Aydin haciyev


ARAZ-TÜRK RESPUBLİKASININ



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

34 

 

 



ARAZ-TÜRK RESPUBLİKASININ 

YARANMASI VƏ DÖVLƏTÇİLİYİNİN 

QORUNMASI ÜÇÜN SİLAHLI MÜBARİZƏSİ 

 

1918-ci  il  daşnak  quldur  dəstələrinin  Naxçıvan  və  Dərələyəz  qəzalarına 



qanlı  hücumları  ilə  əlamətdar  idi.  İri  quldur  dəstələrindən  biri  olan  Andronikin

55

 



dəstəsi  Yaycı  və  Aza  kəndləri  ərazisində  silahlı  kəndli  qüvvələrini  darmadağın 

edərək  Naxçıvana  irəlilədi.  Az  müddət  ərzində  Andronik  Ordubad  dairəsinin  əsas 

hissəsini, Culfa stansiyasını və ətraf kəndlərin bir hissəsini öz nəzarəti altına aldı

56



Andronikin həyasızlıq və təkəbbürü o yerə çatdı ki, iyunun ortalarında o, 

Naxçıvan  şəhərini  tutmağa  cəhd  göstərdi,  lakin  onun  bu  təşəbbüsü  baş  tutmadı. 

Belə olanda daşnaklar Nehrəm  kəndinə hücüm etdilər, lakin burda da onlar güclü 

müqavimətə  rast gəldilər

57

.  1918-ci  il  ərzində  Naxçıvan  kəndləri  dəfələrlə  erməni 



quldurlarının  hücumlarına  məruz  qaldılar.  Lap  elə  əvvəllərdən  bu  hücumların 

məqsədi  Naxçıvanı  zəbt  edib  Ermənistana  birləşdirmək  idi.  Bu  əraziyə  olan  

iddialar,  məlum  olduğu  kimi  hələ  1917-ci  ildə,  “İnzibati  sərhədlərin  Peterburq 

layihəsi”  deyilən  layihə  tərtib  edilərkən  ermənilər  tərəfindən  irəli  sürülmüş,  rus 

bürokratiyasının ermənipərəst əhval-ruhiyyəli hissəsi tərəfindən müdafiə edilmişdi. 

Lakin  Tiflisdəki    Fəhlə  və  Əsgər  deputatlarının  Diyar  Soveti  tərəfindən  rədd 

olunmuşdu. O vaxt daşnaklar həyasızcasına elan etmişdilər ki, “onlar başqa yollar 

taparlar”. Məkrli düşmən müvəqqəti də olsa döyüşkən türk qoşunlarının yaxınlıqda 

olması  və  Zaqafqaziyada  bolşeviklərin  o  vaxtkı  möhkəm  mövqeləri  ilə 

hesablaşmalı  oldu.  Buna  görə  də  daşnaklar  özlərinin  Rusiyanın  bütövlüyünün 

tərəfdarı kimi göstərdilər ki, bu da onların bolşevik mərkəzi tərəfindən müdafiəsini 

təmin edirdi. Tezliklə Naxçıvanı ələ keçirmək istəyən qaniçən Andronik 1918-ci il 

iyulun  14-də  “Naxçıvan  qəzası  haqqında”  1  №-li  əmr  verdi.  Əmrdə  deyilirdi:  “1. 

Bu  gündən  mən  öz  dəstəmlə  birlikdə  Rusiya  Respublikası  Mərkəzi  hökümətinin 

tam  sərəncamına  və    tabeliyinə  keçirəm.    2.  Brest-Litovsk  sülh  müqaviləsinə 

əsasən  Naxçıvan  Rusiya  Respublikasının  ayrılmaz  hissəsidir”

58

.  Bu  həyasız  və 



başdan-başa yalanla dolu əmrilə Andronik Naxçıvan qəzasında hərbi vəziyyət elan 

etdi.  Andronik  tələb  edirdi  ki,  bütün  əhali  dərhal  tərk-silah  olunsun.  Daşnak 

hökümətini tanımayanları isə “Rusiyaya xəyanətdə” təqsirləndirib qanundan kənar 

                                                           

55

 Andronik  (Andronik, Uzunyan, Ozanyan) – daşnak generalı, daşnak quldur dəstələrinin təşkilatçı və 



başçılarından biri, Azərbaycan və Türkiyə milli demokratik hərəkatının qatı düşməni. 

56

Г. Мадатов. Победа Советской власти в Нахичевани и образеование Нахичеванской АССР . 



Баку, 1968, с. 53. 

57

 Naxçıvan MR  MA, f. 1, s. 3, iş 5, v. 94. 



58

 Д. Кирокасян. «Запарная Армения в годы первой мировой войны». Ереван, 1971, с. 226. 




35 

 

hesab  edəcəyi  ilə  hədələyir,  bu  şəxslərin  ciddi  cəzalanacağı  haqqında  xəbərdarlıq 



edirdi

59



Stepan  Şaumyan  Andronikə  teleqramında  yazırdı:  “Xalq  rəhbəri 

Andronikə...  Bayrağınız  altında  vuruşan  bütün  əsgərlərə,  türk  silahından  və  milli 

rəhbərliyin xəyanətindən ikiqat əzab çəkən əməkçi əhaliyə salamımı yetirin... Sizə 

yardım  etmək,  imkanına  şad  olardım,  bəlkə  siz  əlaqə  üçün  yollar  tapasınız”

60

 . 


Andronikin  cavabı  bu  oldu  ki,  laxlamaqda  olan  Şaumyan  rejimini  müdafiə  üçün 

özünün dəstələrindən birini göndərdi. 

Andronikin  bolşeviklərlə  açıq-açığına  oyunu  və  türk  qoşunlarının  geri 

çəkildiyi bölgələrdəki qəddar vəhşilikləri hətta daşnakları da  ciddi narahat  edirdi. 

1918-ci ilin payızında daşnaklar tərəfindən Naxçıvan və Culfa erməni kəndlərindən 

daşnak  polklarına  könüllülər  yığmaq  üçün  göndərilən  Yero  Xarazyan  özünün 

hesabat  məruzəsində  yazırdı  ki,  Andronik  Ermənistan  Respublikası  ilə  türk 

ordusunun nümayəndəsi Xəlil bəy arasındakı qarşılıqlı münasibəti çox pozmuşdur. 

Demək  olar  ki,  türk  qoşunlarının  gözü  qarşısında  Andronik  güc  tətbiq  etməklə 

Yaycı, Düqlyan və Qulubəy Dizə kəndlərinin əhalisini qırdı”

61



1918-ci  ilin  noyabrında  onunla  daşnaklar  arasındakı  qarşılıqlı  münasibət 



elə  pozulmuşdu  ki,  hətta  daşnaklar  Androniki  hərbi-səhra  məhkəməsinə  vermək 

istəyirdilər

62

.  Azərbaycan  Parlamentinin  1918-ci  il  20  dekabr  fövqəladə  iclasında  



Ə. Pepinov  Andronikin qanlı hücumlarına qiymət verərək qeyd edirdi: “Türkiyədə 

məğlubiyyətə  uğrayan  Andronik  ətrafına  quldur  dəstəsi  yığaraq  İrəvan 

quberniyasına  keçmiş,  yolu  üstündəki  müsəlman  kəndlərini  qılıncdan  küçirib 

yandırmış  və  onun  yeni  qanlı  əməllərinə  yol  vermək  istəməyən  dinc  erməni 

əhalisinə  divan  tutmuşdur.  Bu  qayda  ilə  o,  İrəvan  querniyasından,  Naxçıvan 

qəzasından keçib getmişdir”

63



Naxçıvana 



erməni 

hücumlarını 

səciyyələndirərək 

Azərbaycan 

Respublikası  Xarici  İşlər  nazirliyi  qeyd  edirdi:  “1905-ci  il  hadisələri  daha  böyük 

miqyasda  və  tamamilə  yeni  şəraitdə  təkrar  olunur.  Əgər  çar  rejimi  zamanı 

millətlərarası  ədavət  bizim  ucqarları  Rusiyanı  bürümüş  inqilabi  hərəkatdan 

uzaqlaşdırmaq  istəyən  bürokratiyanın  əli  ilə  yaradılırdısa,  1918-ci  ildəki 

toqquşmaya bizdə rus hökümətinin ləğvi və rus qoşunlarının ərazimizdən getməsi 

səbəb  olmuşdu.  Ruslardan  qalmış  silahı  və  hər  cür  hərbi  sursatı  ələ  keçirmiş 

ermənilər müsəlmanları türklərə rəğbət bəsləməkdə və silahlı qiyam hazırlamaqda 

ittiham edərək, var-qüvvələri ilə onların üzərinə hücuma keçdilər”

64



                                                           



59

 Yenə orada, səh. 227. 

60

 “Бакинский рабочий» qəzeti, 20 iyul 1918-ci il. 



61

 D. Kirokasyan. Göstərilən əsəri, s. 227. 

62

 Ermənistan Respublikası MDTA, f. 200, siy, 1, iş 619a, v. 102 – 107. 



63

 “Azərbaycan” qəzeti, 22 dekabr 1918. 

64

 Azərbaycan Respublikası, SPİH MDA, f. 227, siy. 2, iş 58, v. 15. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə