Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə31/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   27   28   29   30   31   32   33   34   ...   42

126                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
Birinciyə, yəni hamının xeyrinə olan həmkarlığa 
qoşulmaq asan olduğu təqdirdə, lakin ikinciyə, yəni 
hər kəsə uyğun fərqli tələblərə dözmək isə çətindir.
İzah:  Bəşəriyyətin birgə icması mümkün olduğu 
təqdirdə,  əksər problemləri tezliklə  həlli yolunu 
tapacaq və burada anlaşılmaz bir şey yoxdur. Amma 
əvvəlki vəziyyət davam etdiyi surətdə isə daim onların 
canlı, maddi və iqtisadi imkanlarının mühüm hissəsi 
hədər olacaqdır. Belə  məqsədlər uğrunda dövlətlərin 
sərf etdiyi qüvvə  və büdcələr bəzən onların illik 
gəlirinin yarısından çoxunu təşkil edir. Müasir dövrdə 
qərblə şərq arasında gedən rəqabətin önündə nə kimi 
qüvvələrin qərar tutduğunu bilmək üçün aşağıdakılara 
nəzər salmalıyıq:
Geniş miqyasda hərbi qüvvələr, xarici kəşfiyyat 
və informasiya büroları  və onlara tabe olan orqanlar, 
gömrük dairələri, dövlət sərhədləri qoşunları  və 
qaçaqmalla mübarizə  təşkilatları, hərbi sənayenin 
inkişafı və s. Məlumdur ki, onlara zərurət yaranmadan 
təşkilinə də heç bir ehtiyac olmayacaq.
Hazırda dünyanın əksər ölkələri dövlət büdcəsinin 
yarısını  hərbi sənayenin inkişafı, xarici kəşfiyyat və 
dövlətin təhlükəsizliyinə  xərc edir. Hələ bu ölçülər 
dünyada müharibə baş vermədiyi surətdədir. Amma 
kiçik və ya böyük miqyaslarda (daxili və dünya 
müharibələri nəticəsində) dövlətlərə  dəyən zərərlərin 
bərpasına xərclənən büdcələr insanı doğrudan da 
heyrətləndirir.
Bütün bunlara görə, nə böyük məbləğlərdə canlı 
və maddi enerjinin sərf olunduğu bəşəriyyəti bir-
birindən ayırmaqdan başqa bir səmərəsi olmur! Bu, 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   127
eynilə iki ticarət mərkəzinin öz sərmayəsinin 50%-ni 
bir-birinin  əleyhinə  təbliğata xərcləməsinə  bənzəyir. 
Amma bəşəriyyətin deyilən istiqamətdə  vəhdətindən 
sonra onların asudə yaşayış  və rifahı artacaq və bu 
ideal həyatı təsəvvür etdikdən sonra vəhdət və birliyin 
əhəmiyyəti öz yerini tapacaqdır.
Bununla belə,  şübhəsiz, xalq və millətlər 
xüsusiyyətləri və adət-ənənələrinə görə  fərqlənirlər. 
Məsələn, zövq və  səliqədə, təfəkkür tərzində, 
istiqanlılıq və ya sərtlikdə, mötədillik və ya tez hissə 
qapılmada, batini hisslərini izhar edib-etməməkdə, 
mod və  təmtərağa  fikir verib-verməməkdə, hətta 
peşələrə meyillərinə qədər təfavütlər görünür.
Müəyyən təlqin və  təlim-tərbiyə insanların inam, 
düşüncə, duyğu və istəklərində nisbi normallıq 
yaratmaq mümkün olsa da, yuxarıda qeyd edilən 
fərqləri nə inkar etmək, nə  də tamamilə aradan 
qaldırmaq olar. Dünyada fizioloji baxımdan bir şəxsin 
bütün ölçülərdə eyni oxşarı mövcud olmadığı kimi, 
onun ruhi, fikri və s. xüsusiyyətlərində  də  bənzərini 
tapmaq olmaz. Sözsüz, əhval-ruhiyyələr, qərizələr 
və duyğular arasındakı  fərqlər bədən quruluşuna 
nisbətən çoxdur. Çünki insanın batini və ruhu hələ də 
anlaşılmazdır. Ümumdünya icmasında sülh və yekdil 
həmkarlıqla yaşamaq istəyənlər dünyagörüşündə o 
qədər yüksəlməlidirlər ki, fikri-ruhi və mənəvi-əxlaqi 
fərqləri dərk etdikdən sonra onları  nəzərə ala bilsin, 
müştərək hədəflərdən kənar məsələlərdə fikir ayrılığı 
zamanı hər kəsə xas mənafeni düzgün qiymətləndirsin 
və heç vaxt birinin digərinə tabe olmasına və yaxud 
şəxsi  fikirlərini ona qəbul etdirməyə çalışmasınlar. 


128                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
Güzəşt, fədakarlıq, alicənablıq, yüksək baxış, səbir 
və mülayimlik elə ölçülərdir ki, hamının belə  fərqli 
cəhətləri qavrayıb, nəzərə almağa qabiliyyəti çatmalıdır. 
Bu həqiqəti dərk edib, onunla tam razılaşmadan iki 
nəfərin uzunmüddətli həmkarlığı qeyri-mümkündür. 
Məlum fərqləri nəzərə alıb, razılaşmaq üçün hər 
kəsdə yüksək dünyagörüşü və  mənəvi hazırlıq tələb 
olunur ki, bu da tərbiyə  və  nəfsin saflaşdırılması ilə 
mümkündür.
İslam və vahid dünya icması
İslam ilkin zamandan vahid dünya icmasının 
qurulması üçün təkliflər verib:
1. İslam tayfa və qəbilə quruluşunun tam iqtidarla 
hökm sürdüyü (hətta o zamanın  şəhərlərinin belə 
qəbilə-tayfa prinsiplərinə tabe olduğu) bir dövrdə 
vücuda gəldiyi surətdə, həmin hakim rejimi tamamilə 
ictimai durumdan kənarlaşdıraraq dəyər və qiymətdən 
salır. Məsələn, tayfa və irqçiliyi aradan qaldırmaq üçün 
onlara başa salınır ki, əgər dərindən fikirləşsəniz, hamı 
bir kişi və qadından yaranıb. Bu məsələyə Qurani-
Kərimdə belə toxunulur:
{ ٌﻰَﺜﻧُأَو ٍﺮَﻛَذ ﻦﱢﻣ ﻢُﻛﺎَﻨْﻘَﻠَﺧ ﺎﱠﻧِإ  ُسﺎﱠﻨﻟا ﺎَﻬﱡﻳَأ ﺎَﻳ}
“Ey insanlar! Biz sizi bir kişi və bir qadından 
yaratdıq!”
1
Beləliklə, “insani qardaşlığı” “tayfaçılıq qardaşlığı” 
ilə, “bəşəri qanı” isə “tayfaçılıq qanı” ilə  əvəz etmək 
lazımdır.
Yaxud onları başqa bir məntiqlə başa salaraq deyir 
1 . “Hücurat” surəsi, ayə 13.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   129
ki, əsil-nəsəbi qorumaq, tayfa və qəbiləyə, keçmiş ata-
babalara mənsubiyyəti qorumaq yaxşı bir iş olsa da
onlarla fəxr etmək yox, bir-birlərini tanımaq məqsədi 
güdülməlidir.
Şübhəsiz, kütlələr arasında fərdi hüquqların 
qorunması üçün onların bir-birindən ayırd edilib 
tanınmasını  tələb edir ki, hər kəsin mənsub olduğu 
ata-babası, qəbilə  və tayfası ilə müəyyənləşdirmək 
olar və bundan doğru yol yoxdur. Demək, əsil-nəsəbin 
qorunması fəxr yox, yalnız bir-birlərini tanımaq üçün 
lazımdır. Qurani-Kərimdə bu haqda buyurulur:
{اﻮُﻓَرﺎَﻌَﺘِﻟ  َﻞِﺋﺎَﺒَﻗَو ﺎًﺑﻮُﻌُﺷ ْﻢُﻛﺎَﻨْﻠَﻌَﺟَو}
“Biz sizi bir-birinizi ayırd edib tanımaq üçün 
müxtəlif qəbilə və tayfalara ayırdıq!”
1
Bir çox ayələrdə vurğulanır ki, insanı Allah-
Taalanın dərgahında ucaldan və  dəyərləndirən ruhi-
mənəvi səciyyələri – təqva və  pəhrizkarlıqlarıdır. Bu 
isə heç vaxt irsən keçmir. Başqa sözlə, hətta müsbət irsi 
xüsusiyyətlər belə qeyri-ixtiyari olduğundan insana 
ucalıq və  şəxsiyyət qazandırmır. Qurani-Kərimdə 
Allah-Taalanın dərgahında uca və  əziz olanlar belə 
tanıtdırılır:
{ْﻢُﻛﺎَﻘْﺗَأ ِﻪﱠﻠﻟا َﺪﻨِﻋ ْﻢُﻜَﻣَﺮْﻛَأ ﱠنِإ}
“Həqiqətən, sizlərdən Allahın yanında  ən  əziz 
olanınız təqvalılarınızdır!”
2
Demək,  İslamda tayfapərəstliyə  və ondan doğan 
ixtilaf və təfriqələrə yer yoxdur.
1 . “Hücurat” surəsi, ayə 13.
2 . Yenə orada.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə