84 Яхлаг сайясиндя саьлам щяйат
getdiyindən xəbərdardır.
2. Günaha qarışıq qeybətlər: Qeybət bəzən digər
günahlarla yanaşı olur, yaxud həqiqətini tamamilə
əldən verir, yaxud xoşməramlı görünür. Məsələn,
bəziləri qeybəti yazaraq “qorxuram ki, əlavə izahat
versəm, qeybət olar”, yaxud “təəssüf ki, şəriət dilimizi
bağlayıb”, yaxud da “şəriət icazə vermir, yoxsa
deyərdim...” – kimi ifadələrə əl atır. Belələri qeybətdən
qorunduqlarını güman edərək, həm qeybətə düşür,
həm də məsələni aydınlaşdırmadan qarşı tərəfi
hər hansı hadisə və sözügedən şəxsə qarşı bədbin
edirlər. Mövzunu daha da şişirtdikdə isə, riyakarlığa
düçar olaraq, eyni vaxtda iki çirkin əmələ batırlar.
Bəzən ürəkyananlıqla belə deyənlər olur: “Yazıq
filankəs, ayağı büdrədiyi üçün filan bəlaya düşdü.
Allah günahından keçsin!” Burada “qeybət” “riya”ya
qarışmışdır. Bəzən də “Allaha şükür olsun ki, filankəs
kimi şərab içmirəm, narkomanlıq etmirəm! Doğrudan
da, əgər Allah bizi qorumasa, işlər çox çətin olar. Adam
gərək özü başa düşsün, Allah Özü adamın dadına
çatsın!...” – kimi kinayələrlə həm qeybət və həm riya
edir, həm də özünü öyərək əlavə günahlara düşürlər.
Bəziləri hiddətlənərək “Mən bunu onun öz yanında da
deyə bilərəm!” – kimi ifadələri ilə sözügedən möminin
əməlini doğru yerə yozmağın yolunu da bağlayır və
dediyi sözü ilə qeybətə bir qədər də artıq hökm verir.
3. Qeybət “həqqün-nas”dır: Bəhsimizin əvvəlində
qeyd etdiyimiz kimi, qeybət “həqqün-nas”a (camaatın
haqqı) aid hüquqların sırasındadır. Dedik ki, əvvəla,
qeybət insanın ehtiramı, şəxsiyyəti və abır-həyasını
aradan aparır və sözsüz, bu məsələ əqli və şəri
Айятуллащ ял-цзма Мякарим Ширази 85
baxımdan maddi dəyərlərdən qat-qat üstündür.
İkincisi, “Hücurat” surəsində qeybətin mömin qardaşın
ətinin yeyilməsinə bənzədilməsindən belə məlum
olur ki, bu əməl zülmün növlərindəndir və insanın
boynuna haqq qoyur. Üçüncüsü isə, bunu müxtəlif
rəvayətlərdən, o cümlədən, öncə qeybətin vasitəsilə
yaxşı əməllərin məhvi və pis əməllərin qeybət edənin
əməllərinə əlavə edilməsi ilə bağlı qeyd etdiyimiz,
eləcə də aşağıdakı hədislərdən də başa düşə bilərik.
Məsələn, bir rəvayətdə buyurulur:
ُﻪُﺒِﺣﺎﺻ ُﻪَﻟ َﺮِﻔْﻐَﻳ ﻰّﺘَﺣ ُﻪَﻟ ُﺮَﻔْﻐُﻳ ﻻ ِﺔَﺒْﻴِﻐْﻟا َﺐِﺣﺎﺻ ﱠنِا
“Qeybət olunan qeybət edəni bağışlamayınca, (qeybət
edən) bağışlanılmaz.”
1
Peyğəmbəri-Əkrəm (s) buyurur:
ُﻪَﻟ َﺮِﻔْﻐَﺘ ْﺴَﺗ ْنَا ُﻪَﺘْﺒَﺘْﻏا ِﻦَﻣ ُةَرﺎّﻔَﻛ
“Qeybətin kəffarəsi (cəriməsi) Allahdan qeybət olunan
kəsin bağışlanmasını diləməkdir.”
2
Göründüyü kimi, qeybətdə zülm və haqsızlığın
aşkar nişanələri vardır ki, haqqı tapdalananın razılığı
olmadan qeybət edənin bağışlanması çətin məsələdir.
Buradan belə nəticə də almamalıyıq ki, qeybətin
kəffarəsini təkcə istiğfar və tövbə ilə bərpa etmək
olar. Bəli, əgər halallıq üçün heç bir yol qalmayıbsa
və yaxud qeybət olunanın abır-heysiyyətinə bir zərər
toxunmayıbsa, istiğfar və tövbə ilə kifayətlənməyi
mümkün saymaq olar.
1 . “Məhəccətül-beyza”, 5-ci cild, səh.251.
2 . “Biharul-ənvar”, 75-ci cild, səh.242; “Məhəccətül-beyza”, 5-ci
cild, səh.273.
86 Яхлаг сайясиндя саьлам щяйат
Qeybətin müstəsna halları
Fiqh və əxlaq alimləri arasında qeybətin bəzən
caizliyi ilə bağlı yekdil nəzər olsa da, onun hansı
hallara aidliyi barədə fikir ayrılığı vardır. Bəzən bu
mübahisələr yalnız misallarda, bəzən də mövzunun
öz ətrafında müşahidə olunur. Lakin bir çox dəlil və
mənbələrə əsasən, iki yerdə qeybətin caiz olduğu başa
düşülür:
1. Mühüm məsləhət zamanı qeybət doğuran
danışıqlar günah sayılmır və ona dair misallar da
müxtəlifdir:
a) Məşvərət zamanı; məsələn, bir kəs bir nəfərlə,
yaxud bir şirkətlə al-ver, yaxud evlənmə işində başqası
ilə məşvərət etdikdə, şübhəsiz, nəzərdə tutulan şəxsin
zəif cəhətləri və s. eyibləri açıqlanmalı olacaq. O vaxt
bu barədə məlumat verməyin heç bir eybi yoxdur
və əslində, bununla həmin şəxsi – düz və ya səhv
addımı barədə məlumatlandırmalıyıq (lazım olmayan
hüdudları aşmamaq şərtilə).
b) “Nəhy əz münkər” (çirkinlikdən çəkindirmək)
zamanı;
c) Pis yol seçənin əməlini aradan qaldırmaq zamanı;
ç) Bir müsəlmanın gözlənilən zərər və təhlükələrdən
xəbərdarlığı zamanı (qarşı tərəflə məsləhətləşməmiş).
Bütün bu hallarda şəriət müəyyən hadisələri aradan
qaldırmaq üçün nəzərdə tutulan fərdin eyiblərini faş
etməyi məqsədəuyğun görür. Bu halların müstəsna
olması da aydındır. Burada tez-tez qarşıya sürülən
“mühüm” və “daha mühüm” qayda və əqli dəlilə
istinad edilir. Ayə və rəvayətlərdən də bu məsələyə
dair misalları (o cümlədən, pis adət, zülmü aradan
Айятуллащ ял-цзма Мякарим Ширази 87
qaldırma və s.) əldə edə bilərik.
Burada (əxlaq elmi baxımından) bir məsələni
də qeyd etməliyik ki, mümkündür, insan müstəsna
halların həddi-hüdudunu aşıb, əyri yola əl atsın, yaxud
səhv və qəflətə yol versin. Adətən, insan aşkar şəkildə
qanunları pozmaq, günaha düşmək istəmir, bir çox
məqsədlərində qeydlər və müstəsna hallardan öz
mənafeyi üçün istifadə edir, hətta çox vaxt öz vicdanını
belə aldadır, vicdan əzabından qurtulmaq, şəxsiyyətinə
xələl yetirməmək üçün həmin qeyd və müstəsna hallara
sığınır. Bu isə yatmış vicdanla oyaq vicdan arasındakı
təzadların kəsişdiyi, birincinin ikincisinə qalib gəldiyi
yerlərdir. Demək, olduqca son diqqətlə yuxarıdakı
halların bütün yönləri və xüsusiyyətlərini nəzərə almalı,
hər növ təəssübkeşlik, ədavət və digər qərəzlərdən
uzaq olmaqla məsləhətdən kənar izahlardan tamamilə
çəkinməli və nəfsi qıcıqlandıran qeybətin qorxulu və
təhlükəli hiylələrindən yayınmamalıdır.
2. Heç bir məsləhət olmayan zaman: bu isə yalnız
aşkarda günah edənlərə aiddir. (Bəziləri zalımın
qeybətini də bu qismə aid bilsələr də, bu, şəriətdə
mühüm məsləhətin daha mühüm məsləhətlə əvəzi
zamanına, yəni zalımdan məzlumun haqqının tələbi
və məzlumun haqqının müdafiəsinə aiddir.)
Bu qismin müstəsna hal kimi sayılmasının əqli
dəlilindən əlavə, onu şiə və əhli-sünnədən nəql olunan
müxtəlif hədislər də təsdiq edir. O cümlədən:
،ٌعِﺪَﺘْﺒُﻣ ًىﻮَﻫ ُﺐِﺣﺎﺻ :ٌﺔَﻣْﺮُﺣ ْﻢُﻬَﻟ ْﺖ َﺴْﻴَﻟ ٌﺔَﺛﻼَﺛ : َلﺎﻗ ِﻪِﻴِﺑَا ْﻦَﻋ ٍﺮَﻔْﻌَﺟ ْﻦَﻋ
َﻖ ْﺴِﻔْﻟا ُﻦِﻠْﻌُﻤْﻟا ُﻖِﺳﺎﻔْﻟا َو ،ُﺮِﺋﺎﺠْﻟا ُمﺎﻣِ ْﻻاَو
Dostları ilə paylaş: |