Айятуллащ ял-цзма Мякарим Ширази 101
düzgün bir nəticə çıxarana qədər pis fikrə düşmə.”
1
Demək, insanın ixtiyarından kənar məsələlər
qəlbə nagahan daxil ola bilir və lakin sabit və davamlı
bədbinlik isə ixtiyar üzündəndir. Bu məna ayə və
rəvayətlərlə də zahirən tam uyğun gəlir. Amma onların
zahirinə zidd çıxmağın heç bir dəlili yoxdur. İmam
Sadiqin (ə) Məhəmməd ibn Fəzilə “Kəzzib səm`əkə və
bəsərəkə ən əxikə!” (Müsəlman qardaşına qarşı gözünü
və qulağını təkzib et!) – buyruğu da bu məsələni, yəni
doğru ehtimallara əsaslanmağı və zehnə gələn ilkin
düşüncələri aradan qaldırmağı bir daha təsdiq edir.
Bədbinliyin müalicəsi
Bədbinlik haram edilərkən onun dərman və
müalicəsi yolları da müəyyənləşdirilib. Dəfələrlə
bildirdiyimiz kimi, ruhi-psixoloji, cismi və əxlaqi
xəstəliklərin müalicəsini onların yaranma səbəblərində
axtarmaq lazımdır. Bədbinliyin amilləri ilə bağlı
bəhsləri nəzərə alaraq belə nəticəyə gəlirik:
1. Bədbinliyi aradan qaldırmaq üçün əvvəl
özümüzü islah etməliyik. Özünüislah zamanı insanda
başqalarına qarşı pis fikirlər elə də rahat baş qaldıra
bilmir. Bir də ki, heç vaxt başqalarını özümüz kimi fərz
etməməliyik. Çox vaxt ola bilər ki, ətrafımızda olanlar
bizdən üstün olsunlar. Bəşərdə olan zati müqayisə
hissinin (özünübəyənmə) əsla elmi və məntiqdə rolu
olmadığından belə hallarda onun əsasında hökm kəsə
bilmərik.
2. Bədbinliyə səbəb olan mühiti və ətrafımızı
təmizləməli, şər və pis adamlarla yoldaşlığı tərk
1 . “Kafi”, 2-ci cild, səh.362.
102 Яхлаг сайясиндя саьлам щяйат
etməliyik. Belə rabitələrin zərərlərindən əlavə,
insanlara qarşı fikirləri qaranlıqlaşdırmaqda, onları
tamamilə səhv tanımaqda rolu az deyildir. Bu
səhv təsəvvürlər əxlaqi-mənəvi zərbələrilə bərabər
bizi (bədbinlik üzündən) böyük şəxslərin fikir və
əxlaqi dəyərlərindən də məhrum edir. Bu baxımdan
uşaqlıqdan qalan əyri mühitin təsirlərini sağlam
mühitlə əvəz etmək, kortəbii yaranan təlqinləri aradan
qaldırmaq üçün əməlisaleh insanların tərcümeyi-halı
ilə maraqlanmalı, yaxşı adamlarla oturub-durmaqla
fikirlərimizdən təmizləməliyik. Burada xüsusilə böyük
və misilsiz tarixi şəxsiyyətlərin tərcümeyi-halını
mütaliə etməyimiz daha məqsədəuyğundur.
3. Bədbinliyin fərdi-ictimai zərərlərini, özümüzə
və cəmiyyətə dəyən böyük zərbələrini daim nəzərə
almalı, keçən bəhslərlə bağlı ətraflı düşünməliyik.
Bilməliyik ki, bədbinliyin aldadıcı “intiqam”, yaxud
“xudbinlik” halları bizim hisslərimizi müvəqqəti
aram və rahat edirsə, onun əvəzedilməz zərərləri ilə
müqayisəedilməzdir.
4. Əgər bədbinliyimizin səbəbləri başqalarının
kin-küdurəti, xudbinliyi, pis əməllərini yozmaq kimi
əxlaqi pozuntularıdırsa, o zaman psixoloji təhlillərlə bu
amilləri cilovlamalı, onları zehnin yatmış mərhələsindən
agah və oyaq mərhələsinə yönəltməliyik. Bu proses
əxlaqi pozuntuların müalicəsində yüksək əhəmiyyət
daşıyır. İnsanın rəftar və fikirlərində ciddi təsir buraxa
bilən zehnin yatmış mərhələsində baş verən təbii hisslər
psixoloji təhlillərlə agah mərhələyə yönəldikdə, insanın
əhval-ruhiyyəsində müsbət təsir qoya bilir. Elə ona görə
bu məsələyə müasir psixologiyada yüksək əhəmiyyət
Айятуллащ ял-цзма Мякарим Ширази 103
verilir.
Diqqət
Nəhayət, deməliyik ki, bədbinlik yalnız bir halda
– insanların çoxunun azğın və yaşadıqları mühitin
pozğun olduğu təqdirdə məntiqli yönə malik ola
bilər. Belə mühitdə şübhəli kəslərə ehtimallar üzrə
xoşbin olmaq çətindir. Çünki məlum olmayan hər
kəsin əyri yolda və günahkar olması ehtimalı çoxdur.
Lakin diqqət etmək lazımdır ki, insan həmin mühitdə
də tam ehtiyatlı olaraq həqiqi mənada bədbinlik
yaradan baxışlardan qorunmalıdır. Yəni lazımınca
ehtiyatı gözlədiyi halda, zahirən ilk baxışda bədbinlik
və etimadsızlıq doğuran qarşı tərəfin rəftarlarına tez
reaksiya verməməlidir. Bəs, nəzərdən qaçırmamalıyıq
ki, həmin cəmiyyətdə əməlisaleh şəxslər də ola bilər.
Demək, bu ümumi qayda pozğun mühitin cəmiyyətin
əksəriyyətini əhatə etdiyi təqdirdədir. Bundan digər
hallarda isə kamil “hüsn-zənn”ə (xoşbinliyə) əməl
olunmalıdır. İmam Əlidən (ə) nəql olunan bir hədisdə
belə buyurulur:
َرِﺮَﻏ ْﺪَﻘَﻓ ٍﻞُﺟَﺮِﺑ ﱠﻦﱠﻈﻟا ٌﻞُﺟَر َﻦ َﺴْﺣَﺎَﻓ ِنﺎﻣﱠﺰﻟا َﲆَﻋ ُدﺎﺴَﻔْﻟا َﱃْﻮَﺘْﺳا اذِا
“Fitnə-fəsad müəyyən bir əsrə hakim kəsildikdə, insanların
bir-birlərinə “hüsn-zənn”i, şübhəsiz, aldanışdır.”
1
1 . “Biharul-ənvar”, 75-ci cild, səh.197, hədis: 18.
104 Яхлаг сайясиндя саьлам щяйат
ƏXLAQ SAYƏSİNDƏ
SAĞLAM CƏMİYYƏT
Əxlaqi normalarsız sağlam cəmiyyətdən
söz gedə bilməz!
Bildiyimiz kimi, insan ictimai həyat tərzi keçirir
və şübhəsiz, “icma” onların tərəqqi və ya irticasında
mühüm rol oynayır. Sosioloqlara görə, cəmiyyətdən
kənar düşən insan hər şeyi – elmi, şəfqəti, ruhi
təkamülü, hətta danışığını və s. – əldən verir. Buna
müəyyən səbəblər üzündən “meşə” kimi vəhşi mühitə
düşən və yırtıcı heyvanların ətrafında yaşayan insanı
misal göstərirlər. Tarixdə belə həyat tərzi keçirənlər
az olmayıb. Belələri dildən, insani düşüncə və bəşəri
səciyyələrdən uzaq ikən rəftar və davranışları da eynilə
vəhşi heyvan kimi olur. Səhralıqda və ya köçəri həyat
sürən, kiçik qəbilə formalarında yaşayanların vəziyyəti
məlum olduqdan sonra cəmiyyətdən ayrı düşən fərdin
taleyi aydındır! Bu və bu kimi digər faktlar sosioloqların
“Cəmiyyət fərddən irəlidir!” – ideyasını çox gözəl
təsdiq edir. Əlbəttə, fərd “bir canlı” kimi cəmiyyətdən
əvvəl təsəvvür olunsa da, lakin bir “insan” kimi ondan
geridir. Bu baxımdan ictimai əlaqələr genişləndikcə,
Dostları ilə paylaş: |