76 Яхлаг сайясиндя саьлам щяйат
bağışlana bilər. (Çünki zina “həqqullah” (Allahın haqqı)
qəbilindəndir.) Qeybət edən kəs isə qeybət etdiyi şəxsin
razılığını qazanmadan bağışlanmır. (Çünki “həqqün-nas”
(camaatın haqqı) qəbilindəndir.)”
1
Qeybətin zinadan daha pis olmasının başqa bir
səbəbi bu ola bilər ki, qeybət cəmiyyətdə vəhdət və
birliyi, sevgini, səfa-səmimiyyəti, nikbinliyi aradan
aparır, ona ağır zərbələr vurur. (Sonra bu haqda ətraflı
söz açılacaq.) Lakin iffətə zidd əməllərin qəbahəti
böyük olsa da, belə təsirləri yoxdur.
5. Qeybət əməllərin qəbuluna mane olur:
Məazın nəql etdiyi hədisdə deyilir: “Bəzən bəndələrin
əməlləri günəş şüası kimi parıldasa da, səmaya aparıldıqda,
geri qaytarılıb sahibinin üzünə vurular və bu işə məmur
olan mələk deyər:
ِبيَر ﱃِا ُزَوﺎﺠَﺘَﻳ َسﺎّﻨﻟا ُبﺎﺘْﻐَﻳ ْﻦَﻣ َﻞَﻤَﻋ َعَدَا ﻻ ْنَا ﱢبيَر ِنيَﺮَﻣَا
“Pərvərdigarım mənə əmr edib ki, qeybət edənlərin
Rəbbimə doğru yüksələn yaxşı əməllərinin qarşısını alım!”
Keçək hədislərdə verilən izahlara uyğun olaraq
burada da bunu deyə bilərik ki, boynunda camaatın
haqqı olanların əməllərinin Allah dərgahında qəbulu
çətindir. Demək, qeybətin bu qədər pislənilməsi onun
camaatın hüquqlarına təcavüzü, abır-heysiyyətlərinin
itməsi kimi təsirlərinə görədir.
6. Qeybət İslamda qardaşlıq prinsipini pozur:
Peyğəmbəri-Əkrəm (s) buyurur:
ِﻪﻠﻟاَدﺎﺒِﻋ اﻮُﻧﻮُﻛَو ًﺎﻀْﻌَﺑ ْﻢُﻜ ُﻀْﻌَﺑ ْﺐَﺘْﻐَﻳ ﻻَو اﻮ ُﻀَﻏﺎﺒَﺗ ﻻَو اوُﺪَﺳﺎﺤَﺗ ﻻ
1 . Yenə orada, səh.222.
Айятуллащ ял-цзма Мякарим Ширази 77
ًﺎﻧاﻮْﺧِا
“Bir-birinizə qarşı paxıllıq etməyin, ədavət saxlamayın,
bir-birinizin qeybətini qırmayın. Ey Allahın bəndələri, bir-
birinizlə qardaş olun!”
1
Bu hədisin son cümləsindən belə nəticə alırıq ki,
Allaha bəndəlik və islami qardaşlıq həsəd, kin-küdurət,
ədavət və qeybətlə qarşı-qarşıya durur. Bir də ki, qeybət
qardaşlıqdakı məhəbbət və səfa-səmimiyyətə ziddir.
Bəlkə də hədisdəki iki xislətin (paxıllıq və ədavət)
xüsusi qeyd edilməsi onların qeybətlə əlaqəsindən irəli
gəlir. Çünki paxıllıq, adətən, ədavət və kin-küdurətə,
ədavət və kin-küdurət isə qeybətə səbəb olur.
7. Qeybət yaxşı əməlləri yandırır:
Bu məzmun bir çox hədislərdə müşahidə olunur.
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur:
َﺐَﻄَﺤْﻟَا ُرﺎّﻨﻟا ُﻞُﻛَﺎَﺗ ماَﻛ ِتﺎﻨ َﺴَﺤْﻟا ُﻞُﻛَﺎَﺗ ُﺔَﺒْﻴِﻐْﻟاَو ... ٍﻢِﻠ ْﺴُﻣ ﱢﻞُﻛ ﲆَﻋ ٌماﺮَﺣ ُﺔَﺒْﻴِﻐْﻟَا
“Qeybət hər bir müsəlmana haramdır... Həqiqətən, atəş
odunu yandırıb kül etdiyi kimi, qeybət də yaxşı əməlləri
aradan aparır.”
2
Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan başqa bir
hədisdə belə buyurulur:
ْﻦِﻣ ُﻪْﻨِﻣ ﺎﻬﻠِﻠْﺤَﺘ ْﺴَﻴْﻠَﻓ ٍلﺎﻣ ْوَا ٍضْﺮِﻋ ِﰲ ٌﺔَﻤَﻠْﻈَﻣ ُهَﺪْﻨِﻋ ِﻪِﻴِﺧَ ِﻻ ْﺖَﻧﺎﻛ ْﻦَﻣ
ْنِﺎَﻓ ِﻪِﺗﺎﻨ َﺴَﺣ ْﻦِﻣ ُﺬَﺧْﺆُﻳ ﺎ ﱠنمِا ٌﻢَﻫْرِد ﻻَو ٌرﺎﻨﻳِد َﻚِﻟﺎﻨُﻫ َﺲْﻴَﻟ ٌمْﻮَﻳ َ ِتيﺄَﻳ ْنَا ِﻞْﺒَﻗ
ِﻪِﺗﺂﺌﱢﻴَﺳ ﲆَﻋ ْتَﺪﻳِﺰَﻓ ِﻪِﺒِﺣﺎﺻ ِتﺂﺌﱢﻴَﺳ ْﻦِﻣ َﺬِﺧُا ٌﺔَﻨ َﺴَﺣ ُﻪَﻟ ْﻦُﻜَﺗ ْﻢَﻟ
“Hər kəsin boynunda din qardaşının abır-heysiyyəti,
1 . “Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 9-cu cild, səh.118.
2 . “Biharul-ənvar”, 75-ci cild, səh.257.
78 Яхлаг сайясиндя саьлам щяйат
yaxud malı ilə bağlı bir haqqı olsa, dirhəm və dinarın fayda
vermədiyi gün çatmazdan öncə ondan halallıq istəsin ki,
(yoxsa) o gün onun yaxşı əməllərindən götürülər və əgər
yaxşı əməli olmasa, qarşı tərəfin (din qardaşının) günahları
ona yüklənər.”
1
Qeybətlə yaxşı əməllərin itməsinin səbəbi, ola
bilsin, qeybət olunanın ictimai abır-heysiyyəti kimi
mənəvi dəyərinin aradan getməsi, belə haqqın, adətən,
maddi yolla əvəz edilə bilməməsidir. Allah-Taala da
mümkün yolla onu bərpa edir; belə ki, qeybət edənin
yaxşı əməllərini qeybət olunanın əməl dəftərinə
yazır və yaxşı əməli olmadıqda, qeybət olunanın pis
əməllərindən itirilən abır-heysiyyəti qədər onun adına
keçir.
Bu məzmunu biz sonuncu rəvayətdən nəticə alırıq
və axirətdə əvəz-əvəzin mənası elə budur! Bunlar
qeybətin “həqqün-nas” olmasını tamamilə təsdiq edir.
8. Qeybət ibadəti dəyərdən salır:
Bir sıra rəvayətlərə görə, qeybət dəstəmaz və oruca
nöqsan gətirir. Peyğəmbəri-Əkrəm (s) buyurur:
ﺎﻳ : َﻞﻴِﻘَﻓ ؛ثِﺪْﺤُﻳ ﻢَﻟﺎﻣ ٌةَدﺎﺒِﻋ ِةﻼ ﱠﺼﻠِﻟ ًارﺎﻈِﺘْﻧا ِﺪِﺠ ْﺴَﻤْﻟا ِﰲ ُسﻮُﻠُﺠْﻟَا
ُبﺎﻴِﺘْﻏِ ْﻻَا : َلﺎﻗ ؟ ُثَﺪَﺤْﻟا ﺎَﻣَو !ِﻪﻠﻟا َلﻮ ُﺳَر
“İnsandan bir hadisə baş verməyincə, namazın intizarı
ilə məsciddə əyləşmək ibadətdir.” Həzrətdən “hansı hadisə!”
– deyə soruşulduqda, buyurdu: “Qeybət!”
2
Başqa bir hədisdə belə buyurur:
ُهُءﻮ ُﺿُو َﺾَﻘَﻧ َو ُﻪُﻣْﻮ َﺻ َﻞَﻄَﺑ ًماِﻠ ْﺴُﻣ َبﺎﺘْﻏا ِﻦَﻣ َو
1 . “Məhəccətül-beyza”, 5-ci cild, səh.273.
2 . “Məhəccətül-beyza”, 5-ci cild, səh.255.
Айятуллащ ял-цзма Мякарим Ширази 79
“Müsəlmanın qeybətini edən kəsin orucu batil və
dəstəmazı əbəsdir.”
1
Buradan məlum olur ki, ibadət insanı Allah-Taalaya
yaxınlaşdırır, ona mənəvi saflıq bəxş edir. Amma
dəstəmaz, yaxud oruc halında dilini qeybətə aludə
edənin isə mənəvi saflığı azalır və Allahın dərgahındakı
məqamdan enir. Bunları biz, qısa da olsa, yuxarıdakı
hədislərdən başa düşürük.
9. Qeybət insanı Allahın himayəsindən çıxarıb,
şeytanın himayəsi altına salır:
Müfəzzəl ibn Ömərin imam Sadiqdən (ə) nəql etdiyi
hədisdə belə buyurulur:
ْﻦِﻣ َﻂُﻘ ْﺴَﻴِﻟ ِﻪِﺗﱠوُﺮُﻣ َمْﺪَﻫَو ُﻪَﻨْﻴَﺷ ﺎﻬِﺑ ُﺪﻳِﺮُﻳ ًﺔَﻳاوِر ٍﻦِﻣْﺆُﻣ ﲆَﻋ ىوَر ْﻦَﻣ
ُنﺎﻄْﻴ ﱠﺸﻟا ُﻪُﻠَﺒْﻘَﻳ ﻼَﻓ ِنﺎﻄْﻴ ﱠﺸﻟا ِﺔَِﻳﻻو ﱃِا ِﻪِﺘَﻳﻻو ْﻦِﻣ ُﻪﻠﻟا ُﻪَﺟَﺮْﺧَا ِسﺎّﻨﻟا ِ ُينْﻋَا
“Mömin qardaşını camaatın gözündən salmaq, abır-
heysiyyətini aradan aparmaq məqsədilə onun eybini açanı
Allah-Taala Öz vilayət və himayəsindən çıxarıb, şeytanın
himayəsinə doğru qovar və şeytan da onu qəbul etməz.”
2
Əlbəttə, bu hədis yalnız qeybətlə bağlı deyil. Hər
halda qeybət edənlərin niyyəti qarşı tərəfin eybini faş
edib şəxsiyyətini sındırmaqdır. Quran ayələrinə əsasən,
möminlərin rəhbərliyini və himayəsini öhdəsinə
götürən, onları zülmətdən (qaranlıqdan) nura (işıqlığa)
çıxaran
3
mütəal Allah Öz himayəsini qeybət qıranların
üstündən götürəcək. “Vəli” sözü hami, bələdçi, rəhbər
və köməkçi mənalarını da daşıyır. Necə ki, “Şura”
surəsində buyurulur:
1 . Yenə orada, səh.254.
2 . “Biharul-ənvar”, 75-ci cild, səh.168.
3 . “Bəqərə” surəsi, ayə 257.
Dostları ilə paylaş: |