Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

36 

 

Təbiidir ki, erməni millətçiləri tərəfindən xalqa qarşı apardıqları genosidə 



Şərur  -  Dərələyəz  və  Naxçıvan  qəzalarının  əhalisi  biganə  qala  bilməzdi. 

Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyinin  məlumatına  görə  yayın  əvvəli 

üçün  ermənilər  “təqsirli  və  təqsirsizləri  ayırd  etmədən    400-dən  çox  müsəlman 

kəndini  qılıncdan  keçirib  yandırmışlar.  Dağıntı  və  qırğının  mənzərəsi  dəhşətə 

gətirirdi.  Evlər  yandırılır,  əhalinin  əmlakə  əlindən  alınırdı,  adamlara  rəhm 

etmirdilər,  uşaqları,  qadınları,  qocaları  doğrayırdılar...  Yaxınlarda  çiçəklənən 

kəndlər xarabazara çevrilmişdi”

65



Bu  qəzaların  əhalisini  tamamilə  qırılmaqdan  qurtara  bilmək  yeganə 

qüvvə, şübhəsiz, türk qoşunları idi. 1918-ci il mayın sonunda Naxçıvan və Şərur – 

Dərələyəz  qəzalarının  əhalisi  Kərim  xan  İrəvanlının  başçılığı  ilə  Mehmet  Vahib 

paşanın yanına xüsusi nümayəndə heyəti göndərərək, Androniki quldur dəstələrini 

dağıtmağı  və  Naxçıvan  diyarına  qoşun  yeritməyi  xahiş  etdi.  1918-ci  il  iyunun 

əvvəlində  9  və  11-ci  türk  qoşunları  diviziyaları  Uluxanlıdan    Naxçıvana  hərəkət 

etdilər. 1918-ci il iyunun 4-də türk qoşunları Naxçıvana daxil oldu

66



Türk komandanlığı şəhər üzərində Türkiyə bayrağını qaldıraraq Naxçıvanı 

öz himayəsi altına götürdüyünü bildirdi, Naxçıvanı Türkiyənin bir əyaləti elan etdi. 

Buraya genaral-qubernator təyin edildi, həmçinin  milli Azərbaycan hərbi hissələri 

yaradılmağa  başlandı,  bu  hissələrə  hələlik  türk  zabitləri  rəhbərlik  edirdilər. 

Naxçıvan nizami könüllü ordusunun yaranmasına 1-ci ordu korpusunun komandiri 

Qarabəkir Kazım paşa böyük qüvvə və əmək sərf etmişdi

67

. Qəzalarda 19 yaşından 



yuxarı olan əhali arasında səfərbərlik elan edildi. Milli hərbi hissələr türk silahları 

ilə silahlanır və sürətlə hərbi işi öyrənirdilər. 

Türk qoşunları və  Naxçıvanın könüllü qoşunlarının birgə  səyi ilə  daşnak 

quldur dəstələri darmadağın edildi və qəzadan qovuldular. Naxçıvanda dinc həyat 

yoluna  düşür,  yerli  inzibati  hökümət  bərpa  edilirdi.  Bu  hökümətə  rəhbərlikdə 

Rəhim  xan  və  Kamran  xan  Naxçıvanskilər,  Cabbarağa  Vəzirov,  Kəlbəli  xan 

Naxçıvanski və digərləri görkəmli rol oynamışdılar. Bununla birgə ayrı-ayrı vəy və 

xan  nəslindən  olan  nümayəndələr  Türkiyə  höküməti  ilə  əməkdaşlığın  əleyhinə 

idilər.  Onlar  Naxçıvanın  tam  müstəqilliyi  lehinə  çıxış  edir,  buna  görə  də  İranla 

yaxınlaşmağa  can  atırdılar.  Naxçıvan  və  Şərur  –  Dərələyəz  qəzaları 

cümhuriyyətinin  yuxarı  təbəqələrindəki  siyasi  iqlimin  bu  xususiyyəti  erməni 

təcavüzünə  qarşı  çıxış  edən  qüvvələrin  parçalanmasına  gətirib  çıxardı.  Türk 

qoşunları Naxçıvana gəldikdən sonra Naxçıvan Milli Şurasının sədri Cəfərqulu xan 

Naxçıvanski  oğlu  Kəlbəli  xan,  Mirzə  Hüseyn  və  Heydərqulu  bəylə  birlikdə 

iranlılar və daşnaklardan siyasi mənfəət əldə etmək ümidi ilə İrana və İrəvana səfər 

etmişdilər.  İrəvana  səfərin  nə  dərəcədə  səmərəli  olduğunu  erməni  höküməti 

                                                           

65

 Yenə orada. 



66

 Karabekir paşa Kazim Birinci Kafkaz Kolorolnonun, 1919, s. 11 – 12. 

67

 Yenə orada






37 

 

nümayəndələrindən  birinin  Cəfərqulu  xana  dediyi  sözlərdən  görmək  olar:  “Biz 



bilirik  ki,  naxçıvanlılar  xaindirlər.  Onu  da  nəzərə  alın  ki,  sizin  bütün    quldur 

dəstəniz  və  Makin  sərdarı  yer  üzündən  silinəcəkdir.  Sizin  üzərinizə  Zəngəzurdan 

Andronik  gələcək,  buradan  isə  biz  özümüzün  Qazax  süvari  dəstəmizi 

göndərəcəyik

68

”. 


Birinci  dünya  müharibəsində  məlubiyyətə  uğrayan  Türkiyə  Mudros 

müqaviləsinin şərtlərinə uyğun olaraq qoşunlarını Naxçıvandan çıxarmağa məcbur 

oldu.  Türkiyə  qoşunlarının  Naxçıvandan  çıxarılmasını  bütün  Azərbaycan 

ictimaiyyəti kədərlə qarşıladı

69



1918-ci  il  noyabrın  sonunda  yerli  əhali  Qafqazda  altıncı  olan    Araz 



respublikasının  müvəqqəti  müstəqilliyini  elan  etdi.  Bu  respublika  bir  tərəfdən 

erməni  iddialarını  dəf  etməyə,  digər  tərəfdən  isə  respublikanın  bütün  əhalisinin 

həm din, həm də dil cəhətdən can atdığı Azərbaycanla birləşməni hazırlamağa cəhd 

edirdi


70

Araz-Türk  Demokratik  Respublikasının  elan  edilməsi  hələ  lap 



keçmişlərdən  regional  müstəqilliyə  can  atan  Naxçıvan  diyarı  üçün  böyük 

əhəmiyyət  kəsb  edirdi.  Respublikanın  paytaxtı  Naxçıvan  şəhəri  oldu.  Onun 

ərazisində  Naxçıvan  və  Şərur  –  Dərələyəz  qəzaları,  Sərdarabad,  Uluxanlı, 

Vedibasar, Kəmərli, Mehri və s. bölgələr

71

 daxil idi. Yaradılmış hökümətin başında 



demokratik inkişaf tərəfdarı və yerli feodalların düşməni Əmir bəy dururdu

72

. Əmir 



bəyə və onun tərəfdarlarına qarşı köhnə qaydaları saxlamağa can ayan iri bəylər və 

xanlar, Cəfərqulu xan çıxış edirdilər. Tanınmış və qədim xan nəslinə mənsub olan 

Cəfərqulu  xan  keçmiş  xan  hökümətini  və  əzəmətini  bərpa  etmək  istəyən  əhali 

arasında  geniş şöhrət qazanmışdı və bu əhaliyə böyük təsir göstərə bilirdi. Onun 

oğlu, çar ordusu leyb-qvardiyasının geniş rotmistri Kəlbəli xan Rusiyanın yüksək 

hərbi  mükafatlarını  almışdı.  Belə  hesab  edilirdi  ki,  Cəfərqulu  xan  və  onun 

ətrafındakılar  monarxiyalı  Rusiyanın  tərəfdarları  idilər

73

,  lakin  bunu  daha 



dəqiqliklə  təsdiq  edən  sənədlər  tapılmamışdır

74

.  Diplomatik  yolla  Ermənistan 



respublikasının  daşnak  rəhbərliyi  ilə  belə  münasibətləri  qaydaya  salmaqla  öz 

hakimiyyətini  saxlamaq  məqsədinə  can  atan  Cəfərqulu  xan  çox  ehtiyatlı  və 

hiyləgər  siyasət  yeridirdi.  Özü  üçün  təhlükə  yarandıqda  isə  həmişə  İranda 

gizlənirdi. 

Respublikanın mərkəzi hökümət orqanı kimi hökümətxana yaradıldı, onun 

tərkibinə  əsasən  Milli  Şuranın  üzvləri  daxil  oldular.  Bundan  başqa  Araz-Türk 

                                                           

68

 Макинское ханство. Новый Восток, книга 1, М., 1922, с. 341. 



69

 “Açıq söz” qəzet, 13 mart 1992.  

70

 Azərbaycan Respublikası MDƏYTA, f. 970, siy. 1, iş 215, v. 9 – 9 arx. 



71

 Yenə orada. 

72

 Yenə orada, f. 894, siy. 10, iş 178, v. 7. 



73

 Макинское ханство…., с. 343. 

74

 Q. Mədətov. Göstərilən əsəri. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə