Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   2   3   4   5   6   7   8   9   ...   43

 

hissələri  Bakı  quberniyasını...qədim  Şamaxı  şəhərini  Şamaxı  qəzası  ilə  birgə 



yandırdılar  və  qılıncdan  keçirdilər”.  Daşnak  başkəsənlərinin  qanlı  cinayətləri, 

həmçinin  Zaqafqaziyanın  ingilis  və  fransız  qoşunları  tərəfindən  tutulması 

təhlükəsinin artması türk qoşunlarının yeni hücum dalğasına səbəb oldu. 

1918-ci  il  aprelin  sonu,  mayın  əvvəlində  türk  qoşunları  bütün  Qars 

vilayətini  erməni  qoşun  hissələrindən  azad  etdi.  Beləliklə,  San-Stefana 

müqaviləsinin  türk  xalqı  üçün  təhqiredici  maddələrindən  biri  ləğv  edildi.  Bu 

maddəyə görə qədim türk torpaqları - Ərdəhan, Qars, Bəyazit və Batumu Rusiya öz 

xeyrinə zorla almışdı. 1877-1878-ci illər müharibəsində guya Rusiyaya dəyən 1410 

milyon  manat  ziyanın  əvəzinə  zorla  Rusiya  imperiyasına  birləşdirilən  ərazi  indi 

Osmanlı imperiyasının ağuşuna qayıtmışdı. 

Rusiya  isə  hətta  işğal  etdiyi  yox,  zorla  Türkiyədən  qopartdığı  Cənub-

Qərbi  Zaqafqaziyada  strateji  əhəmiyyəti  olan,  1917-ci  ilin  oktyabrından  sonra 

sahibsiz  qalmış  və  daha  sonra  bolşeviklərin  “Türkiyə  Ermənistanı”  haqqında 

dekretinin  vəzifələrinə  -  ideyalarına  uyğun  olaraq  döyüşən  erməni  şovinistlərinin 

ixtiyarına verilmiş dayaq məntəqəsini itirirdi. 

Türk  silahı  öz  qardaşlarına  ikiqat  azadlıq  gətirirdi:  daşnak  Ermənistan 

Respublikasının  zülm  və  zorakılığından,  həmçinin  yerli  əhəlini  qırmaq,  onları 

Türkiyədən  buraya  köçürülmüş  ermənilərlə  əvəz  etmək  kimi  iyrənc  daşnak 

planından  təsadüfi  deyildir  ki,  Y.F.  Ludşuveyt  öz  kitabında  qeyd  edirdi:  “türk 

qoşunlarının yaxınlaşması ilə  müharibənin əvvəlində Türkiyədən qaçaraq Qars və 

Batum  vilayətlərində  məskən  salmış  ermənilər  yenidən  hərəkətə  gəldilər  (seçmə 

müəllifindir – red.), məşğuliyyət və mülkiyyətlərini ataraq şimala, Zaqafqaziyanın 

dərinliklərinə yollandılar” (Лудшувейт Е. Ф.). Əlavə etmək lazımdır ki, ermənilər 

öz  mülkiyyətlərini  yox,  məhv  etdikləri  və  ya  qovduqları  türk,  kürd  və 

azərbaycanlıların    ev əşyalarını və mal-qarasını atıb gedirdilər. 

Rəşadətli türk ordusunun hücumu qarısında geri çəkilən daşnak qoşunları 

yaşayış  məntəqələrini  xarabazara  çevirirdilər.  1918-ci  il  fevralın  12-də  Dilican 

qəzasının  Yeni  Dilican  kəndinin  rus  kəndliləri  şikayətlənirdilər  ki,  erməni  hərbi 

hissələri onları soymuşlar – yanacağı oğurlamış, bütün kartofu əllərindən almış, otu 

bütünlüklə  biçmiş,  çox  ağır  mükəlləfiyyət  qoyaraq,  dəyərini  ödəmədən  304 

qoşqunu  zorla  aparmışlar.  “Əsgərlər  ədəbsizlik  edir,  qadınlara  toxunur  və 

oğurluqla məşğul olurlar”.

2

  

Ermənilər  özləri  Qarsın  dinc  əhalisinə  qarşı  daşnak  başkəsənlərinin 



göstərdikləri  vəhşilikləri  qismən  də  olsa  təsdiq  edirdilər.  1930-cu  ildə  (30  iyun) 

“Kommunist”  erməni  qəzetində  dərc  edilmiş  “Müstəqil  Ermənistan”  məqaləsində 

qeyd  edilirdi:  “On  illərlə  ya  ölüm,  ya  azadlıq”,-  deyə  bağıran  daşnak  qatillər, 

avanturistlər  və  satqınlar,  quldur  mauzerçilər...  inqilabi  Bakını    hədələyirlər”.  Bu 

                                                           

2

 Ermənistan Respublikası. MDA f, 199. siy. 1,iş 224, v. 75.  




 

sətirlər  1918-ci  ilin  baharına,  Qarsda  daşnakların  vəhşilikləri  apogeyə  çatdığı  bir 



vaxta aiddir. 

1918-ci  il  aprelin  axırlarında  Türkiyə  digər  cəbhələrin  hesabına 

Zaqafqaziyada xeyli qüvvə toplamışdı, çünki 1877-1878-ci illərdə Rusiya-Türkiyə 

müharibəsi nəticəsində  itirilmiş şərqi sancaqların azad edilməsi xeyli diqqət tələb 

edirdi. Məlumdur ki, türk ordusunun 45 diviziyasından 10-u Qafqazda idi: 5, 8, 12 

və  15-ci  piyada  və  5,  9,  10,  11,  36  və  37-ci  Qafqaz  da  diviziyaları.  Düzdür, 

sonradan  11  və  37-ci  Qafqaz  diviziyaları  Suriya  –  Fələstin  cəbhəsinə 

göndərilmişdi.

3

               



Qars  vilayəti  azad  edildikdən  sonra  türk  ali  baş  komandanlığı  Qafqaz 

cəbhəsindəki  qüvvələri  yenidən  təşkil  edib,  4  və  1-ci  ordu  korpuslarını  Yaqub 

Şövqi  paşanın  komandanlığı  altında  Qars  qoşunları  qrupunda  birləşdirdi.  Qars 

qoşunları  qrupunun  qarşısına  keçmiş  İrəvan  quberniyasının  bütün  bölgələrini 

tutmaq  və  burada  yaşayan  müsəlman  əhalini  müdafiəsi  və  himayəsi  altına 

götürmək  vəzifəsi qoyulmuşdu. Bu qoşunun digər  əsas vəzifəsi Tiflis-Bakı dəmir 

yolunu tam nəzarətə almaq idi. 

8  may  1918-ci  ildə  1-ci  ordu  korpusunun  komandiri  general  Kazım 

Qarabəkir paşa Aleksandropolu (Gümrünü) tutmaq və Aleksandropol-Culfa dəmir 

yol  xətti  ilə  irəliləmək  əmri  aldı.  10  may  1918-ci  ildə  türk  qoşunları  Arpaçayı 

keçdilər,  şimaldan  və  cənubdan  Aleksandropola  yaxınlaşmağa  başladılar.  Mayın 

15-də günün sonuna yaxın türk qoşunları Aleksandropolu tutdular. 

Türk  qoşunlarının  irəliləməsi  daşnaklar  arasına  vəlvələ  salmışdı.  Daşnak 

mauzerçi və xumbanatları biabırcasına qaçırdılar. 

Qazandığı  hərbi  müvəffəqiyyətlər  Batum  danışıqlarında    Türkyənin 

xeyrinə oldu. 1 iyun 1918-ci ildə erməni hərbi hissələri müqaviməti dayandırdılar, 

üç  gündən  sonra  isə,  iyunun  4-də  Batumda  yeni  yaranmış  müstəqil  Zaqafqaziya 

respublikaları  sülh  və  dostluq  haqqında  Türkiyə  ilə  müqavilə  imzaladılar. 

Beləliklə, daşnak Ermənistanın Qars vilayətinə olan iddiasından əl çəkməsi hüquqi 

cəhətdən rəsmiləşdirildi. 

Sonralar  sovet  dövrü  tarixşünaslığında  Türkiyənin    özünün  ərazilərinin 

qaytarılmasının  hüquqi  qanunauyğunluğunu  inkar  etməyə  dəfələrlə  cəhd 

göstərilmişdi.  Bu cür cəfəngiyyatlardan biri kimi  D.S  Zavriyevin belə  bir fikrini 

göstərmək  olar:  Batum  müqaviləsinin  şərtlərinə  görə  “türklər  ilk  növbədə  4-cü 

maddəyə  qəsd  etdilər.  Bu  maddəyə  görə  Qars  vilayətinin,  Batum  və  Ərdəhanın 

taleyini  və  onların  beynəlxalq  vəziyyətini  buraların  əhalisinin  iradəsi  müəyyən 

etməli idi”

4

 . Məlumdur ki, Türkiyə nəinki müqavilənin maddəsinə qəsd edilmişdi, 



əksinə bu bölgələrin  əhalisinin əksəriyyətinin iradəsini yerinə yetirən yeganə ölkə 

                                                           

3

 M. Larcher. La querre turque 1ans La guerre mondiale, Par. 1926, p. 529 – 593. 



4

 Д. С.Завриев, К новейшей истории Северо-Восточных вилаетов Турции. Тбилиси, 

1947, с. 71. 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə