Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

74 

 

Naxçıvanla  daimi  əlaqə  yaratdı  və  respublika  XİN-dən  xahiş  etdi  ki,  Naxçıvana 



çatdırılacaq məktub, pul, bağlama və ərzaq yükləri onun vasitəsilə göndərilsin. 

Oktyabrın 20-də  Robinson Naxçıvana qayıtdı və  xəbər gətirdi ki, buraya 

Amerika  general-qubernatoru  təyin  edilməsi  barədə  Azərbaycan  höküməti  ilə 

razılıq əldə edilmişdir. Sonra polkovnik Rey Naxçıvana gələrək məlumat verdi ki, 

xarici  işlər  naziri  M.  Y.  Cəfərovun  3  oktyabr  və  Xatisovun  23  oktyabr  tarixli 

məktublarına 

əsasən 

general-qubernator 



təyin 

edilmişdir. 

Azərbaycan 

parlamentinin  nümayəndələri  də  Naxçıvana  gəlməli  idilər,  Reyin  dediyinə  görə 

onlar “gecikirdilər”. 

Rey özü ilə bəyannamə  gətirmişdi və onun dərc olunmasını xahiş edirdi. 

Səməd bəy Cəmillinski və Kəlbəli xan Naxçıvanski buna qəti etiraz etdilər. Onların 

fikrincə problemin həlli üçün 12 bənddən ibarət yuxarıda adı çəkilən cavab əsas ola 

bilərdi. 

Belə olduqda polkovnik Rey səhər xalqı yığmağı xahiş etdi, o özü onlarla 

danışmaq istəyirdi. Oktyabrın 23-də Milli Şura çağırıldı. Şurada Vedibasar, Şərur 

və  Ordubadın  da  nümayəndələri  iştirak  edirdilər.  Onlar  yazılı  şəkildə  polkovnik 

Reyə  məlumat  verdilər  ki,  “xalq  azərbaycanlı  general-qubernatordan  başqa  heç 

kimi tanımaq istəmir”. 

Elə  həmin  gün  Haskel  erməni  nazir-sədri  Xatisovdan  rəsmi  cavab  aldı. 

Cavbda  deyilirdi  ki,  ingilis  ali  komandanlığının  sərəncamı  ilə  Şərur  –  Naxçıvan 

rayonunun  “mübahisəsiz  olaraq  Respublikanın  mülkiyyətinə  və  idarəsinə” 

verilməsinə baxmayaraq, o, ali komissarın təkliflərinə uyğun olaraq həmin rayonun 

Amerika qubernatorunun müvəqqəti idarəsinə verilməsinə razılığını bildirir. Lakin 

məktubun  sonunda  Xatisov  demoqoqcasına  bu  rayonun  Ermənistanın  ayrılmaz 

hissəsi olduğunu xatırladı. 

Ertəsi  gün  polkovnik  Rey  mövqeyini  dəyişdi,  elan  etdi  ki,  polkovnik 

Dellin  general-qubernator  kimi  yox,  Naxçıvan  höküməti  yanında  müşavir  və 

qaçqınlara  yardım  üzrə  nümayəndə  (...)  kimi  qalmasına  razıdır.  O,  Cənub-Qərbi 

Azərbaycan müsəlmanlarına səmimi münasibət göstəriləcəyinə inandırırdı. 

Təbiidir  ki,  amerikalılar  daşnak  hərbçilərinin  cinayətlərinə  iltifatla 

yanaşırdılar.  Azərbaycanın  əks-kəşfiyyatının  agenti  1919-cu  il  iyulun  20-də 

İrəvandan  xəbər  verirdi:  “Ermənistanda  güclü  səfərbərlik  gedir...  Xatisovla 

uzunmüddətli  söhbətlər  etmişəm  və  o  öz  hərəkətlərini  düzgün  hesab  edir,  ingilis 

polkovniki Plauton və Amerika missiyası bu hərəkətləri təqdir edirdilər”

181



Hətta  Amerika  nümayəndəsi  Azərbaycanın  dinc  əhalisinə  soyğunçu 



hücumlar etməyə yollanan daşnak qoşunlarının paradını qəbul etmişdi. Baş ştabın 

rəisinə yazdığı 12 dekabr 1919-cu il tarixli raportunda Azərbaycan zabiti məlumat 

verirdi:  “Bu  yaxınlarda  (10  –  12  gün)  Dronun  əmri  vardı  ki,  bütün  mauzerçilər 

cəbhəyə  -  Zəngəzura  göndərilmək  üçün  toplansınlar,  onları  Dro  özü  aparmalı  idi. 

                                                           

181


 Azərbaycan Respublikası MDƏYTA f. 970, siy, 1, iş 54, v. 74. 


75 

 

Mauzerçilər  toplandılar.  Qoşunlar  Zəngəzura  göndərilməmişdən  qabaq  İrəvanda 



qoşunların  paradı  keçirildi  və  Xatisov,  Amerikanın  nümayəndəsi  və  könüllü 

ordunun nümayəndəsi Zangeviç paradda iştirak edirdilər

182



Amerikalıların  işə  qarışmağı  belə,  ermənilərin  əzəli  Azərbaycan 



torpaqlarına  hücumlarını  dayandırmadı.  Bu  hücumlar  elə  həmin  miqyasda  davam 

edir,  bəzi  hallarda  isə  daha  da  genişlənirdi.  Bununla  belə  respublikanın  mərkəzi 

Bakıda  ermənilər  erməni  dövlətinin  acınacaqlı  vəziyyəti  haqqında  fəryad 

qoparırdılar.  “Ermənistan  acından  ölür.  Hər  gün  minlərlə  qurban  verilir.  Ölkə 

adamsız  qalmaq  təhlükəsi  qarşısındadır”.  Erməni  deputatları,  hətta  Azərbaycan 

parlamentində  də  boşboğazlıq  edirdilər:  “Əgər  yaxın  həftələrdə  kömək  gəlməsə, 

əhalinin 50%-i bir ay ərzində məhv olacaqdır”.(“Azərbaycan” qəzeti, № 25, 1919). 

ABŞ-ın  ermənipərəst  dairələrinin  nöqteyi-nəzərini  daha  dəqiq  ifadə 

edərək  senator  Bora  çıxışlarının  birində  demişdi:  “Birləşmiş  Ştatlar  bu  məsələnin 

(Ermənistan mandatı haqqında – A. H) müzakirəsinə başlamazdan əvvəl Fransa və 

İngiltərə  qoparılmış  əraziləri  (?)  Ermənistana  qaytarmalıdırlar.  Ölkəni  belə  qarət 

etmək,  necə  ki,  Ermənistanı  ediblər,  sonra  da  onu  digər  dövlətin  himayəsinə 

vermək  yolverilməzdir”

183


 .  Hələ  amerikalılara  Ermənistandakı  azərbaycanlıların 

vəziyyəti  yaxşı  məlumdur.  Elə  himayə  nazirliyinin  səlahiyyətli  müvəkkili 

Makinskinin  9  sentyabr  1919-cu  il  tarixli  müfəssəl  məruzəsini  xatırlamaq 

kifayətdir.  Bu  məruzə  nazir  Klenevskinin  qərarı  ilə  ingilis  dilinə  tərcümə  edilmiş 

və  Haskelə  göndərilmişdi.  N.  Usubbəyova  yazdığı  qoşma  məktubda  Klenevski 

qeyd edirdi ki, bu məruzə Ermənistandakı müsəlmanların bədbəxtliklərinin dəhşətli 

şəklini  əks  etdirir.  Ancaq  Yeni  Bəyazid,  Eçmiədzin  və  İrəvan  qəzaları  üzrə  ev-

eşiksiz  qalmış,  müflisləşmiş  müsəlmanların  sayı  150  minə  çatmışdır.  Bu 

bədbəxtlərin  bir  çoxu  xilas  olmaq  üçün  Naxçıvana  qaçmışdır,  lakin  senator  Bora 

kimi ermənipərəstlər buranı “talan edilmiş” ermənilərə qaytarmaq arzusundadırlar.  

Səməd 

bəy 


Cəmillinski 

ADR-in 


Ermənistandakı 

diplomatik 

nümayəndəsinə  yazdığı  gizli  məlumatlarda  dəfələrlə  bildirmişdilər  ki,  Naxçıvana 

gəlmiş 


qaçqınlar  daşnakların  təsvirəgəlməz  vəhşiliklərindən  danışırlar. 

Ermənistanın bəzi kəndlərində bir nəfər də olsun azərbaycanlı qalmamışdır. 

“Azğınlıq  və  sıxışdırılmaqdan  əziyyət  çəkən  azərbaycanlılar  İrəvan 

qəzasından  Aralıq  –  Baş  Keçid  rayonlarına,  Şərur  və  Naxçıvan  qəzalarına 

qaçırdılar, burada qaçqınların sayı 100 minə çatmışdı. Hər gün onların 300 nəfəri 

yaralardan, xəstəlik  və aclıqdan ölürdü. Cəmillinski  məlumat verirdi ki, Naxçıvan 

diyarının  qaçqınları  üçün  Azərbaycan  hökümətinin  hələ  qışda  ayırdığı  iki  milyon 

manatdan ancaq 400 mini apreldə gəlib buraya çatmışdır, qalanı isə şərəfsiz şəxslər 

tərəfindən  mənimsənilmişdir.  1919-cu  ilin  oktyabrında  Cəmillinski  bu  şəxsləri 

qanuni məsuliyyətə cəlb etdi. 

                                                           

182


 Azərbaycan Respublikası MDƏYTA f. 970, siy. 1, iş 61, v. 11 – 12. 

183


 “Deyli Meym” qəzeti. 26 may 1920. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə