Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə27/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   109
qarışmışdır ki, onları bir-birindən ayırmaq çətindir 
və fərdi şəkildə, sanki öz məfhumunu itirir. Məsələn, 
vacib namazlara giriş sayılan “azan və iqamə” 
müsəlmanları bir yerə toplaşmağa, onu kütləvi şəkildə 
yerinə yetirməyə  dəvət edir. Bu əməl fərdi  şəkildə 
həmin vacib sünnəni qoruyub-saxlamaq və ona bir növ 
ruhi hazırlıqdan başqa bir məfhum daşımır.
Namazın həqiqi dua və raz-niyaz sayılan “Həmd” 
surəsinin (“nə`budu” (ibadət edirik), “nəstəin” (kömək 
diləyirik), “ihdina” (bizi hidayət et kimi)) və namazın 
sonunda “cəm” formasında işlənən “salam”ın ibarələri 
fərdi icra olunduqda, demək olar, öz əsl məfhumlarını 
əldən verir. Bunlar bütünlükdə  həmin vacib əməlin 
mahiyyətinin kütlə üzərində qurulduğunu göstərir. 
Bundan əlavə, onun camaatla qılınması haqda olduqca 
çoxlu tövsiyələr vardır.  İslam ibadətləri içərisində 
“həcc”in ictimai əhəmiyyəti digər  əməllərdən üstün, 
“keçirilmə forması” və  təsirləri bütün ibadətlərdən 
güclüdür.
2. İslamda ictimai əlaqələr qiymətləndirilərək Allah-
Taalanın ayələri və tövhidin nişanələrindən sayılır. 
Qurani-Kərimdə buyurulur:
  َﻞَﻌَﺟَو ﺎَﻬْﻴَﻟِإ اﻮُﻨُﻜ ْﺴَﺘﱢﻟ ﺎًﺟاَوْزَأ ْﻢُﻜ ِﺴُﻔﻧَأ ْﻦﱢﻣ ﻢُﻜَﻟ  َﻖَﻠَﺧ ْنَأ ِﻪِﺗﺎَﻳآ ْﻦِﻣَو}
{ًﺔَﻤْﺣَرَو ًةﱠدَﻮﱠﻣ ﻢُﻜَﻨْﻴَﺑ
“Sizin ünsiyyət yaratmağınız üçün öz cinsinizdən 
zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət 
yaratması da Onun qüdrət əlamətlərindəndir!”
1
3. Qurani-Kərimdə aydın göstərilir ki, Peyğəmbəri-
1 . “Rum” surəsi, ayə 21.


110                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
Əkrəmin (s) qeyri-adi işlərindən biri insanlar arasında 
ülfət və mehribanlıq yaratmasıdır:
  ِﻩِ ْﴫَﻨِﺑ َكَﺪﱠﻳَأ َيِﺬﱠﻟا َﻮُﻫ ُﻪّﻠﻟا َﻚَﺒ ْﺴَﺣ ﱠنِﺈَﻓ َكﻮُﻋَﺪْﺨَﻳ نَأ ْاوُﺪﻳِﺮُﻳ نِإَو}
{ْﻢِﻬِﺑﻮُﻠُﻗ َ ْينَﺑ َﻒﱠﻟَأَو َينِﻨِﻣْﺆُﻤْﻟﺎِﺑَو
“O Allah səni Öz köməyi və möminlərlə müdafiə 
edib möhkəmlətdi, onların ürəklərini ülfət, dostluqla 
birləşdirdi.”
1
Ayədə göstərilir ki, sərvət və dünya malı ürəklər 
arasında ülfət və dostluq yarada bilməz və hətta onun 
özü ixtilaf və  təfriqə,  ədavət və kin-küdurət amilinə 
çevrilir. İman və mənəviyyat isə belə deyildir. Diqqəti 
cəlb edən digər məsələ odur ki, bu ayədə möminlərin 
müdafiəsi bilafasilə Allahın köməyindən sonra qeyd 
edilir. Bu da həmin məsələyə bir daha əhəmiyyət verir.
4. Qurani-Kərimdə ixtilaf, nifaq və ayrılıq səmavi 
əzaba bais olan amil sayılır:
  ِﺖْﺤَﺗ ﻦِﻣ ْوَأ ْﻢُﻜِﻗْﻮَﻓ ﻦﱢﻣ ﺎًﺑاَﺬَﻋ ْﻢُﻜْﻴَﻠَﻋ  َﺚَﻌْﺒَﻳ نَأ  َﲆَﻋ ُرِدﺎَﻘْﻟا َﻮُﻫ  ْﻞُﻗ}
{ ٍﺾْﻌَﺑ  َسْﺄَﺑ ﻢُﻜ َﻀْﻌَﺑ  َﻖﻳِﺬُﻳَو ًﺎﻌَﻴِﺷ ْﻢُﻜ َﺴِﺒْﻠَﻳ ْوَأ ْﻢُﻜِﻠُﺟْرَأ
“De: Allah başınızın üstündən və ayaqlarınızın 
altından sizə  əzab göndərməyə, yaxud sizi dəstələr 
halında qarışdırmağa və birinizə digərinin qorxusunu 
(müharibəni sizin hər birinizə) daddırmağa qadirdir!”
2
5. Qurani-Kərim möminlər arasında  əlaqəni 
“qardaşlıq” kimi yad edir və beləliklə, onları sıx vəhdətə 
dəvət edir.
6. Camaat arasında  ədavət, ixtilaf və  təfriqə 
1 . “Ənfal” surəsi, ayə 62-63.
2 . “Ənam” surəsi, ayə 65.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   111
İslamda böyük günahlardan, onların arasında ülfət və 
mehribanlıq isə ən yaxşı əməllərdən sayılır. “Ehticac” 
kitabında imam Sadiqdən (ə) belə nəql olunur:
 ُةَواﺪَﻌْﻟا  ُﺐَﻠْﺠُﻳ َو َينﱢﺑﺎﺤَﺘُﻤْﻟا َ ْينَﺑ ﺎﻬِﺑ  ُقﱠﺮَﻔُﻳ ُﺔَﻤﻴِﻤﱠﻨﻟا ِﺮْﺤ ﱢﺴﻟا ِ َﱪْﻛَا ْﻦِﻣ ﱠنِا
 ،ُرﻮُﺘ ﱡﺴﻟا ﺎَﻬِﺑ ُﻒ َﺸْﻜُﻳَو ُروﱡﺪﻟا ﺎَﻬِﺑ ُمَﺪْﻫُيَو ُءﺎﻣﱢﺪﻟا ﺎَﻬِﺑ ُﻚَﻔ ْﺴُﻳَو َينِﻓﺎﺼَﺘُﻤْﻟا  َﲆَﻋ
ٍمَﺪَﻘِﺑ  َضْرَ ْﻻا َءﻰِﻃَو ْﻦَﻣ ﱡ َﴍَا ُم ﱠماﱠﻨﻟاَو
“Xəbərçilik həqiqətən, dostlar arasında təfriqə və ədavət 
yaradan  ən böyük sehrdir. Onunla qanlar axıdılır, evlər 
dağılır, camaatın sirləri faş edilir. Xəbərçi yer üzündə addım 
atan ən pis adamdır!”
1
Yeri gəlmişkən, bəzi hədislərdə sehr küfrlə eyni 
sayılmışdır.
7.  İslam müstəsna hallardan başqa müsəlmanların 
bir-birləri ilə küsülü qalmalarına, aralarında ülfət və 
sevginin azalmasına və dostluqda soyuqluğa icazə 
vermir. Bir çox hədislərdə bunlar şiddətlə qadağan 
edilmiş və çarəsiz qarşıya çıxan hallarda isə üç gündən 
artıq küsülü qalmağa icazə verilməmişdir. Peyğəmbəri-
Əkrəm (s) buyurmuşdur:
ٍمﺎّﻳَا ِﺔَﺛﻼَﺛ  َقْﻮَﻓ ُهﺎﺧَا َﺮُﺠْﻬَﻳ ْنَا  ٍﻢِﻠ ْﺴُﻤِﻟ  ﱡﻞِﺤَﻳ ﻻ
“Müsəlmanın din qardaşı ilə üç gündən artıq küsülü 
qalması caiz deyil!”
2
Başqa bir hədisdə isə belə buyurmuşdur:
 ِﺔَﺛﻼَﺛ ْﻦِﻣ َ َثرْﻛَا ُهﺎﺧَا ﺮُﺠْﻬَﻳ ﻼَﻓ ًﻼِﻋﺎﻓ ﱠﺪُﺑﻻ َنﺎﻛ ْﻦَﻤَﻓ ،ِناﺮْﺠِﻬْﻟا ِﻦَﻋ  َﻲِﻬُﻧ
1 . “Ehticac”, Təbərsi, 2-ci cild, səh.82.
2 . “Biharul-ənvar”, 75-ci cild, səh.189.


112                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
ِﻪِﺑ ﱃْوَا ُرﺎّﻨﻟا  ِﺖَﻧﺎﻛ َﻚِﻟاذ ْﻦِﻣ َ َثرْﻛَا ِﻪِﻴِﺧَ ِﻻ ًاﺮِﺟﺎﻫ َنﺎﻛ ْﻦَﻤَﻓ ، ٍمﺎّﻳَا
“(Başqasından) küsmək qadağan olunub. Çarəsizlikdən 
bu işi görənlər üç gündən artıq öz qardaşından küsülü 
qalmasın. Ondan çox küsülü qalana isə  cəhənnəm odu 
layiqdir!”
1
Bu hədislərdə küsülülüyü davam etdirənin 
İslamdan çıxmasının və barışığa razılıq verənin isə 
behiştə daxil olması da qeydə alınıb.
8.  İslamda məhəbbət, dostluq, ülfət, həmkarlıq və 
yardım hər müsəlmanın qəti vəzifəsi və hamının bu 
üsullara riayəti vacib sayılır. İmam Sadiq (ə) bir hədisdə 
buyurur:
 ، ِﻒُﻃﺎﻌﱠﺘﻟا  َﲆَﻋ ُنُوﺎﻌﱠﺘﻟاَو ،ِﻞ ُﺻاﻮﱠﺘﻟا  ِﰲ ُدﺎﻬِﺘْﺟِ ْﻻا َينِﻤِﻠ ْﺴُﻤْﻟا  َﲆَﻋ  ﱡﻖِﺤَﻳ
 ماَﻛ اﻮُﻧﻮُﻜَﺗ ﻰّﺘَﺣ ، ٍﺾْﻌَﺑ ﲆَﻋ ْﻢِﻬ ِﻀْﻌَﺑ ُﻒُﻃﺎﻌَﺗَو ،ِﺔَﺟﺎﺤْﻟا ِﻞْﻫَ ِﻻ ُةﺎﺳاﻮُﻤْﻟاَو
ْﻢُﻬَﻨْﻴَﺑ ُءماَﺣُر  ﱠﻞَﺟَو ﱠﺰَﻋ ُﻪﻠﻟا ُﻢُﻛَﺮَﻣَا
“Müsəlmanların öz aralarında xoş münasibətlərin 
qurulması üçün çalışmaları, məhəbbətlə davranmaları, 
möhtaclarla mehriban dolanmaları, bir-birlərinə qarşı 
səmimi olmaları lazımdır ki, Allah-Taalanın (Quranda) 
“Bir-birlərinə qarşı mehribandırlar!” – buyruğunu 
qazana bilsinlər.”
2
9.  İslam dostluq, məhəbbət, ictimai həmkarlıq və 
bərabərliyi yalnız bir vəzifə hesab etmir və onların 
gerçəkliyi üçün də  tədbirlər nəzərdə tutur. Bir tərəfdən 
qeybət, xəbərçilik, qürur, haqqı geri almaqda qarşı tərəfi 
sıxıntıya salmaq, bədbinlik, insanları pis ləqəblərlə 
1 . “Vəsailüş-şiə”, Hürr Amuli, 8-ci cild, səh.586, hədis: 8.
2 . Yenə orada, səh.552, hədis: 2.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə