmaq və doğruluq
insan şəxsiyyətinin səciyyəvi xassəsi kimi, onun
təfəkkür yüksəkliyi və ruh saflığını büruzə verir. Düz
danışanlar, adətən, şücaətli, arxayın, ixlaslı, tamahsız,
yanlış təəssüblərdən, dostluq və düşmənçilikdə
ifratdan uzaqdırlar. Çünki bunlar düz danışığın meyarı
54 Яхлаг сайясиндя саьлам щяйат
və onlarsız düzlüyü müəyyənləşdirmək çətindir. Yalan
danışanlar isə, adətən, qorxaq, riyakar, tamahkar,
inadkar, təəssübkeş olub, dostluq və ədavətdə ifrata
varırlar.
Düz danışanlar həyatda qayda-qanunları pozmur,
şəxsi mənafe güdmür, hiylə və ikiüzlülükdən uzaq
olurlar. Çünki sədaqət və doğruluq bunların heç biri ilə
uyğun gəlmir. Gələcək bəhslərdə (yalanın səbəblərində)
qeyd edəcəyik ki, yalan həmin çirkin xislət və
rəzilətlərin mənşəyidir. Bu baxımdan düz danışmağı
bir sıra batini hisslərin kəşfində açara bənzətmək olar.
Əhli-beytdən (ə) nəql olunan bəzi hədislərdə də düz
danışmaq və doğruluq insanları tanımaq üçün meyar
sayılmışdır. İmam Sadiq (ə) buyurmuşdur:
ُهَدﺎﺘْﻋا ِﺪَﻗ ٌءْ َﳾ َﻚِﻟاذ ﱠنِﺎَﻓ ِهِدﻮُﺠُﺳ َو ِﻞُﺟﱠﺮﻟا ِعﻮُﻛُر ِلﻮُﻃ ﱃِا اوُﺮُﻈْﻨَﺗ ﻻ
ِﻪِﺘَﻧﺎﻣَا ِءادَا َو ِﻪِﺜﻳِﺪَﺣ ِقْﺪ ِﺻ ﱃِا اوُﺮُﻈْﻧا ِﻦِﻛﻻ َو ،َﻚِﻟاﺬِﻟ َﺶَﺣْﻮَﺘْﺳا ُﻪَﻛَﺮَﺗ ْﻮَﻠَﻓ
“İnsanı səcdə və rükusunun uzunluğu ilə qiymətləndirmə!
Ola bilər, bunu adət üzrə görsün və əgər onu tərk etsə, narahat
olar. (Əksinə) onun düz danışığı və əmanətdarlığına bax!”
1
Qurani-Kərimdə buyurulur:
{لْﻮَﻘْﻟا ِﻦْﺤَﻟ ِﰲ ْﻢُﻬﱠﻨَﻓِﺮْﻌَﺘَﻟَو}
“Həqiqətən, onları (münafiqləri) danışıqlarından
tanıyacaqsan.”
2
Düz danışmağın təsirləri
İctimai nöqteyi-nəzərdən düz danışmaq və
1 . “Biharul-ənvar”, 71-ci cild, səh.8.
2 . “Mühəmməd” surəsi, ayə 30.
Айятуллащ ял-цзма Мякарим Ширази 55
doğruluq insana cəmiyyətdə inam və etimad qazandırır.
Bildiyimiz kimi, bəşəriyyətin bütün elmi, texnoloji və
iqtisadi tərəqqiləri onların həyat sistemi, yəni ictimai
yaşayışının nailiyyətləridir. Lakin ictimai həyatın
əsasını təşkil edən həmkarlıq və səmimi ünsiyyət
onların bir-birlərinə qarşı inam və etimadlarından
doğur. Əks-təqdirdə, həyat problemlər, qalmaqallar,
narahatlıqlar, ağrı-acılar və vəfasızlıqlarla üzləşəcək.
Məlum olduğu üzrə, inam və etimadı qazanmaqda
doğruluq və düz danışmaq mühüm rol ifa edir və onun
qorxulu düşməni isə yalandır. Məsələn, iqtisadiyyatda
əmtəə və məhsulların təbliğində gedən yalan,
şişirtmə reklamlar, sözsüz, alıcı kütləsinin rəğbətini
qazanmayacaq. Hakim orqanların yalan məlumatları
onların doğru vəd və təkliflərini də şübhə altına
alacaq və xalqın etimadını qazanmayacaqlar. Yalanın
elmi ocaqlara nüfuzu da, sözsüz, alim, müəllim və
tələbə sinifləri arasındakı etimadı azaldacaq, elmi-
tədqiqi işlərdə birtərəflilik hökm sürəcək və qiymətli
həmkarlıq işlərinə son qoyulacaq. O təbəqələr arasında
yalan isə xəyanətdir.
Yalan – günahların mənşəyi
Hədislərə əsasən, düz danışmaq və doğruluq
insanın əməllərini saflaşdırır, yalan isə onu günahlara
çəkir. Mümkündür, bəziləri düz danışmaq və yalanın
insanın əməl və rəftarında təsirini dərk etməsin.
Bununla əlaqədar bir məsələni araşdırmağı lazım
bilirəm. Lakin əvvəlcə Əhli-beyt imamlarından nəql
olunan hədislərə toxunmaq istəyirəm. İmam Əli (ə)
buyurmuşdur:
Dostları ilə paylaş: |