Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

22 

 

Zaqafqaziyada  və  xaricdə  güzəştə  getməmək  və  əməkdaşlıqdan  boyun  qaçırmaq 



kimi qiymətləndirilə bilərdi. Digər tərəfdən də özlərinin Cənub-Qərbi Qafqaza olan 

torpaq iddialarını gizlətməyən daşnaklar da fəallaşmışdılar. 

1919-cu  il  martın  28-də  İrəvandakı  müşavirədə  daşnak  Ermənistan 

hökümətinin  nazir-sədri  Xatisov  general  Tomsonun  “tatarlardan”  erməniləri  öz 

ərazilərində qəbul edib-etməmək üçün razılıq istəməsi ilə əlaqədar ona qarşı iddia 

təqdim  etdi.  Xatisova  görə  heç  kimdən  icazə  almadan  ermənilər  Cənub-Qərbi 

Qafqazın ərazisində yerləşdirilməlidirlər. 

Buna Tomson qeyri-müəyyən cavab verərək dedi ki, “əsas məsələ qaçqın 

tatarları  hara  yerləşdirməkdir”.  Bununla  bərabər  Tomson  türk  qoşunları  ilə 

mübarizədə  ermənilərin    “xidmətlərini”  də  qeyd  edirdi:  “Biz  bilirik  müharibə 

zamanı  ermənilər  nə  iş  görüblər...  Əgər  xarici  hərəkatlar  olmasa  idi,  erməni 

qoşunları Qarsda olardı. Çətin andır. Bütün general və zabitlərin ermənilərə böyük 

rəğbətləri  vardır,  erməni  xalqı  üçün  nə  lazımdırsa,  hamısı  Parisdə  ediləcəkdir, 

burada  isə  biz  məhdud  imkanlarla  mümkün  olan  hər  şeyi  edirik”

29

.    Tomson  vəd 



verdi  ki,  Naxçıvan  və  Qarsa  qədər  birbaşa  hərəkət  etmək  üçün,  həm  də  ərzağın 

Qars  vilayətindən  Ermənistana  aparılması  üçün  yardım  edəcəkdir.  Generalın 

şübhəsiz  ki,  silahlı daşnak dəstələri üçün nəzərdə  tutulmuş 5 mln. rus  patronunu 

daşnaklara vermək vədi də maraqlıdır. 

Yuxarıda  deyilənləri  nəzərə  alaraq  ADR  höküməti  Cənub-Qərbi 

Respublikanın mənafeyini daha düşünülmüş və ehtiyatla müdafiə etmək xətti qəbul 

etdi.  1919-cu  il  martın  30-da  ADR  XİN  özünün  diplomatik  nümayəndəsi  M.H 

Cəfərova  məlumat  verirdi:  “Nazirlər  şurası  martın  26-da  gürcü  hökümətinin 

notasına  baxaraq  qərara  aldı  ki,  beşinci,  Cənub-Qərbi  Respublikanın  konfransa 

dəvət  edilməsi  öz  nöqteyi-nəzərincə  düzgündür  və  konfransda  bu  məsələ 

Azərbaycan  höküməti  tərəfindən  qaldırılacaqdır.  Hazırda  isə,  konfransın 

çağırılmasını geçikdirməmək üçün layihədəki beşinci, Cənub-Qərbi Respublikanın 

dəvət edilməsi haqqında bəndin qalmasını təkid etməkdən çəkinir...”

30



Belə bir şəraitdə 1918-ci ilin dekabrından – 1919-cu ilin martınadək olan 

dövr  Cənub-Qərbi  Qafqaz  üçün  müstəqilliklə  əlaqədar  mühüm  qərarlar  qəbul 

etmək dövrü idi. Artıq 1918-ci ilin dekabrında Gürcüstan Respublikası acarlardan 

təşkil  edilmiş  gürcü  qoşunlarının  ingilislər  tərəfindən    Batum  və  Acarıstanda 

istifadə  edilməsini  mümkün  sayırdı.  Diomid  Tapuridze  Amerika  missiyasının 

başçısı,  beynəlxalq  hüquq  professoru  və  Çikaqo  Üniversitetinin  rektoru  Cedsona 

bildirirdi ki, “Gürcüstan yenə də özünü  Razılıq ölkələrinin

31

  dostu bilməkdədir və 



Qafqazda  həm  bolşeviklərə  və  hər  cür  nizamsızlığa  qarşı  mübarizəsində,  xüsusilə 

                                                           

29

 Azərbaycan Respublikası SPİH MDA, f. 277, siy. 2, iş 40, v. 19 – 20. 



30

 Azərbaycan Respublikası MDƏYTA, f. 897, siy. 1, iş 46, v. 26. 

31

 Antanta ölkələri. 




23 

 

də    Batumda  və  onun  vilayətlərində  qayda-qanunun  mühafizəsində  İngiltərəyə 



yardım göstərməyi öz borcu hesab edir”

32

 . 



1918-  il  dekabrın  15-də  Batuma  eyni  vaxtda  bir  neçə  Britaniya  gəmisi 

gəldi  və  şəhərin  türklərdən    “qəbulu”  başlandı.  Dekabrın  18-də    Topuridze 

Gürcüstan Respublikasının  “Razılıq dövlətlərinin respublika ilə həmsərhəd rayon 

və respublikalarda qayda-qanunun bərpası işindəki qayğısını azaltmaq”  arzusunda 

olduğu  haqqında  bəyannaməni  missiyaya  verdi.  Dekabrın    sonunda  Britaniya 

qoşunları Batuma gəldi. 1919-ci il yanvarın 1-də Batumdakı Britaniya qoşunlarının 

komandanı Gürcüstan Respublikasına məlumat verdi ki, o və fransız missiyasından 

polkovnik Şardinye  Gürcüstan və Ermənistan Respublikalarını, həmçinin Batumu 

vilayəti ilə birgə işğal edəcəklər. 1919-ci il yanvarın 21-də briqada generalı, Batum 

şəhərinin hərbi qubernatoru  Kuk-Kollis əhalinin tərksilah edilməsi gaqqında əmr 

verdi.  Bütün  milis  sahə  rəisləri  də  silahı  təhvil  verməli  idilər.  Ov  tüfəngləri  də 

yığılırdı.  Beləliklə, Cənub-Qərbi Qafqaz Respublikası Batum vilayətinin  ərazisini 

itirirdi,  lakin  diyarın  əhalisi  elan  olunmuş  respublikadan  ayrılmaq  faktı  ilə 

barışmaq  istəmirdi.  Batum  vilayətinin  nümayəndələri  Britaniyanın  işğalçı 

hakimiyyətindən azad olmaq üçün fəal mübarizəyə başladılar. 

1919-cu il fevralın 14-də Batumdakı konsulluq  Azərbaycan  hökümətinə 

məlumat  verirdi  ki,  ingilislər  Batum  vilayətinin  tamhüquqlu  sahibi  olublar.  Lakin 

bundan  sonra  da  Azərbaycan  höküməti  Batum  vilayətinin      və  digər  regionların 

Qars  Respublikasına  meyl  edən  müsəlman  əhalisinə  hər  cür  kömək  göstərirdi. 

1919-cu  il  aprelin  əvvəllərində  Azərbaycan  höküməti  Batumdakı  konsulluğu 

vasitəsilə  200  min  manat  vermişdi  ki,  Axalsıx  müsəlmanlarına  yardım  təşkil 

edilsin. Cəfərov və Təkinski vasitəsilə  Batum vilayəti müsəlmanlarına pul yardımı 

çatdırmaq nəzərdə tutulurdu. 

Qarsın  özündə  də  bu  dövrdə  mühüm  hadisələr  baş  verirdi.  1919-cu  il 

martın    9-da  Milli  Şuranın  iclasında  sədrdən  və  altı  üzvdən  ibarət  Müvəqqəti 

Komitə  yaradıldı.  Bu  barədə    ADR  XİN-ə  Cənub-Qərbi  Qafqazın  nümayəndələri  

P. Zeynalov  və M. Adıgözəlov xəbər verirdilər. 

1919-cu  ilin  martında  Cənub-Qərbi  Respublikanın  nümayəndələri 

Konstantinopola gəldilər. Osman adlı bir nəfərin, yəqin ki, o, nümayəndə heyətinin 

üzvü olmuşdur, verdiyi xəbərə görə onlar məlumat toplamaq üzrə geniş hazırlıq  işi 

aparmışlar.  Sonra  isə  onlar  Fransa  ali  komissarına  nümayəndəliyin  Parisə 

buraxılması  haqqında  xahiş  etdilər.  Pulları  çatmadığı  üçün  nümayəndə  heyəti 

Azərbaycan  hökümətindən  maliyyə  yardımı  istəmişdi.  Nümayəndə  heyəti  uzun 

müddətə  Konstantinopolda  qalmalı  oldu.  Bu  dövrdə  Cənub-Qərbi  Qafqazda  baş 

verən  hadisələrdə  faktiki  olaraq  onlar  iştirak  etmirdilər.  Əldə  olan  məlumata  görə 

nümayəndə  heyəti 1919-cu ilin sentyabrınadək burada  olmuşdur. Sentyabrın 2-də 

heyətin üzvü Osman bəy Bakıya məlumat verirdi: “Nə erməniləri, nə də gürcüləri 

                                                           

32

 Борьба за победу Советской власти в Грузии.., с. 357. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə