68 Яхлаг сайясиндя саьлам щяйат
və belə nadanların İslam üçün təhlükəsi düşmənlərin
təhlükəsindən az deyildir.
“Tövriyə” nədir?
Zahirindən uyğun məna başa düşülüb, danışanın
başqa məqsəd güddüyünü bildirən ifadəyə “tövriyə”
deyilir. Fəqihlər arasındakı məlum nəzərə görə, yalanın
rəva görülən zəruri hallarında gərək “tövriyə”dən
istifadə edilsin və “tövriyə” mümkün olduğu təqdirdə
aşkar yalana yol verilməsin.
Bəzi əhli-sünnə alimlərinin nəzərlərindən belə başa
düşülür ki, onların arasında da bu qayda mövcuddur.
“Tövriyə”ni belə də mənalandırırlar: “Tövriyə odur
ki, insan dediyi sözün uyğun mənasını nəzərdə tutsun,
lakin onu elə desin ki, qarşı tərəf (eşidən kəs) onun
başqa mənasını başa düşsün. Bununla da danışan kəs
öz məqsədinə çatır və o, sözün uyğun mənasını seçdiyi
halda, qarşı tərəf başqa mənaya yönəlir. Məsələn, bir
kəsdən “İslam Peyğəmbərinin (s) canişini kim idi?” –
deyə soruşduqda, o, belə cavab verir: “Mən bintuhu fi
beytihi.” (Qızı evində olan kəs!) Bunu eşidən kəs qızı
Peyğəmbərin (s) evində olan kəsin canişin olduğunu
başa düşür. Halbuki cavab verən şəxsin məqsədi
Peyğəmbərin (s) qızının onun evində olan kəsin canişin
olmasıdır.
“Tövriyə” yalan sayılırmı və ondan
müstəsna hallardan başqa zamanlarda
da istifadə etmək olarmı?
Burada əhəmiyyət kəsb edən məsələ “tövriyə”nin
yalana xas olan ölçüləri aşıb-aşmamasını
Айятуллащ ял-цзма Мякарим Ширази 69
aydınlaşdırmaqdır.
Ümumiyyətlə, bu məsələ ilə bağlı üç nəzər
mövcuddur:
1. Bəzi alimlərə görə, “tövriyə” əsla yalan
sayılmadığından zərurət zamanı da danışıqda yalana
yol verilməmişdir.
Bu nəzərin tərəfdarları onu belə əsaslandırırlar:
“Sözün yalan və ya doğruluğunda meyar danışan kəsin
məqsədi və nəzərdə tutduğu mənadır. Buna əsasən,
danışanın sözü ilə məqsədi uyğun gəlirsə, sözü də
doğru olacaq, hərçənd, qarşı tərəf onu başqa cür anlamış
olsun. Çünki danışanın məqsədini başa düşməkdə yol
verilən səhvin sözün yalan və ya doğruluğuna heç
bir təsiri yoxdur. Bütpərəstlərin müqabilində həzrət
İbrahimin (ə) “Bəl fəələhu kəbiruhum haza, fəs`əluhum
in kanu yəntiqun!” (Bəlkə onların bu böyüyü bunu
etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!)
1
və həzrət Yusifin (ə) carçısının “İnnəkum ləsariqun!”
(Ey karvan əhli, siz, həqiqətən, oğrusunuz!)
2
– dedikləri
sözlərini yozan müxtəlif rəvayətlər də “tövriyə”nin
yalan sayılmadığını sübut edir.
2. Mərhum Mühəqqiq Qummi kimi bəzi alimlərin
nəzərinə görə isə “tövriyə”nin yalan sayılmamağında
meyar danışanın məqsədi və nəzərdə tutduğu məzmun
deyil, onun zahiri mənasıdır.
3. Amma Qəzali kimi bəzilərinin kəlamlarından
belə başa düşülür ki, “tövriyə” yalanın qisimlərindən
biridir, lakin onun qəbahət və fəsadı adi yalandan
azdır.
1 . “Ənbiya” surəsi, ayə 63.
2 . “Yusif” surəsi, ayə 70.
70 Яхлаг сайясиндя саьлам щяйат
Ola bilsin, üçüncü qrupun bu nəzəri sırf yalandan
fərqli olaraq “tövriyə” zamanı danışanın yalan
söyləmək fikrində olmadığından irəli gəlmişdir ki, bu
da onun qəbahət və fəsadını nisbətən azaldır.
“Tövriyə” haqqında yeni izah
Burada zərif bir məsələyə diqqət yetirməklə mövcud
mübahisə aradan qalxa bilər və o da budur ki, “tövriyə”
hər bir hala aid deyil, söz və kəlamın zatən iki (və daha
çox) məna daşıdığı yerlərə məxsusdur; belə ki, danışıq
zamanı dinləyən şəxs iki mənadan birini başa düşür.
Məsələn, Yusifin (ə) carçısının o həzrətin qardaşlarına
dediyi “İnnəkum ləsariqun!” (Ey karvan əhli, siz,
həqiqətən, oğrusunuz!) – ibarənin ilk mənası odur ki,
siz hal-hazırda oğurluq etmisiniz və lakin carçı onların
keçmişdə Yusifi (ə) atasından oğurladıqlarını nəzərdə
tuturdu. Bu isə cümlənin zahirən başa düşülməyən
digər mənasıdır. Yaxud bir nəfərdən “bu libası sizə
filankəsmi hədiyyə edib?” – deyə soruşulduqda, o, belə
cavab verir: “Allah ona uzun ömür versin!” Halbuki
ona libası hədiyyə edən kəs başqası imiş.
Айятуллащ ял-цзма Мякарим Ширази 71
QEYBƏT
Namərdlərin qorxulu silahı
Dilin ən böyük və təhlükəli, eyni zamanda
çox yayılan azğınlıqlarından biri qeybətdir.
Qeybət başqasının nöqsanları və gizli eyiblərinin
deyilməsindən ibarətdir ki, əgər bunu eşitsə, narahat
olacaq. Bura dini, əxlaqi, ruhi, ictimai, cismi və ümumi
olaraq insanın zahiri görünüşü, bədən üzvləri, hərəkət
və rəftarları, həyat yoldaşı, övladı, geyimi, evi və s. ilə
bağlı eyiblər daxildir.
Qeybətin əsas amilləri
Qeybətin neçə əsas amili vardır:
1. Ədavət və qisas hissi: Daxildəki ədavət və kin-
küdurət şölələrini söndürmək üçün qeybət və qarşı
tərəfin abır-heysiyyətini aparmaq çox asan və sadə
yoldur.
2. Paxıllıq: Paxıl adam həmişə bəyənmədiyi
müqabil tərəfin sahib olduqlarını itirməyi və onun
pisliyini istəyir, məqsədinə çatmadıqda da, onun
etibarını sındırmaq, abır-heysiyyətini aparmaq üçün
nöqsanlarını faş etməklə həsəd və paxıllıq alovunu
Dostları ilə paylaş: |