Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   2   3   4   5   6   7   8   9   ...   43

14 

 

Naxçıvan,  Sürməli  qəzaları  və  İrəvan  qəzasının  cənub-şərq  hissəsi.  Türk 



komandanlığı və yerli inzibati idarələr bu planı müdafiə etdilər. 

1918-ci il dekabrın  5-dən türk qoşunları  mütəşəkkil  şəkildə bütün cəbhə 

boyu  geri  çəkilməyə  başladılar.  Dekabrın  6-da  onlar  faktiki  olaraq  bütün 

Zaqafqaziyanı  tərk  etmişdilər,  ancaq  Qars  bölgəsinin  bir  hissəsi  qalmışdı.  Onlar 

getdikcə  bu  ərazilərdə  Tiflisdən  buraya  gələn  Britaniya  piyada  hissələri 

yerləşdirilirdi. 

Bu şəraitdə Cənub-Qərbi Qafqaz Respublikasının müstəqil yaşaması üçün 

təhlükə  yarandı.  1918-ci  il  dekabrın  sonlarında  Milli  Şura  müvəqqəti  hökümət 

yaradılması haqqında qərar qəbul etdi. 

Bu  hökümətdə  əsas  rol  oynayan  hökümətin  sədri  S.  F.  Atabəyov  idi.  O, 

ADR  höküməti  və  onun  Batumdakı  nümayəndəliyi  ilə  möhkəm  əlaqə  yaratmaq 

üçün  əlindən  gələni  edirdi.  Türk  nizami  hərbi  hissələri  Milli  Şuranı  və  Cənub-

Qərbi  Qafqaz  Respublikasının  Müvəqqəti  hökümətini  silah  və  döyüş  sursatı  ilə 

təchiz  etmişdilər.  Qars  şəhərini  və  vilayətin  kəndlərini  daşnak  bandit  dəstələrinin 

hücumundan  müdafiə  etmək  üçün  silahlı  dəstələr  və  xalq  qoşun  hissələri 

yaradılırdı.  Daşnakların  hücum  edəcəklərinə  əhalinin  heç  bir  şübhəsi  yox  idi. 

Daşnak banditlərinin vəhşi qırğın və zorakılığı haqqında xatirələr hələ lap təzə idi. 

ADR-in  Gürcüstan  Respublikasındakı  nümayəndəliyi  Qars  regionundakı 

hadisələrin  inkişafını  diqqətlə  izləyirdi  və  bütün  işlərdən  xəbərdar  idi.  1919-cu  il 

yanvarın  3  və  5-də  Tiflisdən  Bakıya,  Respublika  Xarici  İşlər  Nazirliyinə  eyni 

məzmunlu  iki  teleqram  göndərilmişdi,  teleqramları  M.  Y.  Cəfərov  və  A. 

Sübhanverdixanov imzalamışdı. Diplomatlar məlumat verirdilər ki, artıq Britaniya 

qoşunları bütün Batum vilayətini tutmuşlar. 

1919-cu  il  yanvarın  8-də  Azərbaycan  Respublikasının  Xarici    İşlər 

Nazirliyi  mühüm  bir  addım  ataraq  müttəfiqlərin  hərbi  qüvvələrinin  komandanı 

Tomsona  nota  göndərdi.  Notada  qeyd  edilirdi  ki,  Qars,  Batum  vilayətlərindən  və 

Axalsıx  qəzasından  ibarət  olan  ərazidə  yaşayan  əhalinin  demək  olar  ki,  hamısı 

müsəlmandır.  Brest-Litovsk  müqaviləsinə  görə  bu  ərazi  əvvəlcə  Türkiyə 

tərəfindən,  sonrakı  razılaşmalara  görə  isə  böyük  Avropa  dövlətləri  tərəfindən 

tutulmuş, türk qoşunları bu  ərazini  tərk etmişdi.  XİN   göstərirdi: “Türk qoşunları 

bu  bölgəni  tərk  etdikdən  sonra  əlverişli  andan  və  azsaylı  əhalinin 

müdafiəsizliyindən  Ermənistan  və  Gürcüstan  respublikaları  bu  vilayətlərin 

hesabına öz sərhədlərini genişləndirməyə  var qüvvələrilə can atırlar. Bu torpaqlar 

nə  indi,  nə  də  ki,  heç  bir  tarixi  dövrdə  Ermənistan  və  Gürcüstanın  tərkibində 

olmamışdır,  buna  görə  də  onların  bu  hərəkətlərinin  hüquqi  və  ya  mənəvi  əsası 

yoxdur. Coğrafi və etnoqrafik cəhətdən bu torpaqlar tamamilə ayrılır və yığcamlığı 

ilə fərqlənir. Ancaq zor gücünə bu torpaqlar hissələrə parçalana bilər”

12



                                                           

12

 Azərbaycan Respublikası MDƏYTA, f, 970, siy, 4. Iş 4, v.38. 




15 

 

Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyinin  fikrincə  Avropa 



dövlətlərinin  elan  etdikləri  xalqların  öz  müqəddəratını  təyin  etməsi  prinsiplərinə 

uyğun  olaraq  müsəlman  əhali  bu  regionun  yeganə  sahibidir  və  onlar öz  talelərini 

özləri istədikləri kimi təyin etməlidirlər. 

“Hazırda orada müsəlman əhali öz müqəddəratını təyinetmə prinsipi üzrə 

təşkil  olunub,  -  deyə  ADR  XİN  qeyd  edirdi.  –  Yalnız  xarici  qüvvə  lazımdır  ki, 

qonşu  respublikaların  artan  iştahalarını  cilovlasın.  Heç  bir  günahı  olmayan  bu 

xalqın  xeyrinə  səslənəcək  və  onu  müdafiə  edəcək  yeganə  səs  –  Müttəfiqlər 

Komandanlığının  Ermənistan  və  Gürcüstan  respublikalarına  heç  bir  silahlı  və 

təcavüzkar hərəkətlər etməmək barədə ültimatum ola bilər”

13

 . 



Respublika  bu  problemin    sülh  yolu  ilə,  marağı  olmayan  tərəfləri  cəlb 

etməklə həllinə çalışırdı. Bu,  Ermənistan və Gürcüstan respublikaları ilə qarşılıqlı 

münasibətlərin pisləşməsinə yol verməz və silahlı toqquşmaların qarşısını alardı. 

Respublika  Xarici  İşlər  Nazirliyinin  fikrincə  Cənub-Qərbi  Qafqazın 

mövcud  “status  geo”  xalqlarını  Müttəfiqlər  komandanlığının  bu  regionda 

yerləşdirilmiş qoşunları da müdafiə edə bilərdi. 

Eyni  zamanda  respublika  rəhbərliyi  fasiləsiz  sürətdə,  müxtəlif  yollarla 

silahlı  müdaxilə  xahişilə  ADR  hökümətinə  müraciət  edən  yerli  əhali  qarşısında 

məsuliyyətini  başa  düşürdü.  Bu  baxımdan  da  respublika  XİN  Müttəfiqlər 

komandanlığına  xəbərdarlıq  edirdi:  “Azərbaycan  höküməti,  müttəfiqlər 

komandanlığının  əmin  olduğu  kimi  tamamilə  sülh  əhval-ruhiyyəsindədir,  heç  bir 

silahlı toqquşmaya bəhanə verməmək arzusundadır və bəzən nüfuzuna xələl gəlsə 

belə,  mənasız  yerə  qan  tökülməsinə  yol  vermir.  Əgər  böyük  Avropa  xalqlarının 

nümayəndəliyi  burada  –  Qafqazda  olmasaydı,  hökümətimiz  sülh  səciyyəli  bütün 

vaasitələrdən istifadə etdikdən sonra zərurət yaratdıqca  qonşu xalqların döyüşkən 

dairələrinin  çağırışına  cavab  verərdi.  Böyük  Avropa  xalqlarının  dünya 

müharibəsini  ləğv  etməyə  çalışdıqları  bir  zamanda,  bizim  onların 

nümayəndələrinin gözü qarşısında silah oynatmağımız mənasız bir işdir”.

14

 

Müttəfiqlər  komandanlığının  Zaqafqaziya  xalqlarının  münaqişəsinə  dinc 



yolla müdaxiləsinə misal olaraq ADR höküməti Gürcüstan və Ermənistan arasında 

qanlı  müharibənin    dayandırılmasını  göstərirdi.  XİN-in  rəyincə  diplomatik 

addımlarla  və  Müttəfiqlər  komandanlığının  qoşunlarının  yeridilməsilə  yanaşı 

“yüksək  beynəlxalq  tribunal”  da  Qars,  Batum  vilayətlərindəki  və  Axalsıx 

qəzasındakı sərhəd münaqişəsinin həllinə kömək edə bilər. 

Yanvarın 13-də Britaniya baş katibi xəbər verirdi ki, ADR XİN 8 yanvar 

1919-cu  il  tarixli  48  №-li  notasının  sürəti  Batuma,  general  Froster  Uolkerə 

göndərilmişdir,  çünki    “bu  məsələlər  onun  fəaliyyət  dairəsinə  daxildir”

15

 .  Lakin 



                                                           

13

 Azərbaycan Respublikası MDƏYTA, f. 970, siy, 3, iş 4, v.11 



14

 Yenə orada. 

15

 Gürcüstan Respublikası MDA, f. 13, siy. 1, iş 100, v.33. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə