Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

48 

 

Naxçıvan  general-qubernatoru  Şərurdan  Ermənistana  min  pud  taxıl  buraxılması 



haqqında məsələyə iki dəfə toxunmuşdu

106


Naxçıvandakı    Amerika  nümayəndələri  isə  bu  dövrdə  ancaq  xeyriyyə 

fəaliyyəti ilə məşğul idilər. Amerika missiyası Naxçıvanda 200 uşaq üçün nəzərdə 

tutulan yetimlər evi, 50 yerlik xəstəxana açmışdı və “gələcəkdə Naxçıvanda zavod 

və fabriklər açmağa”

107


 səy göstərəcəyini elan edirdi. 

1919-cu  ilin  mart-aprelində  ADR  höküməti  Araz-Türk  Respublikasına 

kömək  göstərilməsində  bir  sıra  addımlar  atdı.  Regional  əlaqəni  yaxşılaşdırmaq 

üçün  Ağdam  –  Karyagin  (Füzuli)  –  Naxçıvan  poçt-teleqraf  xəttinin  qaydaya 

salınması  və  mühafizə  edilməsinə  diqqət  artırıldı.  Bu  haqda  Azərbaycan  poçt-

teleqraf  dairəsinin  müdiri  Sirotkinin  Gəncə  general-qubernatoru    İ.  Vəkilova 

göndərdiyi  məktub  xəbər  verir.  O,  məktubda  xahiş  edirdi  ki,  əlaqənin  bu 

hissəsindəki poçt-teleqraf idarələrinə silahlı mühafizə dəstələri verilsin

108



1919-cu  il  martın  3-də  Azərbaycan  Respublikasının  ticarət  və  sənaye 



naziri    M.  Əsədullayev  ADR    Nazirlər  Şurasına  məktubla  müraciət  edərək 

Naxçıvan  bölgəsinin  neft  məhsulları  ilə  təmin  edilməsini  əsaslandırdı.  O,  İrəvan 

quberniyasının  bir  hissəsinin  və  Naxçıvanın  ADR  ərazisi  kimi  tanınması  ilə 

əlaqədar  bunu  dövlət  zərurəti  hesab  edirdi.  “Bununla  bərabər  nazirlik  belə  bir 

vəziyyətlə  hesablaşmaya  bilməz  ki,  Cənub-şərqi  Azərbaycana  dəmir  yolu 

Ermənistan  Respublikasının  ərazisindən  keçir.  Bu  respublika  ilə  Azərbaycan 

Respublikasının  ticarət  müqaviləsi  yoxdur,  buna  görə  də  göstərilən  neft 

məhsullarının  yad  ərazidə  müsadirəsinə  yol  verməmək  üçün  Ticarət  və  Sənaye 

Nazirliyi öz ərazisinə, yəni Naxçıvana yük göndərməkdə çətinlik çəkir. Bununla da 

Cənub-Şərqi  Azərbaycanın,  Həmçinin  Azərbayvan  Respublikasının  dostu  Qars 

vilayətinin əhalisi neft aclığı çəkir”

109


M.  Əsədullayev  vəsadət  qaldırdı  ki,  Azərbaycan  höküməti  Naxçıvan  və 

Ermənistan  hüdudlarında  azərbaycanlılar  yaşayan  yerlərlə  mal  mübadiləsi 

prinsipindən  imtina  etsin,  çünki  bu  mal  mübadiləsi  respublikaya  xüsusi  mənfəət 

gətirmir, lakin həmvətənlərin mənafeyinə toxunur. 

1918-ci  ilin  martında  “Araz  respublikaları  dəstələrinin  rəisi  Bəhram  xan 

Naxçıvanskinin başçılığı ilə Araz-Türk Respublikasının nümayəndə heyəti Bakıya 

göndərilmişdi.  Görkəmli  Azərbaycan  dramaturqu  Hüseyn  Cavid  də  nümayəndə 

heyətinin  tərkibində  idi.  Araz-Türk  Respublikasının  nümayəndə  heyəti    F.  X. 

Xoyski  və  Tomsonla,  o  cümlədən  Naxçıvan  məsələsinin  Paris  sülh  konfransında 

müzakirəsinin mümkünlüyü haqqında danışıqlarda iştirak etdi. Danışıqlardan sonra 

Azərbaycan höküməti Araz-Türk Respublikasına polkovnik Kuquşevin başçılığı ilə 

daha  10  zabit  göndərdi.  Buraya  gələn  həmin  zabitlər  hərbi  hissələrdə  əsgərləri 

                                                           

106

 Azərbaycan Respublikası MDƏYTA, f. 894, siy. 10, iş 178, v. 1 – 10. 



107

 Yenə orada, siy, 2, iş 81, v. 11. 

108

 Azərbaycan Respublikası MDƏYTA, f. 894, siy, 4, iş 65, v. 6. 



109

 Yenə orada, siy 1, iş 175, v. 2. 




49 

 

öyrədir,  kəşfiyyat  işində,  sərhəd  xətlərinin  möhkəmləndirilməsində  iştirak  edir, 



kəndlərə gedərək  Naxçıvanın demokratik Azərbaycan hökümətinin hakimiyyətinə 

verilməsi üçün təbliğat aparırdılar

110

 . 


Bəhram xandan Araz-Türk Respublikasındakı vəziyyət haqqında qiymətli 

məlumat  alan  Azərbaycan  höküməti  Naxçıvan,  Şərur,  Sürməli,  Vedibasar  və 

Milistan bölgələrində Teymur bəy Makinski,  R. İsmayılov və doktor Qənizadədən 

ibarət nümayəndə heyəti göndərmək qərarına gəldi. Hökümət nümayəndə heyəti ilə 

birgə  bu  bölgələrin  müsəlman  əhalisinin  nümayəndələri  də  (Bağır  Rzayev, 

Məhərrəm Əliyev, Əliəşrəf Kazımov,  Hüseyn Cavid, Əsəd Manafov, Bəhram xan 

və Əziz xan Naxçıvanskilər) qayıtdılar. 

Nümayəndə heyətinin məqsədi İrəvan quberniyasının erməni qoşunlarının 

təcavüzündən  ziyan  çəkmiş  qaçqınlar  və  şəxslərin  ehtiyacı  üçün  hökümət 

tərəfindən ayrılmış bir milyon manat pulu oraya çatdırmaq, qaçqınların vəziyyətini 

ətraflı  öyrənmək,  “onlara  yardım  etmək  üçün  görüləcək  tədbirlərin”  xarakterini 

müəyyən etmək idi. 

Erməni  quldur  dəstələrinin  silahlı  hücumlarının  arası  kəsilmədiyi  bir 

vaxtda  nümayəndə heyətinin səfəri təhlükəli tədbir idi. Buna görə də  Azərbaycan 

Respublikası  Nazirlər  Şurasının  sədri  Fətəli  xan  Xoyski  müttəfiq  qoşunlarının 

Tiflisdəki komandanı general Tomsona (3 aprel 1919-cu il) yardım üçün müraciət 

etməli  oldu.  Xoyski  generaldan  xahiş  edirdi  ki,  nümayəndə  heyəti  ingilis 

əsgərlərindən ibarət mühafizə və yerlərdə kömək göstərilməsi üçün məltubla təmin 

olunsun

111


ADR sədr-nazirinin bu və  ya  digər  müraciətlərinə Tomson cavab verirdi: 

“Göstərilən  rayonlar  Britaniya  qubernatorunun  idarəsi  altındadır,  həm  də  bu 

nümayəndə heyətinin hər hansə xeyir gətirəcəyi gözlənilmir”

112

. Tomson məlumat 



verir  ki,  ADR  nümayəndə  heyətinə  kömək  göstərmək  mümkün  deyildir.  Eyni 

zamanda  ingilislər  Araz-Türk  Respublikasına  münasibətdə  öz  niyyətləri  haqqında 

da  informasiya  verirdilər.  İlk  növbədə  onlar  “erməni  qaçqınlarını”  Naxçıvan, 

İrəvan,  Kağızman,  Olt  və  digər  bölgələrə  qaytarmaq  istəyirdilər.  Bundan  sonra 

ingilislər Naxçıvan və Kağızman rayonlarının inzibati idarəsini “doktor Sultanovun 

Qarabağ  general-qubernatoru  vəzifəsini  yerinə  yetirdiyi  şərtlərin  tam  eyni  olan 

şərtlərlə”  Ermənistan  Respublikasına  verməyi  nəzərdə  tuturdular.  Bu  əməliyyatın 

yerinə  yetirilməsi  Culfadan  Olta  qədər  cənub  sərhədinin  komandanı  olan  briqada 

generalı Deviyə həvalə edilmişdi. 

Lakin deyilənlərin sadəcə niyyət olaraq qaldığını yox, həyata keçirildiyini 

göstərən  tarixi  sənədlər  vardır.  Belə  ki,  Araz-Türk  Respublikasının  sərhəddində 

duran  daçnak  quldur  dəstəsinin  rəisinin  Ermənistan  Respublikası  daxili  işlər 

                                                           

110


 Q. Mədətov. Göstərilən əsəri, s. 59. 

111


 Azərbaycan Respublikası SPİH MDA, f. 277, siy, 2, iş 57, v. 5. 

112


 Yenə orada, iş 18, v. 8. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə