Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

46 

 

bütün  dünyanın  silahı  yerə  qoyduğu  bir  vaxtda  ancaq  müsəlmanlar  yaşayan 



torpaqların onlar tərəfindən tutulması”

101


Diyarın  demək  olar  ki,  bütün  dünyadan  təcrid  edilən,  üç  tərəfdən  də 

ermənilərlə  mühasirəyə  alınan,  Azərbaycan  Respublikasının  yardımına  ümidini 

itirmiş  müsəlmanlar xarici aləmlə  əlaqəni ancaq İran  vasitəsilə  saxlaya  bilərdilər. 

Təbiidir  ki,  bu  şəraitdə  İrana  birləşmək  az  ziyanlı  iş  hesab  edilirdi  və  bu  meyl 

getdikcə  artırdı.  “Hazırda  erməni  zorakılığına  və  ümumiyyətlə,  qarışıqlığa  son 

qoymuş  ingilis  qüvvələrinin  gəlməsi  ilə  əlaqədar  biz  Azərbaycan  Respublikası 

höküməti  ilə  əlaqə  saxlaya  bilmişik.  Bu  hökümət  bizi  və  bizim  diyarı  öz 

respublikasının  ayrılmaz  hissəsi  hesab  edir.  Və  biz  mənəvi  cəhətdən  birinci 

qərarımızı  dəyişməyə  borcluyuq,  çünki  Zaqafqaziyanın  digər  quberniyaları  kimi 

İrəvan  quberniyasının  da  müsəlmanlarını  Azərbaycan  Respublikası  ilə  təbiət  və 

həyat  özü  birləşdirir:  həyat  tərzi,  ədəbiyyat,  dil,  el  adətləri,  mədəniyyət...  bütün 

bunlar burada da, orada da eynidir. Hələ müharibəyə qədər də Bakı və Yelizavetpol 

bizim  mədəniyyətimizin,  təfəkkürümüzün  mərkəzi  hesab  olunurdu  və  demək  olar 

ki, Zaqafqaziyadakı müsəlman kütlələrinin başında dururdular”. 

Yuxarıda  deyilənləri,  həmçinin  üstündən  sükutla  keçməli  olduğumuz  bir 

çox mətləbləri nəzərə alaraq Sizin general-qubernatorluğun ərazisinin idarə heyəti 

Sürməli və İrəvan, Eçmiədzin qəzalarının müsəlman hissələrinin nümayəndələri ilə 

birlikdə bu il  fevralın 25-də qərara aldılar: “İndi  yaşayan  və gələcəkdə  yaşayacaq 

nəsillərimizin səadəti naminə Azərbaycan Respublikasına birləşmək”

102



Erməni  nizami  qoşununun  hücumu  ilə  əlaqədar  Naxçıvan,  Şərur  və 



Ordubadın  əhalisinin  xeyli  hissəsi  Tiflisdə  çıxılmaz  vəziyyətə  düşdülər.  Bunların 

əsas hissəsini Türkiyə ilə olan razılığa əsasən təhsil almaq üçün, o cümlədən hərbi 

zabit  məktəblərində  oxumaq  üçün  İstanbula  göndərilmiş  tələbə  və  şagirdlər  təşkil 

edirdi.  Onlar  hamısı  Tiflisdə  vəsaitsiz  qalmışdılar,  doğma  yerlərə  də  qayıtmağa 

qorxurdular. 

Cəfərqulu  xan  1919-cu  il  martın  14-də  Gürcüstan  höküməti  yanında 

Azərbaycan  Respublikasının  nümayəndəsi  Məmməd  Yusif  Cəfərova  yazırdı: 

“Bizim  diyarın  rəsmi  olaraq  Azərbaycan  Respublikasına  birləşməsi  mənə  haqq 

verir ki, respublikamızın nümayəndəsi kimi Sizdən xahiş edim yuxarıda adı çəkilən 

şəxslərin  vəziyyətini  başa  düşərək,  əlbəttə,  ingilislərin  arasından  keçən  yolu 

təhlükəsizləşdirdikdən  sonra  vətənə  göndərəsininz;  Sizin  vəsadətinizlə  ingilislər 

onları  elə  öz  əsgərləri  tərəfindən  qorunan  qatarla  buraya  gətirə  bilərlər.  İngilis 

zabitləri  vasitəsilə  mən  Sizə  naxçıvanlıların  adına  yazılmış  məktublar  olan  zərf 

göndərir  və  xahiş  edirəm  ki,  bu  məktubların  lazımi  adamlara  çatdırılması  üçün 

                                                           

101


 Azərbaycan Respublikası SPİH MDA, f.277, siy, 2, iş 57, v. 2. 

102


 Yenə oarada, v. 2 arx. 


47 

 

göstəriş  verəsiniz;  icazə  verin  narahat  etdiyim  üçün  Sizə  ürəkdən  minnətdarlıq 



edim”

103


Cəfərqulu  xan    M.Y.  Cəfərova  şikayət  edirdi  ki,  hazırda  Naxçıvan  və 

Şərur qəzalarında toplanan İrəvan quberniyası müsəlmanlarını Allah da, daha yaxşı 

şəraitdə  yaşayan  və  görünür  ki,  bizdə  burada  soyuqdan, aclıqdan  qorunmaq üçün 

heç bir köməyi olmadığından həlak olan minlərlə adamların ölümündən narahatlıq 

keçirməyən  qardaşlar  –  müsəlmanlar  da  unutmuşlar.  Sayı  artıq  100  minə  çatan 

bədbəxt  qaçqınların  vəziyyətinin  insanı  sarsıdan  və  ürək  parçalayan  səhnəsi  və 

şəkli  heç  bir  təsvirə  gəlmir.  Əgər  Azərbaycan  hökümətinə  də  olmasa,  biz  kimə 

müraciət etməliyik... Çox hörmətli Məmməd Yusif, Sizi əmin edirəm ki, əgər yaxın 

vaxtlarda sizin köməyininz gəlməsə və Azərbaycan höküməti bizim diyara xüsusi 

diqqət yetirməsə yaxın gələcəkdə burada bir müsəlman belə qalmayacaqdır. Bizim 

vəziyyətimizi başa düşməkdən imtina edəcəyinizi bilirəm və xahiş etməyi özümün 

birinci  dərəcəli  vəzifəsi  hesab  edirəm.  Hökümətimizə  xəbər  verin  ki,  diyarımız 

üçün mənəvi və maddi yardım göstərmək zəruridir. Ehtiyaclarımız haqqında ətraflı 

məlumay nümayəndələr vasitəsilə hökümətə çatdırılmışdır

104


.   

Əlbəttə,  Naxçıvan  mütasərrafının  gileyləri  başa  düşülürdü,  bu  gileylər 

sona  qədər  əsaslı  deyildi.  Azərbaycan  höküməti  xalqının  ermənilərin  sakitləşmək 

bilməyən  ekspansiya  və  şovinizminin  qurbanı  olmuş  hissəsinə  yardım  göstərmək 

üçün mümkün olanı edirdi. Lakin Azərbaycanın bütün cəhdləri ermənilərin və bir 

sıra Qərb ölkələrinin simasında onların tərəfdarlarının müqavimətinə rast gəlirdi. 

1919-cu il  fevralında  naxçıvana  kapitan  Lautonun  missiyası gəldi, bunun 

əsas  məqsədi  Araz-Türk  Respublikasının  ermənilərlə  apardığı  sülh  danışıqların  a 

mane  olmaq  idi.  Lauton  respublika  əhakisinə  müraciət  edərək  bildirdi  ki,  İrəvan 

qəzasının  cənub  sərhədlərindən  Culfayadək  olan  ərazidə  Azərbaycan  inzibati 

idarələri  təşkil  ediləcəkdir.  Lakin  artıq  martın  əvvəlində  Lauton  Cəfərqulu  xana 

məlumat verirdi ki, “Araz vadiləri qanunçuluğu və nizam-intizamı bərqərar etmək 

üçün  müvəqqəti  olaraq  Britaniya  hökümətinin  idarəsi  altına  götürülür.  Britaniya 

qoşun dəstələri Davalı, Naxçıvan, Culfa və Şahtaxtıda duracaqlar. Göstərilən ərazi 

ilə  bağlı  bütün  məsələlər  Britaniya  höküməti  tərəfindən  həll  ediləcəkdir  və  hamı 

sözsüz  olaraq  onun  qərarlarına  tabe  olmalıdır”

105

.  Belə  qərarlar  Britaniya  işğal 



idarələrinin  ərazisinin  Ermənistana  verilməsinə  hazırlıq  görmək  arzusundan  irəli 

gəlirdi. 

İngilislər  dəmir  yolu,  telefon-teleqraf    xətləri  üzrə  nəzarət  edirdilər  və 

Araz-Türk  Respublikası  əhalisindən  vergi  toplanması  hüququnu  öz  əllərinə 

keçirmişdilər.  Respublika  sakinləri  daşnak  hökümətinə  buğda  və  digər  ərzaqları 

satmalı  idilər.  Diqqəti  cəlb  edən  faktdır  ki,  Mir  Abbas  Bağırovla  söhbəti  zamanı 

                                                           

103


 Azərbaycan Respublikası SPİH MDA, f. 277, siy, 2, iş 57, v. 3. 

104


 Yenə orada, v. 4. 

105


 Q. Mədətov. Göstərilən əsəri, s. 57. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə