72 Яхлаг сайясиндя саьлам щяйат
söndürməyə, özünü rahatlaşdırmağa çalışır.
3. Günahı yozmaq: Bəzən, başqalarının eyiblərini
faş etməklə öz əməlini
adiləşdirmək və onu yozmaq
digər bir əsas olur.
4. İstehza: Əlbəttə, istehza və masqaranın müxtəlif
səbəb və amilləri vardır ki, ona adət edən insan bəzən
həmin boşluğu qeybətlə doldurur.
5. Əylənmək: Bəzən də səbəbsiz yerə yalnız
əylənmək və boş vaxtı doldurmaq, yaxud məclisi
qızışdırmaq üçün başqalarının qeybəti gedir, eyiblər
aranır. Çünki belə məclislərdə qeybət hamıya şirin
görünür. Diqqət yetirmək lazımdır ki,
camaat istirahət
və əyləncədən ləzzət aldığı kimi, kimisə güldürmək və
başqalarını da əylənməyə çəkməkdən ləzzət alır.
6. Hadisələrə qarşı instinktiv reaksiya: İnsandakı
bu güclü instinkt onu başqalarını (israrla) qeybətə, hər
kəsin eyib və zəif cəhətlərini açmağa sövq edir. Bəlkə
də, bəzilərinin nəzərində qeybətin şirinliyi elə bu
hissdən qaynaqlanır. Belələri başqalarının sirlərindən
agah olmaq, eyiblərini arayıb-axtarmaqdan ləzzət alır
və buna görə də, təkid və hərisliklə qarşı tərəfi qeybətə
məcbur edirlər.
Bu amillər qeybətin müalicəsində, onun xaricdəki
nümunələrini tanıtmaqda bizə kömək edə bilər.
Çox vaxt onlar insanın
vücudunda özünü təbii
göstərir, vicdan və şəxsiyyət hissi onların büruzə
verməyinə icazə vermir. Beləcə, ona zahiri bəzək
verir, ürəkyandırmaq, yaxud pislikdən çəkindirmək,
yaxud da başqalarına ibrət dərsi vermək məqsədilə
qeybətə düşür və bunu özünə bir borc güman edir.
Amma yuxarıda dediyimiz amillərin qurbanı olan bu
Айятуллащ ял-цзма Мякарим Ширази 73
insan vicdanını boğaraq onun əzabından qurtulmaq
üçün həqiqəti dəyişdirir və ona don geyindirir.
Bu isə
qeybətin ən təhlükəli növü olub, müalicəsi də çətindir.
Qeybətin təhlükələri
Qurani-Kərim, Peyğəmbəri-Əkrəm (s) və Əhli-beyt
imamlarından nəql olunan rəvayətlər baxımından
bu günahın mahiyyəti, onun fərdi və ictimai təsirləri
diqqəti özünə cəlb edir. Əksərən
bu mühüm məsələyə
əhəmiyyət verilməsə də, İslamda ona çox ciddi
yanaşılır. Qurani-Kərim və rəvayətlərdə qeybətlə bağlı
şiddətli ibarələr görünür ki, biz onları qısa şəkildə
on qismə ayırmışıq. Ümid edirik ki, verilənlər İslam
nöqteyi-nəzərindən bu günahın mahiyyətini başa
düşməyə kifayət edəcək!
1. Qeybət Quran baxımından:
Qurani-Kərim qeybəti insana zidd əməl kimi sayır
və onu şəxsin öz ölmüş qardaşının ətini
yediyi kimi
tanıtdırır. Məlumdur ki, “insan ətini yemək”, özü də
həmin surətdə insandan baş verə biləcək ən pis əməldir.
Quranda bu ibarə yalnız qeybət barəsində işlənir. Bu
bənzətmənin səbəbi də aydındır. Çünki İslam nöqteyi-
nəzərindən müsəlman qardaşın abır-heysiyyəti qanı
kimi möhtərəm sayılır. Peyğəmbəri-Əkrəm (s) buyurur:
ُﻪ ُﺿْﺮِﻋ َو ُﻪُﻟﺎﻣ َو ُﻪُﻣَد :ٌماﺮَﺣ ِﻢِﻠ ْﺴُﻤْﻟا َﲆَﻋ ِﻢِﻠ ْﺴُﻤْﻟا ﱡﻞُﻛ
“Müsəlmanın hər bir şeyi (başqa) müsəlmana haramdır;
qanı, malı və abır-heysiyyəti.”
1
Şübhəsiz, qeybət
müsəlman qardaşın heysiyyətini kiçildir, abrını aparır.
Diqqəti cəlb edən məsələ odur ki,
Qurani-Kərimdə
1 . “Məhəccətül-beyza”, Feyz Kaşani, 5-ci cild, səh.251.
74 Яхлаг сайясиндя саьлам щяйат
əvvəlcə “sui-zənn” (bədgüman), sonra “eyibləri arayıb-
axtarmaq”, daha sonra “qeybət” qadağan edilir. Belə
ki, buyurulur:
َﻻَو ٌﻢْﺛِإ ﱢﻦﱠﻈﻟا َﺾْﻌَﺑ ﱠنِإ ﱢﻦﱠﻈﻟا َﻦﱢﻣ اًيرِﺜَﻛ اﻮُﺒِﻨَﺘْﺟا اﻮُﻨَﻣآ َﻦﻳِﺬﱠﻟا ﺎَﻬﱡﻳَأ ﺎَﻳ}
ﺎًﺘْﻴَﻣ ِﻪﻴِﺧَأ َﻢْﺤَﻟ َﻞُﻛْﺄَﻳ نَأ ْﻢُﻛُﺪَﺣَأ ﱡﺐِﺤُﻳَأ ﺎ ًﻀْﻌَﺑ ﻢُﻜ ُﻀْﻌﱠﺑ ﺐَﺘْﻐَﻳ َﻻَو اﻮ ُﺴ ﱠﺴَﺠَﺗ
{ٌﻢﻴِﺣﱠر ٌباﱠﻮَﺗ َﻪﱠﻠﻟا ﱠنِإ َﻪﱠﻠﻟا اﻮُﻘﱠﺗاَو ُهﻮُﻤُﺘْﻫِﺮَﻜَﻓ
“Ey iman gətirənlər! Çox vaxt zənnə – gümana
qapılmaqdan çəkinin. Çünki zənnin bəzisi günahdır.
(Başqalarının işlərində) axtarış aparmayın, bir-
birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş
qardaşının ətini yeməyə razı olarmı? (Şübhəsiz,) sizin
bundan xoşunuz gəlməz. Allahdan qorxun. Həqiqətən,
Allah tövbələri qəbul edən və mehribandır!”
1
Bu ibarədəki sıra göstərir ki, insan əvvəlcə
bədgümanlığa
düçar olur, bu onu başqalarının
eyiblərini arayıb-axtarmağa sövq edir və insan gizli
eyiblərdən agah olduqda, qeybətə yol verir.
2. Qeybət imanla bir yerə sığmır:
Bərra deyir:
ْﻦَﻣ ﺎﻳ" : َلﺎﻘَﻓ ﺎﻬِﺗﻮُﻴُﺑ ِﰲ ُﻖِﺋاﻮَﻌْﻟا َﻊَﻤَﺘْﺳا ﻰﱠﺘَﺣ (ص)ِﻪﻠﻟا ُلﻮُﺳَر ﺎﻨَﺒَﻄَﺧ
اﻮُﻌِﺒﱠﺘَﺗ ﻻ َو َينِﻤِﻠ ْﺴُﻤْﻟا اﻮُﺑﺎﺘْﻐَﺗ ﻻ ِﻪِﺒْﻠَﻘِﺑ ْﻦِﻣْﺆُﻳ ْﻢَﻟ َو ِﻪِﻧﺎﺴِﻠِﺑ َﻦَﻣآ َ َﴩْﻌَﻣ
ُﻪَﺗَرْﻮَﻋ ُﻪﻠﻟا َﻊﱠﺒَﺘَﺗ ْﻦَﻣ َو ُﻪَﺗَرْﻮَﻋ ُﻪﻠﻟا َﻊﱠﺒَﺘَﺗ ِﻪﻴِﺧَا َةَرْﻮَﻋ َﻊﱠﺒَﺘَﺗ ْﻦَﻣ ُﻪﱠﻧِﺎَﻓ ْﻢِﻬِﺗارْﻮِﻋ
ِﻪِﺘْﻴَﺑ ِفْﻮَﺟ ِﰲ ُﻪُﺤ َﻀْﻔَﻳ
“(Bir dəfə) Peyğəmbəri-Əkrəmin (s) bizə söhbətini
qadınlar belə evlərində eşitdilər. Həzrət buyurdu:
“Ey
1 . “Hücurat” surəsi, ayə 12.
Айятуллащ ял-цзма Мякарим Ширази 75
dildə iman gətirib, qəlbdə iman gətirməyənlər! Müsəlmanların
qeybətini qırmayın və gizli işlərini arayıb-axtarmayın. Öz
din qardaşının gizli işlərini arayıb-axtaranın Allah-Taala da
gizli işlərini üzə çıxarar və evində rüsvay edər.”
1
Qeybətin imanla uyğun gəlməməsinə dair bunu
demək olar ki, iman
ilk növbədə mömin qardaşa
ehtiramı vacib bildiyi halda, qeybət buna ziddir.
3. Qeybət çirkinliklərin yayılmasına şərait yaradır:
İmam Sadiq (ə) buyurmuşdur:
َلﺎﻗ َﻦﻳِﺬﱠﻟا َﻦِﻣ َﻮُﻬَﻓ ُهﺎﻧُذُا ُﻪْﺘَﻌِﻤَﺳ َو ُهﺎﻨْﻴَﻋ ُﻪْﺗَاَر ﺎﻣ ٍﻦِﻣْﺆُﻣ ِﰲ َلﺎﻗ ْﻦَﻣ
ْﻢُﻬَﻟ اﻮُﻨَﻣآ َﻦﻳِﺬﱠﻟا ِﰲ ُﺔ َﺸِﺣﺎﻔْﻟا َﻊﻴ ِﺸَﺗ ْنَا َنﻮﱡﺒِﺤُﻳ َﻦﻳِﺬّﱠﻟا ﱠنِا} : ﱠﻞَﺟَو ﱠﺰَﻋ ُﻪﻠﻟا
{ٌﻢﻴِﻟَا ٌباﺬَﻋ
“Möminin haqqında görüb-eşitdiklərini deyənlərə
Allah-Taalanın “İman gətirən camaatın içərisində
çirkinliklərin yayılmasını istəyən kəsi ağır əzab
gözləyir!” –
buyruğu şamil olacaq.”
2
Məlumdur ki,
camaatın sirlərini, gizli eyiblərini faş etmək – bu eyiblər
əksər hallarda dinlə bağlı olduğundan – başqalarını
məsiyət və günaha cürətləndirir, nəticə etibarı ilə pislik
və çirkinliklərin yayılmasına səbəb olur.
4. Qeybətin zərəri (çirkinliyi) iffətə zidd
əməllərdən şiddətlidir:
Məşhur bir hədisdə Cabir
ibn Abdullah Ənsari
və Əbu Səid Xudri Peyğəmbəri-Əkrəmin (s) belə
buyurduğunu nəql etmişlər:
“Qeybət zinadan daha
pisdir.” Bunun səbəbi hədisin davamında belə açıqlanır:
”Zinakar tövbə etməklə Allahın məğfirətini qazanıb,
1 . “Məhəccətül-beyza”, 5-ci cild, səh.252.
2 . “Biharul-ənvar”, 75-ci cild, səh.240.