Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

42 

 

Bütün  bu  hadisələrin  nəticəsində  Əmir  bəy  höküməti  süquta  uğradı, 



Naxçıvanda Cəfərqulu xan, Kəlbalı xan və Kərim xan başda olmaqla yeni hökümət 

təşkil  edildi

92

 .  Bu  hökümət  demokratik  prinsipləri  bir  kənara  ataraq  iri  feodal 



əyanlarını  müdafiə  edən  kəskin  mövqe  tutdu.  Kəlbalı  xan  respublika  silahlı 

dəstələrinin  komandanı  oldu.  Hakimiyyət  başına  gələn  Cəfərqulu  xan  öz 

nümayəndələrini  Təbrizə,  fars  olan  vəliəhd  şahzadənin  yanına  göndərərək 

Naxçıvanın  İrana  birləşdirilməsini  rəsmi  sürətdə  xahiş  etdi.  Şahzadə  bu  haqda 

Tehrana  məlumat  verdi,  lakin  eyni  zamanda  iki  şahzadə  və  iki  ermənidən  ibarət 

nümayəndə heyətinin İrəvana səfərini təşkil etdi ki, erməni hökümətinin mövqeyini 

müəyyənləşdirsin. 

Son  vaxtlara  qədər  ta  Culfayadək  olan  bütün  ərazini  özlərininki  hesab 

edən 

ermənilər 



Gürcüstan 

Respublikası 

ilə 

müharibədən, 



Şərurdakı 

məğlubiyyətdən  və  Naxçıvanda  ingilis  general-qubernatorluğu  elan  edildikdən 

sonra  demək  olar  ki,  buna  razı  idilər.  Lakin  hələ  ki,  ingilislər  Naxçıvanda  idilər, 

onun İrana verilməsi haqda  söhbət də ola bilməzdi. 

Naxçıvanda  demokratik  qüvvələrin  məğlubiyyəti  ADR  dövlətini  ciddi 

sürətdə narahat edirdi. 1919-cu il yanvarın axırlarında yerli əhalinin ehtiyacları ilə 

tanış  olmaq  məqsədilə  o,  İrəvan  quberniyası  müsəlmanlarının  həmyerlilər 

cəmiyyətinin  nümayəndəsi  Mirabbas  Mirbağırovu  Araz-Türk  Respublikasına 

göndərdi.  ADR  Hərbi  Nazirliyinin  Araz-Türk  Respublikasına  kömək  üçün 

göndərilən  12  zabiti  də  (onların  tərkibində  yəqin  ki,  polkovnik  Kuquşov  da) 

Gəncədə Mirbağırova qoşuldular

93



Sonralar  Mirbağırov  yazırdı  ki,  Arazı  keçdikdən  sonra  əhalinin  onları 

qarçılamağa  gələn  nümayəndələrini  və  hazırlanmış  atları  gördülər.  Ordubadda 

ADR elçilərini ruh yüksəkliyi ilə qarşıladı, onlar burada öz səfərlərinin məqsədləri 

və  ADR-in  yaranma  tarixi  haqqında  məlumat  verdilər.  Mirbağırov  xəbər  verir  ki, 

Ordubad  Milli  Şura,  İcra  Komitəsi  və  “Naxçıvandan  təyin  edilmiş”

94

 komendant 



tərəfindən  idarə  edilir.  Milli  Şura  Ordubad  qəzasının  Azərbaycana  birləşmək 

arzusu  haqqında  protokolu  Mirbağırova  təqdim  etdi.  Beş  gündən  sonra  ADR 

elçiləri  Culfaya,  oradan  da  qatarla  Naxçıvana  yola  düşdülər.  Bakıdan 

Naxçıvanadək olan yola 24 gün vaxt sərf olundu. 

ADR elçiləri Naxçıvanda da təntənə ilə qarşılandılar. Bağırov respublika 

rəhbərliyinə  məlumat  verdi  ki,  Azərbaycan  höküməti  naxçıvanlılara  kömək 

göstərməyə  hazırdır.  Bu  məqsədlə  də  Azərbaycan  höküməti  buraya  bir  milyon 

manat  pul  göndərmişdir,  pulu  gətirən  Paşa  Bayramov  və  Yusif  bəy  Qazıyev 

müvəqqəti olaraq Tiflisdə ləngimişlər. 

                                                           

92

 Azərbaycan Respublikası MDƏYTA, f. 894, siy. 2, iş 95, v. 9 – 10. 



93

 Yenə orada, iş 81, v. 8. 

94

 Azərbaycan Respublikası MDƏYTA, f. 894, siy, 10, iş 178, v. 2. 




43 

 

Fevralın  22-də  Bağırov  və  zabitlər  ingilis  general-qubernatorunun 



qəbulunda  oldular,  Cəfərqulu  xan  da  oğlu  ilə  burada  idi.  General-qubernator  elan 

etdi  ki,  bu  ərazi  hələ  ki,  Azərbaycanın  bir  hissəsi  deyildir  və  “məlum  deyil  ki, 

kimin olacaq”. Onun dediyinə görə Azərbaycan hökümətinin öz adamlarını ingilis 

general-qubernatorluğuna  göndərmək  hüququ  yox  idi,  lakin  gələnləri  öz  qonağı 

hesab edir. 

O  vaxt  ingilis  general-qubernatoru  Cəfərqulu  xana  təklif  etmişdi  ki,  iki 

məsələni  həll  etsin:  birincisi,  Osmanlı  imperiyasının  ərazisindən  köçürülmüş 

ermənilərin  yenidən  Naxçıvana  və  kəndlərinə  qayıtmasına  icazə  verilsin.  İkincisi, 

daşnak  Ermənistanı  üçün  Şərurdan  min  pud  buğda  buraxılsın.  ADR  elçiləri  ilə 

məsləhətləşdikdən  sonra  Cəfərqulu  xan  cavab  verdi    ki,  birinci  məsələ  mühacirət 

məsələsi  kimi  Paris  sülh  konfransında  həll  olunana  qədər  təxirə  salınmalıdır; 

“buğdanı isə yerli əhalinin ehtiyacı olduğu şəkər və neftə dəyişmək olar”

95



1919-cu il fevralın 23-də Azərbaycan nümayəndəsi və zabitləri Araz-Türk 



Respublikası  hökümət  üzvlərinin  iştirakı  ilə  məsciddə  keçirilən  iclasda  oldular. 

İclas  keçirilən  yerə  çoxlu  adam  toplanmışdı  və  onlar  ADR  nümayəndələrini  gur 

alqışlarla  qarşılayıb  yekdilliklə  Azərbaycanın  tərkibində  olmaq  arzularını 

bildirdilər.  Yenidən  Bakıdan  Naxçıvana  məmurlar  göndərilməsi  barədə  xahiş 

edildi. 

O  gün Naxçıvanda  daha  bir  əlamətdar hadisə  baş verdi.  Cəfərqulu xanın 

höküməti istefa  verdi,  görünür ki,  bu hökümət Azərbaycana  birləşməyin  əleyhinə 

çıxış  edirdi.  Bağırov  öz  məlumatlarında  dəfələrlə  köhnə  höküməti  –  “diktatura 

höküməti”, onun tərəfdarlarını isə  -  “diktatura tərəfdarları” adlandırmışdı

96

.  Onun 



dediyinə  görə  Naxçıvan  əsgərlərinin  ADR-ə  xüsusi  rəğbətləri  var  idi.  “Hansısa 

gizli  təşkilat  tərəfindən  küçələrdə  Azərbaycana  birləşməyi  şağıran  bəyannamələr 

yapışdırılmışdı  və  diktatura  tərəfdarlarından  kimsə  bunları  qoparmaq  istədikdə, 

əsgərlər mane oldular”

97

. Müsavat partiyasının naxçıvanlı üzvləri də Azərbaycanın 



ağuşuna qayıtmağın ardıcıl tərəfdarları kimi çıxış edirdilər. 

1919-cu  ilin  fevralın  25-də  Naxçıvan  məscidindəki  iclas  davam  edirdi. 

Əmir  bəy  Cəfərqulu  xan  höküməti  əleyhinə  çıxış  etmək  arzusunda  olan  nüfuzlu 

tərəfdarlarını ətrafına yığmağa nail olmuşdu. 

Naxçıvanda  hakimiyyətin  sonrakı  taleyi  Cəfərqulu  xanın  iqamətgahında 

da  həll  olunurdu.  İngilis  general-qubernatoru  öz  müşayiətçiləri  ilə  ADR-in 

nümayəndə  heyəti buraya  toplanmışdı.  Böyük  Britaniyanın Qafqaz xalqlarının öz 

müqəddəratını  təyin  etməsinə  münasibəti  ilə,  ingilis  hökümətinin  Azərbaycan 

hökümətini  tanıması  ilə  bağlı  məsələlərin  müzakirəsi  zamanı  ingilis  general-

qubernatoru  əmin  edirdi  ki,  o  buraya  daxili  işlərə  qarışmaq  üçün  deyil,  sakitliyi 

                                                           

95

 Azərbaycan Respublikası MDƏYTA, f. 894, siy, 2, iş 81, v. 9. 



96

 Azərbaycan Respublikası MDƏYTA, f. 894, siy, 2, iş 81, v. 9. 

97

 Yenə orada, siy. 10, iş 178, v. 8 – 9. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə