Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   2   3   4   5   6   7   8   9   ...   43

10 

 

idi.  1950-1980-ci  illərdə  sovet  dövrü  tarixçiləri  bu  problemə  bir  qədər  obyektiv 



yanaşırdılar, razılaşırdılar ki, “1918-ci il Brest müqaviləsinə görə Batum, Ərdəhan 

və Qars vilayətləri Türkiyəyə verilməli idi”

5



Azad  edilmiş  ərazilərdə  Türkiyə  işğal  rejimi  qoymurdu.  Bu  torpaqların 



itirilməsindən  qırx  il  keçdiyi  üçün  burada  formalaşmış  idarə  strukturu  və  siyasi 

spektr  ilə  hesablaşmaq  lazım  idi.  Yenicə  azad  edilmiş  vilayətlərdən  hansının 

ərazisində meşə və dərələrdə gizlənmiş silahlı erməni qrupları vardısa, təbii olaraq 

bu vilayətlərdə türk hərbi qubernatorları təyin edildi.  

Batum  vilayətində  şəhər  duması  fəaliyyət  göstərirdi,  lakin  doktor 

Əfəndiyevin sədrliyi ilə  vilayət  məclisi  yaradılmışdır ki,  vilayətin tanınmış  siyasi 

və inzibati xadimləri buraya seçilmişdilər. Digər vilayətlərdə də bu cür idi. Yalnız 

bir  xeyli  müddət  keçdikdən  sonra  Qars,  Batum  və  Ərdahan  vilayətlərinin 

ərazisində yerli türk inzibati idarələri yaradıldı. Bunun hüquqi əsasını  sultanın 15 

avqust 1918-ci il tarixli fərmanı təşkil edirdi.

6

 

1918-ci ilin yayında beynəlxalq normalara tam uyğun olaraq azad edilmiş 



vilayətlərdə  referendum  keçirildi.  Bu  referendumun  nəticələri  Türkiyə  üçün 

gözlənilməz oldu, lakin Gürcüstan və Ermənistan respublikaları hökümətlərinə son 

dərəcə heyrətləndirici təsir göstərdi. Belə ki, Tiflisdə çıxan “Borba” (24 iyul 1918-

ci  il)  qəzetinin  məlumatına  görə  referendum  zamanı  vilayətlərdə  türk  inzibati 

idarələrinin xeyrinə 83 min və əleyhinə 2 min səs verilmişdi. 

Cənub-Qərbi  Zaqafqaziyada  keçirilən  referendumun  nəticələri  Bakını 

itirməklə  və  ümumiyyətlə  Qafqazdakı  siyasətinin  uğursuzluğu  ilə  acıqlandırılmış 

Rusiya  bolşevik  hökümətini  daha  da  hiddətləndirdi.  Bundan  sonra  Türkiyə  ilə 

bağlanan  Brest-Litovsk  sülh  müqaviləsi  pozuldu,  20  sentyabr  1918-ci  ildə  isə 

Lenininvə  Karaxanın  (Karaxanyanın)  təşəbbüsü  ilə  Türkiyə  hökümətinə  nota 

göndərildi.  Bu  notada  göstərilirdi  ki,  guya  türklər  vilayətlərdə  hərbi  işğal  rejimi 

yaratmış,  əhalini  qorxuya  salmış  və  o  vəziyyətə  gətirmişlər  ki,  “plebisit 

keçirilərkən əhali özünün azad sürətdə iradəsini bildirmək hüququndan istifadə edə 

bilməmişdir”

7

. Rusiya dünyada  yeganə dövlət idi ki, sərsəm “Böyük Ermənistan” 



ideyasını qanun (dekret) dərəcəsinə  qaldırmış, beləliklə,  hərbi vəziyyətin Türkiyə 

üçün  pisləşməsindən  istifadə  edərək  erməni  millətçiliyinə  himayədarlıq 

göstərməkdə  davam  etmişdi.  Düzdür,  razılaşmalıyıq  ki,  Türkiyəyə  xarici  siyasət 

təzyiqi  göstərməklə  Sovet  höküməti  ilk  növbədə  öz  məqsədlərini  güdürdü.  Bu 

məqsədlər  daha  qlobal,  lakin  heç  də  az  sərsəm  olmayan  bir  ideyaya  –  dünya 

inqilabı  ideyasına  uyğun  gəlirdi.  “Böyük  RSFSR”  ideyası    üçün  isə  neft  Bakısı 

daha vacib idi, nəinki Qars vilayəti və ermənilərin milli psixozu. 

                                                           

5

 История дипломиатии, т. З. М., 1965, с. 65. Гражданская война и военная интервенция в СССР. 



Энциклопедия. М., 1983, с. 56. 

6

 Azərbaycan respublikası MDA, f. 270, siy 1,iş 74, v. 3-5. 



7

 D. S. Zavriev. Göstərilən əsəri, səh. 71. 




11 

 

Sonralar  SSRİ-nin  hökümət  və  elm  müəssisələrindəki  erməni  lobbisinin 



təsiri  altında  sovet  dövrü  tarixşünaslığında  Qars,  Batum  və  Ərdahanda  keçirilən 

referendumun  nəticələri  mənfi  qiymətləndirilmişdi.  Həm  də  dəlil  kimi  göstərilirdi 

ki,  bu  ərazilərin  əhalisinin  əksəriyyətini  təşkil  edən  ermənilər  geri  çəkilən  erməni 

hissələri ilə getməyə məcbur olduqları üçün öz iradələrini izhar etmək hüququndan 

istifadə  edə  bilməmişdilər.  Bu  iddia  olduqca  əsassızdır.  Belə  ki,  yuxarıda 

göstərildiyi kimi ermənilərin əsas kütləsi buraya bu yaxınlarda Türkiyə ərazisindən 

köçüb  gəlmişdi.  Əldə  olan  statistika  məlumatına  görə  Cənub-Qərbi  Zaqafqaziya 

bölgəsində  türklər,  kürdlər,  azərbaycanlılar,  lazlar,  həmçinin  islamı  qəbul  etmiş 

gürcülər  (cəmisi  225  min);  ancaq  şəhər  əhalisini  təşkil  edən  ermənilər  (11  min); 

gürcülər (9 min) və ruslar (26 min) yaşamışlar

8

. ADR hökümətinin dəqiqləşdirdiyi 



məlumatlara  görə  Qars  Respublikasının  bilavasitə  yarandığı  anda  Cənub-Qərbi 

Qafqazda 286 mindən çox müsəlman yaşayırdı ki, bu da ümumi əhalinin 54,4%-ni 

təşkil  edirdi.  Əsasən  Batum  vilayətinin  Artvine  şəhərində  Qars  vilayətinin  Qars, 

Kağızman və  Ərdəhan şəhərlərində  Azalsıx  və  Axalkələk  qəzalarında  (Meshstiya 

və Çevahetiya) yaşayan ermənilərin əksəriyyəti gəlmə idilər

9



1918-ci il sentyabrın 27-də Qarsda Müsəlman Milli Komitəsi (Milli Şura) 

yaradıldı.  Siyasi  və  ictimai  xadimlərlə  yanaşı  buraya  torpaq  sahiblərinin  və 

ruhanilərin də nümayəndələri daxil idi. Milli Komitə kəndlilər içərisində də  geniş 

rəğbət qazanmışdı. 

Komitənin  yaradılması  haqqındakı  ideyanın  əsasını  1917-  ci  il  fevral 

inqilabından  sonra  Zaqafqaziyada  milli  şuraların  formalaşması  təcrübəsi  təşkil 

edirdi. Lakin əgər bu şuraların tərkibinə yalnız ziyalılar daxildisə, bu sahədə Qars 

komitəsinin  özünə  xas  xüsusiyyəti  vardı:  yarandığı  ilk  gündən  əhalinin  bütün 

təbəqələrini birləşdirirdi. 

Lakin tale belə gətirdi ki, Türkiyə Qarsı iki illiyə yenə, xoşbəxtlikdən son 

dəfə  itirdi.  Birinci  dünya  müharibəsində  məğlub  olan  Osmanlı  imperiyası  təslim 

oldu.  1918-ci  il  oktyabrın  30-da  Mudros  limanında  onun  Böyük  Britaniya  ilə 

bağladığı  barışıq  müqaviləsi,  bilavasitə  bütün  Cənub-Qərbi  Qafqazın  əhalisinin 

həyat mənafeyinə toxunurdu. 1918-ci il oktyabrın 31-də gündüz saat 12-dən barışıq 

şərtləri  qüvvəyə  minirdi,  bu  şərtlərə  uyğun  olaraq  Türkiyə    qoşunları 

Zaqafqaziyanın  hüdudlarını  tərk  etməli  idilər.  Barışığın  Türkiyəyə  zorla  qəbul 

etdirilmiş  şərtlərinə  görə  türk  qoşunları  əvvəllər  Rusiya  imperiyası  tərəfindən 

tutulmuş, lakin Türkiyənin özünə  xas olan azad etdiyi əraziləri də tərk etməli idi. 

Onların  əvəzinə  buraya  ingilis  işğalçı  ordusunun  hissələri  gəlməli  idi.  14-cü 

maddəyə  görə  Antanta  vilayətlərin  hər  hansında  iğtişaş  baş  verərsə,  altı  “erməni” 

vilayətini,  həmçinin  “müttəfiqlərin  təhlükəsizliyinə  mane  olan  şərait  yaranarsa” 

istənilən  strateji  məntəqəni  işğal  etmək  ixtiyarına  malik  idi.  Antanta  şurasının 

                                                           

8

 Azərbaycan Respublikası MDƏYTA, fond 270, siy. 1, iş 215, v. 7-9. 



9

 Yenə orada, f. 28, siy, 1, iş 42, v. 16. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə