Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə19/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

40 

 

Lakin  aydındır  ki,  o  dövrdə  Araz-Türk  Respublikası  əhalisinin  gözlədiyi 



köməyi ADR ona göstərə bilmirdi. Buna görə də Cənub-Qərbi Qafqaz  Demokratik 

Respublikasının  yarandığı  ilk  gündən  Araz-Türk  Respublikasının  ərazisi  formal 

olaraq  onun  tərkibinə  daxil  edildi.  Düşünmək  olar  ki,  Cənub-Qərbi  Qafqaz 

Demokratik  Respublikasının  yaranması  ilə  Araz-Türk  Respublikasının  

mövcudluğuna  son  qoyulacaq,  lakin  bu  respublika  CQQDR-na  qədər  də,  onunla 

paralel də, ta 1919-cu ilin iyununa qədər – CQQDR öz fəaliyyətini dayandırdıqdan 

sonra  da  mövcud  idi.  Tarixi  sənədlərdə  bu  qeyri-adi  vəziyyət  Azərbaycan 

Respublikası hərbi attaşesinin Azərbaycan Ordusunun Baş ştabına yazdığı raportda 

belə izah edilir:  “Naxçıvan  və Şərur qəzalarına  gəldikdə isə, onların  Cənub-Qərbi 

Respublikanın  ərazisinə  daxil  edilməsi  bu  qəzaların  Azərbaycana  faktiki 

mənsubluğunun qeyri-müəyyənliyi ilə izah olunur. Çünki bu qəzalar, məlumdur ki, 

Araz Respublikasını təşkil edirdi və indiyə qədər müəyyən hakimiyyəti yoxdur”

86

 

Cənub-Qərbi  Qafqaz  Demokratik  Respublikasının  tərkibinə  daxil  olma 



formal xarakter daşıyırdı, çünki ancaq Qars Respublikasının elan edilməsi aktında 

öz  əksini  tapmışdı,  faktiki  olaraq  isə  Araz-Türk  Respublikası  müsütəqil  mövcud 

olan Respublika idi. 

1918-ci 


ilin 

dekabrında 

Ermənistan 

Respublikası 

Araz-Türk 

Respublikasına    qarşı  geniş  miqyaslı  təcavüzə  başladı.  Yanvarın  3-də 

“Azərbaycan”  qəzeti  yazırdı:  “Daxili  İşlər  Nazirliyi  dekabrın  28-də  Cəbrayıldan 

belə  bir  teleqram  almışdır:  İrəvandan  gələn  25  minlik  erməni  qoşunları  Sədərək 

kəndindən  keçərək  8  müsəlman  kəndini  mühasirə  edərək  silahları  almışlar. 

Naxçıvan və Şərurun sakinləri İrana keçməyə hazırlaşırlar. Arazı keçərkən 200-dən 

çox adam həlak olmuşdur. Zəngəzur erməniləri bizə hücum etmişlər, hazırda güclü 

atışma gedir, hara müraciət ediriksə, kömək yoxdur”. 

Azərbaycan  Parlamentinin  1919-cu  il  yanvarın  8-də  çağırılan  7-ci 

iclasında  Həsən  bəy  Ağayev  İrəvan  quberniyası  əhalisinin  nümayəndələrinin 

ərizəsini  oxudu.  Bu  ərazini  Araz-Türk    Respublikası  Parlamentinin  üzvləri  – 

Teymur  bəy  Makinski,  R.  İsmayılov,    A.  Makinski,    A.  Şeyxülislamov,    M. 

Məhərrəmov,  P. Bayrambəyov,  Y. Tahirov,  A. Sultanov imzalamışdılar. Həmin 

ərizədə  deyilirdi:  “Erməni  qoşun  hissələri  bütün  Sürməli  qəzası  və  İrəvan, 

Eçmiədzin  və  Şərur  qəzalarının  müsəlmanlar  yaşayan  hissəsini  tutmuşlar  və 

Naxçıvana  sarı  hərəkət  edirlər.  Bu  zaman  dinc  əhalinin  bir  hissəsi  qılıncdan 

keçirilir,  bir  hissəsi  isə  öz  kəndlərindən  qovulur  və  dağlardan  keçərək  İrana 

qaçmaq  məcburiyyətindədir,  bu  isə  labüd  ölüm  deməkdir”

87

.  Bu  faciələri  faktları 



kədərlə  qarşılayan  Azərbaycan  Parlamenti  hökümətə  təklif  etdi:  “sərəncamında 

olan bütün tədbirləri görsün ki, bütün bu bədbəxtliklərin qarşısı alınsın”

88



                                                           



86

Azərbaycan Respublikası SPİH, f. 227, siy. 2, iş 34, v. 3. V. 21 – 22.  

87

 Azərbaycan Respublikası MDƏYTA, f. 895, siy, 1, iş 13, v. 21 – 22. 



88

 Yenə orada, v. 23. 




41 

 

Araz-Türk  Respublikasının  özündə  də  təcili  tədbirlər  görülürdü.  O 



günlərdə  könüllü  xalq  dəstələri  –  taborlar  yaradılırdı.  Həmin  taborlara  aşağıdakı 

şəxslər  komandanlıq  edirdilər:  Nehrəm  taboru  –  Kəlbə  Muxtar,  Cəhri  –  Kəlbə 

Kərim,  Qulu  bəy,  Dəzin  –  Məmmədrza  bəy,  şəhər  –  Hüseyn  Əliyev,  Ordubad  – 

İbrahim Xəlil Axundov. Yengicalilər və karkerlilərin könüllü dəstələrinin başında 

isə Məşədi Ələsgər ağa və Möhsün Camalov dururdular. Könüllülər öz atları, silah 

və  ərzaqları  ilə  döyüşlərdə  iştirak  edirdilər.  Diyarın  bütün  əhalisi  onlara  hər  cür 

kömək göstərirdi

89



Həsən  Şahverdi  oğlunun  taboru  və  Kəlbalı  xanın  komandir  olduğu 

Naxçıvan  dəstələri  təcavüzkara  güclü  müqavimət  göstərirdilər.  Polkovnik 

Doluxanovun  komandanlığı  altında  erməni  qoşunları  Sədərək,  Dəmirçi  və  Şərura 

hücuma  başlayanda  Sədərək    taboru  bu  yerləri  müdafiə  edirdi.  Döyüşün  qızğın 

yerində Kəlbalı xanın dəstəsi şərurluların köməyinə gəldi. Vəlidağ yanındakı döyüş 

Araz-Türk Respublikası könüllülərinin tam qələbəsi  ilə bitdi. Düşmən darmadağın 

edildi. Sədərəyin əhalisi erməni təcavüzkarlarından azad edildi. 

1919-cu il yanvarın əvvəllərində daşnak hökümətinin xahişi ilə Naxçıvan 

ingilislər  tərəfindən  işğal  edildi

90

.  İngilislər  Əmir  bəy  hökümətinə  qarşı  yaxşı 



münasibət bəsləmir, bu höküməti Gürcüstanın və onun tərəfdarlarının əlaltısı hesab 

edirdilər.  Naxçıvanın  sonrakı  taleyi  haqqında  daşnak  höküməti  ilə  danışıqlar 

aparan  ingilis  komandanlığı,  eyni  zamanda  Cəfərqulu  xanla  yaxınlaşırdılar. 

Cəfərqulu xan özünüidarəyə can atmağı ilə ingilislərin rəğbətini qazanmışdı, çünki 

bu, regionun Böyük Britaniyanın hakimiyyəti altına keçməsini asanlaşdıra bilərdi. 

Bu  məqsədlə  də  Naxçıvana  mayor  Gibbonun  başçılıq  etdiyi  Böyük 

Britaniya  nümayəndələrinin  bir  qrupu  gəldi.  Mayor  Gibbon  öz  gəlişinin  səbəbini 

Əmir bəyə qaçqınlar məsələsini həll etmək kimi elan etdi

91

. Lakin həqiqətdə onun 



gəlişinin  əsas  məqsədi  iqtisadi  və  siyasi  vəziyyətlə  tanış  olmaq,  Araz-Türk 

Respublikasının  hərbi  hissələrinin  tərkibi  və  silahlanmasını,  həm  də  türklərin  bu 

respublika hökümətinə təsirinin dərəcəsini aydınlaşdırmaq idi. 

Naxçıvan  ərazisində  ingilis  general-qubernatorluğu  elan  edildiyi  gün 

respublikanın  daxili  vəziyyətinin  sabitliyi  ciddi  sürətdə  pozulmuşdu.  Cəfərqulu 

xanın  tərəfdarlarının  törətdikləri  fitnə-fəsadlar  öz  bəhrəsini  verirdi.  Naxçıvan 

əhalisini  erməni  təcavüzündən  layiqincə  qoruya  bilməyən  Əmir  bəy  hökümətinin 

zəifliyi də buna imkan yaradırdı. Cəfərqulu xan və onun ətrafındakılar daşnakların 

“müvəqqəti” qələbələrindən bacarıqla istifadə etdilər. Məsələn, ermənilər Kəmərli 

kəndinə hücum edərkən və Naxçıvan əhalisi çaxnaşmaya düşərək şəhərdən qaçmaq 

istərkən  Kəlbalı  xan  çox  az  müddətdə  400  nəfərdən  ibarət  döyüşkən  bir  dəstə 

topladı və şərurluların köməyinə tələsərək, erməniləri darmadağın etdi. 

                                                           

89

 A. Əliyev. Göstərilən əsəri, s. 7. 



90

 Очерки истории коммунистических организаций Закафказья. Тбилиси, 1967, ч. 1, с. 426. 

91

 Azərbaycan Respublikası MDƏYTA, f. 894, siy. 2, iş 95, v. 14. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə