Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

30 

 

ümumi  planauyğun  xarakterli  zorakılıq...  İclasın  sədri  Əli  Səbri,  yerlilər 



cəmiyyətinin sədri Nəcəfov,  katib Hüseynzadə”

41



Erməni  başkəsənlərinin  azğınlığının  daha  bir  sübutu  Goran  əhalisinin 

Gəncə  qubernatoruna  teleqramıdır:  “Təşkil  edilmiş  erməni  qüvvələrinin  Qars 

vilayətinin  müsəlmanlarına  qarşı  qəddar  yürüşü,  qardaşlarımızın  fasiləsiz  fəryadı 

bizi  məcbur  edir  ki,  qardaşlarımıza  qarşı  hər  cür  qəddar  çıxışların  dərhal 

dayandırılması haqqında vəsatətlə hökümətə müraciət edək. Təşkil edilmiş erməni 

qüvvələrinin  belə  münasibəti  davam  edərsə,  qonşularımızla  –  ermənilərlə  olan 

münasibətimiz pozula bilər”

42



Bu xarakteli məlumatlardan birini Şamxor əhalisinin nümayəndələri – M. 

Şahnəzərov,    K.  Əliyev,    Q.  Məmmədoğlu,    M.  Ümidov,    S.  Bədirbəyov  bə  b.

43

 

göndərmişdilər. 



Dzəgəmdən    (Şamxor  r-nu)  Gəncəyə  teleqram  göndərilmişdi:  “Ən  doğru 

mənbələrdən,  qəzet  məlumatlarından  bizə  məlumdur  ki,  hazırda    “müzəffər” 

daşnak  polkları  –  insan  yox,  əsl  vəhşilər  –  Qars  vilayətinin  erməni  hökümətinin 

rəhbərliyi  ilə  müsəlmanlardan  silahın  alınması  bəhanəsi  ilə  cins  və  yaşlarına  fərq 

qoymadan onları qəddarlıqla doğrayırlar. Ümumiyyətlə, müsəlmanlar eşidilməmiş 

vəhşiliklərə daha dözə bilməzlər, onlar dərhal öz din qardaşlarının köməyinə gedə 

bilərlər.  Öz  etibar  və  nüfuzunu  böyük  Avropa  dövlətləri  qarşısında  doğrultmalı 

olan  Azərbaycan  Respublikası  üçün    (bu)

44

 faktı  –  “Azad  Ermənistan” 



hüdudlarında  müsəlmanları  məhv  etmək  məqsədi  güdən  daşnakların  vəhşiliyinə 

qarşı  kəskin  etiraz  –  məzəmmətlə  kifayətləndiyini  ləyaqətsiz  hesab  etmək 

olmaz”

45



Teleqramda böyük Avropa dövlətlərinin yada salınması şübhəsiz ki, 1920-

ci  il  yanvarın  11-də  Azərbaycan  dövlətinin  bu  dövlətlər  tərəfindən  tanınması  ilə 

əlaqədardır. Lakin bu, onların daşnak Ermənistanına yardımını azaltmırdı. Burada 

ABŞ-ın  ən  çirkin  rolunu  qeyd  etmək  lazımdır:  Azərbaycan  Respublikasının 

tanınması  haqqında  qərarı  müdafiə  etməyən  ABŞ  yalnız  daşnak  Ermənistanını 

tanıdı. Aydındır ki, cəzasız qaldıqlarını və “böyük erməni irqinin” yaşadığı ərazini 

genişləndirməyə imkan olacağını dərk edən daşnaklar müəyyən bir anda tamamilə 

vəhşiləşdilər, Qars vilayətinin  müsəlman  əhalisinə  münasibətdə genosid siyasətini 

gücləndirdilər. 

Yeri  gəlmişkən  demək  istəyirəm  ki,  məni  belə  bir  fikir  rahat  buraxmır: 

“Böyük  Ermənistanın”  müasir  himayədarları,  bu  ağılsız,  anarxizm  iyi  gələn 

ideyanın  buradakı  və  xaricdəki  məddahları    “Türkiyədə  ermənilərin  genosidinin 

təsdiq  edilməsi”  deyilən  məsələnin  ətrafında  abırsız  hay-küy  qaldırmaqla  

                                                           

41

 Azərbaycan Respublikası MDƏYTA, f. 897, siy. 1, iş 57, v. 23. 



42

 Azərbaycan Respublikası MDƏYTA, f. 19, siy. 1, i. 206, v. 33 – 35.  

43

 Yenə orada, v. 37 – 38. 



44

 Mətndə aydın oxunmur. 

45

 Azərbaycan Respublikası MDƏYTA, f. 19, siy.1, iş 206, v. 36 – 37. 




31 

 

“ağrımayan  başa  dəsmal  bağlamağa”,  bununla  da  öz  cinayətlərini  ört-basdır 



etməyə,  dünya  ictimaiyyətindən  gizlətməyə  cəhd  göstərmirlərmi?  Heç  bir  şey 

alınmayacaq, cənab Balayanlar, Poqosyanlar, Ambarsumyanlar, onların tərəfdarları 

Doullar,  Staravoytovalar  və  onlar  kimi  düşmənçilik,  qan,  qəddarlıq,  barbarlıq  və 

despotizmin  sinonimləri  olan  daşnakların  –  Andronikin,  Amazaspın,  Xatisovun 

şərəfsiz ənənələrinin digər davamçıları!!!  ABŞ-dakı erməni diasporunun və onlar 

tərəfindən  aldadılan  Amerika  siyasi  xadimlərinin  ABŞ  Senatının  iclasında 

çıxarmağa  cəhd  etdikləri    “Türkiyədə  ermənilərin  genosidinin  təsdiq  edilməsi” 

qərarının  iflasa  uğraması  bunu  açıq-aydın  təsdiq  edir.  Bununla  əlaqədar  senator  

Paul  Simonun  Senatın  bu  məsələyə  həsr  edilmiş  ikinci  iclasında  dediyi  fikir 

diqqətəlayiqdir: “Biz  Türkiyə hökümətinə bu müzakirələrə etdiyi etirazlarına görə 

minnətdar olmalıyıq. Bu etirazların sayəsində amerikalılar  ermənilərin o dövrdəki 

həyatı  haqqında  çox  şey  öyrəndilər...”

46

.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  birinci 



iclasda  elə  həmin  senator    P.  Simon  bu  cəfəng  qərarın  qəbul  edilməsinin  qızğın 

tərəfdarı  idi.  Nəticədə,  1990-cı  il  fevralın  22-də  olan  birinci  iclasda  səslərin  sayı 

bərabər  idisə    (49-un  49-a),  fevralın  27-dəki  ikinci  iclasda  əksəriyyət  bu  qərarın 

əleyhinə səs verdi (48-ə qarşı 51)

47



Bununla  bərabər,  1920-ci  ilin  aprelinə  -  Azərbaycan  Respublikasının 



süqutuna  qədər    (daşnak  silahlı  hissələrinin  köməyi  ilə),  erməni  hakimləri  XI 

ordunun  döyüş  qabiliyyətli  hissələri  ilə  toqquşmalı  oldular.  Bu  da  Ararat 

Respublikası  silahlı  dəstələrini  Qars  vilayətindəki  planlarını  həyata  keçirməkdən 

yayındırdı.  Öz  qüvvələrini  yaymaqla  onlar  Azərbaycan  Respublikasının  ərazisinə 

soxuldular  və  faktiki  olaraq  qonşu  müstəqil  dövlətə  qarşı  müharibə  aparmaqla  öz 

ərazilərini  təkcə  cənub  və  cənub-qərbdə  deyil,  şərqdə  də  genişləndirməyə  ümid 

edirdilər. 

Hadisələri  bu  cəhətdən  nəzərdən  keçirərkən  belə  bir  fikirlə  razılaşmaq 

olmaz  ki,  erməni  höküməti  ən  əvvəl  erməni  məsələsini  Qafqazdan  kənardan  həll 

etməyə  ümid  edirdi,  yalnız  sonra  Ermənistan  sərhədlərini  Azərbaycan  və 

Gürcüstanın  hesabına  genişləndirməyi  nəzərdə  tuturdu

48

.  Daha  doğrusu,  tarixi 



sənədlərə  əsaslanaraq  demək  olar  ki,  daşnaklar  özlərinin    “böyük    problemlərini” 

ani  hücumla  həll  etməyə  cəhd  göstərirdilər.  Bu  barədə  daşnak  Aşot  Artsruni  lap 

açıq-aydın  demişdir:  “İlk  dövrdə  Ermənistana  zahiri  müstəqillik  verən  Rusiya, 

tədricən, Zaqafqaziya və Ümumittifaq federasiyası maskası altında ölkəmizi dövlət 

müstəqilliyindən  məhrum  etməklə  öz  sərhədlərini  genişləndirmək  və  birləşmiş 

Ermənistan ideyasını həyata keçirmək imkanlarından məhrum idi”

49



Yuxarıda  qeyd  edildiyi  kimi,  bu  vaxt  artıq  sosialist  inqilabının 



Azərbaycana  ixracı  üzrə  öz    “müqəddəs”  vəzifəsini  yerinə  yetirən  XI  ordunun 

                                                           

46

 “Cümhuriyyət” qəzeti, 23 və 28 fevral 1990, İstanbul. 



47

 Yenə orada, 28 fevral 1990. 

48

 “Prometey” qəzeti, dekabr 1932, №37 (Parisdə dərc edilirdi).  



49

 “Araçe” qəzeti, 9 noyabr 1932, № 2030 (Parisdə dərc olunurdu). 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə