Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

20 

 

Qars  Respublikası  müvəqqəti hökümətinin  yaranması  və  öz  sərhədlərini 



müvəffəqiyyətlə müdafiə etməsi müstəqilliyinin qüdrətli zamini olmayan regionun 

hesabına  öz ərazilərinə yeni torpaqlar birləşdirmək istəyən daşnak Ermənistanı və 

Gürcüstan Respublikasının cəhdlərinin iflasa uğraması demək idi. 

Azərbaycan Respubliksından kömək və yardım almaq ümidini itirən Qars 

Respublikası    bütün  məsələlərdə  ingilis  komandanlığı  ilə  “müsəlmanların 

mütəşəkkilliyi və qayda-qanun olduğuna görə” Qarsın ermənilərə verilməsini təkid 

etmirdi. Lakin hadisələrin sonrakı gedişinin göstərdiyi kimi beynəlxalq konyektura 

və  Böyük  Britaniyanın  müəyyən  dairələrinin  erməni  millətçiləri  ilə  tezliklə 

yaxınlaşması bu mövqeyi laxlatdı və azömürlü etdi. 

Bununla belə, o dövrdə Cənub-Qərbi Qafqaz Demokratik Respublikasının 

parlamenti  ingilislərlə  sıx  əlaqədə  fəaliyyət  göstərirdi.  İşğalçı  Britaniya 

hakimiyyəti  faktiki  olaraq    Batum  vilayətinin  öz  nümayəndələrini  1919-cu  ilin 

yanvarında  Qars  parlamentinə  göndərməsinə  maneçilik  törədə  bilmədi  (və  ya 

istəmədi). 

Cənub-Qərbi  Qafqaz  Respublikasının  təhlükədə  olduğunu  aydın  başa 

düşən Azərbaycan höküməti onu müdafiə etmək üçün əlindən gələni edirdi. Məhz 

bu  günlərdə  Zaqafqaziya  respublikalarının  konfransının  çağırılmasına  geniş 

hazırlıq  gedirdi,  burada  gündəlikdəki  məsələlərdən  biri  kimi  ərazi  məsələsinin 

müzakirəsi nəzərdə tutulurdu. Regiondakı vəziyyəti əsas götürərək  ADR höküməti 

hesab edirdi ki, bu respublikanın nümayəndələrinin həmin konfransda iştirakı çox 

vacibdir. Bu, respublikanın suverenliyinin tanınmasına bərabər olardı. 

1919-cu il martın 5-də ADR-in nazir-sədri və xarici işlər naziri Fətəli xan 

Xoyski    Gürcüstan  Respublikası  Xarici  İşlər  Nazirliyinə  belə  bir  müraciət  etdi: 

“Bununla  yanaşı  Zaqafqaziya  hüdudlarında  Batum  və  Qars  vilayətləri  rayonunda 

beşinci,  Cənub-Qərbi  Qafqaz  Respublikası  adlanan    respublikanın  yarandığını, 

onun  mənafeyinin  digər  Zaqafqaziya  respublikalarının  mənafeləri  ilə  möhkəm 

tellərlə  bağlı  olduğunu  nəzərə  alıb,  ümumi,  siyasi-iqtisadi  proqramın 

koordinasiyası  üçün  hökümətim  bu  respublikanın  dörd  respublikanın  qarşılıqlı 

danışıqlarında iştirakını arzu edilən və zəruri hesab edir”

25

 . 



Bir  neçə  gündən  sonra  1919-cu  il  martın  11-də    Gürcüstan  Respublikası 

xarici işlər naziri Y.P. Gegeçkori və dəftərxana direktoru Lordkipanidzenin cavabı 

gəldi,  burada  deyilirdi  ki,  Cənub-Qərbi  Qafqaz  respublikası  nümayəndələrinin 

konfransa  dəvət  edilməsi  təklifi    Gürcüstan  Respublikası  hökümətinin  “həm 

məsələnin  mahiyyətinə,  həm  də  təmiz  formal  xarakterli  mülahizələrə  görə  qəti 

etirazına”  səbəb  olmaya  bilməz.  Daha  sonra  qeyd  edilirdi:  “...tək-tək  adamların  

“Cənub-Qərbi  Respublikanın”  təşkili  cəhdinin  xalqların  öz  müqəddəratını  həll 

etmələri prinsipləri ilə heç bir ümumi cəhəti yoxdur və bütün bunlar Zaqafqaziyada 

vəziyyəti  daha  da  mürəkkəbləşdirməyə,  ayrı-ayrı  xalqlar  arasındakı  mürəkkəb 

                                                           

25

 Azərbaycan Respublikası  MDƏYTA, f. 897, siy. 1, iş 46, v.7 




21 

 

qarşılıqlı  münasibətləri  daha  da  qızışdırmağa  yönəlmişdir.  Gürcüstan  höküməti 



şübhə  etmir  ki,  Cənub-Qərbi  Respublikanın  yaranması  ilə,  Zaqafqaziya 

respublikalarının  müstəqil  mövcudluğu  ilə  barışa  bilməyənlər  tərəfindən 

Zaqafqaziya  xalqlarının  müstəqilliyinə  zərbə  vurulur  və  cənubdan  gələn  bu 

təhlükəni Zaqafqaziya xalqlarının həmrəyliyini ürəkdən arzulayan hər bir kəs hiss 

etməlidir.  Formal  səciyyəli  etiraza  gəldikdə  isə  bu  münasibətlə  qeyd  etmək 

lazımdır  ki,  “Cənub-Qərbi  Respublika”  nümayəndəliyinin    konfransda  iştirakı  bu 

respublikanın  tanınması  haqqında  məsələnin  həlli  demək  olardı,  Gürcüstan 

höküməti  də  bununla  heç  cür  razılaşa  bilməz...  Ümidvarıq  ki,  Azərbaycan 

höküməti  bu  təklifi  müdafiə  edəcəkdir  ki,  Zaqafqaziya  xalqları  üçün  mühüm 

əhəmiyyət  kəsb  edən  konfransın  çağırılması  ideyası  həyata  keçməmiş  məhv 

olmasın”

26

 . 



Beləliklə, Gürcüstan höküməti heç bir əsası olmadan Türkiyəni (cənubdan 

gözlənilən  təhlükə  dedikdə  məhz  Türkiyə  nəzərdə  tutulurdu)  Zaqafqaziya 

respublikalarının müstəqilliyinə  “zərbə vurmaq” cəhdində günahlandırırdı. Cənub-

Qərbi  Qafqazın  müstəqilliyini  kəskin  sürətdə  qəbul  etməməklə  yanaşı  onun 

ərazisinə birbaşa müdaxilə gürcü hökümətinin bu ərazini Gürcüstana birləşdirmək 

arzusunda olduğunu göstərirdi. Bu niyyətdə olduqlarını daşnaklar da gizlətmirdilər. 

Təsadüfi deyildir ki, bir qədər sonra 1919-cu il aprelin 4-də daşnaklar Cənub-Qərbi 

Qafqaz  Respublikası  nümayəndələrinin  konfransa  dəvət  edilməsinə  razı 

olmadıqlarını Azərbaycana bildirdilər

27



Buna görə də gürcü hökümətinin bu mövqeyi Azərbaycan höküməti üçün 

gözlənilməz  deyildi.  1919-cu  il  martın  24-də  xarici  işlər  nazirinin  müavini  A. 

Ziyadxanov  ADR-in    Gürcüstan  höküməti  yanında  diplomatik  nümayəndəsinə 

teleqram  göndərərək  soruşurdu:  “Beşinci  –  Cənub-Qərbi  Respublika  haqqında 

məsələ  istisna  edilməklə  Zaqafqaziya  respublikalarının  konfransına  dair  bütün 

bəndləri qəbul etdiyi haqqında Gürcüstan hökümətinin rəsmi məlumatı varmı?”

28



ADR  höküməti  lap  əvvəldən  bu  məsələ  üzrə  möhkəm  mövqe  tutmuşdu. 



1919-cu  il  martın  28-də  xarici  işlər  naziri    F.X  Xoyskinin  məruzəsi  üzrə  ADR 

höküməti  mövqeyini  düzgün  saydığı,  Qafqaz  konfransı  çağırılmasını  pozmamaq 

üçün bu konfransda iştirak etməyə hazır olduğunu bildirmək haqqında qərae qəbul 

etdi,  lakin  Qars  höküməti  nümayəndələrinin  konfransda  iştiraka  cəlb  edilməsi 

məsələsini qaldırmaq hüququnu özündə saxladı. 

Lakin  çox  mürəkkəb  və  təhlükəli  bu  idi  ki,  Azərbaycan  hökümətinin  bu 

qərarı  Qarsdakı  vəziyyətə  təsir  edə  bilməzdi.  Nəzərə  almaq  lazımdır  ki,  konfrans 

ancaq  iqtisadi  məsələlərin  işlənib  hazırlanması  üçün  Gürcüstan    Respublikasının 

təklifilə  çağırılırdı  (21  fevral  1919-cu  il  tarixli)  və  ADR-in  bu  cür  mövqeyi 

                                                           

26

 Azərbaycan Respublikası MDƏYTA, f. 837, siy. 1, iş 46, v. 10 – 10 arx. 



27

 Azərbaycan Respublikası MDƏYTA, f. 970, siy. 7. Iş 34, v. 7. 

28

 Yenə orada, f. 837, siy. 1, iş 46, v.40. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə