Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   35   36   37   38   39   40   41   42   43

82 

 

aralarındakı  hərbi  toqquşmanı  dayandırmağı  və  bütün  məsələləri,  o  cümlədən 



sərhəd  məsələsini  sülh  yolu  ilə  həll  etməyi  öhdələrinə  götürmüşdülər.  1919-cu  il 

dekabrın 14-də isə Bakıda Azərbaycan – Ermənistan konfransı açıldı, burada ərazi 

məsələsi  də  müzakirə  edildi.  Lakin  bütün  bunlara  baxmayaraq,  erməniləri 

qoşunları 23 noyabr razılaşmasını kobud sürətdə pozaraq Zəngəzura hücum etdi və 

Naxçıvana  qarşı  hərbi  əməliyyatı  genişləndirdi.  Xanazak  və  Xaznaver  tərəfdən 

erməni  piyada  qoşunları  artilleriya  ilə  birlikdə  irəliləyir,  dinc  azərbaycanlı 

kəndlərini  atəşə  tuturdular.  Bununla  əlaqədar  Naxçıvanda  hərbi-siyasi  vəziyyət 

mürəkkəbləşmişdi. 

Dekabrın 21-də hərbi əməliyyatlara başlayan erməni qoşunları Qarğabazar, 

dekabrın 22-də isə Uluxanlı kəndini dağıdıb qarət etdilər. Çobanqara və Qaraqışlaq 

kəndləri  uğrunda  güclü  döyüşlər  genişləndi.  Azərbaycan  kəndlərini  erməni 

qoşunları  tərəfindən  darmadağın  edilməsi  xəbəri  polkovnik  Haskeli  də 

qəzəbləndirdi. ADR-in Tiflisdəki diplomatik nümayəndələrinin müavini Vəkilovla 

söhbətində  o  qeyd  etmişdi  ki,  baş  verən  hadisələr  haqqında  yalan  məlumat 

verməklə  onu  aldadan  erməni  hökümətinin  hərəkətləri    onu  qəzəbləndirmişdir. 

Haskel  təklif  etdi  ki,  Ermənistana  qarşı  iqtisadi  təsir  tədbirləri  görülsün,  lakin, 

əlbəttə, Amerika höküməti buna getmədi. 

Dekabrın sonunda Naxçıvana toplanmış Zəngəzur qaçqınları erməni kəndi 

Akulisin bütün sakinlərini oradan qovdular. Erməni höküməti bu faktdan hər şeydə, 

həmçinin 23 noyabr razılaşmasını pozmaqda azərbaycanlıları təqsirləndirmək üçün 

bəhanə  kimi  istifadə  etdi.  Qaçqınların  başqa  kəndə  -  Qoxtana  hərəkətindən  xəbər 

tutan  Ermənistan  xarici  işlər  naziri  Xatisov  ikiüzlülükdə  qan  tökülməsini 

dayandırmağın zəruriliyini, bütün məsuliyyəti ADR höküməti daşıdığını elan etdi. 

Əslində  isə  general-qubernator  Cəmillinskinin  səyləri  nəticəsində  erməni 

kəndlərində  qan  tökülmədi,  erməni  sakinləri  sağ-salamat  başqa  kəndlərə 

köçmüşdülər (məsələn, Aşağı Akulisdən Yuxarı Akulisə), bütün bunları polkovnik 

Deli də təsdiq etmişdi. 

Bundan  başqa  bütün  qonşu  xalqlarla  dinc-yanaşı  yaşamağa  can  atan 

Azərbaycan höküməti ADR və Ararat Respublikası arasındakı ziddiyətlərin aradan 

qaldırılmasına çalışırdı. Dövlət Müdafiə Komitəsi Akulis rayonunda zorakılıq aktı 

baş  verərsə,  bunun  qarşısını  almaq  üçün  öz  nüfuzundan  istifadə  etmək  haqqında 

xüsusi qərar qəbul etmişdi. Edilmiş təshih çox şeydən xəbər verir. Bizə elə gəlir ki, 

bu  qərarın  ifadə  tərzi  və  tez-tələsik  qəbulu  nəyin  bahasına  olursa  olsun  Ararat 

Respublikası ilə normal  münasibətlər yaratmağa can atan Azərbaycan hökümətini 

həddən artıq vurnuxmasından xəbər verir. Yoxsa, bu cür qərarın yüksək səviyyədə, 

hətta  faktları  yoxlamadan  qəbul  etmək  nəyə  lazım  idi?  Təbiidir  ki,  belə  mövqe 

Türkiyə nümayəndələrində, o cümlədən Xəlil bəydə narazılıq doğururdu. 

Naxçıvanda genişlənən hadisələr beynəlxalq toqquşmaları güzgüdəki kimi 

əls  etdirirdi.  1919-cu  ilin  sonunda  müttəfiqlər  arasındakı,  xüsusilə  də  boğazlar 

məsələsi  üzrə  narazılıqlara  bazmayaraq,  Türkiyənin  taleyi  artıq  həll  olunmuşdu. 




83 

 

Ekspertlər  komissiyası  tərəfindən  işlənib  hazırlanmış  Türkiyə  ilə  sülh 



müqaviləsinin layihəsi ilə Anadolunun altı  şərq vilayətinin daşnak Ermənistanına 

verilməsi  nəzərdə  tutulurdu.  Bunlarla  birlikdə  ermənilər  Naxçıvan  diyarını  da 

almalı idilər. 

Türkiyədə  işğalçılara  qarşı  genişlənən  xalq  hərəkatına  qarşı  1919-cu  ilin 

mayın 19-da 9-cu  ordunun inspektoru kimi “dövlət və  hərbi səciyyəli tapşırıqla” 

İstambuldan  Anadoluya  gələn  Mustafa  Kamal  (Atatürk)  başçılıq  edirdi.  Burada 

artıq  müstəqillik  uğrunda  mübarizə  aparan  və  Kazım  Qarabəkir  paşa  vasitəsilə 

naxçıvanlılara  kömək  göstərən  Şərqi  Anadolunun  hüquqlarını  müdafiə  cəmiyyəti 

fəaliyyət göstərirdi. Tezliklə Mustafa Kamal cəmiyyətin sədri olur. 

1919-cu  ilin  iyul-avqustunda  keçirilən  Ərzrum  konqresi  qərar  qəbul  etdi 

ki, “şərq vilayətləri imperiyanın ayrılmaz hissəsidir və heç bir bəhanə ilə osmanlı 

imperiyasından  qoparıla  bilməz”.  Türkiyə  üzərində  Amerika  mandatının 

qoyulmasına  can  atan  İstanbul  mürtəce  qüvvələrinin  əksinə  olaraq  Ərzrum 

konqresi Şərqi Anadolu üzərində mandat ideyasını inkar edirdi. Sivas konqresində 

(1919-cu il 4 – 12 sentyabr) Amerika mandatı tərəfdarları məğlub oldular. Konqres 

hər  cür  müdaxiləyə  və  Türkiyə  ərazisinin  hər  hansı  hissəsinin  işğalına  qarşı 

qətiyyətlə mübarizə aparacağını elan etdi. 

1919-cu  ilin  sonunda  Mustafa  Kamal  paşanın  başçılıq  etdiyi 

Nümayəndələr  komitəsi  Anadoluda  yeganə  səlahiyyətli  hakimiyyət  əhəmiyyəti 

qazandı.  Türkiyə  və  Azərbaycanın  müstəqilliyinin  qatı  düşməni  olan  daşnaklarla 

mübarizə  milli  azadlıq  mübarizəsinin  mühüm  hissəsi  oldu.  Beləliklə,  daşnak 

ekstremizmi  ilə  mübarizədə  naxçıvanlıların  türk  milli  azadlıq  hərəkatının  yardım 

və köməyinə arxalanmaq imkanları vardı. 

Daşnaklar isə Ermənistana Amerika mandatını reallığa çevirmək üçün var 

qüvvələri  ilə  çalışır,  ondan  Azərbaycandan  Naxçıvanı,  Türkiyədən  şərq 

vilayətlərini  qoparmaq  mexanizmi  kimi  istifadə  edəcəklərinə  ümid  bəsləyirdilər. 

Bu  məqsədlə  də  dekabrınsonu  –  yanvarın  əvvəllərində  keçmiş  baş  nazir 

Kaçaznuninin  başçılığı  ilə  erməni  nümayəndə  heyəti  ABŞ-a  yola  düşdü.  Nyu-

Yorkda  keçirilən  qonaqlıqda  nümayəndə  heyətinin  başçısı  bildirdi  “  Siz 

Ermənistana silah verin və əmin olun ki, türklər, kürdlər və tatarlar erməni xalqının 

sakitliyini  pozmağa  cürət  etməzlər”  (“Azərbaycan”  qəzeti,  1  yanvar  1920.). 

Amerikadakı ermənipərəst kürdlərin mövqeyini  erməni müstəqilliyi üzrə Amerika 

komissiyasının  prezidenti  Cerard  açıqladı.  O  təkid  edirdi  ki,  Ermənistan 

hüdudlarında  yaşayan  türkləri  “zərərsizləşdirmək”,  Qafqazda  və  Zaqafqaziyada 

yaşayan türklərdən ayırmaq, onları Şimal-Qərbi  Anadolunun sərhədlərində  qapalı 

saxlamaq “zəruridir”. Cerard açıq-açığına təklif edirdi: “Ermənistan Qara dənizdən 

Aralıq dənizinə qədər olan  ərazidə dövlət yaratmalıdır və yeddi erməni vilayətini 

də  əhatə  etməlidir  ki,  bu  ayırmanı  təmin  etsin”  (“Azərbaycan”  qəzeti,  1  yanvar 

1920). Təbiidir ki, bu planın birinci qurbanı Naxçıvan olmalı idi.  



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə