Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə28/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   113
səsləmək, zarafatda ifrata varmaq və s. kimi təfriqə, nifaq 
və ayrılıq salan amilləri qadağan edirsə, digər tərəfdən 
isə salam vermək, görüşmək, “sileyi-rəhm” (qohumlara 
yaxşılıq), yaxşı güman, dostluq münasibətlərini 
bildirmək, bir-birlərinin heysiyyətini müdafiə etmək, 
iki nəfərin arasında sülh yaratmaq, bir-birinin hacət və 
istəklərini yerinə yetirmək və bu kimi ülfət, məhəbbət 
və qarşılıqlı etimadı möhkəmləndirən amilləri tərifləyir, 
insanların ictimai rabitələrinin mehr-məhəbbət üzərində 
qurulmasını istəyir və bu məsələyə yüksək  əhəmiyyət 
verərək onları  həyatın zəruri dayaqları hesab edir. 
Peyğəmbəri-Əkrəm (s) buyurur:
 ِءماْﻟا  َﱃِا ُنمآﱠﻈﻟا  ُﺐْﻠَﻘْﻟا ُﻦُﻜ ْﺴَﻳ ماَﻛ ِﻦِﻣْﺆُﻤْﻟا  َﱃِا ُﻦُﻜ ْﺴَﻴَﻟ َﻦِﻣْﺆُﻤْﻟا ﱠنِا
ِدِرﺎﺒْﻟا
“Susuzlar sərin su ilə rahatlaşdıqları kimi, möminlər də 
əlaqə saxladıqda dincəlirlər!”
1
Bu ibarədən, yeri gəlmişkən, bəşərin ictimai həyata 
ehtiyacının təbii-fitriliyi, birgə  həyatın zəruriliyi başa 
düşülür.
10. Diqqəti cəlb edən məsələ odur ki, İslamda 
ictimai  əlaqələrə  əsla hədd qoyulmur və onların 
daha da möhkəm və yaxınlığı irəli sürülür. Məsələn, 
buyurulur ki, möminlər arasında mənəvi bağlılıq hətta 
onların cisminə belə  təsir göstərməlidir! Peyğəmbəri-
Əkrəm (s) buyurur:
 اذِا ِ ْينَﻨِﻣْﺆُﻤْﻟا ﱠنِاَو ﻻَا ...ِنﺎيمِ ْﻻا  ِﺐَﺒَﺳ  ِﻢَﻈْﻋَا ْﻦِﻣ ِﻦِﻣْﺆُﻤْﻟا ﱠدُو ﱠنِاَو ﻻَا
1 . “Biharul-ənvar”, 74-cü cild, səh.280.


114                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
 كىَﺘ ْﺷا اَذِا ِﺪِﺣاﻮْﻟا ِﺪ َﺴَﺠْﻟﺎَﻛ ﺎﻧﺎﻛ ِﻪﻠﻟا  ِﰲ ﺎﻴَﻓﺎﺼَﺗَو  ﱠﻞَﺟَو ﱠﺰَﻋ ِﻪﻠﻟا  ِﰲ ﺎّﺑﺎﺤَﺗ
ِﻊ ِﺿْﻮَﻤْﻟا  َﻚِﻟاذ َﻢَﻟَا ُﺮَﺧ ْﻵا َﺪَﺟَو ًﺎﻌ ِﺿْﻮَﻣ ِهِﺪ َﺴَﺟ ْﻦِﻣ ماُﻫُﺪَﺣَا
“Agah olun ki, mömini sevmək imanın  ən böyük 
səbəblərindən biridir!... Agah olun ki, Allaha xatir bir-birinə 
məhəbbət bəsləyən iki mömin bir bədənə çevrilir! Belə ki, 
əgər biri bədəninin bir hissəsində narahatlıq keçirsə, digəri 
də həmin ağrını hiss edər!”
1
Bu hədisdən başa düşülür ki, möminlər arasında 
dostluq möhkəm olmalı, bədənləri bir bədən kimi 
sayılmalı, biri öz əzalarında narahatlıq hiss etdikdə, o 
biri də bunu öz bədənində hiss etməlidir. Yəni onlar 
mənən bir-birinə elə bağlanmalıdırlar ki, bir ruh, bir 
bədənə çevrilsinlər. (Necə ki, Peyğəmbərin (s) bəzi 
səhabələri belə idi.)
Bu məsələni iki izahla belə aydınlaşdırmaq olar:
Birincisi: Ruhun bədənlə  əlaqəsi hədsiz dərəcədə 
yaxın olduğundan ruhi narahatlıqlar cismə  dərin 
təsir göstərir. Müasir psixoloqların nəzərinə görə, 
cismi xəstəliklərin çoxu, məsələn, hər hansı üzvün 
öz fəaliyyətini itirməsi, yaxud bədənə bir mikrobun 
keçməsi kimi amillərin səbəbi sırf ruhi-psixoloji 
sarsıntılardan doğur.
İkincisi:  Müasir elm isbat edir ki, iki nəfər arasında 
fikri mübadilə uzaq fasilədən də mümkün işdir. Belə 
ki, onlar xüsusi ruhi saziş  və yaxud ardıcıl məşqlər 
nəticəsində heç bir vasitə olmadan bir-biri ilə  fikri  əlaqə 
yarada və öz fikirlərini digərinə ötürə bilirlər. Bu məsələ 
“telepatiya” adlanır. Demək,  fikri  əlaqələr vasitəsilə bir 
şəxsin narahatlığı digərinə  də keçə bilir və o biri şəxsin 
1 . “Biharul-ənvar”, 74-cü cild, səh.281.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   115
də həmin narahatlığı öz bədənində hiss etməsi mümkün 
məsələdir.
11.  İslam göstəriş verir ki, insanlar cəmiyyətdən 
ayrılmasınlar.  Əmirəlmöminin  Əli (ə) ixtilaf və  təfriqə 
salan “xəvaric” qrupunun fikirlərini məhkum edərək 
belə buyurur:
 ﱠنِﺎَﻓ َﺔَﻗْﺮُﻔْﻟاَو ْﻢُﻛﺎّﻳِاَو ِﺔَﻋماَﺠْﻟا َﻊَﻣ ِﻪﻠﻟاَﺪَﻳ ﱠنِﺎَﻓ َﻢَﻈْﻋَ ْﻻا َداﻮ ﱠﺴﻟا اﻮُﻣَﺰْﻟاَو
 َﻢﱢﻜُﺣ ﺎ ﱠنمِاَو ... ِﺐِﺋﱢﺬﻠِﻟ  ِﻢَﻨَﻐْﻟا َﻦِﻣ ﱠذﺎ ّﺸﻟا ﱠنَا ماَﻛ ِنﺎﻄْﻴ ّﺸﻠِﻟ  ِسﺎّﻨﻟا َﻦِﻣ ﱠذﺎ ّﺸﻟا
 ُعماِﺘْﺟِ ْﻻا  ُﻩُؤﺎﻴْﺣِاَو ،ُنآﺮُﻘْﻟا  َتﺎﻣأ ﺎﻣ ﺎﺘﻴِ ُيم َو ُنآﺮُﻘْﻟا ﺎَﻴْﺣَا ﺎﻣ ﺎﻴِﻴْﺤُﻴِﻟ ِنماَﻜَﺤْﻟا
ُﻪْﻨَﻋ  ُقا ِﱰْﻓِ ْﻻا ُﻪُﺘَﺗﺎﻣِاَو ِﻪْﻴَﻠَﻋ
“Həmişə (haqqın tərəfini saxlamaq üçün) cəmiyyətə 
bağlanın ki, Allahın  əli cəmiyyətlədir.  İxtilaf və ayrılıqdan 
çəkinin ki, tək qalan qoyun qurda yem olduğu kimi, 
camaatdan ayrılan kəs də  şeytana qismət olar... Və o iki 
nəfərə də ona görə hökm kəsmə ixtiyarı verilmişdi ki, onlar 
Quranın diriltdiyini diriltməli, öldürdüyünü (məhkum 
etdiyini) də  dəfn etməliydilər. Diriltmək dedikdə, birlik, 
öldürmək dedikdə isə ayrılıq nəzərdə tutulur.”
1
Tarixə  əsasən, həmişə kiçik tayfa və  qəbilələr 
mədəni baxımdan geri qalmış, böyük sivilizasiyalar 
isə böyük cəmiyyətlərdə görünmüşdür.  İmam  Əli 
(ə) da burada cəmiyyətin  əhəmiyyətini nəzərə alaraq 
Allahın  əlinin onun üzərində olduğuna toxunur. 
Bunun  əksinə olaraq isə  cəmiyyətdən uzaq düşənlər 
də  şeytanın ovuna tuş  gəlir və ilahi himayədən 
məhrum qalırlar. Sözün davamında buyurulan 
bənzətmələr göstərir ki, cəmiyyətin problemlərinin 
1 . “Nəhcül-bəlağə”, xütbə: 127.


116                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
həlli və qurdların caynaqlarından xilas olmaq yalnız 
kütləvi formada mümkündür. Demək, cəmiyyətin 
birliyi və fərdlərin sıx əlaqələri onları hər hansı hadisə 
və  çətinliklər müqabilində davamlı  və qalib edəcək. 
Daha sonra buyurulur ki, Quranı diriltmək vəhdət 
və birlik yaratmaq, cəmiyyətin  ətrafına toplaşmaq, 
onu öldürmək isə  cəmiyyətdən ayrılmaq, təfriqə  və 
ixtilaflardır.
İslamın cəmiyyətə böyük əhəmiyyət verməsini 
aşağıdakı iki məsələ ilə də başa düşmək olar:
1. İslam baxımından camaat namazının əhəmiyyəti 
və savabı namazda iştirak edənlərin sayı ilə əlaqədardır. 
Məsələn, məscidlərin savabına gəldikdə, bazar əhli 
üçün tikilən və ya müəyyən bir tayfa və  məntəqənin 
məscidlərindən tutmuş,  şəhərin böyük məscidlərinə 
qədər və  nəhayət, bütün müsəlmanlara məxsus  ən 
böyük ibadət mərkəzi sayılan “Məscidül-Həram”ın 
(Kəbə evi) ictimai mövqeyinə görə özünəməxsusdur.
2.  İslam nəsil və  cəmiyyətin artımını  bəyənir. 
Məsələn, Peyğəmbəri-Əkrəm (s) bir hədisdə buyurur:
ًاﺪَﻏ َﻢَﻣُ ْﻻا ُﻢُﻜِﺑ ٌﺮِﺛﺎﻜُﻣ  ﱢنيِﺎَﻓ َﺪَﻟَﻮْﻟا اﻮُﺒُﻠْﻃُا
“Övlad istəyin ki, mən qiyamət günü sizin çoxluğunuzla 
öyünəcəyəm!”
1
Burada diqqət yetirmək lazımdır ki, bir sıra hallarda 
cəmiyyətin çoxluğu azuqə  və  məişət problemlərini 
doğura bilər. Lakin müvəqqəti çətinliklər cəmiyyətə 
mənsub olan fayda və  dəyərləri itirə bilməz.  Əlbəttə, 
belə hallarla yeraltı  və yerüstü sərvətlərə malik 
olmayan xalqlar üzləşir.
1 . “Vəsailüş-şiə”, 14-cü cild, səh.3, hədis: 6.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə