Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə12/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

26 

 

maneçilik  törətmək  forması  almışdı.  Cənub-Qərbi    Qafqaz      Respublikasının 



mövcud olduğu bir şəraitdə Qarsda Qars vilayəti Axalsıx və Axalkələk qəzalarının 

general-qubernatorunun  iqamətgahı  yerləşirdi,  qubernator  faktiki  olaraq  müstəqil 

respublikanı  tanımırdı.  Bu  ərazilərdə  qubernator  öz  səlahiyyətini  Britaniya 

payadalar  rotasına,  hindular  rotasına    və  iki  süvari  vzvoduna    arxalanaraq  həyata 

keçirirdi.  Britaniya  zabit  və  əsgərləri  Ərdəhan,  Çak  Su,  Kağızman,  Olt    və 

Sarıqamışda  da  yerləşmişdilər.  Britaniya  hərbi  qüvvələrinin  bu  cür 

yerləşdirilməsini tam müstəqillik haqqında  “düşünməyə cəsarət etmiş” respublika 

vətəndaşlarının başı üzərində asılan  “Damokl qılıncı” na bənzətmək olar. 

Əldə  olan  sənədlər  regiondakı  xalq-demokratik  hərəkatına  münasibətdə 

Britaniya işğalçı hökümətinin  siyasətini yaxşı əks etdirir. Belə ki, Zaqafqaziyada 

Britaniya qüvvələrinin baş komandanı general Q.F. Milnin 1919-cu il 7 mart tarixli 

elanında  deyilirdi  ki,  müttəfiqlərlə  Türkiyə  arasındakı  barışıq  şərtlərinin  yerinə 

yetirilməsi və Sülh konfransında ərazi məsələsinin həllinə qədər qanun və qaydanın 

qorunması  üçün  Britaniya  qoşunları  Zaqafqaziyanı  işğal  etmişlər.  General  elen 

edirdi  ki,  “işləri  ilə  məşğul  olaraq  özlərini  tamamilə  sakit  aparmaq  sakinlərin 

borcudur.  İngilis  və  müttəfiq  qüvvələrinə  ziyan  vuracaq  hərəkətdən  çəkinsələr, 

onlar  ingilis  hərbi  höküməti  tərəfindən  heç  bir  məsuliyyətə  cəlb  edilməyəcək, 

onların  həyatı  təhlükədən  uzaq  olacaq,  mülkiyyət  və  azadlıqlarına  hörmət 

göstəriləcəkdir;  yox  əgər  onlar  bu  münasibətdə  öz  borclarını  yerinə  yetirməkdən 

boyun  qaçırsalar,  hərbi  dövrün  zərurəti  cəza  tətbiq  edilməsini  tələb  edəcəklər” 

(“Азербайджан” qəzeti, 9 may 1919). 

Lakin  artıq  1919-cu  il  aprelin  əvvəllərində  Britaniya  hərbi  hakimiyyəti 

Cənub-Qərbi  Zaqafqaziyada  milli  demokratik  hərəkata  qarşı  repressiyaya  başladı. 

Batumda  “Batum  xəbərləri”  qəzetinin  bağlanması  və  əhali  arasında  həbslərlə 

başlayan  repressiya  aprelin  12-də  Cənub-Qərbi  Qafqaz  Demokratik  Respublikası 

parlamentinin  qovulması  və  Müvəqqəti  hökümətin  üzvlərinin  həbsi,  həmçinin 

Batum  vilayətinin  idarə  edilməsi  üzrə  Şuranin  buraxılması  kimi  antidemokratik 

aksiyalaradək artdı. 

Elə  həmin  gün,  aprelin  12-də  Britaniya  hərbçiləri  Qars  hökümətinin 

üzvlərinin,  o  cümlədən  35  parlament  üzvlərinin  həbs  etdilər.  Qars  hökümətinin 

həbs  olunmuş  üzvləri  əvvəlcə    mühafizə  ilə  Batuma  göndərildilər.  Lakin  çox 

keçmədən  onlardan  11  nəfəri  Britaniya  hərbi  idarəsi  tərəfindən  girov  kimi  Malta 

adasına  sürgün  edildi.  Bunların  sırasına  baş  nazir  İbrahim  bəy  Cahangirov,  hərbi 

nazir  Həsən  bəy  Cahangirov,  ərzaq  naziri  Yusif  Yusifov,  polis  komissarı  Musa 

Salam oğlu, Poçt-Teleqraf İdarəsinin  müdiri Müxlis bəy Əlibəyzadə, hüquq işləri 

üzrə  müşavir  Kərbəlayı Əziz  bəy Cahangirov,  mühacirlər  komissiyasının üzvləri 

Matvey Raçinski, Pavel Çamuşev, Stefan Vafiadi və Malileyev daxil idilər

37



                                                           

37

 Azərbaycan Respublikası MDƏYTA, f, 897, siy. 1. Iş 38, v.101. 




27 

 

Müstəqil  Qars  Respublikasında      dörd  aydan  bir  az  artıq  mövcud  olan 



demokratik  hökümət  təsisatları  təbiidir  ki,  bu  respublikanın  siyasi  sisteminin  

xarakteri, mahiyyəti və bütün xüsusiyyətlərini tam əks etdirə bilməz. Bununla belə, 

hətta  respublika  tarixi  üzrə  çox  az  qalmış  arxiv  sənədləri  seçilmiş  siyasi 

quruculuğun əsas xüsusiyyətlərini başa düşməyə kömək edir. 

  Cənub-Qərbi  Qafqazda  vətəndaş  cəmiyyətinin  yaranmasında  həddən 

artıq çox (region miqyasında) olan orta təbəqə xüsusi rol oynayırdı,  mənəvi əsası 

isə  həqiqi  demokratik  sistemin  qurulması  mümkün  olmayan  kütləvi  şüurun 

konsensusu  təşkil  edirdi.  Çoxmillətli  parlamentin  və  müvəqqəti  hökümətin  öz 

heyətinə  respublikanın  ərazisində  yaşayan  bütün  millətlərin  nümayəndələri, 

həmçinin inzibati-ərazi əlaməti üzrə nümayəndələr daxil idi. 

Hər  hansı  xüsusi  məsələnin  qabaqcadan  müzakirəsi  və  işlənib 

hazırlanması  və  ya  qəbul  edilmiş  qərarın  yerinə  yetirilməsi  üçün  daha  böyük 

yığıncağın  öz  içərisindən  seçdiyi  daimi  və  ya  müvəqqəti  kollegiya  –  komitə 

haqqında  hələ    XX  əsrin  əvvəllərində  meydana  çıxmış  təsəvvürlər    Milli  Şura 

yaratmaq  ideyasının  əsasını  təşkil  edirdi.  Məlumdur  ki,  komitələrin    (ümumi 

təhlükəsizlik,  ictimai  quruluş)  tarixi  böyük  Fransa  inqilabının  tarixinin  mühüm 

hissəsini təşkil edir. Türkiyədə də burjua-inqilabi hərəkat 1891-ci ildə  “İttihad və 

Tərəqqi” adlı siyasi komitənin yaradılması ilə başladı. Rusiyada fevral inqilabından 

sonra 1919-cu il martın 22-də (ondan qabaq Dövlət dumasının müvəqqəti komitəsi 

yaradılmışdı)  Müvəqqəti  hökümət  xüsusi  Zaqafqaziya  komitəsi  yaratmışdı.  Bu 

komitə  yerlərdə  hakimiyyəti  inqilabdan  dərhal  sonra  bütün  Zaqafqaziyada 

meydana  gəlmiş  müxtəlif  milli  komitələr  arasında  bölüşdürmüşdü.  1919-cu  ilin 

noyabrında  Bakıda  Zaqafqaziya  müsəlman  milli  komitələrinin  konfransını 

keçirməyə nail olmuş  müsəlman komitələri ən mütəşəkkil idi. 

1919-cu  il  mayın  27-də  Azərbaycan  Müvəqqəti  Milli  Şurasının  elan 

edilməsi  yerli əhaliyə güclü siyasi  və  mənəvi təsir göstərdi. Gördüyümüz  kimi ali 

milli orqanın – Milli Şuranın adı da buradan götürülmüşdü, yəni  Azərbaycandakı 

milli  demokratik  hərəkat  praktikası  Qars  vilayətindəki  və  ona  bitişik  ərazilərdəki 

hadisələrə güclü təsir göstərmişdi.  

Səsvermə  yolu  ilə  seçilən    Milli  Şura      Cənub-Qərbi  Qafqazın 

müstəqilliyini,  burada  demokratik  formada  siyasi  quruculuq  elan  etmək  və 

hökümət yaratmaq məsuliyyətini öz üzərinə götürdü. Müəssislər məclisi çağırılana 

qədər  Qars  Milli  Komitəsi  bütün  Cənub-Qərbi  Qafqaz  Respublikası  ərazisinin 

idarə edilməsinin başında dururdu. 

Parlamentin  açılışından  sonra  da  Milli  Komitə  buraxılmadı,  1919-cu  ilin 

martında  hələ  fəaliyyət  göstərirdi,  milli  azlıqların:  rusların,  ukraynalıların, 

yunanların və kürdlərin nümayəndələri də buraya daxil edildilər. Maraqlıdır ki, o, 

milli  demokratik  hakimiyyətin  yeganə  orqanı  idi  ki,  hökümət  yaradıldıqdan  və 

qovulduqdan sonra uzun müddət fəaliyyət göstərdi. 1919-cu ilin mayında artıq şura 

adlanan  Milli Komitə Ermənistanın  nazir-sədrinə teleqram göndərərək daşnakları 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə