Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   35   36   37   38   39   40   41   42   43

86 

 

qəzeti,  18  fevral  1929). Teleqramı  Bəktaşev,  Sultanov,  Məmmədzadə,  Sadıqzadə, 



Mir Parnazyan-Taşmanbəyzadə və general-qubernator Cəmillinski imzalamışdılar. 

Naxçıvanda  erməni  təcavüzünün  geniş  miqyas  alması  Cənub-Qərbi 

Qafqazın bütün sakinlərini ciddi narahat edirdi, xüsusilə də ona görə ki, daşnaklar 

eyni  zamanda  Zəngəzur,  Qars  vilayətlərində  və  Gəncə  qəzasında  hücumları 

genişləndirirdilər.  Elə  buna  görə  də  fevralın  sonunda  bütün  regionların 

nümayəndələri  İrəvan  quberniyası  müsəlmanlarının  həmyerlilər  Cəmiyyəti  ilə 

birgə iclas çağırdılar. İclasda əsas rolu Əli Səbri və həmyerlilər cəmiyyətinin sədri 

A. Nəcəfov oynayırdı, iclas Azərbaycan Respublikasına müraciət qəbul etdi. 

Müraciətdə  qeyd  edilirdi  ki,  Naxçıvan,  Şərur,  Vedibasar  və  Ordubad 

rayonlarının  vəziyyəti  olduqca  mürəkkəb  və  qeyri-müəyyəndir.  Burada 

müsəlmanlar  vəhşicəsinə  qırılmış  və  demək  olar  ki,  bütün  əhali  daşnaklar 

tərəfindən  kütləvi  sürətdə  qırılmaq  təhlükəsi  altındadır.  İclas  iştirakçıları 

Azərbaycana  tamamilə  birləşəcəkləri  və  buraya  Azərbaycan  ordusunun  nizami 

hissələrinin  göndəriləcəyi  ümidində  olduqlarını  bildirdilər.  Müraciətdə  bu 

regionlara  təcili  kömək  göstərilməsi  xahiş  olunurdu,  “yoxsa  nəinki  erməni 

hökümətinin  diplomatik  oyunları,  doğma  hökümətimizin  nüfuzu  da  təsir  göstərə 

bilməyəcəkdir”  (“Azərbaycan”  qəzeti,  2  mart  1920).  Beləliklə,  bu  regionların 

əhalisi açıq-aydın bildirirdi ki, (eyni zamanda kömək haqqında yalvarışlarla) ADR 

hökümətinin  problemi  sülh  yolu  ilə  həll  etmək  cəhdi  özünü  doğrultmadı. 

Daşnaklarla sülh yolunun axtarılması xalqa ancaq dərd və ələm gətirirdi. 

Ordubad  ətrafında  daşnaklarla  amansız  döyüşlər  başladı.  Ordubadlılar 

hələ  martın  7-də  ermənilərin  hücuma  hazırlaşdıqlarını  bilir,  onların  Kərçivan  və 

Miqli  tərəfdən  irəliləyəcəklərini  güman  edirdilər.  Ordubadlıların  dəstələri 

səngərlərdə oturdular. Lakin martın 8-də düşmənlər Ağanohur və Nüs-Nüs dağları 

tərəfdən  hücuma  keçdilər.  Daşnakların  böyük  bir  dəstəsi  Məlik  İbrahim  kəndində 

Əsgərovların malikanəsinə hücum edib oranı viran qoydu. 

Sayca  atəş  nöqtələrinin  çox  olmasından  istifadə  edən  daşnaklar  şəhərin 

özünə  yaxınlaşırdılar,  amansız  döyüşlər  Ordubadın  lap  yaxınlığında,  şəhər 

qəbiristanlığında  gedirdi.  Lakin  tezliklə  Kəlbəli  xanın  göndərdiyi  kömək  gəlib 

çatdı.  Ermənilər  darmadağın  edildi  və  300  adam,  12  qatır  və  7  pulemyot  itirərək 

geri çəkildilər. 

Martın  21-də  Novruz  bayramı  gecəsi  daşnak  qoşunları  bütün  sərhəd 

boyunca  hücuma  keçdilər:  Sayca  on  mindən  artıq  olan  döyüş  hissələri  Düşün, 

Vənənd, Vələver, Xanağa, Bəysar Ağrı və Dizə kəndlərinə hücum edib tutdular və 

yandırdılar.  Bundan  sonra  daşnaklar  şəhəri  ələ  keçirmək  məqsədilə  Ordubada 

hücum  etdilər.  Daşnak  işğalçılarının  qarşısını  almaq  üçün  könüllü  naxçıvanlılarla 

birgə  həftəlik  azuqələrini  götürərək  türk  əsgərləri  də  getdilər.  Naxçıvan 

müdafiəçiləri  dörd  birləşmiş  dəstə  yaratdılar.  Ordubad  cəbhəsindəki  dəstəyə  türk 

zabiti Zob bəy, Kolabad hissəsində Kəlbəli xan Naxçıvanski, düşmən qüvvələrinin 



87 

 

daha çox toplandığı Şərurda Xəlil bəy, Vedibasarda Nəci bəy və Nuru bəy başçılıq 



edirdilər. 

Ordubadlılara  kömək  üçün  yenə  Naxçıvandan  Ədib  bəyin  komandanlığı 

altında  800  nəfərlik  dəstə  gəldi.  Düşmənlə  cəsarətlə  vuruşan  naxçıvanlılar 

Ordubada  yaxın  rayonları  ermənilərdən  təmizləyirdilər.  Lakin  inadlı  döyüşlər 

nəticəsində  hər  iki  tərəf  böyük  tələfat  vermişdi,  Ordubadda  bəzi  binalar 

dağıdılmışdı. 

ADR-in  İrandakı  diplomatik  nümayəndəliyindən  Ordubaddakı  hərbi 

əməliyyatlar  haqqında  həyəcanlı  xəbərlər  gəlirdi.  Müharibə  güclənir  və  getdikcə 

kəskin  xarakter  alırdı.  Erməni  təcavüzkarları  Ordubaddakı  binaları,  o  cümlədən 

yüksək  minarələri  və  günbəzləri  olan  məscidləri  bombardman  edirdilər. 

Naxçıvanlılar  mərdliklə  müdafiə  olunurdular.  Bununla  belə  o  günlərdə 

“Azərbaycan”  qəzetinin  (11  aprel  1920)  verdiyi  məlumata  görə  üç  mindən  artıq 

qaçqın bura  toplanmışdı.  “Çörək yoxdur, və  biz  mühasirədəyik...”  (“Azərbaycan” 

qəzeti, 16 aprel 1920)  -  deyə qaçqınların nümayəndələri Azərbaycan hökümətinə 

müraciət  edir.  Həmçinin  Qaradağdan  buğda  almağı  və  onlara  ərzaq  göndərməyi 

xahiş edirdilər. 

Erməni  qüvvələrinin  hücumları  haqqında  general-qubernator    S. 

Cəmillinski də informasiya göndərdi. Hələ 1920-ci il martın 23-də o xahiş edirdi: 

“Azərbaycan  hökümətinə  təcili  olaraq  çatdırılsın  ki,  bütün  cəbhə  boyu  erməni 

artilleriyasının  atəşləri  altında  amansız  döyüşlər  gedir,  lakin  daşnakların  fasiləsiz 

hücumları yerli əhalinin mətanəti ilə darmadağın edilir”. 

Martın  12-dən  22-dək  daşnak  quldur  dəstələri  nizami  ordu  hissələrinin 

tərkibində Zəngibasar, Ordubad və Aralıqda qismən və qruplarla basqınlar edirdilər. 

Lakin əvvəldə əldə etdikləri kiçik müvəffəqiyyət böyük məğlubuyyətlə başa çatdı. 

Maraqlıdır  ki,  daşnak  qoşunlarının  yolu  üstündə  olan  dinc  kəndləri  xilas  etmək 

üçün  naxçıvanlılar  Ədib  bəyin  rəhbərliyi  ilə  çox  fəndgir  bir  plan  hazırladılar  və 

həyata  keçirdilər.  Bunun  üçün  naxçıvanlılar  və  türk  döyüşçüləri  Ordubada  gedən 

yolu  cənubdan  bağladılar.  Gecə  naxçıvanlıların  böyük  bir  dəstəsi  Arazı  keçdi  və 

sübh  tezdən  Xarxat  dağı  tərəfdən  ermənilərə  hücum  etdi.  Daşnaklar  silah  və 

sursatlarını  ataraq  qaçırdılar.  Mühasirə  yarıldı.  Ordubad  şəhərinə  ermənilərin 

hücumlarının  Əylis  kəndi  tərəfdən  qarşısının  alınmasında  yerli  əhaliyə  digər 

kəndlərin, o cümlədən Cəmaləddin, Nehrəm, Yaycı kəndlərinin sakinləri də kömək 

edirdi. 

Bütün  istiqamətlərdə  geri  oturdulan  ermənilər  böyük  itkilər  verərək 

qaçırdılar.  Ancaq  Zəngibasarda  100  nəfərədək  ölən  və  yaralanan  oldu,  həmçinin 

200  tüfəng  və  2  pulemyot  itirdilər.  1920-ci  il  aprelin  27-də  “Azərbaycan”  qəzeti 

yazırdı: “Ararat qoşunları tamamilə ruhdan düçüblər, fərarilik çoxalıb”. 

Qeyd 


etmək 

lazımdır  ki,  aprelin  9-da  Tiflisdə  Zaqafqaziya 

respublikalarının  konfransı  keçirildi.  Konfransda  ADR-dən  Q.  Ağayev,    O. 

Kriçinski,    F.  Vəkilov;  Gürcüstan  Respublikasından  Y.  Gegeçkori,    Q. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə