Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

72 

 

müdafiə  edib-etməyəcəyinizə  əmin  olmaq  məqsədilə  göndərilmişdir.  Dərhal 



teleqraf cavabı tələb olunur, çünki yaxın günlərdə mən Parisə getməyə hazırlaşıram. 

Burada mən mübahisəli qəzalara Sizin tam mülkiyyətli iddialarınızı təqdim etmək 

niyyətindəyəm,  ancaq  bu  şərtlə  ki,  Sizin  hökümət  bu  müvəqqəti  razılığı  müdafiə 

etsin”. Haskel hiss ediləcək dərəcədə təzyiq göstərirdi. Naxçıvanın neytral zonanın 

yaradılmasını  ADR-i  Denikinin  təhlükəsindən  xilas  etmək  imkanı  ilə 

əlaqələndirirdi: “Hələ ki, Naxçıvan və Şərur qəzaları da daxil olmaqla neytral zona 

yaradılması  və  ya  digər  məsələlərin  həlli  üçün  mən  heç  bir  tədbir 

görməyəcəyəm”

178

 .  Bunu  o,  Tiflisdə  görüş  zamanı  ADR-in  hərbi  naziri  S.  S. 



Mehmandarova da bildirmişdi. 

Haskelin  bu  demarşına  cavab  olaraq  Respublika  XİN-i  bildirdi  ki,  ilkin 

fikrində  qalır,  lakin  Azərbaycanın  ayrılmaz  hissəsini  təşkil  edən  qəzaların  idarə 

olunması üzrə onun göstərişlərini əksinə çıxmayacaqdır. 

Daha sonralar, 1919-cu il oktyabrın 4-də ADR-in daxili işlər naziri M. Y. 

Cəfərov  V. Haskelə rəsmi məktub göndərdi. Məktubda o, razılığın konsensus əldə 

edilmiş  şərtlərinin dəyişdirilməsi ilə  əlaqədar  təəccübünü  bildirir və  qeyd  edirdi: 

“Hökümətim  yeni  müzakirələr  zamanı  onun  prezident  Vilsonun  öz  adından  və 

müttəfiq  dövlətlər  adından  elan  etdiyi  xalqların  öz  müqəddəratını  təyin  etmək 

prinsipinə  əsaslanan  iddialarının  təmin  olunacağına  ümidini  itirmir”

179

.  Beləliklə, 



ADR  höküməti  ümid  edirdi  ki,  amerikalıların  mövqeyi  obyektivlik  tərəfə 

dəyişəcəkdir.  Haskelin  son  dərəcə  obyektiv  olmaq  və  Qafqazda  demokratik 

idarəetmə formasını saxlamaq arzusu belə ümid etməyə əsas verirdi. 

Sentyabrın  30-da  İrəvan  quberniyası  müsəlmanlarının  həmyerlilər 

cəmiyyətinin  sədri  Sultanov  yerli  əhalini  Haskelin  amerikalı  qubernator  təyin 

etməklə  neytral  zona  yaratmaq  təklifi  ilə  tanış  etmək  məqsədilə  Naxçıvana  gəldi. 

Sultanov  Naxçıvanın  müvəqqəti  general-qubernatoru  S.  Cəmillinski,  ordu 

komandanı  Xəlil  bəy  və  Naxçıvan  döyüş  dəstəsinin  komandiri  Kəlbəli  xan 

Naxçıvanski ilə görüşdü və onlar qarşısında məruzə ilə çıxış etdi. 

Bu  vaxt  polkovnik  Haskelin  nümayəndəsi  –  general  Robinson  da 

Naxçıvanda idi, o da buraya həmin məqsədlə gəlmişdi. Sultanov və Cəmillinski 12 

bənddən ibarət cavabı Robinsona təqdim etdilər. Cavabda  qeyd edilirdi ki,  əhalisi 

Azərbaycan  türkləri  olan  Naxçıvan,  Şərur,  Dərələyəz  rayonları,  Vedibasar  və 

Milistan  Azərbaycanın  ayrılmaz  hissəsidir.  Bu  rayonların  azərbaycanlıları  ADR 

qanunlarını  rəhbər  tutaraq  özləri  özlərini  idarə  edirlər.  Öz  azadlıqlarını  qanla 

qazanan  naxçıvanlılar  ABŞ-ın  nümayəndəsini  burada  “general-qubernator  kimi 

yox,  bizim  içərimizdə  yaşayaraq  ermənilərin  bizim  vəhşiliyimiz  və 

mədəniyyətsizliyimiz, 

digər 

millətlərə 



qarşı  dözülməzliyimiz  haqqında 

                                                           

178

 Azərbaycan Respublikası SPİH MDA, f. 277, siy, 2, iş 57, v. 70. 



179

 Azərbaycan Respublikası SPİH MDA. f 277, siy. 2, iş 18, v. 18. 




73 

 

informasiyalarının  yalan  olduğuna  inanan  bir  nümayəndə  kimi”



180

   görməyə  şad 

olarlar.  Naxçıvanlılar  qeyd  edirdilər  ki,  onların  iradəsinin  əksinə  olaraq  onları 

ermənilərin  hakimiyyətinə  verənləri  öz  düşmənləri  hesab  edirlər  və  onları  əldə 

silah qarşılayacaqlar “və düşmənlərimiz bizim evlərimizə meyidlərimizin üstündən 

keçib daxil olacaqlar”. 

Robinson  Əli  xan  Makinskinin  müşayiətilə  gedəndən  sonra  zabit  və 

tərcüməçisi  ilə  birgə  Amerika  generalı  Mozetey  Naxçıvana  gəldi.  Mozetey 

Cəmillinskiyə  məlumat  verdi  ki,  buradakı  hadisələri  yerindəcə  öyrənib  Paris  sülh 

konfransına məlumat vermək üçün ezam olunmuşdur. 

1919-cu  il  oktyabrın  7-də  Qarabağ  general-qubernatoru  X.  Sultanova 

göndərdiyi  gizli  məlumatında  Cəmillinski  Mozeteyin  dediyi  sözləri  təkrar  edərək 

yazırdı  ki,  amerikalıların  torpaq  və  adamları  çoxdur  və  onlar  buraya  diyarı  zəbt 

etmək  məqsədilə  gəlmirlər,  əgər  əhali  arzulasa  və  sülh  konfransı  məcbur  etsə 

burada qalarlar. 

Mozetey  ilə  danışıqlara  başlamazdan  Cəmillinski  müşavirə  çağırdı,  bu 

müşavirədə  Xəlil  bəy,  Kəlbəli  xan  və  qubernator  dəftərxanasının  müdiri 

Məmmədov  iştirak  edirdilər.  Məsləhətləşdikdən  sonra  onlar  qərara  gəldilər  ki, 

Mozeteyə  bir  sıra  mühüm  faktlar  haqqında  məlumat  versinlər.  Bu  məlumatların 

mahiyyəti  onda  idi  ki,  Avropa  və  Amerikadakı  diasporuna,  habelə  Avropa 

mətbuatına  arxalanan  ermənilər  heç  bir  iftiradan  çəkinməyərək  Naxçıvandakı 

hadisələr  haqqında  yalan  təsəvvür  yaradırlar;  Naxçıvanda  müsəlmanlar  əksəriyyət 

təşkil  edir,  işi  qan  tökülməsinədək  çatdıran  buradakı  qısamüddətli  erməni  inzibati 

idarəsi isə özünün zəifliyini göstərir. Cəməllinski qeyd etdi ki, erməni ərazilərində 

yaşayan  azərbaycanlılara  qarşı  pis  münasibət  göstərildiyi  haqqında  xeyli  faktları 

vardır,  hazırda  ermənilər  faktiki  olaraq  Naxçıvanla  müharibə  vəziyyətindədirlər 

(misal  olaraq  Böyük  Vedi  hadisələri  göstərilmişdi).  Göstərilirdi  ki,  Naxçıvan 

ADR-ə  birləşmişdir,  bu  demokratik  respublikanın  adı  və  qanunu  ilə  idarə  edilir, 

“çünki  bizi  dil,  ədəbiyyat,  din,  xalq  adətləri  və  bir  çox  başqa  şeylər  birləşdirir”. 

Daha sonra o, Mozeteyin diqqətini buna cəlb edirdi ki, Ermənistanda anarxiyadır. 

Naxçıvanda  isə  sakitlikdir  və  xahiş  edirdi  ki,  “özünüidarəyə  daha  çox  kimin 

hüququ və qabiliyyəti çatdığını yəqin etsinlər”. 

Naxçıvanda ikən Mozetey Ermənistandan buraya yerləşdirilməyə, ərzağa, 

paltara, dava-dərmana ehtiyacı olan çoxsaylı qaçqınların gəlməsinin şahidi oldu. 

On  bir  bənddə  öz  əksini  tapmış  bütün  bu  faktları  Cəmillinski  Təbrizdəki 

Amerika  konsuluna  və  müttəfiq  dövlətlərin  nümayəndələrinə  göndərdi.  Oktyabrın 

1-də  İrəvana  qayıdan  Əli  xan  Makinski  Adr-in  Ermənistandakı  nümayəndəsi  A. 

Haqverdiyevə  naxçıvanlıların  məktubunu  gətirdi,  məktubda  qaçqınlar  üçün  ərzaq, 

pul,  dava-dərman  göndərilməsi  xahiş  edilirdi.  ADR-in  diplomatik  nümayəndəliyi 

                                                           

180

 Azərbaycan Respublikası SPİH MDA, f. 277, siy. 2, iş 57, v. 73 arx. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə