Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   35   36   37   38   39   40   41   42   43

78 

 

Ordubad  istiqamətində  ermənilərin  hərəkətini  dayandırmaq  və  onların 



diqqətini  Kığıdərəsi  və  Qafan  rayonundan  yayındırmaq  üçün  Xəlil  bəy  Əlincəçay 

taboruna  və  Ordubaddakı  hərbi  hissələrə  əmr  etdi  ki,  erməni  quldur  dəstələrinin 

əleyhinə çıxış etsinlər. Noyabrın 26-da taborun döyüşçüləri düşməni geri oturdub 

Varmaznyar  və  Ələkli  kəndlərini  tutdular,  lakin  onların  irəliyə  hərəkəti  Xəlil 

paşanın əmri ilə dayandırıldı. Mənə elə gəlir ki, bunun əsas səbəbi  hərbi sursatın 

kifayət  qədər  olmaması  idi.  Belə  ki,  müvəqqəti  general-qubernatorun  raportunda 

sonra məlumat verilirdi ki, Bəyazid və Ərzuruma “çox ehtiyac duyduğumuz” hərbi 

və tibbi ləvazimat gətirmək üçün karvan göndərilmişdi, lakin uzun müddət ərzində 

bu karvandan heç bir xəbər yox idi. 

Hərbi  məsələlərdə  və  diyarın  müdafiəsinin  təşkilində  Xəlil  bəy  xeyli  iş 

görmüşdü. O zaman Cəmillinski Xəlil bəyi belə səciyyələndirirdi: “Hazırda yeganə 

ümidim onadır”. 

Elə  bu  zaman  Naxçıvan  diyarını  ADR-dən  qoparmaq  üçün  ingilislər 

tədricən  fəaliyyətlərini  genişləndirmişdilər.  1919-cu  il  dekabrın  2-də  Naxçıvanın 

müvəqqəti general-qubernatoru Naxçıvandan olan İran agentindən rəsmi məlumat 

aldı ki, hökümət sərhədlərə öz mənurlarını göndərib ki, İrana qaçan müsəlmanları 

qəbul  etsinlər.  Bununla  yanaşı  Naxçıvandan  olan  qaçqınlara  məskən  salmaq  üçün 

torpaq  sahələri  və  “hər  cür  yardım”  təklif  edilirdi.  Müvəqqəti  general-qubernator 

narahatlıqla qeyd edirdi: “Bizim qaçqınlara qarşı İranın bu cür gözlənilməz diqqətli 

və  rəhmli  münasibətində  mən  Naxçıvan  diyarını  respublikamızdan  qoparmaq 

məqsədi güdən ingilislərin siyasi astarını görürəm”

185


Naxçıvandakı  işlər  haqqında  ADR  hökümətinə  daha  ətraflı  məlumat 

çatdırmaq  məqsədilə  1919-cu  ilin  dekabrında  Qarabağ  general-qubernatoru  X. 

Sultanovun yanına gizli məruzə ilə Naxçıvan general-qubernatorluğunun əməkdaşı 

göndərilmişdi. 

Səməd  bəy  Cəmillinskinin  fəaliyyəti  üzərində  ətraflı  dayanmaq  lazımdır. 

Diyarın  ağır  vəziyyətdə  düşmən  hücumlarına  cavab  verməsinə  baxmayaraq,  o  öz 

qarşısına məqsəd qoymuşdu ki, “yerli başçıların yardımı ilə diyarda mövcud olmuş 

və indi də mövcud olmaqda davam edən anarxiyaya son qoysun və bununla da son 

illərdəki hadisələrdən əzab çəkən xalqı mənsəbpərəst, qaniçən, həris şəxslərin ağır 

zülmündən xilas etsin

186


. Vəzifədə olduğu müddətdə Cəmillinski yerli məmurların 

vəzifələrindən  sui-istifadə  halları  ilə  rastlaşmışdı,  bu  şəxsləri  o,  “zalım,  şərəfsiz, 

mənəviyyatsız yaramazlar”

187


 adlandırırdı. Hələ 1919-cu il dekabrın 5-də Qarabağ 

general-qubernatoru  X.  Sultanova  göndərdiyi  raportunda  diyardakı  mürəkkəb 

vəziyyət  haqqında  məlumat  verir  və  anarxiyanı  əsas  təqsirkar  hesab  edirdi: 

“Deyirdim,  deyirəm  və  gələcəkdə  diyarda  vəziyyət  tamamilə  dəyişməyincə  yenə 

                                                           

185


 Azərbaycan Republikası MDƏYTA, f. 894, siy. 10, iş 78, v. 13. 

186


 Azərbaycan Respublikası MDƏYTA, f. 894. Siy. 10, iş 78, v. 1 

187


 Yenə orada. 


79 

 

deyəcəyəm,  baş  verən  şər  işlərin    hamısı  Azərbaycan  zabitinin  şərəfini  ləkələyən 



xan oğlu Kəlbəli xanın diyarda  olması ilə  izah edilir”

188


 .  Daha  sonra  Səməd  bəy 

yazırdı: “Mənim əvvəlki məlumatlarımdan sizdə yəqin ki, özünü dahi sərkərdə, ulu 

babasının  layiqli  övladı  hesab  edən  bu  zalım,  kəmağıl,  yarıdəli  xan  haqqında 

təsəvvür yaranmışdır. O özünü diyarın ağası, diyarın sakinlərini isə vəzifəsi bütün 

qiymətli  və  dəyərli  nə  varsa  hamısını  əlahəzrət  xanın  ayaqları  altına  tökmək  olan 

qulları  hesab  edib  və  etməkdədir.  Hər  gün  –  intriqa  və  münaqişələr.  Ayrılmış 

şüurlu  elementlər  xanın  zülmündən  qurtarmağa  can  atır  və  xilası  Azərbaycan 

respublikasının  ağuşunda görürlər”

189



Beləliklə,  bu  sənədlər  və  onlardakı  faktlar  Azərbaycan  Respublikası 



demokratik  dövlət  strukturları  nümayəndələri  ilə  yerli  feodal  əyanlar  arasındakı 

ziddiyyətlərdən  xəbər  verir.  Bunu  qeyd  etmək  vacibdir  ki,  Naxçıvan  diyarının 

əhalisi  arasında  feodal  əsarətindən  qurtarıb  demokratik  qaydaların  qurulmasını 

istəyən çox idi. Əlbəttə, diyarın bütün əhalisi xan zülmünün aradan götürülməsinin 

vacibliyini  hələ  tamamilə  dərk  etmirdi.  Belə  bir  şəraitdə  bütün  qüvvələrini  yeni, 

demokratik  qaydaların  qurulmasına  sərf  edən  ADR-in  rəsmi  nemayəndələri  və 

dövlət  məmurları  demokratik  ideyaların  yayıcılarına  çevrilirdilər.  Elə  həmin 

raportda  qeyd  edilirdi:  “Bu,  sonuncu  isə  avam  adamların  qarşısında  mənim 

Vətənimi  nüfuzdan  salmağa  çalışır  və  mədəni  respublikaya  layiq  olan  (kursiv 

mənimdir – A. H) qaydaların yaradılmasına imkan vermir ki, Azərbaycanın dövlət 

olmadığını  təsdiq  etmək  üçün  səbəb  və  əsas  olsun.  Demişəm  və  yenə  təkrar 

edirəm:  Kəlbəli  xan  Azərbaycanı  nəinki  tanımır,  hətta  onu  ələ  salır,  yenə  təkrar 

edirəm, hər vəchlə onu nüfuzdan salmağa çalışır”

190


Təbiidir  ki,  ADR  nümayəndələrinin  fəaliyyətinə  maneçilik  göstərən 

Kəlbəli xan həm siyasi, həm də iqtisadi cəhətdən şah İranına daha çox meyl edirdi. 

Beləliklə, Azərbaycan hökümətinə məlum oldu ki, Culfada yerləşən böyük sement 

anbarından  Kəlbəli  xan  çirkin  əməllər  üçün  istifadə  edir.  Kəlbəli  xan,  bu  anbarı 

qoruyan,  özlərini  əsgər  adlandıran  mühafizəçilər  bütün  sementi  İrana  satırdılar. 

Bunu  bilən  Naxçıvan  general-qubernatoru  S.  Cəmillinski  ADR  sənayesi  üçün 

zəruri  olan  bu  xammalın  mühafizəsindən  ötrü  qəti  göstəriş  verdi  və  Culfa  sement 

anbarını qorumaq üçün yerli sakinlərdən təşkil edilmiş  muzdlu qarovulçular təyin 

etdi.  Oğurluq  xeyli  azaldı.  Sementin  İrana  göndərilməsi  və  satılması  minimuma 

qədər  azaldıqda  sementin  qiyməti  sürətlə  qalxdı  və  az  müddətdə  bir  çəlləyin 

qiyməti  min  manat  oldu.  Bu  vaxt  Naxçıvanda  Kəlbəli  xanın  qohumu,  Maku 

xanlığında  böyük  malikanələrə  malik    Kamilpaşa  xan  peyda  oldu.  Kəlbəli  xanın 

tərəfdarları general-qubernatora hər cür təzyiq göstərərək onu Kamilpaşa xana 750 

                                                           

188


 Yenə orada, v. 2 

189


 Azərbaycan Respublikası MDƏYTA. f. 894, siy. 10. Iş 78, v. 2. 

190


 Azərbaycan Respublikası MDƏYTA, f. 89, siy. 10, iş 78, v 2. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə