Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   35   36   37   38   39   40   41   42   43

80 

 

çəllək  sement  verməyə  məcbur  etdilər.  Sonra  elə  bu  yolla  sementin  böyük  bir 



hissəsi Kəlbəli xanın daha üç qohumuna verildi. 

Kəlbəli  xan  general-qubernatoru  saymırdı.  General-qubernatorun  xəbəri 

olmadan  o,  Dairə  gömrük  inspektoruna  və  Culfa  gömrükxanasının  rəisinə  əmr 

vermişdi  ki,  təcili    sürətdə  sement  vaqonlara  yüklənsin  və  İrana    göndərilsin. 

Məmurlar  general-qubernatorun  dəftərxanasında  təhqir  edilir,  o  da  bütün  bunlara 

dözməli olurdu. 

Naxçıvanın  erməni  işğalı  zamanı  ermənilərin  qızğın  tərəfdarı  şəhər  rəisi 

Böyük xan Naxçıvanskiyə mirab və cüvarları saxlamaq üçün ermənilər tərəfindən 

15 min manat pul verilmişdi. Böyük xanın bu pulun 12 minini mənimsədiyi məlum 

olanda  Cəmillinski  göstəriş  verdi  ki,  bu  sui-istifadə  haqqında  istintaq  başlansın. 

Onda  Kəlbəli  xan  başqa  şəxslər  vasitəsilə  general-qubernator  dəftərxanasının 

müdirinə hədə-qorxu gələrək təhqiqatın dərhal dayandırılmasını tələb etdi. 

Kəlbəli  xan  öz  məmurlarına  saxta  sənədlər  verirdi  ki,  onlar  ADR-dən 

xidmətləri üçün pul alsınlar.  Məsələn, o,  keçmiş  komendant Xanlar xan İrəvanski 

üçün  qeyri-qanuni  yolla  4  min  manat  almağa  cəhd  göstərmişdi,  lakin  tezliklə 

məlum  oldu  ki,  Xanlar  xan  bir  aydan  azca  artıq  qulluq  etmiş  və  haqqını  da 

bütünlüklə almışdı. 

Kəlbəli  xanın  cinayətkar  ünsürlərlə  əlaqəsi  də  Cəmillinskini  çox  narahat 

edirdi.  Bu  cinayətkarlar  zorakılıq  və  talançılığa  görə  həbs  edildikdə  Kəlbəli  xan 

onları azad etmək üçün çalışırdı. Ermənilər Naxçıvandan qaçdıqdan sonra Kəlbəli 

xan  burada  hakimiyyəti  tamamilə  öz  əlinə  keçirmiş,  şübhəli  keçmişi  olan  yerli 

şəxslərdən hpkümət təşkil etmişdi. Bunların arasında Salasuz taborunun komandiri 

Fətəli  xan  Naxçıvanski  və  Naxçıvan  şəhərinin  polismeysteri  Cabbar  ağa  Vəzirov 

da  var  idi.  General-qubernator  yazırdı:  “Bu  cənablar  Kəlbəli  xana  sədaqətlərini 

açıq-aydın göstərirlər, mənim başımın üstündən ona xidməti məruzələr edir, ondan 

əmr və göstərişlər alırlar. Ona qarşı bir tədbir görməkdə mən gücsüzəm...”

191



Yuxarıda deyilənlərdən başqa Kəlbəli xan Culfa, Naxçıvan və Noraşendə 



qalmış  on  üç  sistern  ağ  neftin  yeddisini  mənimsəmişdi,  qalanını  isə  əsgərlərinə 

paylanmasını tələb edirdi. Cəmillinskinin məlumatına görə Kəlbəli xan Xəlil bəyə 

elan  etmişdi  ki,  ADR-in  müstəqilliyi  zahiridir,  ADR  Zəngəzuru  almaq  və 

Naxçıvanı respublika ilə birləşdirmək üçün yol açmaq iqtidarında deyildir ki, guya 

ADR “yerli naxçıvanlı müsəlmanları aldadır”

192


Lakin  ADR-ə  sadiq  zabit  və  məmurların  səbir  kasası  dolmuşdu.  Məlim 

olduğu  kimi  1919-cu  ilin  noyabrında  Nehrəm  taborunun  komandiri  Kərbəlayı 

Muxtar  Kəlbəli  xanın  təhqirlərinə  təhqir  ilə  cavab  verdi,  yalnız  Xəlil  bəyin 

vaxtında  işə  qarışması  Kərbəlayi  Muxtara  sədaqətli  nehrəmlilərin  Kəlbəli  xanın 

tərəfdarlarına silahlı hücumunun qarşısını aldı. 

                                                           

191


 Azərbaycan Respublikası MDƏYTA, f. 894, siy. 10, iş 78, v. 5. 

192


 Yenə orada. 


81 

 

Azərbaycan  höküməti  Kəlbəli  xana  yüksək  vəzifə  təklif  edərək  Bakıya 



çağırmağa  cəhd  göstərdi,  lakin  o  imtina  etdi.  Bu  imtinanın  səbəbini  Cəmillinski 

belə  izah  edirdi:  “Qəlbən  denikinçi  və  ingilis  nüfuzunun  tərəfdarı  olan  o, 

Azərbaycana  nifrət  bəsləyir,  ona  qarşı  bir  tədbir  görülməsə  o,  Naxçıvanı  tərk 

etməyəcəkdir.  Bu  vəziyyət  mənim  yuxarıda  göstərdiyim  səbəblərə  görə  uzun 

müddət  davam  edə  bilməz.  Bu  yaxınlarda  Zati-alilərinizin  (Qarabağ  general-

qubernatorluğu X. Sultanov nəzərdə tutulur – A. H) sərhəd postlarının təşkili üçün 

göndərdiyi iki zabitə qarşı etdiyi qəzəbli hərəkət özünü onda göstərdi ki, o, onlara 

həyasızcasına  quberniyadan  çıxıb  getməyi  və  heç  bir  işə  başlamamağı  təklif  etdi. 

Bütün bunlar mənim narazılığımın əsaslı olduğunu daha parlaq təsdiq edir”

193


Yerli  feodal  əyanlarının  bu  cür  mürtəce  nümayəndələrinin  Naxçıvanda 

nüfuzunu  zəiflətmək  üçün  Cəmillinski  təklif  edirdi  ki,  “yuxarıda  göstərilən 

şəxslərin  hərəkətlərinin  qarşısını  nə  yolla  olursa  olsun  və  qurbanlar  tələb  etsə  də 

almaq”, təcili olaraq bura nizami qoşun hissələri göndərmək lazımdır, bu qoşunlara 

arxalanaraq  “respublikanın  qanunlarını  həyata  keçirmək  və  diyarda  baş  verən 

cinayətlərin kökünü kəsmək mümkündür”. Yerli xəzinə kifayət qədər pul vəsaiti ilə 

təmin  edilməlidir  ki,  məmur  və  qulluqçulara  vaxtlı-vaxtında  əmək  haqqı  verilsin, 

onlara yüksək maaş təyin etmək, loyal və sədaqətli adamları xidmətə qəbul etmək 

mümkün  olsun.  Bundan  başqa  S.  Cəmillinski  hesab  edirdi  ki,  ADR-in  rəsmi 

nümayəndələrinin diyara gəlmələri və vəziyyətlə yerində tanış olmaları zəruridir. 

Ermənilərlə  hərbi  toqquşmalar  gedişində  Kəlbəli  xan  tədricən  faktiki 

olaraq  bütün  hərbi  siyasi  və  inzibati  hakimiyyəti  öz  əlinə  almışdı.  O  və  onun 

ətrafındakılar xəzinəni, dəmir yolunu, poçtu, teleqrafı idarə edir, şəxsi mülahizələrə 

görə vergi müəyyənləşdirirdilər. 

Naxçıvan  əhalisinə  İranın  da  təsiri  artırdı.  1919-cu  il  dekabrın  22-də 

respublika  XİN-i  İrəvandan  teleqram  aldı.  Teleqramda  qeyd  edilirdi  ki,  İranın 

vəzifəli  şəxsi  “qaçqınları  şirnikləndirici vədlərlə cəlb edir”. Azərbaycan  höküməti 

ehtiyat edirdi ki, minlərlə qaçqının İrana getməsi Naxçıvanın ermənilər tərəfindən 

tutulmasını asanlaşdırar, erməni hücumu qarşısında diyar zəifləyərdi. 

Ermənistan Respublikasının hərbi potensialının artması vəziyyəti daha da 

mürəkkəbləşdirirdi. Qızıl ordu tərəfindən darmadağın edilən və Şimali Qafqazdan 

qaçan  Denikin  ordusunun  zabitləri,  hələ  çox  əvvəllər  Denikinin  dostluq 

münasibətləri  yaratdığı  daşnak  dövlətində  sığınacaq  tapırdılar.  Denikin  ştabı 

yanında  daşnak  ordusunun  nümayəndəsi  –  Saqatsiyan  –  var  idi.  İrəvanda 

Ermənistan  hərbi  nazirinin  yanında  Denikinin  nümayəndəsi  –  1918-ci  ilin 

sonundan polkovnik Lesli, 1919-cu ilin sentyabrından isə polkovnik Zinkeviç – var 

idi. 


1919-cu  il  noyabrın  23-də  Tiflisdə  Azərbaycan  və  Ermənistan 

respublikaları  arasında  razılıq  imzalanmışdı.  Bu  razılaşmaya  görə  tərəflər 

                                                           

193


 Azərbaycan Respublikası MDƏYTA, f. 894, siy. 10, iş 78. v. 7 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə