Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə25/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

52 

 

məqsədləri  ilə  hesablaşmadan  zorakılıq  edirlər.  Uşaqlarına  vəsiyyət  edəcəklər  ki, 



insanlıq yaşadıqca hər yerdə hər zaman onların babalarına qarşı edilən bu zorakılıq 

barədə  danışsınlar  və  özünü  respublika  hökümətinin  nümayəndəsi  hesab  edən 

Xatisov  bu  zorakılıqla  razılaşmamalı  və  bizim  əraziyə  daxil  olmamalı  idi”

117


.  Bu 

bəyənatlardan  sonra  binanın  qarşısında  yığılanlar  Xatisovun  sözlərini  sonadək 

dinləmədən nümayişkaranə çıxıb getdilər. 

Elə  həmin  gün  Xatisov  geriyə,  İrəvana  qayıtdı,  Naxçıvanda  isə  general-

qubernator kimi qatı daşnak Varşamyan qaldı. 

Polkovnik  Kuquşevə  və  digər  könüllü  zabitlərə  bir  həftə  ərzində 

Naxçıvanı  tərk  etmək  əmri  verilmişdi.  Bu  barədə  1919-cu  il  mayın  16-da 

Azərbaycanın  İrəvandakı  nümayəndəsi  Təkinski  Azərbaycan  hökümətinə  xəbər 

verirdi: “İngilislərin əmri ilə bizim zabitlər Naxçıvanı tərk etdilər”

118


Bununla yanaşı daşnaklar hiyləgər siyasət yeridərək azərbaycanlı və kürd 

qarşıdurması  yaratmağa  çalışdılar,  kürdlərin  bir  hissəsi  ermənilərə  bunda  kömək 

edirdi. Məsələn, İrəvan quberniyası və Qars vilayəti kürdlərinə başçılıq edən nəslə 

mənsub Həsən bəy Şəmsəddini ermənilər Kağızman qəzasına rəis təyin etmişdilər. 

Bununla  əlaqədar  Milli  Şuranın  sədri  Azərbaycan  Respublikası  Xarici 

İşlər Naziri  M.Y Cəfərova məlumat verirdi: “Baxmayaraq ki, hazırda Naxçıvanda 

erməni  mülki  qubernatoru  və  general-qubernatoru  vardır,  biz  hamımız,  Naxçıvan 

rayonunun  sakinləri  öz  təşkilatlarımızı  dağıtmamışıq  və  ingilislərin  buradan 

getməsini  və  Zəngəzur  qəzasının  Azərbaycan  qoşunları  tərəfindən  tutulmasını 

gözləyirik.  Azərbaycan  bu  qəzanı  ələ  keçirən  kimi  biz  onlarla  birləşib  elə  həmin 

gün ermənilərə təklif edəcəyik ki, öz avadanlıqlarını bizim (...) yığışdırsınlar, əgər 

biz buna sülh ilə nail olmasaq, silaha əl atacağıq, çünki biz özümüzü Azərbaycanın 

ayrılmaz  hissəsi  hesab  edirik  və  əminik  ki,  hər  hansı  səbəbdən  hərbi  qüvvə  ilə 

kömək edə bilməsədə, heç olmasa top, tüfəng və patronla Azərbaycan bizə kömək 

edəcəkdir.  Və  hətta  Azərbaycan  bundan  imtina  etsə,  biz  bu  yolda  canımızdan 

keçəsi olsaq belə, müqəddəs vədimizi yerinə yetirəcəyik”

119


Bununla eyni vaxtda Naxçıvan şəhərini və ona  yaxın rayonların sakinləri 

ingilig  general-qubernatoru  və  erməni  hökümətinə  etiraz  göndərdilər.  Bu  barədə 

M.  Y.  Cəfərova  məlumat  verilmişdir:  “Bizim  ümidimiz  sizədir,  acizanə  xahiş 

edirik,  bizim  etirazlarımızın  sürətini  alan  kimi  hər  yerdə  və  bütn  qəzetlərdə 

yazasınız  və  dünyanın  bütün  hökümətlərinə  çatdırasınız.  Siz  elə  fikirləşməyin  ki, 

biz erməni  hökümətinə tabe olacağıq. Biz,  müsəlmanlar indiyə qədər Bakı, Tiflis, 

Azərbaycana dörd nümayəndə göndərmişik. Bu etirazın sürətini bir neçə gün əvvəl 

İrəvandakı Azərbaycan konsuluna göndərmişik ki, Sizə çatdırsın”

120


 . 

                                                           

117

 Azərbaycan Respublikası SPİH MDA, f. 277, siy. 2, iş 57, v. 15 arx. 16. 



118

 Azərbaycan Respublikası SPİH MDA, f. 277, siy. 2, iş 57, v. 18. 

119

 Yenə orada, v. 16. 



120

 Azərbaycan Respublikası SPİH MDA, f. 277, siy. 2, iş 57, v. 13. 




53 

 

Etirazda  deyilirdi:  “Bizə  qarşı  anadangəlmə  nifrəti  və  şovinizmi 



ucbatından  son  iki  ildə  gözlərimiz  qarşısında  sistematik  sürətdə  və  insafsızcasına 

qardaşlarımızı,  qadın  və  uşaqlarımızı  döyməklə,  yüzlərlə  kəndi  yandırmaq,  atəşə 

tutmaqla  və  əmlakını  talan  etməklə  məşğul  olan  xalq  bizi  özünə  yaxınlaşdırmağa 

və ədalətli hakim hüququ ilə idarə etməyə qadir deyildir. 

Mədəni 

cəhətdən 



ermənilər 

Sizin 


hökümət 

səviyyəsindəki 

mədəniyyətədək  inkişaf  etməmişdir  ki,  ədalət  və  bərabərlik  prinsipləri  əsasında 

maneəsiz  bizi  idarə  etsinlər  və  burada  bizim  mənafeyimiz  təxminən  onlarınkı  ilə 

eyni olsun. 

Öz  müstəqilliklərini  elan  etdikləri  gündən  indiyədək  ancaq  erməni 

əhalisinin  yaşadığı  ərazilərində  möhkəm  və  sarsılmaz  hakimiyyət  qura  bilməmiş, 

Ermənistan  Respublikasını  bürümüş  anarxiyanı  dəf  etməyi  bacarmamışlar.  Bəs 

onlar müxtəlif, amma psixoloji cəhətdən bərabər millətləri necə idarə edə bilərlər? 

Razılaşın ki, məlum ermənilərə tabe olmaqla biz təkcə özümüzü yox, həm 

də  ömrü  boyu  bizə  lənətlər  oxuyacaq  nəslimizi  alçaldılmağa  və  təhqirə  məruz 

qoyuruq  və  buna  görə  də  əlahəzrət  general  Devinin  bizim  Naxçıvan,  Şərur  və 

Vedibasar  rayonlarımızın  müvəqqəyti  də  olda  erməni  hökümətinin  idarəsinə 

verməsinə  biz  Allah  tərəfindən  bütün  diyarın  əhalisinə  bəxş  edilmiş  azadlıq,  arzu 

və meyllər üzərində zorakılıq faktı kimi baxırıq. 

Bu  barədə  bəyanat  verərək  əlavə  edirik  ki,  ingilis  hakimiyyətinə  qarşı 

çıxmaq  fikrimiz  yoxdur,  çıxmayacağıq  və  çıxa  da  bilmərik,  lakin  bütün 

varlığımızla,  son  nəfəsədək  hamımız  bu  cür  zorakılığa  qarşı  öz  etirazlarımızı 

bildiririk”

121


Naxçıvanlılar yazırdılar: “Əlahəzrət, özünüz idarə edin, bizim də, sizin də 

tanıdığımız,  bizə  nifrət  edən  ermənilərin  əlinə  verməyin,  bizə  qarşı  anadangəlmə 

nifrətləri ucbatından onlar bizi intiqam almadan idarə edə bilməzlər”

122



1919-cu il mayın 15-də Naxçıvan Müsəlman Milli Şurası etirazı məktubla 



birgə  Ermənistan  Respublikasının  baş  naziri  Xatisova  göndərdi.  Məktubda 

deyilirdi:  “Müttəfiq  dövlətlərin  yol  verdiyi  bu  zorakılıqla  siz  gərək 

razılaşmayaydınız...  və  sülh  konfransı  qurtarana  qədər  bizim  rayona  daxil 

olmayaydınız...”

123

.  Naxçıvanlılar  xahiş  edirdilər  ki,  rayonun  inzibati  idarəsini 



onlara  tapşırsınlar,  inandırırdılar  ki,  millətlərarası  komitə  yaradacaqlar  və  bu 

komitə birgə idarəetməni həyata keçirəcəkdir. 

Naxçıvan  əhalisinin    Q.  Xatisova  başqa  bir  etirazında,  bu  etirazı 

imzalayanların yeddi səhifədən ibarət siyahısı da buraya əlavə edilmişdi, deyilirdi: 

“Biz Naxçıvan rayonunun müsəlmanları cənab ingilis generalı Devinin Naxçıvan, 

Şərur  –  Ordubad  rayonlarının  müvəqqəti  olaraq  Ermənistan  Respublikasının 

                                                           

121


 Yenə orada, v. 12. 

122


 Görünür, etiraz ingilis general-qubernatoru deviyə verilmişdi. 

123


 Azərbaycan Respublikası SPİH MDA, f. 277, siy. 2, iş 57, v. 14. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə