Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   35   36   37   38   39   40   41   42   43

88 

 

Lordkinanidze,  Q.Maxaradze;  Ermənistan  Respublikasından    A.  Ohacanyan,    T. 



Bekzadyan  və  S.  Xaçaturyan  iştirak  edirdilər.  Azərbaycan  nümayəndələri  təklif 

etdilər ki, təkcə Qarabağda deyil, Ordubad, Naxçıvan və Böyük Vedi rayonunda da 

hərbi  toqquşmalar  dayandırılsın.  Lakin  ermənilər  etiraz  etdilər.  Yəqin  gümane 

dirdilər  ki,  hərbi  üstünlük  onlar  tərəfdədir  və  yaxın  günlərdə  Naxçıvanı  ələ 

keçirəcəklər. Lakin onların işğalçı niyyətləri həyata keçmədi. 

Belə bir fakt işğalçının iç üzünü lap aydın göstərir: 1920-ci il martın sonu 

–  aprelin  əvvəlində  Naxçıvana  beynəlxalq  komissiya  gəldikdə  Naxçıvan 

könüllüləri hərbi əməliyyatları dayandırdılar, ermənilər isə yox. 

XI  ordu  tərəfindən  Azərbaycan  Demokratik  Respublikası  hökümətinin 

zorla  devrilməsindən  və  Azərbaycanda  sovet  hakimiyyətinin  elan  olunmasından 

istifadə  edən  daşnak  liderləri  Naxçıvanı  Azərbaycandan  qopartmaq  üçün  daha  bir 

cəhd edirlər. 1920-ci il mayın ortalarında bolşevik qoşunları tərəfindən Qarabağdan 

sıxışdırılan  Dro  və  Nceyin  quldur  dəstələri  Zəngəzura  gəlirlər.  Nizami  erməni 

qoşunlarının  hücumu  qarşısında  Kəlbəli  xanın  və  Xəlil  bəyin  dəstələri  Şahtaxtı 

stansiyasınadək geri çəkilməli olurlar. 

Amansız  döyüşlərdən sonra  erməni quldur dəstələri Şərura  daxil oldu və 

yerli  əhalini  qəddarcasına  qırdılar.  Tutduqları  ərazidə  onlar  yerli  əhaliyə  qarşı 

amansız  terrora  başladılar.  Bu  hərəkətləri  ilə  onlar  Azərbaycanın  bolşevik  işğalı 

şəraitində  özlərinin  sərsəm  planlarını  həyata  keçirmək  üçün  maksimum  üstünlük 

əldə  etmək,  vəziyyətdən  istifadə  edərək  bu  əraziləri  boşaltmaq  məqsədilə 

müsəlmanların  əksəriyyətini  qırmaq,  sonradan  buraya  erməniləri  köçürtmək 

niyyətində  idilər.  Bir  çox  Naxçıvan  kəndliləri  daşnakların  vəhşi  qırğınından 

canlarını qurtarmaq üçün İrana – Cənubi Azərbaycana qaçırdılar. 

Elə  bu  vaxt  XI  ordu  Naxçıvana  yaxınlaşırdı.  1920-ci  il  iyunun  25-də 

komandarm  Levandovski  İranla  sərhədə  çıxmaq  üçün  hazırlıq  əmri  verdi,  hərbi 

hissələr Naxçıvan – Culfa – Ordubad xəttinə çıxmalı idilər. 

Dilican istiqamətində daşnak hərbi hissələri üç polkun tərkibində hücuma 

keçib  Uzuntala,  Lalakənd,  Tatlı  və  s.  kəndləri  tutdular.  Daşnak  nizami  qoşunu 

general  Baqdasarovun  komandanlığı  altında  birləşmişdi,  onun  ştabı  Dilicanda 

yerləşirdi.  Zəngibasarı  darmadağın  etdikdən  sonra  Naxçıvana  hərəkət  etmək 

məqsədilə Davalı kəndinə irəlilədilər. 

Lakin  türk ordusu  Naxçıvan  diyarını qırğından qurtardı.  İyunun sonunda 

türklərin Bəyazid diviziyasının 9 minlik hissələri Cavid bəyin komandanlığı altında 

Naxçıvan diyarının ərazisinə daxil oldular və iyulun 2-də diviziyanın ön hissəsi (3 

min  nəfər)  Şahtaxtı  –  Naxçıvan  rayonuna  gəldi.  İyulun  7-də  XI  ordununGorus 

kəndində  yerləşən  səhra  ştabına  türk  zabitləri  gələrək  Naxçıvana  hərəkət  edən 

daşnak qoşunlarına qarşı birgə vuruşmağı təklif etdilər. 

Bu  məlumatları  alan  Levandovski  əmr  verdi:  “Türk  hərbi  hissələrinə 

münasibətdə,  ən  yaxşı  qonşuluq  münasibətləri  və  sıx  əlaqələr  saxlamaqda, 

Mərkəzdən  göstəriş  alana  qədər  Ermənistan  Respublikasına  qarşı  onlara  fəal 




89 

 

yardımdan çəkinmək lazımdır”



194

. 32-ci diviziyanın rəisi Şteyqerə Gorus rayonunu 

əldə  saxlamaq,    İrəvan  və  ...  Naxçıvan  tərəfdən  bütün  yolları  təmin  etmək  əmr 

olunmuşdu.  Yəni  özünün  strateji  vəzifəsini  yerinə  yetirən  bolşevik  rəhbərliyi 

naxçıvanlılara  kömək  etməyə  cəhd  göstərmirdi,  bunu  türk  komandanlığının 

öhdəsinə buraxmışdı. 

İyulun  sonunda  Dro  Gorus  rayonunda  avantüraya  əl  atdı.  Bazarkən  və 

Angelaaut  kəndləri  ərazisində  bolşevik  hərbi  hissələrinə  hücum  edən  daşnaklar 

müəyyən vaxt Naxçıvanla Gorusun əlaqəsini kəsdilər. Lakin tezliklə gəlib çatan XI 

ordunun  28-ci  atıcı  diviziyası  onları  bütövlüklə  darmadağın  etdi.  Həmin 

diviziyanın  rəisi  Nesterovski  öz  qoşunlarına  verdiyi  11  avqust  1920-ci  il  tarixli 

əmrində  qeyd  edirdi:  “Gorus  –  Enlelyayurd  rayonunda  məğlub  edilmiş    daşnak 

quldur  dəstələrinin  əsas  hissələri  dağıdılmışdır  və  yalnız  Dro  və  Nceyin 

dəstələrinin qalıqları Kuşibulaq rayonunda qruplaşırlar”

195



1920-ci  il  iyulun  27-də  bolşevik  süvariləri  Kotlyayev  və  Sturnovun 



komandanlığı  altında  Naxçıvana  daxil  oldular.  Naxçıvanın  bolşevik  qoşunları 

tərəfindən  tutulması  onların  Azərbaycandakı  hərbi  kompaniyasının  qanunauyğun 

nəticəsi  idi.  Qeyd  etmək  lazımdır  ki,  bu  şəhərin  tutulmasının  zəruriliyi  Hərbi-

İnqilab Şurasının XI orduya  hələ 1920-ci ilin mayında göndərilmiş əmrində qeyd 

edilmişdi.  Sonra,  iyunda  İrəvanda  RSFSR  nümayəndəsinin  daşnak  höküməti  ilə 

Ermənistan və Azərbaycan SSR arasındakı mübahisəli rayonlar haqqında apardığı 

nəticəsiz danışıqlar başa çatdı. 

İyunun 19-da G. K. Orconikidze V. İ. Lenin və G. V. Çiçerinə göndərdiyi 

teleqramda  qeyd  edirdi  ki,  “Naxçıvan  artıq  bir  neçə  aydır  ki,  üsyançı 

müsəlmanların  əlindədir.  Bütövlükdə,  məncə  Azərbaycanın  nümayəndəsini 

Moskvaya çağırmaq və onunla birlikdə Azərbaycan və Ermənistana aid mübahisəli 

məsələləri həll etmək lazımdır”

196



Öz  qoşunları  qarşısına  Naxçıvanı  və  Zəngəzuru  tutmaq  vəzifəsi  qoyan 



bolşeviklər  daşnakların  razılığını  gözləmədən  “Naxçıvanın  azad  edilməsi” 

haqqında əmr verdilər. XI ordu hissələrinə əmr verilmişdi ki, sərhədi keçmək belə 

lazım gəlsə daşnakları amansızcasına məhv etsinlər. Daşnakların Naxçıvana yürüş 

planı iflasa uğradı. 

Beləliklə,  1920-ci  il  iyulun  28-də  Naxçıvana  sovet  höküməti  gətirildi, 

lakin bu hökümət yalnız Naxçıvan şəhərində və onun ətrafında fəaliyyət göstərirdi. 

Elə  həmin  gün  tərkibinə  M.  Bəktaşov,  Q.  Səlimov,  A.  Kazımov,  F. 

Maahmudbəyov  və  Q.  Babayevin  daxil  olduğu  Naxçıvan  İnqilab  Komitəsi  sovet 

hökümətinin  qurulmasını  elan  etdi.  Naxçıvan  Azərbaycan  SSR,  onun  vasitəsilə 

                                                           

194

 Интернациональная помощь XI Армии в борьбе за победу советской власти в  Азербайджане. 



Документы и материалы, 1920 – 1921 гг. Б. 1989, с. 89 - 90 

195


 Yenə orada, s. 104 – 105. 

196


 Дж. Кулиев. Борьба коммунистической партии за осуществление ленинской политики в 

Азербайджане, Баку, 1970, с. 556 – 557. 




90 

 

RSFSR ilə  möhkəm  hərbi-iqtisadi ittifaqda olan  Sovet Sosialist  Respublikası elan 



edildi. 

1920-ci  il  avqustun  11-də  XI ordunun  28-ci  atıcı  diviziyası  Ermənistanla 

sərhəd xəttini bağladı. Daşnak quldur dəstələrinin qalıqları məhv edilirdi. 

Bununla  belə  Naxçıvanda  hələ  də  8  minə  qədər  türk  əsgəri  qalmışdı, 

inqilab  komitəsinin  tərkibində  türk  komandanlığının  nümayəndəsi  Cavid  bəy  var 

idi.  Naxçıvan  diyarının  mərkəzində  möhkəmlənən  bolşeviklər  öz  təsir  dairələrini 

genişləndirir,  eyni  zamanda  tədricən  özləribə  məxsus  cəza  tədbirləri  görürdülər. 

1920-ci  il  avqustun  sonunda  Naxçıvan  İnqilab  Komitəsinin  qərarı  ilə  Milli 

Komitənin  keçmiş  üzvləri  həbs  olunub  Bakıya  göndərildilər.  O  cümlədən 

Cəfərqulu xan və Rəhim xan Naxçıvanskilər. Rəhim xanın oğlu Təbrizdə yaşayan 

İsgəndər  xan  da  Naxçıvandan  sürgün  edildi.  Naxçıvan  diyarının  faktiki  başçısı 

Kəlbəli xan Naxçıvanski də vətəni tərk etməli oldu

197



Araz-Türk  hökümətinin  bir  çox  görkəmli  xadimləri,  yerli  inzibati 



idarələrin  məmurları  və  zabitlər  bolşevik  liderləri  tərəfindən  Naxçıvanda  cəzaya 

məruz qaldılar, məhv edildilər. 

Avqustda  bolşeviklər  daşnakları  Şahtaxtıdan,  sentyabr-oktyabrda  isə 

bütün  Ordubad  qəzasından  qovdular.  Şərur  qəzası  1920-ci  ilin  dekabrında 

bolşeviklər  tərəfindən  tutuldu.  Avqustda  İrəvanda  olan  polkovnik  Stoks  erməni 

hökümətinə bildirdi ki, Naxçıvanı bolşeviklər verməklə o böyük səhv etdi. 

Beləliklə,  1920-ci  ilin  iyul-dekabrında  bütün  Naxçıvan  diyarı  bolşeviklər 

tərəfindən  işğal  edildi  və  müvəqqəti  olaraq  sovet  respublikalarına  qeyri-müəyyən 

dövlət  suverenliyi  verildi.  Böyük  bolşevik  imperiyasının  bir  hissəsinə  çevrilən 

Naxçıvan yenidən özünün çoxəsrlik regional müstəqilliyini itirdi. Naxçıvan SSR-in 

yaranması  ilə  Naxçıvanın  əhəmiyyətli  hadisələr  və  daşnak  basqınlarına  qarşı 

qəhrəman  mübarizələrlə  zəngin  müstəqil  inkişaf  dövrünə  son  qoyuldu.  Regionun 

siyasi,  iqtisadi,  coğrafi  nadirliyi  hakimiyyətin  tez-tez  dəyişən  xarakterini,  diyarın 

statusunu şərtləndirirdi. Belə ki, hələ indiyə qədər əldə olan ədəbiyyatda Araz-Türk 

Respublikası  mövcudluğunun  xronoloji  çərçivəsinə  və  regionun  ADR-in 

tərkibindəki  statusunu  müəyyələşdirən  həmin  çərçivələrə  heç  bir  münasibət 

bildirilməmişdir. 

Bizə  elə  gəlirdi  ki,  Araz-Türk  Respublikası  –  Naxçıvan  general-

qubernatorluğu  tarixi  zəncirində  iki  anı  dəqiqləşdirmək  lazımdır.  Birincisi, 

Naxçıvanda  general-qubernatorluğun  özünün  xüsusi  statusu  var  idi.  General-

qubernator  Cəmillinskinin  hakimiyyəti  burada  məhdud  idi  və  heç  bir  vəchlə 

Qarabağ,  Qazax  və  ADR-in  digər  general-qubernatorluqlarının  səlahiyyət  və 

                                                           

197


 Əldə olan məlumatlara görə Cəfərqulu xan və Rəhim xan güllələnməmiş, Rusiya qarşısında 

xidmətləri nəzərə alınmaqla ömürlük həbsə məhkum edilmiş və Şuşa həbsxanasında mehtər işləmiş, 

1943-cü ildə elə burada acından ölmüşlər. Kəlbəli xan Cənubi Azərbaycana müraciət etmiş, sonra 

İstanbul və Tehranda yaşamış, mühacirətdə Azərbaycan milli demokratik hərəkatın xadimləri ilə 

əməkdaşlıq etmişdir (Bax: K. Rəhimov, S. Sadıxov. Göstərilən əsəri, s. 82) 



91 

 

hüquqları  ilə  müqayisə  edilə  bilməzdi.  Yerli  feodal  əyanlarının  general-



qubernatorun  hakimiyyət  və  səlahiyyətlərini  məhdudlaşdırmaq    cəhdlərinə  ADR 

höküməti  çox  zəif  reaksiya  verirdi.  Bizə  elə  gəlir  ki,  ADR  burada  formal 

nümayəndə rolunda çıxış edirdi. 

İkincisi,  Kəlbəli  xan  və  onun  tərəfdarlarının  səyləri  nəticəsində 

Naxçıvandakı  general-qubernatorluq  1920-ci  ilin  martında  faktiki  olaraq  ləğv 

edilmiş və Naxçıvan yenidən dövlət müstəqilliyi qazanmışdı. Təsadüfi deyildir ki, 

o günlərdə Naxçıvan, Şərur, Vedibasar və Ordubad rayonu nümayəndələrinin iclası 

“qəti  olaraq  ADR-ə  birləşmək”  cəhdini  ifadə  edirdi,  yəni  diyarın  Azərbaycan 

tərkibində olmasının formallığı regionun bütün əhalisi tərəfindən hiss edilirdi. 

Lakin Naxçıvan SSR-in elan olunması belə hələ bir neçə ay Ermənistanda 

hakimiyyətdə  qalan  daşnakların  diyarı  öz  xeyirləri  üçün  qoparmaq  kimi  sərsəm 

ümidlərini üzməmişdi. Regionun statusunu qəti surətdə müəyyənləşdirən hadisələr 

yaxınlaşırdı. 

 

 



 

 

 

 


92 

 

 



SÖZARDI 

 

“Hər bir adam azadlığı sevir, ancaq bir fərqlə, ədalətli 

 adam bu  azadlığı hamı üçün arzulayır, ədalətsiz adam  

isə yalnız özü üçün. 

K. Berne”. 

 

70  il  bundan  əvvəl,  demək  olar  ki,  elə  indi  də  Azərbaycanın  bütün 



ictimaiyyəti, bütün xalqı Qars və Araz-Türk Respublikasının yarnmasını görkəmli 

hadisə hesab edir, o zaman bu hökümətlərin fəaliyyətini maraq və rəğbətlə izləyir, 

bu dövlətlərin qurulmasına və daha da inkişaf etməsinə hər cür kömək göstərməyə 

çalışırdılar. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 

1919-cu  ilin  oktyabrında  yaxın  keçmişin  xarici  həyatının  mühüm  hadisələri 

haqqında  tərtib  edilmiş  informasiyasında  müsəlman  əhalinin,  o  cümlədən  Cənub-

Qərbi  Zaqafqaziyanın  vilayətlərindəki  “müsəlman  əhalinin  oyandığı”  qeyd 

edilirdi


198

. Elə həmin ilin dekabrında tərtib edilən Zaqafqaziya konfederasiyasının 

yardılması  layihəsinin  “Qafqaz  Respublikaları  arasında  ərazi  münaqişələri” 

bölməsində qeyd edilirdi ki, türk ordusunun məcburi gedişindən sonra “yerli əhali 

qalxdı və xüsusi parlament seçərək müstəqil çıxış etdi. Bu parlament Qarsda sayca 

Qafqazda  beşinci  olan  Cənub-Qərbi  Qafqaz  Respublikasının  müstəqilliyini  elan 

etdi. Azərbaycan höküməti bu respublikanın tanınmasını rəsmiləşdirməyə çalışırdı, 

lakin  əbəs  yerə.  Belə  ki,  gürcü  və  ermənilər  Qafqazın  bu  rayonunun 

müsəlmanlarının  hər  hansı  müstəqil  çıxışını  tanımaqdan  imtina  etdilər.  Bütün 

bunları türk hiyləsi hesab edən ingilis höküməti Qars parlamentinin üzvlərini həbsə 

alaraq həmin respublikanı məhv etdi...”

199


Azərbaycanın  Xarici  İşlər  Nazirliyinin  gəldiyi  bu  nəticələr  bir  sıra 

sənədlərdə  təsdiq  edilir,  bu  sənədlər  haqqındaAzərbaycan  hökumətinin  o  zaman 

heç  təsəvvürü  belə  yox  idi.  Gürcüstan  Respublikasının  baş  naziri  N.Jordaniya 

1919-cu  ilin  mayında  Britaniya  hərbi  qüvvələrinin  generalı  Uokkerlə  etdiyi 

söhbətində  bu  münasibətdə  bu  iddialarını  ona  bildirmişdi:  “...Qars  respublikasına 

münasibətdə  biz  güman  edirdik  ki,  -  buna  əsasımızda  var  idi  (?)  –  bu  respublika 

qanuni əsasla Ermənistana veriləcəkdir. Bununla belə, adını çəkdiyim ərazidə yeni 

yalançı bir dövlət yaranmışdır və bilavasitə  İngiltərənin himayəsi altında olduğunu 

açıq-aşkar elan edir. Uokker – Mən bu barədə heç nə eşitməmişəm. 

Jordaniya  –  General,  Sizə  məlumat  verməyiblər,  lakin  Gürcüstan 

hökümətində  dəqiq  sənədlər  vardır.  Biz  bu  hökümətin  başçısı  Atabəyovun 

                                                           

198


 Azərbaycan Respublikası MDƏYTA, f. 970, siy. 1, iş 144, v. 1 – 3. 

199


 Yenə orada, iş 215, v. 8 – 9 arx. 


93 

 

məktubunu  ələ  keçirmişik,  həmin  məktubda  o,  həmfikirlərinə  mənim  indi  Sizə 



dediklərimi  xəbər  verir.  Bu  qanunsuz  hökümət  nizami  qoşun  yaratmışdır,  burada 

həm  türk,  eləcə  də  rus  zabitləri  xidmət  edirlər.  Biz  məlumat  almışıq  ki,  artvinliər 

ingilis  general-qubernatorunun  təyin  etdiyi  vəzifəli  şəxsi  qəbul  etməmiş  və 

demişlər ki, dairəyə rəisi Qars höküməti göndərəcəkdir. 

Uokker  –  Siz  dünyanın  hər  yerindən  məlumat  və  teleqram  ala  bilərsiniz, 

lakin  mən  qəti  olaraq  bildirirəm  ki,  bu  yalandır”

200

.  Bəs  bu  cənabları  nə 



qorxudurdu?  Öz  müqəddəratını  təyin  etməyə  can  atan,  digər  qitədən  gələn 

gəlmələrin diqtəsi ilə, özlərini qədim və dahi cənablar adlandıran qonşuların zülmü 

altında yaşamaq istəməyən xalqın azadlıqsevərliyi, azad düşünmə qabiliyyəti! Çox 

gümün  ki,  dünya  kimi  qədim  olan  “parçala  və  hökm  et!”  ifadəsi  onların  şüuruna 

hakim kəsilmişdi. Yoxsa məşhur Lord Kerzon vəcdlə təsdiq etməzdi ki, “...Türkiyə 

müsəlmanları ilə digər Şərq ölkələrinin müsəlmanları arasında bir zolaq yaratmaq 

zəruridir; belə bir zolaq yeni erməni dövləti formasında xristian icması ola bilər”

201


Lakin hər bir ölkədə, qaragüruhçuların və cəhalətpərəstlərin sayından asılı 

olmayaraq,  ümumbəşəri  sülh  arzulayan  aydın  ağıllar  vardır.  L.  Kerzonun  bu 

“hikmətli”  sözlərinə  cavab  olaraq  oxucuya  yaxşı  məlum  olan  Lloyd  Corc  cavab 

verdi:  “...mən  belə  düşünürəmki,  “Böyük  Ermənistan”  yaradılması  Hindistan  və 

bütün  dünya  müsəlmanları  arasında  arzuolunmaz  əhval-ruhiyyə  doğuracaqdır. 

Bundan başqa bu, etnik prinsipə zidd olardı”

202


Bununla  belə  daşnak  respublikasının  cinayətkar  və  iyrənc  siyasəti 

Zaqafqaziya  xəritəsindən  gənc  suveren  respublikaların  silinməsinə  gətirib 

çıxardı.Yüksək  himayədarlarının  köməyi  ilə  respublikaları  ələ  keçirən  daşnak 

Ermənistanı  yerli  əhalini  elə  qəddarlıqla  məhv  etdi  ki,  özü  də  tarix  tərəfindən 

cəzalandırıldı. Axır ki, gec də olsa haqq öz yerini tutdu. 

Maraqlıdır  ki,  daşnaklar  öz  qorxulu  cinayətlərini  etiraf  etmədilər,  Qars 

vilayətinin  itirilməsində  Sovet  hakimiyyətini  və  Türkiyəni  təqsirləndirdilər. 

Daçnak partiyasının ideoloqu A. Arteruni 1932-ci ildə “15 il qırmızı qamçı altında” 

məqaləsində  yazırdı:  “Siyasi  nöqteyi-nəzərdən  sovet  hakimiyyəti  xalqımızı 

birləşmiş  və  müstəqil  Ermənistanın  mövcudluğunun  mümkünlüyünü  şərtləndirən 

bütün amillərdən məhrum edərək erməni məsələsinə ölümcül zərbə vurdu... Sovet 

hakimiyyəti Türkiyə ilə ittifaqda saysız qurbanlar verməkdən (qurbanlar doğrudan 

da çox verilmişdi, lakin kim vermişdi? – A. H) və fövqəlbəşər səylərdən (bu səylər 

nizami hərbi hissələrin dinc əhali əleyhinə edilən hərəkətlərinə yönəlmişdi – A.H) 

yorulmuş  erməni    xalqının  qurduğu  Ermənistan  Respublikasının  binasını  dağıtdı. 

Zəifləmiş  Ermənistanı  ələ  keçirən  sovet  hakimiyyəti  Türkiyənin  erməni  xalqına 

qarşı etdiyi ədalətsizliyi təsdiqlədi...”

203



                                                           



200

 Девториани. «Дни господства меньшевиков в Грузии» 1931, с. 52 - 54 

201

 Л. Чорч. «Правда о мирных переговорах», 1957, т. 2, с. 427. 



202

Л. Чорч


  

«Правда о мирных переговорах», 1957, т. 2, с. 438.

 

203


 “Araçe” qəzeti, 9 dekabr 1932, № 2030 


94 

 

Təəssüf  ki,  tarix  erməni  millətçilərinə  dərs  olmamışdır.  Məşhur  polyak 



tarixçi  və  hüquqşünası  Adam  Mixnik  keçmiş  sosializm  həmrəyliyi  ölkələrini 

bürümüş böhranı nəzərə  alaraq bu yaxınlarda  yazırdı: “...ötmüş dövrlərin iblisləri 

tədricən  meydana  çıxır;  yenidən  şovinizm,  populizm  və  dözülməzlik  özünü 

göstərir”.  Lakin  indiki  halda  “Böyük  Ermənistan”  ideyası  nəinki  özünü  göstərir, 

əksinə  yenidən  qüvvətlənir  və  bu  ideyanın  həyata  keçirilməsinə  cəhd  edilir.  O 

dövrdə  Qars  və  Araz-Türk  Respublikalarının  məhv  edilməsi,  qanuni  Azərbaycan 

torpaqlarının qoparılması uğrunda mübarizəsində olduğu kimi siyasi yalan, böhtan, 

ikiüzlülük,  alçaqlıq  və  məkrə  əl  atan  erməni  şovinistləri  indi  də  elə  həmin 

himayədarlarına arxalanaraq tarixin yeni birmərhələsində köhnə, naftalin iyi verən 

səbəblərdən Azərbaycanla misli görünməmiş münaqişəni genişləndirmişlər. 

Belə  bir  şəraitdə  Qars  və  Araz-Türk  Respublikalarının  tarixinin  bütün 

hadisələrini  bilməmək,  bu  respublikaların  boğulmasında  daşnak  Ermənistanın  və 

ona hər cür imkan yaradan qüvvələrin çirkin rol oynadıqlarını yadda çıxarmaq səhv 

olardı. 


Qars  və  Araz-Türk  Respublikalarının  faciəli  taleyi  ilə  bağlı  tarixi 

hadisələri  bugünkü  siyasi  çarpışmalar  prizmasından  keçirərək  təhlil  edərkən  bu 

fikrə  gəlirsən  ki,  öz  dövlətini  yaratmaq  cəhdində  ifadə  olunmuş  azadlığı  həmişə 

məhv  etmək  olar,  lakin  xalqın  nəsildən  nəslə  ötürülən  azadlıqsevər  ruhunu  heç 

vaxt! 

 

 




95 

 

Mündəricat 

 

Ön söz..........................................................................................................3 



Qars respublikasının yaranması və sübutu..................................................5 

Araz-Türk respublikasının yaranması  və 

 dövlətçiliyinin qorunması üçün  

silahlı mübarizəsi......................................................................................43 

Sözardı....................................................................................................117 

 

 




96 

 

Aydın Hacıyev 

H  31        Qars  və  Araz-Türk  respublikalarının  tarixindən.  B.,  Azərnəşr,  1994,  124 

səh. 


 

Kitab  Qars  və  Araz-Türk  respublikalarının  faciəli  taleyindən,  tarixi  örnək 

qazanmağın  zəruriliyindən  bəhs  edir.  Antanta  ölkələrinin,  xüsusilə  də  Böyük 

Britaniyanın  müdafiə  etdiyi  Ermənistanın  təcavüzünə  qarşı  bu  respublikaların 

göstərdikləri müqavimətdə Türkiyə və Azərbaycanın oynadıqları rol işıqıandırılır. 

Kitabda  yaxın  vaxtlara  qədər  ictimaiyyətə  tanış  olmayan  arxiv  materiallarına 

əsaslanan tarixi faktlar ilk dəfə dərc olunur. 

 

h 0503010000-15      11-94 



                M-651 (07)-94 

 

SBN 5-552-01402-2 

 

BBK 9(M)7 

  

 



 


97 

 

Hacıyev Aydın Nazim oğlu 



 

QARS və ARAZ-TÜRK 

RESPUBLİKALARININ TARİXİNDƏN 

 

Bakı – Azərnəşr – 1994 



 

Bədii redaktoru T. Məlikov 

Texniki redaktoru Z. Nəcəfova. 

Korrektorları L. Məmmədov,  M. Sasani 

İB №5662. 

Yığılmağa verilmişdir 02. 11. 93. Çapa 

imzalanmış 14. 02. 94. Formatı 84 × 108 

1/

32



 . 

Mətbəə kağızı № 2. Ədəbi qarnitur. Yüksək çap 

üsulu ilə. Şərti çap vərəqi 6,72. Şərti rəngli surəti 

7,04. Uçot nəşr vərəqi 6,8. Tirajı 5000. Sifariş 647. 

 

 

Azərbaycan Respublikası Mətbuat və 



İnformasiya Nazirliyi. 

Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, - 370005 

Hüsü Hacıyev küçəsi, № 4. 

“Qızıl Şərq” icarə mətbəəsi. Bakı, Həzi 



Aslanov küçəsi,№ 80. 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə