Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

32 

 

şərqdə peyda olması erməni daşnaklarını möhkəm çaşdırmışdı. Şübhəsiz ki, onlar 



sovet  Rusiyasından  Qarabağ  cəbhəsinin  bütün  sahələrində  hərbi  hücum 

əməliyyatları üçün – bu əməliyyatlar Azərbaycan ordusunun əsas qüvvələrini cəlb 

etmiş,  dövlətin  şimal  sərhədləri  boş  qalmışdı  –  müəyyən  minnətdarlıq 

gözləyirdilər.  Lakin  Mikoyanın  şəxsində  bolşeviklərlə  daşnakların  apardıqları 

antiazərbaycan  sövdələşməsi  baş  tutmadı.  Qafqaz  cəbhəsi  Hərbi-İnqilab  şurasının 

XI  ordu  tərəfindən  işğal  edilmiş  Azərbaycan  ərazisindən  erməni  qoşunlarının 

dərhal  çıxarılmasını  tələb  edən  ultimatumu  daşnak  hökümətinə  göndərildi. 

Daşnaklar  əvvəlcə  Azərbaycanda,  sonra  isə  bütün  Zaqafqaziyada  öz  diktaturasını 

qurmaq istəyən bolşeviklərin dönməz qətiyyəti ilə qarşılaşdılar. 

Bununla  əlaqədar  Qars  vilayətinin  vəziyyəti  pisləşdi,  ermənilər  özlərinin 

bütün hərbi qüvvələrini buraya yönəltdilər. İngilis-yunan hücumlarının müvəqqəti 

müvəffəqiyyətlərindən  və  Antanta  dövlətləri  tərəfindən  zorla  qəbul  etdirilən  Sevr 

sülh müqaviləsinin  (avqust 1920-ci il) şərtlərindən – bu şərtlərə görə Anadolunun 

şimal-şərq  vilayətləri    Giresundan  başlayaraq    Ərzincan  –  Muş  –  Bitlis    və  Van 

gölü üzrə xətt boyunca  Ermənistana keçməli idi – istifadə edən erməni höküməti 

1920-ci  ilin  sentyabrında  gizli  əmr  verdi.  Bu  əmrə  əsasən  bütün  Qars  vilayətində 

və  İrəvan  quberniyasında  müsəlman  əhalinin  kütləvi  qırğını  başlandı  (daha 

doğrusu,  lap  genişləndi).  Şuraqala,  Şərur-Dərələyəz,  Kağızman,  Sürməli, 

Qaraqurta,  Sarıqamış  rayonları  külə  döndərildi.  Daşnak  dəstələri  Olta  və 

Kağızmanın  qalan  hissəsinə  hücuma  keçdilər.  Bu  hücumlar  zamanı  elə  miqyaslı 

vəhşiliklərə  yol  verilirdi  ki,  artıq  müttəfiqlərin  həddini  aşmış  “demokratları” 

müdafiə etməyə cürəti çatmadı. 

Azğınlaşmış  daşnaklar  Türkiyəyə  müharibə  elan  edərkən  Amerikanın 

Tiflisdəki  yeni  konsulu  S.  Mozerin  “rəğbət  hisslərinin”  etirafına  nail  oldular. 

Daşnakların təkrar sorğusuna cavab olaraq Mozer bilirdi ki, ABŞ  “heç vaxt erməni 

millətinin  müdafiə  edəcəyini  və  ya  hərbi  yardım  göstərəcəyini  öhdəsinə 

götürməmişdir”

50

.Təbiidir 



ki, 

amerikalılar 

Ermənistanın 

tezliklə 

bolşevikləşdiriləcəyi təhlükəsini də nəzərə alırdılar. Belə ki, 1920-ci il dekabrın 7-

də  müharibəni  davam  etdirmək  üçün  daşnaklara  25  mln.  dollar  miqdarında  borc 

verilməsi  haqqında  konqresə  müraciət  edən  prezident  Vilson  demişdi:  “Amerika 

komissiyası  nəzarət  etməlidir  ki,  bu  məbləğ  Ermənistan  kommunistlərinin  əlinə 

keçməsin”

51



Erməni  hərbi  hissələrinin  Bardis  və  Olt  bölgələrində  Türkiyə  ordusuna 

qarşı  apardıqları  əməliyyatlar  buna  gətirib  çıxardı  ki,  1920-ci  il  sentyabrın  28-də 

şərq  türk  ordusu  Kazım  Qarabəkir  paşanın  və  Xəlil  paşanın  başçılığı  ilə  cavab 

zərbəsi vurdu. Bunun nəticəsində də Ermənistan Respublikasının ordusu tamamilə 

darmadağın edildi. Noyabrın 2-də türk qoşunları Qarsı tutdular, noyabrın 8-də isə 

                                                           

50

 “История ССР» журналы, № 4, 1961, с. 45. 



51

 Yenə orada. 




33 

 

türk komandanlığı erməni hərbi hissələrinin Batum müqaviləsi ilə müəyyənləşmiş 



sərhəd  xəttinə  çəkilməsini  tələb  etdi.  Daşnakların  bu  şərtləri  yerinə  yetirməkdən 

boyun qaçırması noyabrın 10-da türklərin yeni hücumlarına səbəb oldu. Bu hücum 

nəticəsində də Qars vilayəti erməni quldur dəstələrindən tamamilə təmizləndi. Qars 

vilayətinin  itirən  və  hərbi-siyasi  iflas  qarşısında  alan  daşnak  Ermənistanı  Türkiyə 

hökümətinə  hərbi  əməliyyatları  dayandırmaq  və  sülh  danışıqlarına  başlamaq 

haqqında xahiş ilə müraciət etdi. Danışıqlar Aleksandropol sülh müqaviləsi ilə başa 

çatdı. Bu müqavilə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra (29 noyabr 

1920-ci il) dekabrın 2-də elan edildi. 

1921-ci  il  martın  16-da  Moskvada  Sovet  Rusiyası  ilə  Türkiyə  arasında 

dostluq  və  qardaşlıq  haqqında  müqavilə  imzalandı.  Bununla  da  Rusiya  –  Türkiyə 

münasibətləri  tarixində  yeni  dövr  –  hər  iki    xalqın  mühüm  siyasi,  iqtisadi  və 

mədəni  əlaqələrini  pozmağa  çalışan  “dənizdən  dənizə  Ermənistan”  ideoloqlarının 

keçmişdə  olduğu  kimi  indi  də  ahəngsizləşdirmə  və  ekspansionist  məqsədlərinin 

açıq-aydın göründüyü  bir dövr başlandı. 

Müqavilə  Türkiyənin  şimal-şərq  sərhədlərinin  toxunulmazlığını  təmin 

edirdi. Birinci maddəyə uyğun olaraq SSRİ ilə Türkiyə arasında şimal-şərqi sərhəd 

müəyyən  edildi.  Bu  sərhəd  Ərdahan  və  Qars  sancaqlarının  şimalındakı  inzibati 

sərhəddən  –  Arpaçayın  və  Araz  çayının    Talveçi  üzrə  Aşağı  Qarasuyun 

mənsəbinədək olan sahədən keçirdi

52



1921-ci  il  sentyabrın  26-da  Qarsda  Zaqafqaziya  –  Türkiyə  konfransı 

açıldı.  Konfransda Zaqafqaziya respublikalarının nümayəndə heyətləri və RSFSR-

in rəsmi nümayəndəsi,  həmçinin Türkiyə  nümayəndə heyəti iştirak edirdi. Burada 

çıxış edən erməni nümayəndə heyətinin başçısı  A. Mravyanın çıxışını qeyd etmək 

istərdik. O, çıxışında dedi: “... biz indi burjua və millətçi hökümətlərdən bizə miras 

qalmış mübahisəli məsələləri, vəziyyəti mürəkkəbləşdirən lənətə gəlmiş məsələləri 

qaldırmaq  məqsədi  güdmürük.  Yox,  indi  bizi  bu  məsələlər,  düşmənçilik  hissləri 

narahat etmir. Zəhmətkeş türk xalqının öz vətənləri uğrunda apardıqları qəhrəman 

mübarizəsi  bizi  valeh  edir”

53

.  Təəssüf  ki,  indiki  erməni  parlamentariləri  öz 



həmvətənlərinin  1921-ci  ilin  sentyabrında  sağlam  düşüncənin  səsinə  səs  verərək 

dediyi  sözlərə şərik çıxmırlar. 

Konfransın  işi  Zaqafqaziya  respublikaları  ilə  Türkiyə  arasında  dostluq 

haqqında  müqavilənin  imzalanması  ilə  başa  çatdı.  Məzmununa  görə  Qars 

müqaviləsi Moskva müqaviləsi ilə eyni idi

54

 . 



Beləliklə,  türk  xalqının  Antanta  ölkələri  və  onların    əlaltılarının 

təcavüzünə  qarşı  apardığı  qəhrəman  mübarizəsi  nəticəsində  daşnakların  erməni 

ərazilərini Qars vilayəti hesabına genişləndirmək arzuları iflasa uğradı. 

                                                           

52

 Документы внешней политики СССР. М., 1959, т. 3, с.593. 



53

 Yenə orada, t. 4, s. 373. 

54

 Документы внешней политики СССР. М., 1959, т. 4, с. 420 – 429. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə