Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   35   36   37   38   39   40   41   42   43

84 

 

Cerard  Amerika  hökümətinə  təklif  etdi  ki,  ABŞ-da  10  min  daşnak 



könüllüsündən  ibarət  legion,  elə  həmin  sayda  da  bir  legion  Avropada  yaratmaq, 

onların təşkili və Ermənistana göndərilməsi üçün ermənilərə icazə versin. 

Bütün  bu  hadisələrin  rakursu  Naxçıvandakı  türk  nümayəndələrinin 

fəallaşmasının  səbəblərini  başa  düşməyə  imkan  versin.  Əgər  Cəmillinski  daşnak 

dövləti ilə münasibətlərin normallaşmasına can atan ADR rəhbərliyinin mövqeyini 

Kəlbəli  xan  isə  müstəqil  yarımfeodal  “xanlıq”  yaratmaq  məqsədi  güdən,  hətta 

bunun üçün ermənilərlə əlaqəyə girən, şüurlu surətdə ADR-dən ayrılma yolu tutan 

qüvvələri  təmsil  edirdisə,  Xəlil  bəy  türk  təcrübəsinə  əsaslanaraq  daşnak 

başkəsənlərini  ancaq  güclü  intiqam  zərbəsi  ilə  dayandırmağın  mümkün  olduğunu 

hesab edən təcrübəli türk zabitlərini təmsil edirdi. 

Nəzərə almaq  lazımdır  ki, İrəvan quberniyasından və Zəngəzurdan  olan 

qaçqınların sayının artması Xəlil bəyin mövqeyini daha da  möhkəmləndirirdi. Bu 

adamlar  erməni  vəhşiliklərindən  danışır  və  naxçıvanlıların  qəlbində  haqlı  olaraq  

dinc  müsəlman əhalisini müdafiə etmək  arzusu doğururdu. 

Yəqin  ki,  fevralın  ilk  günlərində  Xəlil  bəyin    qiyam  qaldırıb 

Cəmillinskinin  tərəfdarlarını  qıraraq  Naxçıvanda    hakimiyyəti  ələ  keçirnəyə 

çalışmasına da  səbəb olmuşdur. ADR-in Ermənistandakı diplomatik nümayəndəsi 

A.Haqverdiyev  1920-ci  ilin  fevralın  4-bu  barədə  Bakıya  xəbər  verəndə,  XİH-nə 

məsləhət  görürdü ki, Xəlil bəyin Naxçıvandan geri çağrılmasına  nail olsunlar.  

Digər  tərəfdən  daha  da    müstəqilləşən    Kəlbəli  xan  Azərbaycanın 

demokratik  hökümətinə    tabe    olmaqdan    imtina  edirdi.  General-qubernator 

Cəmillinskinin vəziyyəti ikimənalı idi. Fevralın 29-da o, A.Haqverdyiyev vasitəsilə 

Azərbaycan  hökumətindən  xahiş  edir  ki,  onu  vəzifəsindən  azad  edib  yerinə 

“təcrübəli  şəxs”  göndərsinlər.  Cəmillinski    ADR  hökumətindən  təcili  tədbirlər  

görməyi tələb edirdi, lakin artıq gec idi. Martda Cəmillinski  faktiki olaraq yenidən 

müstəqilləşən Naxçıvanı tərk edir.  

Eyni zamanda başqa  sənədlərə əsasən güman etmək olar ki, Cəmillinski 

və  Kəlbəli  xanın  arasındakı  ixtilaflardan  xalqın  aşağı    təbəqələrinin  ya  xəbər  yox 

idi,  ya  da    əhali  bunları  Zaqafqaziya    ictimaiyyətinə  çatdırmamaqla  yumşaltmağa  

çalışırdı.  Bu  barədə  “Azərbaycan”  qəzetində  dərc  edilən  məqalədə  deyilirdi: 

“Ordubad    və  Naxçıvan  rayonlarındakı  ixtilaflar  haqqında  erməni  qəzetlərin 

məlumatları  əssasızdır.  Gələnlərin  dediyinə  görə  orada  tam  qayda-qanun  hökm 

sürür.  Bütün  hakimiyyət  Cənub-Qərbi  Azərbaycan  general-qubernatorluğunun 

əlindədir.  Heç  bir  xəstəli  yoxdur.  Çörək  boldur,  ərzaq  Ermənistandakından 

ucuzdur”.  Türk  hərbi  hissələri  Naxçıvana  gəldikdən  az  sonra  Kəlbəli  xan 

Türkiyənin  yüksək  hərbi  ordenini  aldı,  ADR  hərbi  idarəsi  isə  daşnaklarla 

döyüşlərdə göstərdiyi igidliyə görə ona general-mayor rütbəsi verdi. 

Lakin  Naxçıvanın  yenidən  bərpa  edilmiş  müstəqilliyi  möhkəm  deyildi. 

Yaxın  keçmişin  təcrübəsi  göstərirdi  ki,  Naxçıvanın  müstəqilliyinin  zəmanəti 

olmamasından  istifadə  edən  ermənilər  Naxçıvanı  ələ  keçirməyə  çalışacaqlar, 




85 

 

faktiki  elə  belə  də  oldu.  Bunu  Bəyazid  türk  diviziyasının  komandanı  Cavid  bəylə 



daimi əlaqə yaradan Xəlil bəy daha yaxşı başa düşürdü. Onlar birlikdə Naxçıvanin 

müdafiəsiz  planını  hazırladılar  və  bunu  Kazım  Qarabəkir  paşa  ilə  razılaşdırdılar. 

1920-ci il fevralın 18 - 20-də Anadoluya nizami yunan qoşunu çıxarılması, fevralın 

23-də  ingilis  eskadrasının  gəlməsi  Naxçıvanın  güclü  hərbi  müdafiəyə  ehtiyacını 

daha da artırdı. 

Yeni  müdaxiləyə  qarşı  ağır  mübarizəyə  başlayan  Türkiyənin 

zəifləməsindən  istifadə  edən  daşnaklar  Naxçıvana  hücum  etmək  üçün  hərbi 

hazırlıqları genişləndirdilər. Antanta ölkələri də onları buna təhrik edirdilər. 

Türkiyədəki milli azadlıq hərəkatı ilə üzləşən Britaniya Mustafa Kamalın 

qoşunlarına  qarşı  daşnak  Ermənistanından  istifadə  etmək  qərarına  gəldi.  Antanta 

səfirləri  və  xarici  işlər  nazirlərinin  konfransı  1920-ci  il  martın  12-də  Millətlər 

Cəmiyyətinin  Şurasına  təklif  etdi  ki,  “yeni  yaranmış  Ermənistan  dövlətini”  öz 

himayəsinə  qəbul  etsin.  Məşhur  türk  hərbi  tarixçisi  Cövdət  Kərim  özünün 

“Müstəqillik  uğrunda  türk  mübarizəsi  haqqında  mühazirələr”  (İstanbul,  1927) 

kitabında  Britaniya  siyasətinin  məqsədlərini  müəyyənləşdirərək  və  1920-ci  ilin 

əvvəllərində Anadoludakı siyasi vəziyyəti nəzərdən keçirərək göstərir ki, türk milli 

azadlıq hərəkatı ilə mübarizədə Antanta imperialistləri o vaxt Anadolu hərəkatına 

Zaqafqaqziya tərəfdən, yəni daşnak Ermənistanından və Naxçıvan vasitəsilə zərbə 

planını əsas hesab edirdilər. Buna görə də 1920-ci ilin martında Cavid bəyin xahişi 

və Kazım Qarabəkir paşanın qərarı ilə Naxçıvana Əli Teymur bəyin komandanlığı 

altında 50 nəfərdən ibarət türk döyüş dəstəsi gəldi. 

Naxçıvanın  ADR  ilə  əlaqələri  getdikcə  zəifləyirdi.  Azərbaycan 

Respublikasının  nəşr  edilən  Ünvan-Təqvimində  nə  Naxçıvan  general-

qubernatorluğu,  nə  də  Naxçıvan  müəssisələri  göstərilmişdi.  1920-ci  ilin  yanvar-

fevral  aylarında  dərc  edilmiş  “Azərbaycan”  qəzetində  Naxçıvandakı  vəziyyət 

haqqında  (Akulis  erməni  kəndi  ətrafındakı  hadisələrlə  bağlı  məlumatlar  istisna 

edilməklə)  demək  olar  ki,  heç  bir  məlumat  yoxdur  (lakin  biz  bilirik  ki,  bu  vaxt 

burada  mühüm  hadisələr  baş  verirdi).  ADR-in  müstəqilliyinin  Paris  sülh 

konfransında  tanınması ilə  əlaqədar  olaraq Azərbaycan  hökümətinə  respublikanın 

bütün çoxsaylı qəzalarından,  həmçinin Türkiyə, Gürcüstan, Şimali Dağlıları və  s. 

tərəfindən  göndərilmiş  təbriklər  içərisində  Naxçıvan  hökümətinin  təbriki  yoxdur. 

Bütün bunlar sübut edir ki, Naxçıvan və ADR arasındakı münasibət çox mürəkkəb 

idi. 

1920-ci  il  fevralın  11-də  Naxçıvan  müsəlmanları  Gürcüstan  hökümətinin 



sədri N. Jordaniyaya teleqram göndərərək daşnak qoşunlarının yanvarın 6-dan 23-

dək  fasiləsiz  hücumları  haqqında  məlumat  verirdilər.  Naxçıvanlılar  qeyd  edirdilər 

ki,  “Bu  hücumlarda  bizi  toqquşmaya  təhrik  edən  ermənilər  eyni  zamanda 

mətbuatda  bu  təşəbbüsü  bizim  adımıza  çıxırlar.  Yuxarıda  göstərilən  faktlardan  və 

bizdəki səhih məlumatlardan görünür ki, bu hücumlar təşkil olunur və əhaliyə ayrı-

ayrı bandit dəstələri tərəfindən deyil, hökümətin icazəsi ilə edilir” (“Azərbaycan” 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə