Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə33/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

68 

 

olmadan  Kəlbəli  xan  bəylərin  özbaşınalığından  narazı  olan  azərbaycanlı  kəndi 



Keçilinin  əhalisini sakitləşdirmək  üçün oraya  hərbi dəstə  göndərmişdir. Xəlil bəy 

də  diyarın  idarə  edilməsi  işlərinə  qarışır,  Cəmillinskinin  sözlərinə  görə, 

Azərbaycan  höküməti  əleyhinə  təbliğat  aparırdı.  Yəqin  ki,  öz  idarəsini,  Kəlbəli 

xanın  tərəfdarlarını  və  Xəlil  bəylə  ətrafındakıları  nəzərdə  tutaraq    Cəmillinski 

gileylənirdi  ki,  diyarda  faktiki  olaraq  “üçhakimiyyətlilikdir”.  O  şikayətlənirdi  ki, 

“əhali  general-qubernatoru  və  Azərbaycan  hökümətini  müdafiə  etsə  də”

167

 bu 


şəxslərə qarşı müqavimət göstərmək üçün silahlı qüvvələri yoxdur. 

Naxçıvanlıların  istək  və  əhvali-ruhiyyələrini  və  amerikalıların  burada  öz 

general-qubernatorluğunu  yaratmaq  cəhdlərini  nəzərə  alan  Azərbaycan  höküməti 

bu regionun statusu layihəsini işləyib hazırladı

168

. Məlumdur ki, 1919-cu ilin iyul-



avqustunda  Naxçıvanda  olan  amerikalı  polkovnik  Rey  Naxçıvan  Milli  Şurasının 

sədri Cəfərqulu xanla və türk nümayəndəsi Xəlil bəylə gizli danışıqlar aparırdı. Bu 

danışıqlarda  məqsəd  özünün  burada  Amerika  general-qubernatorluğunu  yaratmaq 

ideyasına  tərəfdarlar  tapmaq  idi.  O  deyirdi:  “Naxçıvan  və  Ermənistan  üzərində 

qaldırılmış  Amerika  bayrağı  onların  düşmənlərində  qorxu  və  hörmət  yaradır”

169


Avqustun  sonunda  Zaqafqaziyada  Britaniya  qoşunlarının  Amerika  qoşunları  ilə 

əvəzlənməsinin  tərəfdarı  amerikalı  polkovnik  Haskel  Paris  sülh  konfransı  və 

Antanta  Müttəfiqlər  Şurası  adından  Azərbaycan  hökümətinə  bildirdi  ki,  Şərur, 

Naxçıvan  və  Dərələyəz  qəzaları  xüsusi  zona  təşkil  edir  və  bu  ərazidə  Amerika 

general-qubernatorluğu yaradılması layihəsi Ermənistana ABŞ mandatı layihəsi ilə 

eyni vaxtda irəli sürülmüşdü. 

Azərbaycan  höküməti  indi  də  amerikalıların  köməyi  ilə  daşnakların 

Naxçıvanı  ələ  keçirməyə  cəhd  göstərəcəklərindən  ehtiyatlanırdı.  Buna  görə  də 

Azərbaycan  höküməti  öz  layihəsində  Naxçıvanın  əhalisinin  mənafeyini  təmin 

etməyə çalışmışdı. 

Bu  layihəyə  görə  Azərbaycan  höküməti  burada  Amerika  general-

qubernatorluğunun  elan  edilməsi  ilə  razılaşır,  lakin  qəzaların  yerli  Milli  Şura 

tərəfindən  idarə  edilməsi  şərtini  irəli  sürürdü.  İnzibati  hakimiyyət  tamamilə  Milli 

Şuranın  səlahiyyətində  olmalı  və  general-qubernatorluq  tərəfindən  nəzarət 

edilməlidir. İnzibati idarə üstünlük təşkil edən  millətdən təşkil olunmalı idi. ADR 

höküməti  mətbuat,  vicdan,  söz  azadlığını,  şəxsin  və  əmlakın  toxunulmazlığını 

saxlamağı  tələb  edirdi.  General-qubernatorluğun  büdcə  məsələsinə  Azərbaycan 

höküməti  tərəfindən  baxılması,  çatışmayan  məbləğin  Azərbaycan  xəzinəsi 

hesabına  əlavə  olunması  təklif  edilirdi.  Region  ərazisində  Azərbaycanın  pul 

nişanlarından  istifadə  olunmalı  idi.  Layihədə  qeyd  edilirdi:  “Seçkilərin  təşkilinə 

qədər  general-qubernator  əmin-amanlıq  və  qayda-qanun  yaratmaq  məqsədilə 

                                                           

167


 Azərbaycan Respublikası SPİH MDA, f. 277, siy. 2, iş 40, v. 144. 

168


 Azərbaycan Respublikası, MDƏYTA, f. 970, siy. 1, iş 92, v. 4. 

169


 Q. Mədətov. Göstərilən əsəri. s. 66. 


69 

 

sonuncuya (mətndə belədir – A. H) kömək üçün Azərbaycandan iki müşavir dəvət 



edir”

170


.  Culfa  –  Bakı  dəmir  yolunun  çəkilməsi  üçün  ayrılmış  zolaq  Azərbaycan 

hökümətinin əlində olmalıdır. Bundan başqa  əhalidən silahları almamaq və ərazi- 

siyasi  məsələlər  ilə  bağlı  cinayətlərin  hamısı  üçün  ümumi  amnistiya  elan  etmək 

təklif olunurdu. 

Beləliklə, Azərbaycan hökümətinin layihəsi Naxçıvan əhalisini ola biləcək 

erməni  hərbi,  siyasi  və  iqtisadi  ekspansiyadan  müdafiə  edirdi.  Lakin  Azərbaycan 

hökümətinin layihəsi amerikalıları təmin etmirdi. 

Sentyabrın 1-də Zaqafqaziya müttəfiqlərin ali komissarı Vilyam Haskelin 

Bürosu  ADR  Nazirlər  Şurasının  sədri    N.  Usubbəyova  öz  layihəsini  təqdim  etdi, 

layihə Naxçıvanda Şərur – Dərələyəz “neytral zonası” yaradılmasından bəhs edirdi. 

Bu  layihəyə  görə  zona  polkovnik  Haskelin  təyin  etdiyi  amerikalı  qubernatorun 

idarəsində olmalı idi. 

Haskelin  “neytral  zona”  yaradılması  haqqında  birinci  layihəsi  yerli 

hakimiyyət  orqanlarının  tamamilə  Amerika  qubernatoruna  tabeliyini  nəzərdə 

tuturdu. Ən mühüm qurğular (dəmir yolu, teleqraf) onun idarəsi altına keçməli idi. 

“Neytral  zona”da  yerli  məmurlar  amerikalı  qubernator  tərəfindən  təyin 

olunacaqdır,  mümkün  olan  kimi  qubernator  yerli  məmurların  seçki  gününü 

müəyyən edəcəkdir... 

...Şərur  –  Dərələyəz  və  Naxçıvan  əyalətlərindən  keçən  İrəvan  və  İran 

sərhəddi  arasındakı  dəmir  yolu  və  teleqraf  tabe  ediləcək  və  hərəkət  üçün  dərhal 

açılacaqdır. Bu dəmir yolu Amerika qubernatorunun nəzarəti altında olacaqdır. 

...Böyük  Vedinin  tatar  (azərbaycanlı  –  A.  H)  əhalisi  amerikalı  general-

qubernatorun  nəzarəti  altında  bu  şəhərdən  neytral  zonada  həmin  əhali  üçün 

yaradılmış şəhərə köçürüləcəkdir...”

171



Haskelin  layihəsinə  görə  Şərur  və  Naxçıvan  qəzaları  amerikalı 



qubernatorun başçılığı ilə müttəfiqlərin idarəsi altında olan zonanı təşkil etməli idi. 

Həm  də  yerli  hakimiyyətə  qarşı  törədilən  “cinayətlər”  üçün  amnistiya  verilirdi, 

lakin  “bu  amnistiya  heç  bir  vəchlə  ingilis  hərbi  hakimiyyətinə  qarşı  törədilmiş 

cinayətlərə  aid  edilmir”

172

.  Qeyd  edilirdi  ki,  “qubernator  tərəfindən  etibarsız  elan 



edilənlər  istisna  olunmaqla”

173


 göstərilən  zonanın  qəzalarında  əhali  tərk-silah 

edilməyəcəkdir. 

Beləliklə,  amerikalı  qubernator  bu  ərazidə  bütün  hakimiyyəti  öz  əlində 

cəmləşdirirdi,  bu  hakimiyyət  o  qədər  geniş  idi  ki,  bütün  bir  rayonun  əhalisini 

köçürmək hüququ vardı. 

                                                           

170

 Azərbaycan Respublikası MDƏYTA, f. 970, siy. 1, iş 92, v. 4 arx. 



171

 Azərbaycan Respublikası MDƏYTA. f. 970, siy, 1, iş 92, v. 5 – 6. 

172

 Yenə orada. v. 5 – 6. 



173

 Yenə orada, iş 93, v. 3. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə