Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə26/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   105
sivilizasiya da – hər hansı yöndə – tərəqqi edir.
Çağdaş dünyamızda insanların bir-biri ilə geniş 
əlaqələrinə şərait yaradan vəsaitlər müasir sivilizasiyanı 
doğruldan əsas amillərdəndir. Bu bizə dünya ölkələri 
arasında sivil səviyyələri ayırd etməyə imkan verir.
İnsanın ictimai həyatındakı məziyyətləri
Məlum olduğu kimi, ictimai həyat tərzi təkcə 
insana xas deyil. Bal arısı  və qarışqa kimi kütləvi 
formada yaşayan həşəratlar və ya quşlar, yaxud bir 
sıra heyvanlar da ictimai həyat tərzi keçirirlər. Bəzən 
onların arasındakı bir çox qanunauyğunluqlar hətta 
insanların ictimai həyatını da ötüb-keçir. Məsələn, bal 
arılarının yuvasında hətta bir işsizin, yaxud birinin ac 
qalması mümkün deyil. Halbuki bunu dünyanın  ən 
mütərəqqi və inkişaf etmiş ölkələrində görə bilərik. 
Onların arasındakı hər işin bölünmə və qazanc tərzinin 
qəribəlikləri insani mühitlərdə müşahidə olunmur. 
Bununla belə, onların ictimai yaşayışında iki əsas cəhət 
var ki, onları bəşərin ictimai həyatından ayırır:
1. Heyvanlarda kütləvi yaşayış nə qədər biçimli olsa 
da, belə yaşayış tərzi yalnız yuva, azuqə yığımı, törəmə 
və bu kimi ölçülərlə  məhdudlaşır. Halbuki insanın 
ictimai həyatı daha əhatəli, bəlkə də naməhduddur.
2. Heyvanların ictimai həyatında heç bir dəyişiklik 
baş vermir. Başqa sözlə, onlarda tərəqqi, keçmiş nəsillə 
yeni nəsil arasında fərq olmur. Məsələn, bugünkü bal 
arılarının yuvası  kəşflərdən məlum olan neçə milyon 
il əvvəlki bal arılarının yuvasından fərqlənmir. Bu onu 
göstərir ki, neçə milyon il keçsə  də, onlarda yaşayış 
tərzi  əsla dəyişilmir! Amma bəzən bir əsr və yaxud 


106                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
ondan da az müddət ərzində insanın ictimai həyatında 
böyük dəyişikliklər baş verir. Demək, insanın ictimai 
həyatını başqa canlılardan ayıran bu iki fərq  əsaslı 
yönə malikdir.
Bir sözlə, insanın  fikri,  əməli-əxlaqi, iqtisadi-
texnoloji və s. yönlərdə  təkamül və  tərəqqisi 
qarşılıqlı ünsiyyətsiz mümkün deyil. İctimai həyatsız 
mədəniyyət, insanlıq, sivilizasiya və digər səciyyələr 
heç bir məna daşımır.
Cəmiyyəti formalaşdıran amil
Sosioloqlar insanın ictimai həyatı seçməsi, onun 
birgə yaşayışının nisbətən ağır  şərt və qanunları ilə 
razılaşması haqda müxtəlif  fikirlər yürütmüşlər ki, 
burada onların bir neçəsini qeyd edirik:
1.  Bəzilərinin nəzərinə görə, insanda fitri bağlılıq 
hissi onu instinkt olaraq ictimai həyata cəlb edir.
2.  Bəziləri isə insanın ictimai həyata yönəlməsini 
təbii amillərdən (zəlzələ, sel, yırtıcı heyvanlardan) 
qorxu hissi ilə əlaqələndirirlər.
3.  Bəziləri də insanın vücudundan qaynaqlanan 
“qarşılıqlı faydalanma” hissini əsas faktor hesab 
edirlər.
4.  Bəziləri də ki, mövcud ictimai həyatı  tədrici 
yaranan adət-ənənə və qayda-qanunların məcmusunun 
məhsulu kimi qiymətləndirirlər.
5. Bəziləri də insanların bir-birinə ehtiyacı və onun 
birgə təmini məsələsini ictimai həyatın amili bilir.
6.  Bəziləri isə ictimai həyatın ailə ocaqlarının 
təşkili və tədricən nəsil artımı nəticəsində yarandığını 
deyirlər.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   107
7. Nəhayət, bir qrup da belə fikir yürüdürlər ki, neçə 
tarixi dövrü keçirən bəşərin ictimai həyata rəğbətini 
kəşf etmək mümkün deyil. Çünki əsrlər keçdikcə, bir 
çox həqiqətlərin üzü örtülmüş və bu haqda mühakimə 
yürütmək üçün əldə dəqiq faktlar yoxdur.
Sonuncu  fikrin digər nəzərlərlə müqayisədə 
həqiqətə daha yaxın və keçmişdə insanı ictimai həyata 
yönəldən  əsas amil haqda hökm verməyin çətin 
olduğuna baxmayaraq, sözsüz, bu gün ictimai həyatın 
davamını çox güman ki, insanın “təkamülə  rəğbəti”, 
“ehtiyacların təmini” və “onların təklikdə qeyri-
mümkünlüyü” kimi məsələlərlə əlaqələndirmək olar.
İzah:  İnsanın məişət, geyim, ərzaq və  dərmanı 
kimi cismi, təlim-tərbiyəsi, zövqü-estetik hissləri 
və tükənməyən arzu-istəkləri kimi ruhi duyğu və 
ehtiyaclarının təmini bir fərdin  əlindən gələ bilməz. 
Bu çox çeşidli ehtiyacların hər birini, məxsusən, hər 
şeyi asanlıqla bəyənməyən insanın zövqünə uyğun 
hazırlamaq üçün ayrı-ayrı mütəxəssis fərd və qrup 
lazımdır. Həm də ki, heyvanlardan fərqli insana 
xas rifah və ideal həyata rəğbət hissi onu ictimai 
həyata sövq edir. Bu məqsədin gerçəkləşməsi ayrı-
ayrı düşüncələrin, istedad və qüvvələrin həmkarlığı 
nəticəsində mümkündür. Bu iki faktor insanı ictimai 
həyata rəğbətləndirən ən mühüm amildir.
Birgə yaşayışda dəyər
İctimai hüquq baxımından insanların qanun 
qarşısında bərabərliyi məsələsi onların eyni dəyərə 
malik olduqları ilə deyil, həqiqətdə nizam-intizamı 
qorumaq,  ədalətə riayət,  şəxsi mənafenin qarşısını 


108                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
almaq, bəşəri istismarla mübarizə  və s. üçündür. 
Yoxsa, insanların ictimai dəyər və bacarıqları arasında 
fərq olduqca çoxdur. Məsələn, zəhmətkeş, ləyaqətli və 
xeyirxah alimin dəyəri savadsız və  fitnəkar bir kəslə 
eyni deyil. Lakin ictimai hüquq bərabərliyində insanlar 
arasında fərq qoyularsa, onun fəsad və zərərləri ictimai 
dəyərləri gözləməkdən artıq olar. İslamda insanların 
ictimai dəyərləri xalqın onlardan aldığı  bəhrə ilə 
ölçülür. Peyğəmbəri-Əkrəm (s) buyurur:
ِسﺎّﻨﻠِﻟ ْﻢُﻬُﻌَﻔْﻧَا  ِسﺎّﻨﻟا ُ ْيرَﺧ
“Camaata  ən çox fayda və xeyir verən insanların  ən 
yaxşısıdır!”
1
İslam və ictimai məsələlər
Şübhəsiz, heç bir din İslam qədər fərdi və ictimai 
ölçüləri möhtərəm saymayıb. Bu onu göstərir ki, 
insanın təkamülü, istedadlarının çiçəklənməsi onun 
ali məqsədidir.  İslam nöqteyi-nəzərindən ictimai 
məsələlərin  əhəmiyyətini dərk etmək üçün aşağıdakı 
göstərişlərə nəzər salmaq kifayətdir:
1.  İslamın bünövrə göstərişləri içərisində elə  fərdi 
göstəriş yoxdur ki, ictimai əhəmiyyət daşımasın. Onlar 
“ibadətlər”, “alış-verişlər” və “siyasətlər”dən ibarət 
İslam  fiqhi və hüquqlarını  təşkil edir. Əksəriyyəti 
özünə həsr edən ikinci və üçüncü qisimlərin ictimailiyi 
bəllidir. Məxluqla Xaliq arasında əlaqə yaradan birinci 
qismə də ictimai əhval-ruhiyyə hakimdir.
İslamda ibadətlərin mühüm bir hissəsini təşkil 
edən gündəlik vacib əməllər ictimai reallıqlarla elə 
1 . “Nəhcül-fəsahə”, səh.315.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə